Məhkəmə qərarları › İş №2-1(120)-1438/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1438/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1438/2025 20.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı1 vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilib ləğv edilməsi” barədə inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-372/2023 saylı hazırda qanuni qüvvədə olan qətnaməsilə 8 saylı “Səyyar-Asan” xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edildiyini, həmçinin həmin müqavilənin əsasında X11 verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edildiyi nəzərə alınaraq iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində X14 tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış akt qeydinin, həmçinin evə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X14 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdılar ki, mərhum miras qoyan X8 08 iyul 1969-cu il tarixində vəfat etdikdən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88.7 kv.m olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində onların da vərəsəlik hüquqlarının tanınması şərtilə, miras əmlakda İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X2 1/3 hissə payları müəyyən edilməsi, həmin miras əmlaka verilmiş 2V-206 nömrəli, xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 3M-113 nömrəli, xx.xx.2018-ci il tarixli Bağışlanma müqaviləsinin və onların əsasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə İddiaçı1 iddia tələbi Lənkəran rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)- 1463/2020 saylı qətnaməsi ilə təmin edilmiş və Lənkəran rayon 1 saylı Notariat ofisinin notariusu X6 tərəfindən təsdiq edilmiş 2V-206 nömrəli, xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, X7, İddiaçı2 və İddiaçı3 arasında bağlanılmış 3M-113 nömrəli, xx.xx.2018-ci il tarixli miras payın bağışlanma müqaviləsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixdə qeydə alınmış çıxarış etibarsız hesab edilmiş və X3 miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X2 1/3 hissə payları müəyyən edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almış, lakin qətnamə icra edilməmişdir. Belə ki, Məhkəmənin həmin qətnaməsi çıxarılmazdan əvvəl M.Ə.Mirzəyevaya və A.Ş.Mirzəyevaya aid iki ədəd çıxarış, yəni 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verildiyindən qətnamənin icrasında çətinlik yaranmışdır. Bundan sonra iddiaçılar yenidən Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(049)-372/2023 saylı Qətnaməsi ilə iddia təmin edilmiş və 8 saylı “Səyyar-Asan” xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi, cavabdeh X12 verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və X4 verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlar etibarsız hesab edilmişdir. Lakin həmin Qətnamə də icra edilməmiş, səbəb kimi sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının aparılması göstərilmişdir. Halhazırda iddiaçılar Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-372/2023 saylı hazırda qanuni qüvvədə olan qətnaməsilə 8 saylı “Səyyar-Asan” xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə- 58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edildiyini, həmçinin həmin müqavilənin əsasında X11 verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edildiyi nəzərə alınaraq iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində X14 tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış akt qeydinin, həmçinin evə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin və 3cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1463/2020 saylı Qətnaməsi ilə Lənkəran rayon 1 saylı Notariat ofisinin notariusu X6 tərəfindən təsdiq edilmiş 2V-206 nömrəli, xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, X7, İddiaçı2 və İddiaçı3 arasında bağlanılmış 3M-113 nömrəli, xx.xx.2018ci il tarixli miras payın bağışlanma müqaviləsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixdə qeydə alınmış çıxarış etibarsız hesab edilmiş və X3 miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X2 1/3 hissə payları müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(106)-1843/2021 saylı Qətnaməsinə əsasən, cavabdehlər tərəfindən verilmiş şikayət təmin edilməmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1463/2020 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-372/2023 saylı Qətnaməsi ilə iddia təmin edilmiş və 8 saylı “Səyyar-Asan” xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi, cavabdeh X11 verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və X4 verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlar etibarsız hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(106)-907/2023 saylı Qətnaməsinə əsasən, cavabdehlər tərəfindən verilmiş şikayət təmin edilməmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-372/2023 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin icraatında olan 2(049)-1463/2020 saylı iş üzrə qəbul edilmiş Qərarla əlaqədar icra sənədi Ərazi idarəsinə 03 iyun 2022-ci il tarixdə daxil olmuşdur. Bildirir ki, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmiş, habelə X5 miras qalmış Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, dalan 4, ünvanında yerləşən ümumi sahəsi 88,7 kv.m olan iki otaqlı, bir mərtəbəli, 11 saylı fərdi yaşayış evi və yerləşdiyi 0.0393 ha torpaq sahəsi üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X2 1/3 hissə payları müəyyən edilmişdir. Hazırki icra sənədinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab edilməsi hissəsində icrası təmin olunmuşdur. Lakin qalan hissədə, yəni X3 miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X2 1/3 hissə payları müəyyən edilməsi mümkün olmamışdır. Məlumat üçün bildirir ki, miras əmlak olaraq həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin müəyyən hissəsi (0.0147 ha hissəsi xx.xx.2019-cu il tarixli, 4Ə-58 nömrəli bağışlanma müqaviləsi üzrə) hazırki iş üzrə qətnamə qəbul edilənədək özgəninkiləşdirildiyindən və həmin hissəyə dair digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müvafiq Çıxarış verildiyindən, gələcəkdə də həmin Çıxarış və notarial müqavilə ləğv olunduğu təqdirdə, hazırki icra sənədinin həmin hissədə icrası təmin oluna bilər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran ərazi idarəsinin 08 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2(049)-372/2023 saylı mülki iş üzrə çıxarılmış 13 fevral 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə ərazi idarəsinin üzərinə ********** qeydiyyat nömrəli çıxarışın ləğvi qoyulsa da, həmin çıxarışın ləğvi mümkün olmamışdır. Belə ki, sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı 03 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2(049)-372/2023 saylı mülki iş üzrə çıxarılmış 13 fevral 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə Ərazi İdarəsinin üzərinə ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyi qoyulsa da, həmin çıxarışın etibarsız hesab edilməsi Milli Qeydiyyat Sistemində aktiv olmadığı üçün tərəflərindən mümkün olmamışdır. Belə ki, sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin xx.xx.2020ci il tarixli,********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı 20 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********42-10301 reyestr nömrəli, inventar nömrəsi 55 olan xx.xx.2020-ci il tarixli, X9 adına verilmiş texniki pasporta əsasən, ümumi sahəsi 202.7 kv.m olan fərdi yaşayış evinin 2019-cu ildə tikildiyi qeyd olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması və ********** qeydiyyat nömrəli Çıxarışın etibarsız hesab olunması ilə əlaqədar müvafiq qətnaməsi 13 fevral 2023cü il tarixinə aiddir. Sözügedən 0.0147 ha torpaq sahəsinin üzərində inşa edilmiş 202.7 kv.m fərdi yaşayış evi 28 avqust 2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış tərtib edilmişdir. Əlavə olaraq bildirir ki, fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab olunan ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, ümumi sahəsi 88.7 kv.m olan, 0.0393 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. 14 may 2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0393 ha olan torpaq sahəsinin 0.0147 ha hissəsini X11 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5, 0.0147 ha torpaq sahəsində yerləşən 202.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır. İnşaat-Layihə MMC-nin Lənkəran şəhərinin baş memarı tərəfindən təsdiq edilmiş layihəsində qeyd edilmişdir ki, Lənkəran şəhər sakini X9 Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli çıxarışına əsasən, şəhərin Şəhidlər Xiyabanı 198A ünvanında mülkiyyətində olan 147 kv.m torpaq sahəsində tikəcəyi iki mərtəbəli üç otaqlı fərdi yaşayış evinin Memarlıq-Planlaşdırma bölməsi təsdiq edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1, ümumi sahəsi 88.7 kv.m olan, 0.0393 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1463/2020 saylı Qətnaməsi ilə Lənkəran rayon 1 saylı Notariat ofisinin notariusu X6 tərəfindən təsdiq edilmiş 2V-206 nömrəli, xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, X7, İddiaçı2 və İddiaçı3 arasında bağlanılmış 3M-113 nömrəli, xx.xx.2018ci il tarixli miras payın bağışlanma müqaviləsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixdə qeydə alınmış çıxarış etibarsız hesab edilmiş və X3 miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88,7 kv.m olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X2 1/3 hissə payları müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(106)-1843/2021 saylı Qətnaməsinə əsasən, cavabdehlər tərəfindən verilmiş şikayət təmin edilməmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-1463/2020 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin həmin qətnamə qanuni qüvvəsini alsa da, icrası mümkün olmamışdır. Belə ki, Məhkəmənin həmin qətnaməsi çıxarılmazdan əvvəl M.Ə.Mirzəyevaya və A.Ş.Mirzəyevaya aid iki ədəd çıxarış, yəni 24 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verildiyindən qətnamənin icrasında çətinlik yaranmışdır. Bundan sonra iddiaçılar yenidən Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-372/2023 saylı Qətnaməsi ilə iddia təmin edilmiş və 8 saylı “Səyyar-Asan” xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi, cavabdeh X11 verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və X4 verilmiş 04 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışlar etibarsız hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(106)-907/2023 saylı Qətnaməsinə əsasən, cavabdehlər tərəfindən verilmiş şikayət təmin edilməmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-372/2023 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə də qanuni qüvvəsini alsa da, yenə də icra edilmədən qalmışdır. Belə ki, qətnamənin icra mərhələsində səbəb kimi sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının aparılması göstərilmişdir. Hazırki halda iddiaçılar Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-372/2023 saylı hazırda qanuni qüvvədə olan qətnaməsilə 8 saylı “Səyyar-Asan” xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edildiyini, həmçinin həmin müqavilənin əsasında X11 verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edildiyi nəzərə alınaraq iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində X14 tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış akt qeydinin, həmçinin evə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş edirlər. İşin araşdırılması nəticəsində müəyyən edilir ki, Lənkəran rayon Məhkəməsinin qətnaməsi qəbul edilməmişdən qabaq X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0393 ha olan torpaq sahəsinin 0.0147 ha hissəsini 14 may 2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X11 bağışlamışdır. Həmin müqavilə əsasında xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə ünvan 5 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır. Bundan sonra X14 həmin torpaq sahəsi üzərində 2019-cu ildə fərdi yaşayış evi inşa etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə ünvan 5, 0.0147 ha torpaq sahəsində yerləşən 202.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X9 adına qeydiyyata alınmışdır. İnşaat-Layihə MMC-nin Lənkəran şəhərinin baş memarı tərəfindən təsdiq edilmiş layihəsində qeyd edilmişdir ki, Lənkəran şəhər sakini X9 Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli çıxarışına əsasən, şəhərin Şəhidlər Xiyabanı 198A ünvanında mülkiyyətində olan 147 kv.m torpaq sahəsində tikəcəyi iki mərtəbəli üç otaqlı fərdi yaşayış evinin Memarlıq-Planlaşdırma bölməsi təsdiq edilmişdir. Beləliklə, məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmişdir ki, həmin çıxarışın verilməsinə isə əsas 14 may 2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi olmuşdur. Həmçinin mübahisələndirilən çıxarış məhkəmə qaydasında onun verilməsinə əsas olmuş çıxarışlar etibarsız hesab edilməmişdən qabaq tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın çıxarışın verilməsi zamanı heç bir qanunsuz hərəkəti olmamışdır. Sadəcə olaraq Lənkəran Rayon Məhkəməsində icraat zamanı sözügedən sonuncu çıxarış da mübahisələndirilməli idi. X1 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun yaranması əsasını məhz onun həmin evin yerləşdiyi torpaq sahəsi üzərində hüququnun mövcudluğu faktı təşkil edir. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın verilməsinə əsas mülki əqd olan bağışlanma müqaviləsi olduğunu, həmçinin həmin çıxarışın və əqdin mülki məhkəmə icraatı qaydasında etibarsız hesab olunduğunu nəzərə alaraq hazırkı halda mübahisələndirilən çıxarış da mülki icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmədə mübahisələndirməlidir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq iddiaçılara xx.xx.2025-ci il tarixli hüquq yardım məktubu ilə, həmçinin şifahi şəkildə məhkəmə iclası zamanı yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, qanunvericiliyin iddianın mümkünlük şərtləri ilə bağlı normaları izah edilmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar