Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1439/2025 18.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydinə dəyişikliyin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində Cavabdehndə 142 saylı akt qeydinə əsasən, Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.1987-ci il tarixli bildirişi və Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.1987-ci il tarixli 5051 nömrəli məktubuna əsasən qeydin ana haqqında məlumat qrafasında “X9”ndan X12 dəyişiklik edilməsi qeydinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Onun indi hal-hazırda doğum şəhadətnaməsində ata qrafasın 70da X14 və ana qrafasında X9 qeyd edilmişdir. Həmin doğum şəhadətnamə Lənkəran şəhər Qeydiyyat şöbəsi tərəfindən 06 mart 1973-cu il tarixində verilmişdir. O, həmin doğum şəhadətnaməsi ilə orta məktəbini oxuyub və orta təhsil atestasiyasını almışdır. Onun ali məktəbinidəki sənədlərində və digər sənədlərində də ana qrafasında X9 qeyd edilmişdir. Hazırda da Ədliyyə Nazirliyinin kompyuter alt sistemində də onun anası X9 qeyd edilmişdir. O, sonuncu iş yerindən çıxdıqdan sonra və yeni işə daxil olmaq üçün sənədlərini verdiyi zaman, onun doğum şəhadətnaməsi biraz yararsız və oxunması çətin olduğundan şəhadətnaməsinin yenisini almaq məqsədilə Lənkəran qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsindən ona doğum şəhadətnaməsində ana qrafasında dəyişiklik olunduğunu bildirblər. O, bunun necə və hansı əsasla edildiyini bildirəndə, Qeydiyyat şöbəsində ona bildirilib ki, xx.xx.1973-cu il tarixli doğum haqqında akt qeydində Cavabdehndə 142 saylı akt qeydinə əsasən doğum şəahətnaməsində Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.1987-ci il tarixli bildirişi və Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.1987-ci il tarixli 5051 nömrəli m ə k t u b u n a əsasən doğum akt qeydində ana haqqında məlumat qrafasında “X9”-ndan X12 dəyişiklik edilmişdir. O, buna inanmadığını bildirdi. Qeydiyyat şöbəsinə Nəsimi rayon qeydiyyat şöbəsində göndərilmiş akt və bütün sənədlərini tələb etmək məqsədilə ərizə ilə müraciət etmişdir. Lənkəran şəhər Qeydiyyat şöbəsində belə bir sənədin olmadığını, yalnız imtina məktubunu verilməsi mümkün olduğunu bildiriblər. 11 iyul 2024-cu il tarixində ona 3/16-5/8-10-765/2024 saylı məktubla akt qeydində düzəliş məhkəmə qətanaməsi ilə aparılması barədə cavab verilmişdir. O, 26 iyul 2024-cu il tarixində Bakı şəhərinə gedib Nəsimi rayon qeydiyyat şöbəsinə ərizə ilə müracət etmişdir. O, həmin sənədinin necə yarandığını, hansı əsasla və hansı məhkəmənin qərarı ilə edilməsi barədə məlumat və sənədlərin surətini tələb etmək məqsədilə ərizə təqdim etmişdir. Lakin onlar belə bir sənədin olmadığını və cavab məktubunu qısa zaman ərzində təqdim edəcəklərini şifahi olaraq bildiriblər. Qumru adının qeyd edilməsi onun yeni işə qəbul olunmasında problemlər yaradır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli mülahizəsində qeyd edilmişdir ki, İddiaçı doğumu haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cari ildə Cavabdehnə şifahi müraciəti üzrə (müraciət şifahi olduğundan dəqiq tarixi xatırlamırıq) araşdırma aparılarkən müəyyən edilmişdir ki, onun doğumu xx.xx.1973-cü ildə Cavabdehndə 142 nömrəli doğum haqqında akt qeydi ilə qeydə alınmışdır. Həmin akt qeydində İddiaçı valideynləri qrafasında atası “X14”, anası isə “X9” yazılmış və onun adına l-ЖГ seriyalı 408931 nömrəli doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Həmçinin İddiaçı doğumu haqqında akt qeydində ana haqqında məlumat qrafasında ilkin yazılmış qeydin – “X9, 1947-ci il” üzərindən üfüqi düz xətt çəkilərək “X16, xx.xx.1945-ci il”ə dəyişdirilmiş, bunun əsası kimi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.1987-ci il tarixli bildirişi və 5051 saylı məktubu göstərilməklə uşağın qəyyumluğa verildiyi üçün ana haqqında məlumat qrafasında dəyişiklik edildiyinə dair müvafiq qeyd yazılmışdır. Bununla yanaşı sözügedən dəyişikliyə uyğun olaraq akt qeydində İddiaçı 11 11.1987-ci ildə Xİİl-ЖГ seriyalı 264549 nömrəli doğum haqqında yeni şəhadətnamə verildiyi barədə də məlumat əks olunmuşdur. İddiaçı şöbədə olarkən ona qeyd olunanlar barədə məlumat verilmiş və o, bunun həqiqət olmadığını vurğulayaraq məsələnin araşdırılması üçün Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət edəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü ildə Cavabdehnə təkrar gəlmiş İddiaçı doğumu haqqında akt qeydində anası haqqında məlumatların ilkin vəziyyətə qaytarılması üçün müvafiq düzəliş olunmasından imtina edilməsi barədə rəsmi məktub verilməsini xahiş etmiş və ona həmin gün imtina məktubu təqdim edilmişdir. Qeyd olunur ki, İddiaçı onun adına xx.xx.1987-ci ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş l-ЖГ seriyalı 260091 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin kserosurəti mövcuddur. Həmin sənədin kserosurətində onun X16 tərəfindən övladlığa götürüldüyü və bunun xx.xx.1987-ci ildə Nəsimi rayon qeydiyyat şöbəsində övladlığa götürmə haqqında akt qeydləri kitabında 51 nömrə ilə müvafiq qeydiyyatın aparıldığı əks olunmuşdur. Bildirilir ki, Nəsimi rayon qeydiyyat şöbəsi üzrə 1987-ci ilə dair övladlığa götürmə haqqında akt qeydləri kitabı həmin şöbənin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmır. Lakin buna baxmayaraq İddiaçı təqdim etdiyi övladlığa götürmə haqqında şəhadətnamənin kserosurəti və onun doğumu haqqında akt qeydində yazılmış qeydlər onun xx.xx.1987-ci ildə bibisi X16 tərəfindən qəyyumluğa deyil, övladlığa götürülməsini təsdiq edir. Azərbaycan SSR-nin 1969-cu il 26 dekabr tarixli qanunu ilə təsdiq edilmiş və 1987-ci ildə də qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən övladlığa götürmənin qeydə alınması övladlığa götürmə haqqında rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərar çıxardığı yerdə vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılırdı. Qəyyumluq və himayə orqanları övladlığa götürmə haqqında rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarının surətini qeyd olunmaq üçün bir aydan gec olmayaraq vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqana göndərməyə borclu idilər. Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 196-cı maddəsinə görə isə övladlığa götürülmüş uşağa övladlığa götürənin familiyası və ya onun adı ilə ata adı verilirdisə, habelə övladlığa götürülənin adı dəyişdirilirdisə və ya övladlığa götürülənlər övladlığa götürülənin valideynləri kimi yazılırdısa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilirdisə, vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar övladlığa götürülmüş uşağın doğulması haqqında akt yazısına müvafiq dəyişikliklər edir və bu dəyişiklikləri nəzərə almaqla doğum haqqında yeni şəhadətnamə verirdilər. Həmçinin Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 25 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında Təlimat”ın 84-cü bəndinə əsasən övladlığa götürmənin qeydiyyatı övladlığa götürmə barədə aktların qeydiyyat kitabında övladlığa götürmə haqqında akt yazıları tərtib etmək yolu ilə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsində həyata keçirilirdi. Övladlığa götürməni qeyd etdirdikdən sonra övladlığa götürənlərə övladlığa götürmə barədə şəhadətnamə verilirdi. Azərbaycan SSRdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında Təlima”tın 90-cı bəndinin tələbinə uyğun olaraq əgər övladlığa götürülənin doğumu başqa yerdə qeyd olunubsa, övladlığa götürülənin doğumu haqqında akt qeydlərinə müvafiq dəyişikliklər etmək barədə övladlığa götürülənin doğumu haqqında akt qeydlərinin birinci nüsxəsinin olduğu yerdəki vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat orqanına bildiriş göndərilir, həmin orqan qeydlərdə dəyişiklik edib doğum haqqında yeni şəhadətnamə göndərirdi. Qeyd olunur ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə baxış keçirilərkən onun övladlığa götürülməsi haqqında məsələyə toxunmadığı və bu barədə hər hansı sənəd təqdim etmədiyi məlum olmuşdur. İddiaçı iddia tələbi üzrə qərar qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınması və iş üzrə müzakirənin Cavabdeh nümayəndəsi olmadan keçirilməsi xahiş olunur. Bununla yanaşı iş üzrə əhəmiyyət kəsb edən İddiaçı doğumu haqqında akt qeydinin kserosurəti təqdim edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-824/2024 saylı məktubunda qeyd olunmuşdur ki, onun doğum haqqında akt qeydi xx.xx.1973-cü il tarixdə Cavabdehndə 142 saylı aktla qeydə alınmışdır.Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.1987-ci il tarixli bildirişi və Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.1987-ci il tarixli 5051 nömrəli məktubuna əsasən doğum akt qeydində ana haqqında məlumat qrafasında “X9”-ndan “X16”-na dəyişiklik edilmişdir.Doğum haqqında şəhadətnamədə ana haqqında məlumat qrafasında “X9” kimi qeyd edilməsi mümkün deyildir. Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində qeydiyyatdadır. xx.xx.1973-cü il tarixli, 408931 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Lənkəran şəhərində anadan olmuş, X6, anası X7r. Ədliyyə Nazirliyi Baki Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.1987-ci il tarixli bildirişin və xx.xx.1987-ci il tarixli 5051 nömrəli məktubun, həmçinin məktubun tərtib olunmasına əsas olan məlumat və sənədlərin təsdiq edilmiş surətini istənilməsinə dair müraciətinizə baxılmışdır. Bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12 fevral 2016-cı il tarixli № 2-N “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”ın təsdiq edilməsi barədə kollegiya qərarına əsasən Qeydiyyat şöbələri ilə yazışmalar 5 il, qeydiyyat şöbələrindən göndərilən və ya qeydiyyat şöbələrindən daxil olan bildirişlər 2-3 il saxlanılır. Bununla bağlı bildiririk ki, Nəsimi rayon qeydiyyat şöbəsində qeyd edilən məktub və bildiriş saxlanılmayıb. xx.xx.1973-cü il tarixli, 142 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. X6, anası Əliyeva X3 kimi qeyd edilmişdir. Və akt qeydinin surətindən müəyyən olunur ki, Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.1987-ci il tarixli bildirişi və Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.1987-ci il tarixli 5051 nömrəli məktubuna əsasən həmin doğum akt qeydində ana haqqında məlumat qrafasında “X9”-ndan “X16”-na dəyişiklik edilmişdir. Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanası X21 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1972-ci il tarixdə Lənkəran rayonunda anadan olan Əliyev X11 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, xx-xx/2831 nömrəli arayışında qeyd edilmişdir ki, X1 şəhəri, Kələntərlıl ev 42, ünvanında qeydiyyatdadır və adları qeyd edilən ailə üzvləri vardır. Həyat yoldaşı - X14 (vəfat edib), oğlu - X17 xx.xx.1969-cu il təvəllüdlü, oğlu - İddiaçı xx.xx.1972-ci il təvəllüdlü, oğlu - X20 xx.xx.1974-cü il təvəllüdlüdür. xx.xx.2022-ci il tarixli, 3924 nömrəli arayışda qeyd edilmişdir ki, X14 xx.xx.1985-ci ildə ölmüşdür. xx.xx.2007-ci il tarixli, AZ-İ№ 237907 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X18 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Nəsimi rayon XDS İK-nin (indiki Nəsimi RİH) arxiv fondu üzrə xx.xx.1987-ci il tarixli, 19/3 saylı qərarınının təsdiq edilmiş ksero surəti 1 vərəqdən ibarət məhkəməyə göndərilir. Nəsimi rayon XDS İK-nin xx.xx.1987-ci il tarixli, 19/3 saylı qərarının surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı və xx.xx.1974-cü il təvəllüdlü X5 Qumru Qulam qızına övladlığa verilmişdir.Və həmin qərardan müəyyən olunur ki, anaları X9 uşaqların övladlığa verilməsinə razı olmuş və akt qeydində ana qrafasında X16 qeyd olunması göstərilmişdir. xx.xx.1974-cü il tarixli, 933 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X20 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. X6, anası Əliyeva X2r. Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-12198/24 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı doğumu xx.xx.1973-cü ildə Cavabdehndə 142 nömrəli doğum haqqında akt qeydi ilə qeydə alınmışdır. Həmin akt qeydində İddiaçı valideynləri qrafasında atası “X14”, anası isə “X9” yazılmış, daha sonra isə Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.1987-ci il tarixli bildirişi və 5051 saylı məktubu göstərilməklə ana haqqında məlumat qrafasında ilkin yazılmış qeydin üzərindən üfüqi düz xətt çəkilərək məlumatlar “X16, xx.xx.1945- ci il”ə dəyişdirilmişdir. Həmçinin sözügedən dəyişikliyə uyğun olaraq akt qeydində İddiaçı xx.xx.1987-ci ildə Xİİl-ЖГ seriyalı 264549 nömrəli doğum haqqında yeni şəhadətnamə verildiyi barədə də məlumat əks olunmuşdur. Qeyd edirik ki, 1987-ci ildə qüvvədə olmuş “VVAQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən siyahfya əsasən övladlığa götürməklə əlaqədar akt qeydi kitablarında dəyişikliklər etmək haqqında xəbərdarlıqların (bildirişlərin) saxlanma müddəti 2 (iki) il idi. Bildirir ki, 1987-ci ildə də qüvvədə olmuş Azərbaycan SSR-in 1969-cu il 26 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 138-ci, 139-cu və 142-ci maddələrinə əsasən qəyyumluq və himayəçilik valideynlərin ölməsi, valideynlik hüquqlarından məhrum edilməsi, valideynlərin xəstələnməsi və digər səbəblər üzündən valideyn himayəsindən məhrum olan yetkinlik yaşına çatmayan uşaqların tərbiyəsi üçün, habelə bu uşaqların şəxsi və əmlak hüquqları və mənafeyinin müdafiəsi üçün müəyyən edilirdi. Qəyyumluq on beş yaşına çatmamış uşaqlar üzərində müəyyən edilirdi. Qəyyumluq və himayəçiliq orqanları rayon, şəhər, şəhərdə rayon, qəsəbə və kənd xalq deputatları Sovetinin icraiyyə komitələridir. Qəyyumluq və himayəçilik qəyyumluğa və ya himayəçiliyə götürülmüş şəxsin yaşadığı yerdə, yaxud da qəyyumun yaşadığı yerdə rayon, şəhər, şəhərdə rayon, qəsəbə və kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinin qərarı ilə müəyyən edilirdi. Həmin Məcəllənin 194-cü və 196-cı maddələrinə əsasən övladlığa götürmənin qeydə alınması övladlığa götürmə haqqında rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərar çıxardığı yerdə vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılırdı. Qəyyumluq və himayə orqanları övladlığa götürmə haqqında rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarının surətini qeyd olunmaq üçün bir aydan gec olmayaraq vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqana göndərməyə borclu idilər. Övladlığa götürülmüş uşağa övladlığa götürənin familiyası və ya onun adı ilə ata adı verilirdisə, habelə övladlığa götürülənin adı dəyişdirilirdisə və ya övladlığa götürülənlər övladlığa götürülənin valideynləri kimi yazılırdısa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilirdisə, vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar tərəfindən övladlığa götürülmüş uşağın doğulması haqqında akt yazısına müvafiq dəyişikliklər edir və bu dəyişiklikləri nəzərə almaqla doğum haqqında yeni şəhadətnamə verilirdi. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarından göründüyü kimi şəxs qəyyumluğa verildikdə onun doğumu haqqında akt qeydində bu barədə hər hansı qeydiyyatın aparılması nəzərdə tutulmurdu. Yalnız şəxs övladlığa götürüldükdə vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan tərəfindən övladlığa götürmə dövlət qeydiyyatına alınmalı, bu barədə və doğum haqqında yeni şəhadətnamə şəhadətnamə verilirdi. Eyni zamanda qeyd edir ki, Nəsimi rayon qeydiyyat şöbəsi üzrə 1987-ci ilə dair övladlığa götürmə haqqında akt qeydləri kitabı həmin şöbədə və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində aşkar edilmədiyindən məsələyə dair münasibət bildirilməsi imkan xaricindədir. Həmçinin bildirilir ki, qeydiyyat orqanlarında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair verilən ilkin şəhadətnamələrin surətləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. Şəxsi Heyət Baş İdarəsinin Şəxsi Heyətin İnformasiya Sistemi İdarəsinin xx.xx.2024-cü il tarixli, 14/6494 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi” nə əsasən mayor İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Ordusunda müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2006-cı il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin sərəncamına keçirilmişdir. Tətbiq edilən hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 351-ci maddəsinə əsasən, uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin: 67.7. Uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz. 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqnları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın Preambulasına əsasən, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Məhkəmə iş materiallarından müəyyən edir ki, xx.xx.1973-cü il tarixli, 142 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. X6, anası X9 olmuşdur. Daha sonra Nəsimi rayon XDS İK-nin xx.xx.1987-ci il tarixli, 19/3 saylı qərarının surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı və xx.xx.1974-cü il təvəllüdlü X5 Qumru Qulam qızına övladlığa verilmişdir. Və Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.1987-ci il tarixli bildirişi və xx.xx.1987-ci il tarixli 5051 nömrəli məktubuna əsasən həmin doğum akt qeydində ana haqqında məlumat qrafasında “X9”-ndan “X16”-na dəyişiklik edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına istinadən məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki ana qrafasında “X9” adının “X16” adı ilə dəyişdirilməsinə dair heç bir mötəbər sübut təqdim edilməçişdir. Belə ki, iddiaçının övladlığa verilməsi ilə bağlı məsələ mülki prosessual qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisələndirilməmiş və ləğv edilməmişdir. Belə olan halda Ailə Məcəlləsinin və həmin akt qeydində dəyişiklik etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 3 və 4cü bəndlərində qeyd olunan əsaslar müəyyən edilmədiyindən cavabdehin imtinası qanuni hesab edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının övladlığa götürülmənin ləğv edilməsi haqqında ərizə ilə ümumi məhkəməyə (rayon və ya şəhər) müraciət etmək hüququ vardır. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən İddiaçı Cavabdehnə qarşı “xx.xx.1973-cü il tarixli doğum haqqında akt qeydində Cavabdehndə 142 saylı akt qeydinə əsasən, Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.1987-ci il tarixli bildirişi və Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.1987-ci il tarixli 5051 nömrəli məktubuna əsasən akt qeydinə ana haqqında məlumat qrafasında “X9”ndan X12 dəyişiklik edilməsi qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova