Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1439/2024 08.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tabeliyində “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Qarabağ müharibəsində iştirak etməsi və müharibə veteranı olması faktının təsdiq edilməsi, müharibə veteranı adının və vəsiqəsinin verilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N439/2024 nömrəli 29 noyabr 2023-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tabeliyində “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi komissiyasının əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi il əvəz edilməsi və iddia tələbinə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N992-ci ildən xx.xx.N996-cı ilədək N () nömrəli hərbi hissənin tərkibində hərbi xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin NN noyabr N992-ci il tarixli N50 saylı əmri ilə o torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün Füzuli rayonuna N nömrəli hərbi hissəyə göndərilmişdir. N fevral N996-cı ildə N nömrəli hərbi hissənin komandirinin N nömrəli əmri ilə hərbi xidmətdən təxris olunmuşdur.NN noyabr N992-ci ildən N2 may N994-cü ilə kimi Füzuli rayonunda gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində iştirak etmişdir. N994-cü ildə Ali Baş Komandan Heydər Əliyevin əmri ilə Horadiz şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və həmin döyüşlərdə Horadiz şəhəri və Füzuli rayonunun digər yaşayış məntəqələri azad olunmuşdur. N2 may N994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi bağlanana kimi döyüşmüş, müqavilə bağlandıqdan sonra əmrə əsasən döyüşləri dayandırmışlar.Atəşkəs müqaviləsi bağlandıqdan sonra döyüşlərdə iştirak edən əsgərləri növbəliliklə məzuniyyətə buraxırmışlar. N2 may N994-cü ildə atəşkəs elan olunduqdan sonra onu da 2 dəfə ailəsi ilə görüşmək üçün qısa müddətli məzuniyyətə buraxmışlar. Hər iki halda məzuniyyətdən vaxtında qayıtmış və xidmətimi davam etdirmişdir. Lakin nədənsə bu hal arxivdə fəvarilik kimi qeydə alınmışdır. Onun həmin vaxtlar qazan təminatından dayandırılmağı və yenidən qazan təminatına götürülməyi fəvariliklə deyil məzuniyyətə buraxılmaq ilə əlaqədar olmuşdur. Axıra kimi döyüş əməliyyatlarında iştirak etmiş əsgərin atəşkəs dövründə fəvarilik etməsi absurddur.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N5- ci il tarixli 9/5-79N2 saylı arxiv arayışında onun döyüş bölgəsinə göndərilməyi və N996-cı ildə təxris olunmağı barədə məlumat vardır. Lakin fəvarilik etməyi barədə heç bir məlumat yoxdur. Lakin həmin Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-2084 saylı məktubunda isə döyüşlərdə iştirakı barədə məlumatla yanaşı fəvarilik etdiyi barədə də məlumat verilmişdir. Fəvarilik barədə verilən məlumatlar atəşkəsdən sonra onun məzuniyyətə buraxıldığı vaxtlara təsadüf edir. Deməli bəzi qeydiyyatlar düzgün aparılmamış və məzuniyyətə buraxıldığı vaxtlar səhv fəvarilik kimi qeydə alınmışdır.Lakin hər iki arxiv arayışında onun N992-N994-cü illərdə döyüşlərdə iştirak etdiyi faktı öz əksini tapmışdır. Fəvarilik etmiş olsaydı qanunvericiliyə uyğun olaraq barəsində cinayət işi açılardı. Lakin barəsində heç vaxt cinayət işi açılmamış, fəvarilik kimi qeyd edilən vaxtlardan sonra da Azərbaycan Ordusu sıralarında xidmət etmişdir. Ona görə də onun fəvarilik etməsi barədə qeydlərin etibarsızlığı özünü göstərir. O, döyüş tapşırığını yerinə yetirərkən 30 aprel N993-cü ildə ağır yaralanmışdır. Hal-hazırda da bədənində onlarca qəlpə daşıyır. 30 aprel N993-cü ildən 28 iyun N993-cü ilə kimi hərbi hospitalda müalicə olunmuşdur. Müalicə başa çatdıqdan sonra sağlamlığı tam bərpa olunmamasına baxmayaraq yenidən hərbi xidmətə qayıtmışdır. Müharibə dövründə aldığı xəsarətlərə görə ona Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış 2-ci qrup əlillik verilmişdir. O, 2-ci qrup müharibə əlilidir ancaq müharibə veteranı deyildir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin apparatı nəzdində veteran adının və müvafiq vəsiqəsinin verilməsi üzrə Komissiyaya müraciət etmiş. Lakin Komissiya xx.xx.2023-cü il tarixli 4/3-6366 saylı məktub göndərərək müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edildiyini bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı məktubda bildirilmişdir ki, N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N50 №-li əmrində (əsas: §N, səh.-N5, sıra-2N8; qeyd: əmrdə atasının adı yazılmamış, adının qarşısında “N-3N.N0.92” qeyd olunmuşdur) atıcı, sıravi İddiaçı N992-ci ilin oktyabr ayı üçün Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır.N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N68 №-!i əmrində (əsas: §N, səh.-32; qeyd: əmrdə atasının adı yazılmamış, adının qarşısında “N.NN- 30.NN.92” qeyd olunmuşdur) atıcı, sıravi İddiaçı N992-ci ilin noyabr ayı üçün Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır.N () №li hərbi hissə komandirinin 05.0N,N993-cü il tarixli N №-!i əmrində (əsas: §2, səh.-48; qeyd: əmrdə atasının adı yazılmamış, adının qarşısında “0N.N2-3N.N2” qeyd olunmuşdur) atıcı, sıravi İddiaçı N992-ci ilin dekabr ayı üçün Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır.N () Nq-İİ hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N №-li əmrində (əsas: §5, səh.-67; qeyd: əmrdə atasının adı yazılmamış, adının qarşısında “0N- xx.xx.N993” qeyd olunmuşdur) atıcı, sıravi İddiaçı N993-cü ilin yanvar ayı üçün Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır.N №-li hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananların adbaad siyahıları qovluğunda (əsas: kitab: xx.xx.N993-xx.xx.N993; səh.-34, sıra-N4) xx.xx.N993-xx.xx.N993-cü il tarixlərdə hərbi hissənin Tibb bölüyünə daxil olmuş yaralananların siyahısında N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.N993-cü il tarixdə kəşfiyyatda olarkən yaralanaraq, "aşağı ətrafın və sol bazunun qəlpə yarası diaqnozu ilə” tibb bölüyünə daxil edilməsi barədə məlumat vardır.Fərarilikdən qayıtmış, N969-cu il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 0N,05.N994-cü il tarixli N2N №-li əmrilə (əsas: §5, səh.-N23, sıra-57; qeyd: əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 6 MAT-a göndərilərək, qazan təminatına qoyulmuşdur.Hərbi hissəni özbaşına tərk etdiyi üçün 6 MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N53 №-li əmrilə (əsas: §9, səh.-5, sıra-20; qeyd: əmrdə vəzifəsi göstərilməyib) qazan təminatından çıxarılmışdır.Fərarilikdən qayıtmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 244 №-li əmrilə (əsas: §8, səh.-N9, sıra-5; qeyd: əmrdə vəzifəsi göstərilməyib) 6 MAT-un qazan təminatına qoyulmuşdur.25 (iyirmi beş) yaş və yuxarı yaş hədli, N969-cu il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli 26 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 36 №-li əmrilə (əsas: §N, sıra-N67; qeyd: əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Füzuli RFİK-na göndərilmişdir.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N969-cu il tarixdə anadan olmuş və Beyləqan rayonu, Allahyarlı kəndində qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N5ci il tarixli, 9/2-79N2 nömrəli arxiv arayışında göstərilmişdir ki, döyüş tağşırığını yerinə yetirmək üçün atıcı sıravi İddiaçı N №-li hərbi hissə komandirinin NN noyabr N992-ci il tarixli N50 №-İİ əmrilə (əsas: § N, səh. N5, sıra 2N8, əmrdə atasının adı yazılmamışdır) oktyabr ayında Füzuli rayonu döyüş bölgəsinə göndərilmişdir.Yaş həddinə görə N969-cu il təvəllüdlü sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 36 №-li əmrilə (əsas: § N,səh. 67, sıra N67) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Fizuli RHK-na göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 4/36366 nömrəli məktubunda göstərilmişdir ki, “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2084 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-N9/2-229/2024 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.N969-cu il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən o, xx.xx.N987-ci il tarixdən xx.xx.N989-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində həqiqi hərbi xidmət keçmiş, döyüş əməliyyatlarında iştirakına, hərbi xidmət keçdiyi zaman yaralanması və ya hərbi hissəni öz başına tərk etməsinə dair həmçinin barəsində cinayət işinin, məhkumluğu barədə heç bir məlumat yoxdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 298 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı dair MN MHHK-nın xx.xx.2000-ci il tarixli, 92 nömrəli qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surəti göndərilir. - İşdə olan MN MHHK-nın xx.xx.2000-ci il tarixli, 92 nömrəli qərarında göstərilmişdir ki, Füzuli rayonu hərbi коmissаrlığı tərəfindən N992-ci ildə hərbi хidmətə çağırılmış, vətəndaş İddiaçı, döyüş zonasında hərbi хidmət keçərkən, 30 aprel N993-cü ildə döyüş tapşırığını yerinə yetirərkən aldığı yaralanma - diaqnoz: ” Sol bazu, həriki baldır və budun, qəlpəyaralanmasından sonrakı çoxsaylı dəri çapıqları ətrаf funksiyasının pozulmaması ilə. Sol bazu sümüyünün aşağı N/3-nin bərkimiş sümükdəyənəyi", nə səbəbəki ki, xx.xx.N993cü ildən xx.xx.N993-cü ilə kimi 25Nsaylı hərbi qospitalda müayinə və müalicə olunmuşdur.( 2 5 N saylı Hərbi hissədən verilmiş çıxarış epikrizi, N saylı hərbi hissə komandiri tərəfindən verilmiş N37 saylı travma haqqında arayış, Füzuli RHK-nın 4/83 saylı xx.xx.2000-ci il tarixli arayışı) HƏRBİ TRAVMADİR”. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 39/3-N3-67/2-N257/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.N969-cu il təvəllüdlü İddiaçı barəsində Beyləqan rayon polis şöbəsində təqsirləndirici material yoxdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 506 nömrəli məktubunda göstərilmişdir ki, N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N50 №-li əmrində (əsas: §N, səh.-N5, sıra-2N8; qeyd: əmrdə atasının adı yazılmamış, adının qarşısında “N- 3N.N0.92” qeyd olunmuşdur) atıcı, sıravi İddiaçı N992-ci ilin oktyabr ayı üçün Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N68 №-!i əmrində (əsas: §N, səh.-32; qeyd: əmrdə atasının adı yazılmamış, adının qarşısında “N.NN- 30.NN.92” qeyd olunmuşdur) atıcı, sıravi İddiaçı N992-ci ilin noyabr ayı üçün Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin 05.0N,N993-cü il tarixli N №-!i əmrində (əsas: §2, səh.-48; qeyd: əmrdə atasının adı yazılmamış, adının qarşısında “0N.N2-3N.N2” qeyd olunmuşdur) atıcı, sıravi İddiaçı N992-ci ilin dekabr ayı üçün Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. N () NQ-İİ hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N №-li əmrində (əsas: §5, səh.-67; qeyd: əmrdə atasının adı yazılmamış, adının qarşısında “0N- xx.xx.N993” qeyd olunmuşdur) atıcı, sıravi İddiaçı N993-cü ilin yanvar ayı üçün Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirmiş hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananların adbaad siyahıları qovluğunda (əsas: kitab: xx.xx.N993-xx.xx.N993; səh.-34, sıra-N4) xx.xx.N993-xx.xx.N993-cü il tarixlərdə hərbi hissənin Tibb bölüyünə daxil olmuş yaralananların siyahısında N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.N993-cü il tarixdə kəşfiyyatda olarkən yaralanaraq, "aşağı ətrafın və sol bazunun qəlpə yarası diaqnozu ilə” tibb bölüyünə daxil edilməsi barədə məlumat vardır. Fərarilikdən qayıtmış, N969-cu il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 0N,05.N994cü il tarixli N2N №-li əmrilə (əsas: §5, səh.-N23, sıra-57; qeyd: əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) 6 MAT-a göndərilərək, qazan təminatına qoyulmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 6 MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N53 №-li əmrilə (əsas: §9, səh.-5, sıra-20; qeyd: əmrdə vəzifəsi göstərilməyib) qazan təminatından çıxarılmışdır. Fərarilikdən qayıtmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 244 №-li əmrilə (əsas: §8, səh.-N9, sıra-5; qeyd: əmrdə vəzifəsi göstərilməyib) 6 MAT-un qazan təminatına qoyulmuşdur. 25 (iyirmi beş) yaş və yuxarı yaş hədli, N969-cu il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli 26 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 36 №-li əmrilə (əsas: §N, sıra-N67; qeyd: əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Füzuli RHK-na göndərilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2084 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasına dair sübutların (əmrin),həmçinin hərbi qulluqçunun hərbi hissədəxidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından göründüyü kimi İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması, həmçinin xidməti barədə məlumat aşkar olunmamış, həmçinin o, hərbi hissəsini öbaşına tərk etmişdir. Belə ki, İddiaçı Füzuli rayonu hərbi коmissаrlığı tərəfindən N992-ci ildə hərbi хidmətə çağırılmış, döyüş zonasında hərbi хidmət keçərkən, 30 aprel N993-cü ildə döyüş tapşırığını yerinə yetirərkən aldığı yaralanmış və xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilə kimi 25N saylı hərbi qospitalda müayinə və müalicə olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananların adbaad siyahıları qovluğunda (əsas: kitab: xx.xx.N993-xx.xx.N993; səh.-34, sıra-N4) xx.xx.N993-xx.xx.N993-cü il tarixlərdə hərbi hissənin Tibb bölüyünə daxil olmuş yaralananların siyahısında N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.N993-cü il tarixdə kəşfiyyatda olarkən yaralanaraq, "aşağı ətrafın və sol bazunun qəlpə yarası diaqnozu ilə” tibb bölüyünə daxil edilməsi barədə məlumat vardır. Bundan sonra fərarilikdən qayıtmış, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N2N №-li əmrilə 6 MAT-a göndərilərək, qazan təminatına qoyulmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 6 MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N53 №-li əmrilə qazan təminatından çıxarılmışdır. Fərarilikdən qayıtmış, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 244 №-li əmrilə 6 MAT-un qazan təminatına qoyulmuşdur. 25 (iyirmi beş) yaş və yuxarı yaş hədli, N969-cu il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli 26 №-li əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N996cı il tarixli 36 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Füzuli RHK-na göndərilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 20 sentyabr N997-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, N0) verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1439/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1439/2024
08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver