Məhkəmə qərarları › İş №2-1(120)-1439/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1439/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1439/2023 16.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkiliVəkil iştirаkı ilə, İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə qarşı “DAF XF 460 FT” yük markalı 5481BM nömrə nişanlı, XLRTEH 4300G064055 şassi nömrəli və “DAF XF 460 FT” yük markalı 8650BL nömrə nişanlı, XLRTEH 4300G059524 şassi nömrəli, mühərrik nömrəsi “A209220” olan, yəhərli dartıcı tipli, 2015-ci ildə istehsal edilmiş 2 ədəd yük avtomobilinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə müəyyən etdi: İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cаvаbdеhlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı DAF XF 460 FT” yük markalı 5481BM nömrə nişanlı, XLRTEH 4300G064055 şassi nömrəli və “DAF XF 460 FT” yük markalı 8650BL nömrə nişanlı, XLRTEH 4300G059524 şassi nömrəli, mühərrik nömrəsi “A209220” olan, yəhərli dartıcı tipli, 2015-ci ildə istehsal edilmiş 2 ədəd yük avtomobilinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi cavabdehlər sırasından çıxarılmışdır. İddia onunla əsaslandırılmışdır ki, CAMM GROUP LOGİSTİCS" MMC 2022-ci ilin aprel ayında yaradılıbdır. Adından da göründüyü kimi, şirkətin əsas fəaliyyət istiqaməti logistikadır. Bu məqsədlə şirkət Polşa Respublikasında ölkəyə bir neçə yük avtomobilini, o cümlədən "DAF XF460FT" markalı, 5481BM nömrə nişanlı, şassi nömrəsi XLRTEH4300G064055 olan və "DAF XF460FT" markalı, 8650BL nömrə nişanlı, şassi nömrəsi XLRTEH4300G059524 olan 2 ədəd yəhərli dartıcı tipli, 2015-ci ildə istehsal edilmiş yük avtomobilini alaraq bir neçə xarici ölkənin gömrük və sərhəd orqanlarının nəzarətindən keçərək ölkəyə gətirmiş və Bakı şəhərində, "Meyvəli" ticarət bazası ərazisində gömrük sənədləşməsini həyata keçirərək dövlət qeydiyyatına alınması məqsədilə 21 sentyabr 2022-ci il tarixdə və 07 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin X4 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə ərizə ilə müraciət etmişdir.Orada avtomobillər texniki müayinədən keçirilərkən avtomobilin şassi nömrəsi yazılmış metal təbəqənin korroziyaya uğraması nəticəsində rəqəm və hərflərin qismən oxunmaz hala düşməsi müəyyən edilmişdir. Fakt üzrə araşdırma aparılması üçün materiallar Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat (YNHDİ) şöbəsinə göndəril mişdir. Təhqiqat zamanı keçirilən ekspertiza şassi nömrəsini göstərən hərf və rəqəmlərin korroziya nəticəsində şassi nömrəsi göstəricilərindən yalnız birinci avtomobildə "XLRTEH43" "0", "0" "40", və "5" hərf və rəqəmlərinin oxunduğunu, digər avtomobildə isə ilk "XLRT" hərfləri istisna olmaqla qalan hissəsinin oxunmaz halda olduğu aşkar edilmişdir.Təhqiqat orqanı müəyyən etmişdir ki, sözü gedən avtomobillər uçot göstəriciləri üzrə BDYPİ-nin Qeydiyyat - İmtahan İdarəsinin Avtomatlaşdırılmış Axtarış Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonaqliyyat vasitələrinin uçotunda (sırasında) yoxdur.Birinci avtomobilin zavod lövhəsi (birkası) üzərində onun şassi nömrəsini XLRTEH4300G064055 və mühərrik nömrəsini "A212810", ikinci avtomobilin zavod lövhəsi (birkası) üzərində onun şassi nömrəsini "XLRTEH4300G059524" və mühərrik nömrəsini "A209220" göstərən hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf v ə rəqəmlərə xarakterikdir.Avtomobvillərin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş "A212810" və "A209220" hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir.Nəticədə toplanmış materiallarda cinayət tərkibi olmadığı üçün cinayət işi başlanılması 11 oktyabr və 12 noyabr 2022-ci il tarixli qərarlarla rədd edilmişdir.Azərbaycan Respublikası DİN-nin X4 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini A.Leysanov xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktubları ilə avtomobillərin qeydiyyatından imtina edərək onun aparılmasının təmin edilməsi məqsədilə məhkəməyə müraciət etməyimizi tövsiyyə etmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş, "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında" Əsasnamənin 2.3.-cü bəndinə əsasən hüquqi şəxslərin nəqliyyat vasitələri onların yerləşdiyi ərazi üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda qeydiyyata alınır. Əsasnamənin 1.4.-cü bəndinin 5-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslərin hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda "nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus nəqliyyat vasitələri qeydiyyata alınmalıdırlar."Həmin Əsasnamənin 2.6.-cı bəndinə əsasən Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. CAM M GROUP LOGİSTİCS" MMCnə məxsus, "DAF XF460FT" markalı, 5481BM nömrə nişanlı, şassi nömrəsi XLRTEH4300G064055 olan və "DAF XF460FT' markalı, 8650BL nömrə nişanlı, şassi nömrəsi XLRTEH4300G059524, mühərrik nömrəsini "A209220" olan, yəhərli dartıcı tipli, 2015-ci ildə istehsal edilmiş 2 ədəd yük avtomobilləri CAMM GROUP LOGİSTİCS" MMCnin olduğu yer üzrə dövlət qeydiyatına alınmalıdır və bu vəzifənin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməlidir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləcıınin 2.2.3,-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə qaydasında baxılır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1.--bu maddəsi müəyyən edir ki, Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləcnnin 2.2.3, 8.1.1. və 34.1.-Cİ maddələrini rəhbər tutaraq iddiamızı təmin edib CAMM GROUP LOGİSTİCS" MMC-nə məxsus, "DAF XF460FT" markalı, 5481BM nömrə nişanlı, şassi nömrəsi XLRTEH4300G064055 olan və "DAF XF460FT" markalı, 8650BL nömrə nişanlı, şassi nömrəsi XLRTEH4300G059524, mühərrik nömrəsini "A209220" olan, yəhərli dartıcı tipli, 2015-ci ildə istehsal edilmiş 2 ədəd yük avtomobilinin dövlət qeydiyatına alınması vəzifəsinin Azərbaycan Respublikası DİN-nin X4 İdarəsinin Qeydiyyat - İmtahan İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. İddiaçının vəkili məhkəmə iclasına gəlmişdir.Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobillərin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin şassi nömrəsinin korroziyaya uğramasını əsas gətirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal avtomobillərin qeydiyyata alınmasından imtina əsası kimi çıxış edə bilməz. Belə ki, şassi nömrəsinin korroziyaya uğraması iddiaçının iradəsindən asılı olmamış, iddiaçı vicdanlı alıcı kimi qeyd olunan qüsurdan xəbərsiz olaraq avtonəqliyyat vasitəsini mülkiyyətinə keçirməyə çalışmışdır. Eyni zamanda əməldə iddiaçının təqsirinin müəyyən edilməməsi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş cinayət işinin rədd edilməsi barədə qərarlarla da təsdiq edilmişdir. Həmin məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində, həmçinin o da müəyyən olunmuşdur ki, “DAF XF 460 FT” yük markalı 5481BM nömrə nişanlı avtonəqliyyat vasitəsinin şassi nömrəsini göstərən hərf və rəqəmlərin korroziyaya uğraması və oxunmaz halda olması, şassi nömrəsi göstəricillərdən yalnız “*XLRTEH43”, “0”, “0”, “40” və “5” hərf və rəqəmlərin qismən oxunan siluetləri müşahidə edilməsi müəyyən edilmişdir. Avtomobilin əsas göstəricisi olan şassi nömrəsi korroziyaya uğraması nəticəsində oxunmaz hala düşmüşdür. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal milidiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, sürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stansionar göstəricisi üzrə qeydi yəni ban və yaxud şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobilin hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. «DAT XF 460FT» yük markalı, 54X1 BM nömrə nişanlı, yəhərli dartıcı tipli, 2015-ci il buraxılışlı avtomobildə zavod istehsalı zamanı vurulmuş şassi nömrəsi yoxdur. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və va oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır, eləcə də, “DAF XF 460 FT” yük markalı 8650BL nömrə nişanlı avtonəqliyyat vasitəsinin şassi nömrəsini göstərən hərf və rəqəmlərin korroziyaya uğraması və oxunmaz halda olması, şassi nömrəsi göstəricillərdən yalnız “*XLRT” hərflərinin qismən oxunan siluetləri müşahidə edilməsi müəyyən edilmişdir. Avtomobilin əsas göstəricisi olan şassi nömrəsi korroziyaya uğraması nəticəsində oxunmaz hala düşmüşdür. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, sürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stansionar göstəricisi üzrə qeydi yəni ban və yaxud şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobilin hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. «DAT XF 460FT» yük markalı, 8650BL nömrə nişanlı, yəhərli dartıcı tipli, 2015-ci il buraxılışlı avtomobildə zavod istehsalı zamanı vurulmuş şassi nömrəsi yoxdur. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və va oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Araşdırma zamanı avtomobillərin özü və ehtiyyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən hallar aşkar olunmamışdır. toplanmış material üzrə cinayət tərkibi olmadığından qeyd edilən fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın özündə də avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məsələsi istisna edilməmiş, işin hallarından asılı olaraq avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququ da tərəfə izah edilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitəsində şassi nömrəsinin korroziyaya uğraması iddiaçının iradəsindən asılı olmayan hal olması öz təsdiqini tapır. Həmçinin, iş materialları ilə də müəyyən olunur ki, iddiaçı ölkəyə avtonəqliyyat vasitəsinin gətirilməsi ilə bağlı gömrük ödənişlərinin həyata keçirməsinə də təmin etmiş, avtonəqliyyat vasitəsi qanuni əsaslarla ölkəyə daxil edilmişdir. Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmaması iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına məhkəmə maneə kimi qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, “DAF XF 460 FT” yük markalı 5481BM nömrə nişanlı, XLRTEH 4300G064055 şassi nömrəli və “DAF XF 460 FT” yük markalı 8650BL nömrə nişanlı, XLRTEH 4300G059524 şassi nömrəli, mühərrik nömrəsi “A209220” olan, yəhərli dartıcı tipli, 2015-ci ildə istehsal edilmiş 2 ədəd yük avtomobilinin sənədlərinin rəsmiləşdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi təmin edilsin. “DAF XF 460 FT” yük markalı 5481BM nömrə nişanlı, XLRTEH 4300G064055 şassi nömrəli və “DAF XF 460 FT” yük markalı 8650BL nömrə nişanlı, XLRTEH 4300G059524 şassi nömrəli, mühərrik nömrəsi “A209220” olan, yəhərli dartıcı tipli, 2015-ci ildə istehsal edilmiş 2 ədəd yük avtomobilinin sənədlərinin rəsmiləşdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar