Məhkəmə qərarları › İş №2-1(120)-144/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-144/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-144/2020 10.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (ünvan 3-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı Cavabdeh1 və Cavabdeh2 tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Lənkəran şəhəri, A.Məmmədli küçəsində yerləşən 13 saylı fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Lənkəran şəhəri, A.Məmmədli küçəsində yerləşən 13 saylı fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Lənkəran şəhəri, A.Məmmədli küçəsində yerləşən 13 saylı fərdi yaşayış evini 2004-ci ildə Cavabdeh1 alqı-satqı yolu ilə almışdır. Həmin vaxtdan da qeyd olunan fərdi yaşayış evini alarkən evin köhnə sahibi Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evində qeydiyyatda olmuşlar. Onların qeydiyyatı formal xarakter daşıyır. Lənkəran şəhəri, A.Məmmədli küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyrstrindən onun adına qeydə alınmışdır. Həmin şəxslərin mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmalarına dair Lənkəran şəhərrayon Polis şöbəsinə ərizə ilə müraciət etsə də Lənkəran şəhər-rayon Polis şöbəsi göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasına imtina edərək, bu barədə mülki iddia qaydasında məhkəməyə müraciət etməyi barədə məktubla cavab vermişdir. Buna görə də ilk olaraq istifadə hüququna dair xitam verilməsi tələbinə dair Lənkəran rayon Məhkəməsində iddia qaldırmış və Lənkəran rayon Məhkəməsinin 11.07.2019-cu il tarixli, 2(049)-1741/2019 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Lənkəran şəhəri, A.Məmmədli küçəsində yerləşən 13-də 0,053 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul etmişdir. Bundan sonra yenidən həmin qətnamə ilə birlikdə cavabdehlərin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmalarına dair Lənkəran şəhər-rayon Polis şöbəsinə ərizə ilə müraciət etsə də polis şöbəsi göstərilən şəxsləri qeydiyyatdan çıxarılmasına imtina etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə1 iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 20.04.1972-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, ünvan 3-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 12.03.2013-cü il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Lənkəran rayon Məhkəməsinin 11.07.2019-cu il tarixli, 2(049)-1741/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 3-da 0.053 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmişdir. İşdə olan Lənkəran şəhər-rayon Polis şöbəsinin İddiaçı ünvanladığı 04.10.2019-cu il tarixli, 154-28672H-1219 nömrəli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbində mülki sahibinin ərizəsinə əsasən vətəndaşları, yəni qeyd etdiyi şəxsləri yaşayış yeri üzrə qeydiyyatdan çıxartmaq nəzərdə tutulmamışdır. Bu səbəbdən mülkiyyətində yaşayış yeri üzrə daimi qeydiyyatda olan şəxsləri ərizəsinə əsasən qeydiyyatdan çıxartmaq mümkün deyildir. İşdə olan Lənkəran rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli, 2(049)-1741/2019 nömrəli məktubunda qeyd edilmişdir ki, iddaiçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti daxil olmamış və qətnamə 14.08.2019-cu il tarixdən qanuni qüvvəyə minmişdir. İşdə olan Lənkəran şəhər-rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı 16.12.2019-cu il tarixli, 154-18344-1219 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 31.03.2007-ci il tarixlərdə ilk dəfə şəxsiyyət vəsiqələri alaraq ünvan 3 ünvanına qeydiyyata alınmışlar və qeydiyyata alınmalarına əsas verən sənədlər saxlama müddətləri bitdiyi üçün məhv edildiklərindən təqdim olunması mümkün deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Lənkəran şəhər-rayon Polis şöbəsinə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 3-də qeydiyyatda olan üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, Lənkəran rayon Məhkəməsinin 11.07.2019-cu il tarixli, 2(049)- 1741/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 3-da 0.053 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verildiyindən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin qətnamə üçüncü şəxslərin qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə, həmçinin qeyd edir ki, iş üzrə üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia tələbi təmin edilməli, üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Lənkəran şəhəri, A.Məmmədli küçəsində yerləşən 13 saylı fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları öhdəliyi Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Lənkəran şəhəri, A.Məmmədli küçəsində yerləşən 13 saylı fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları öhdəliyi Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar