Məhkəmə qərarları › İş №2-1(120)-1441/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1441/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1441/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X16, üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan şəhəri V.İsmayılov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və köməkçi tikililərlə birlikdə 11 saylı yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı Beyləqan şəhəri V.İsmayılov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və köməkçi tikililərlə birlikdə 11 saylı yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC BOKT və "xxxx" MMC iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Bank olmayan kredit təşkilatının "xxxx" MMC-yə qarşı 65.885 manat 61 qəpik məbləğində borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair iddiaya X50 Məhkəməsində baxılmış və məhkəmənin 02 dekabr 2009-cu il tarixli qiyabi icraat qaydasında baxdığı qiyabi qətnaməsinə əsasən iddia təmin olımmuşdur. Yəni aşağıda adları qeyd edilmiş şəxslərin əmlakları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının xeyrinə yüklü edilmiş və qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışlarla onun mülkiyyətinə verilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə əsasən “Lider Kredit İttifaqı" MMC- yə 12 ay müddətinə 16 faizlə 45.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi, xx.xx.2008-ci il tarixli 3/1 ipoteka müqaviləsinə əsasən aşağıda adları qeyd edilmiş şəxslərin əmlakları "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə yüklü edilmiş və qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışlarla onun mülkiyyətinə verilmişdir. İddiaçı məxsus olan xx.xx.2008-ci tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsi ünvanında yerləşən Çıxarış- MH N-0003450, Qeydiyyat Nömrəsi **********, Reyestr N-**********52-10301, 0.06 ha torpaq sahəsində yerləşən 23 iyun 2008-ci il tarixində daşınmaz əmlakın qiymətləndirmə aktına əsasən 15.000 manat dəyərində qiymətləndirilmiş 1 mərtəbəli, 3 otaqlı, 35.34 kv.m yaşayış. 59.02 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi 20.07..2008-ci il tarixində 12 ay müddətinə "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə yüklü edilmiş və qeydiyyat tarixi xx.xx.2011- ci il tarixində ******* saylı çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. "xxxx" MMC Bank olmayan kredit təşkilatının "xxxx" MMC-və qarşı 65.885 manat 61 qəpik məbləğində borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair iddiaya X50 Məhkəməsində baxılmış və məhkəmənin 02 dekabr 2009-cu il tarixli qiyabi icraat qaydasında baxdığı qiyabi qətnaməsinə əsasən iddia təmin olunmuşdur,yəni mənim "xxxx" MMC-dən 10.000 manat kredit götürdüyümə görə borc məbləğinin ödənilməsi İcraçı kredit Agentliyinin xeyrinə yüklü edilmiş, mənim və ailə üzvlərimin Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsi ünvanında yerləşən 11 nömrəli fərdi yaşayış evinə yönəldilmişdir. X50 Məhkəməsinin 02 dekabr 2009-cu il tarixli qiyabi icraat qaydasında baxdığı qətnaməsinə əsasən Qeydiyyat nömrəsi **********2, Reyestr N- **********46. Qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli Seriya MH N-0003219 saylı çıxarışla mülkiyyətində olan 2 otaqlı, 36.34 kv.m yaşayış, 38.21 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 21.07..2008-ci il tarixində 12 ay müddətinə "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə yüklü edilmiş və qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətinə verilmişdir. X33 məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadına əsasən X50 Məhkəməsinin xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə olan ərizə qanunla müəyyən edilmiş prosessual müddət buraxıldığından təmin olunmamış və şikayəti işlə birlikdə baxılıması üçün Şirvan Apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadına əsasən şikayəti təmin olunmadığından qərardadan kassasiya şikayəti verdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cıı il tarixli qərarı ilə mənim kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı kassasiya şikayətini verən şəxslərə aid olan hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cii il tarixli qərardadı ilə X33 Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması X33 Məhkəməsinə göndərilmişdir. X33 Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə xx.xx.2009-cu il tarixli 2(86)-1048/2009 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və işə baxılması xx.xx.2014-cü il tarixə təyin edilmişdir.X33 Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyatı üzrə Beyləqan rayon məhkəməsinə göndərilmişdir. Halbuki yüklü edilmiş bütün əmlaklar artıq 2011 -ci ilin iyun ayının 30-dan "xxxx" MMC Bank olmayan kredit təşkilatının mülkiyyətində idi. Həmin qiyabi qətnamənin ləğvindən sonra Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin hərracın yekunları barədə olan 16 may 2011 -ci il tarixli N- 53/05 protokolun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə olan 16 may 2011-ci il tarixli müqavilənin heç bir hüquqi qüvvəsi olmadığından Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin hərracın yekunları barədə olan 16 may 2011 -ci il tarixli N-53/05 protokolun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə olan 16 may 2011-ci il tarixli müqavilənin etibasız hesab edilməsi tələbinə dair iddia ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etdim. Nərimanov rayon məhkəməsinin 21 avqust 2015-ci il tarixli,2(005)-3581/2015 saylı qətnaməsinə əsasən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin hərracın yekunları barədə olan 16 may 2011-ci il tarixli N-53/05 protokolunun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə olan 16 may 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmuşdur. Nərimanov rayon məhkəməsinin 21 avqust 2015-ci il tarixli,2(005)-3575/2015 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri mümkün hesab edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2015-ci il tarixli qəİş N-2( 103)- 8572/2015 saylı qəradadına əsasən mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsi ünvanında yerləşən 11 nömrəli fərdi yaşayış evi "xxxx" MMC Bank olmayan Kredit təşkilatının mülkiyyətinə verilməsinə dair xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair iddia qaldırdı. Beyləqan rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, iş nömrə 2(020)- 368/2021 saylı qətnaməsinə əsasən 30 iyun 2011-ci il tarixli çıxarışın ləğv edilməsi qət edildi.Bundan sonra adına qeydiyyat tarixi reyestr nömrəsi **********52-10301, Qeydiyyat nömrəsi **********,Qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Buna görə də mən iddia qaldırıaraq "xxxx" MMC Bank olmayan kredit təşkilatının xeyrinə yüklü edilmiş və Beyləqan şəhəri V.İsmayılov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və köməkçi tikililərlə birlikdə 11 saylı yaşayış evinin yüklülükdən azad edilməsini istəyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.1-48.1.5-ci maddələrinin tələblərinə görə tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda ipoteka müqaviləsinə xitam verilir.İpoteka müqaviləsinə ipotekaya qoyulmuş əmlaklar satıldığından və həmin əmlaklar iddiaçının mülkiyyətinə keçdiyindən ipoteka müqaviləsinə artıq xitam verilmiş sayılır. Torpaq sahəsinin yüklülükdən azad edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsiniə etdiyi müraciətə əsasən onların kömək etmək səlahiyyətlərinin olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək təklif olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, iş N-2- 2(121)-96/2021 saylı qərardadına əsasən İddiaçı "xxxx" MMC Bank olmayan kredit təşkilatının cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərək etirazda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsaslar göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309-cu maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-cü maddələrinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla qeydiyyatı aparılır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina ədilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9, 15 və 20-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Beyləqan şəhəri, V.İsmayılov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və köməkçi tikililərlə birlikdə 11 saylı yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia təiəbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. Qeyd olunanlara əsasən hesab edirlər ki, mübahisələndirilən sərəncam qanunidir, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs "xxxx" MMC BOKT iddiaya qarşı etiraz verərək etirazda qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA MMC) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə əsasən cavabdehə Azərbaycan Hökumətinin vəsaiti hesabına 45.000,00 (qırx beş min) manat və xx.xx.2008-ci il tarixli 4 saylı kredit müqaviləsinə əsasən cavabdehə 33.000,00 (otuz üç min) manat məbləğində qısa müddətli kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə "xxxx" MMC onunla bağlanmış xx.xx.2008-ci il tarixli 3 saylı kredit müqaviləsinin şərtlərinə əsasən X8 məxsus olan xx.xx.2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 63.01 kv.m yaşayış, 61.79 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evini, X6 məxsus olan xx.xx.2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.2 kv.m yaşayış, 42.5 kv.m. köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evini, X11 məxsus olan xx.xx.2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 4i ünvanda yerləşən 0.38 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 56 kv.m yaşayış, 60.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evini, X22 məxsus olan xx.xx.2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 4i ünvanda yerləşən 0.19 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.8 kv.m yaşayış, 30.96 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evini, X24 məxsus olan xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 5i ünvanında yerləşən 7.703001 ha kənd təsərrüfatı təyinatlı torpaqları, X27 məxsus olan xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 6i ünvanında yerləşən 0.3187 ha kənd təsərrüfatı təyinatlı torpaqları, X27 məxsus olan xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 6i ünvanında yerləşən 1.215984 ha kənd təsərrüfatı təyinatlı torpaqları, X28 məxsus olan xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 6i ünvanında yerləşən 0.735292 ha kənd təsərrüfatı təyinatlı torpaqları, X28 məxsus olan xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 6i ünvanında yerləşən 0.885745 ha kənd təsərrüfatı təyinatlı torpaqları, X28 məxsus olan xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 6i ünvanında yerləşən 0.425 ha kənd təsərrüfatı təyinatlı torpaqları həmçinin, xx.xx.2008-ci il tarixli 4 saylı kredit müqaviləsinin şərtlərinə əsasən X38 məxsus olan xx.xx.2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 7i ünvanda yerləşən 0.37 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72 kv.m yaşayış, 86.12 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evini, X12 məxsus olan xx.xx.2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Beyləqan şəhəri, SMD-4 qəsəbəsi ünvanda 0.0126 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 74.55 kv.m ümumi, 36.34 kv.m yaşayış sahədən ibarət 2 otaqlı mənzili, X31 məxsus olan xx.xx.2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 9i ünvanda yerləşən 0.17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.72 kv.m yaşayış, 39.73 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evini, İddiaçı məxsus olan xx.xx.2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsi ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 35.34 kv.m yaşayış, 59.02 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evini, X17 məxsus olan xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 10i ünvanında yerləşən 6.5394 ha kənd təsərrüfatı təyinatlı torpaqları, X13 məxsus olan xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 11i ünvanında yerləşən 1.3719 ha kənd təsərrüfatı təyinatlı torpaqları İKA-nın xeyrinə xx.xx.2008-ci il tarixli 3/1, 3/2 saylı və xx.xx.2008-ci il tarixli 4/1, 4/2, 4/3, 4/4, 4/5, 4/6 saylı ipoteka müqavilələri üzrə ipotekaya qoymuşdur. İpotekalar Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC ilə bağlanmış kredit müqaviləsinin 5.2. maddəsinə əsasən borcalan öz üzvləri ilə (sub-borcalanlar) tərəfindən kreditlərin qaytarılmasından aıslı olmayaraq kredit verən qarşısında alınmış kredit və ona hesablanmış faiz borcunun vaxtında qaytarılmasına görə girov (ipoteka) ilə məsuliyyət daşıyır. Həmin müqavilənin 5.3. maddəsinə əsasən müqavilənin şərtləri borcalan tərəfindən pozularsa kredit verən müqavilənin vaxtından əvvəl xitam olunmasını, borcalanm istifadə etdiyi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasım və həmin öhdəliyin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. xx.xx.2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən son ödəniş tarixinə cəmi 45.000,00 (qırx beş min) manat əsas, 6.703,15 (altı min yeddi yüz sıfır üç manat on beş qəpik) manat faiz borcu ödənilməli olduğu halda, həmin tarixə cəmi 8.176,11 (səkkiz min bir yüz yetmiş altı manat on bir qəpik) manat əsas, 6.703,15 (altı min yeddi yüz sıfır üç manat on beş qəpik) manat faiz borcu ödənilmişdir. Həmçinin, xx.xx.2008-ci il tarixli 4 saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən son ödəniş tarixinə cəmi 33.000,00 (otuz üç min) manat əsas, 4.974,82 (dörd min doqquz yüz yetmiş dörd manat səksən iki qəpik) manat faiz borcu ödənilməli olduğu halda, həmin tarixə cəmi 0,00 (sıfır) manat əsas, 0,00 (sıfır) manat faiz borcu ödənilmişdir. Bununlada cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Qeyd olunan səbəblərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı ipoteka hesabına borcun qaytarılması tələbi ilə bağlı məhkəmə qətnaməsinin verilməsinə dair iddia ərizəsi ilə X50 Məhkəməsinə müraciət etmişdir. X50 Məhkəməsinin 2(86)-1048/2009 saylı 02 dekabr 2009-cu il tarixli qiyabi qətnaməsinə əsasən (hakim E. Əmir əliyev), iddiaçı "xxxx" MMCnin "xxxx" MMC BOKT-a olan kredit borcunun cavabdeh ilə bağlanmış kredit müqavilələrinin təminatı olaraq adları göstərilən şəxslərlə bağlanmış ipoteka müqavilələrinə əsasən, tələbin girov qoyulmuş əmlaklara yönəldilməsi və borc məbləğinin həmin əmlaklar hesabına ödənilməsi barədə İKA MMC-nin iddiası tam təmin edilmiş və son nəticədə əmlaklar İKA MMC-nin mülkiyyətinə keçmişdir. Qətnamənin qəbul olunmasından kifayət qədər uzun müddət keçməsinə baxmayaraq İddiaçı və bəzi girovqoyanlar dəfələrlə onlara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarının keçirilməsindən onların məlumatları olmadığını iddia edərək məhkəmənin çıxardığı qiyabi qətnamənin ləğv edilməsi ilə bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, ancaq qanunla müəyyən olunmuş müddət buraxıldığından ərizə təmin olunmamışdır. Son nəticədə Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsi ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 35.34 kv.m yaşayış, 59.02 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Adı çəkilən ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə keçsə də "xxxx" MMC-nin İKA MMC-yə olan kredit borcu ödənilmədiyindən ipoteka yüklülüyündən azad edilməmişdur. Hazırda, İddiaçı mülkiyyətində olan sözü gedən əmlaka aid borc 10.710,0 (on min yeddi yüz on) manat təşkil edir. Qeyd olunanlara əsasən hesab edirlər ki, mübahisələndirilən sərəncam qanunidir, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X29 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X18 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh və iddiaçının ünvanı, həmçinin daşınmaz əmlak Beyləqan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə inzibati orqana eyni məzmunlu tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 14 ünvanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 16 ünvanında yerləşən **********52-10301 reyestr nömrəli fərdi yaşayış evinin yüklülükdən azad edilməsi barədə daxil olmuş müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi.müraciətinizdə göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ipoteka saxlayana və ya müvafiq məhkəmə instansiyasına müraciət olunması tövsiyə olunur. Beyləqan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-368/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Beyləqan şəhəri V.İsmayılov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və köməkçi tikililərlə, birlikdə 11 saylı yaşayış evinin öz adına sənədləşdirməsi üçün "xxxx" MMC Bank olmayan kredit təşkilatının adına olan çıxarışın ləğv edilməsi və adına olan əvvəlki çıxarışın bərpa olunması tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilərək "xxxx" MMC Bank olmayan kredit təşkilatının adına olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarış ləğv edilmiş və iddiaçı X4 adına olan əvvəlki çıxarışın bərpa olunması qət edilmişdir. X50 Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(86)-1048/2009 nömrəli Qiyabi Qətnaməsindən görünür ki, iddiaşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı 65.885 manat 61 qəpik məbləğində borcun ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbi təmin edilərək "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin xx.xx.2008-ci il tarixli 3/1,3/2 saylı və xx.xx.2008-ci il tarixli 4/1,4/2,4/3,4/4,4/5,4/6 saylı ipoteka müqavilələrinə əsasən grov qoyuomuş əmlakları və cavbdehin digər əmlakları üzərinə həbs qoyulsun. Cavabdehin «İcraçı Kredit Aqentliyi» Məhdud Məhsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan cəmi 60.263 (altmış min iki yüz altmış üç) manat 76 (yetmiş altı) qəpik manat əsas borcunu və ona hesablanmış cəmi 4.699 (dörd min altı yüz doxsan doqquz) manat 29 (iyirmi doqquz qəpik faiz borcu və 922 (doqquz yüz iyirmi iki) manat 56 (əlli altı qəc məbləğində cəriməni, xx.xx.2008-ci il tarixli 3/1,3/2 saylı və 09.07.23CS-C tarixli 4/1,4/2,4/3,4/4,4/5,4/6 saylı ipoteka müqavilələri üzrə girov qoyj muş X14 məxsus olan Beyləqan şəhəri A.Cavadov küçəsi 13-də yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 63.01 kv.m yaşayış, 61.79 kv.m köməkçi sahədən oarət fərdi yaşayış evinə, X5 məxsus oian Beyləqan şəhəri, Şəhriyari küçəsi 19-da yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 43.2 kv.m yaşayış, 42.5 köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X9 məxsus olan ünvan 4ində yerləşən 0.38 ha torpaq sahəsində yerləşən 1 mərtəbəlU2notaqlı, J56 kv.m yaşayış, 60.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi nə, X19 məxsus olan Beyləqan rayon*/, Eyvazalılar kəndində yerləşən 0.19 ha torpağ sahəsində yerləşən 1 mərtəbəli, 2 otqlı, 46.8 kv.m^şayış, 30/Sf6? k/mj/köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X24 məxsus oıan Deyıəqan rayonu, Yuxarı Çəmənii kəndində yerləşən 7.703001 ha kənd təsərrüfatı təyinatı torpağına, X27 məxsus olan ünvan 6ində yerləşən 0.3187 ha kənd təsərrüfatı təyinatlı torpağına, X27 məxsus olan ünvan 6ində yerləşən 1.215934 ha kənd təsərrüfatı təyinatlı torpağına, X25 məxsus olan ünvan 6ində yerləşən 0.735292 ha kənd təsərrüfatı təyinatlı torpağına, X28 məxsus olan ünvan 6ində yerləşən 0.885745 ha kənd təsərrüfatı təyinatlı torpağına, X28 məxsus olan Beyləqan raynu, Tatallar kəndində yerləşən 0.425 ha kənd təsərrüfatı təyinatlı torpağına, X36 məxsus olan ünvan 4ində yerləşən 0.37 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72 kv.m yaşayış, 86.12 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə, X10 məxsus olan Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən 0.0126 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 74.55 kv.m ümumi, 36.34 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzilə, X30 məxsus olan ünvan 6ində yerləşən 0.17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.72 kv.m yaşayış, 39.73 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, İddiaçı məxsus olan ünvan 16, 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 35.34 kv.m yaşayış, 59.02 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə,X17 məxsus olan ünvan 10ində yerləşən 6.5394 ha kənd təsərrüfatı təyinatlı torpağına, X13 məxsus olan Beyləqan rayonu, Bünyadalı kəndində yerləşən 1.3719 ha kənd təsərrüfatı təyinatlı torpağına yönəldərək borc məbləğinin həmin əmlaklar hesabına «İcraçı Kredit Aqentliyi» Məhdud Məhsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 14 ünvanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun və “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri qaydasında, Azərbaycan Respublikası X50 Məhkəməsinin 2(86)-1048/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinin, Beyləqan rayon İcra Qrupunun 73/10,09 saylı, xx.xx.2011-ci il tarixli sifariş məktubunun və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatının 575 saylı, xx.xx.2011-ci il tarixli məktubunun əsasında bağlanmışdır. Hərrac təşkilatçısı: "xxxx" MMC-nin direktoru X15 və Tələbkar (Alıcı): "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatı, Baş direktor X37 arasında aşağıda göstərilən (fərdi yaşayış evi) əmlak barədə alqı-satqı Müqaviləsi bağlanmışdır: Satıcı" aşağıda qeyd olunan fərdi yaşayış evini "Alıcı"nın tam mülkiyyətinə verməyi, "Alıcı" isə fərdi yaşayış evini qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Hərrac təşkilatının Hərracın Yekunları barədə xx.xx.2011-ci il tarixli, 53/05 nömrəli protokolundan görünür ki, İddiaçı məxsus Beyləqan şəhəri V.İsmayılov küçəsində yerləşən 11 saylı fərdi yaşayış evi 956 manat 50 qəpiyə «İcraçı Kredit Aqentliyi» Məhdud Məhsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına satılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-3581/2015 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbi təmin edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə” 53/05 nömrəli, 16 may 2011ci il tarixli protokolu etibarsız hesab edilərək "xxxx" MMC ilə "xxxx" Bank olmayan Kredit Təşikalatı arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” 16 may 2011ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. 09 iyul 2008-ci il tarixli, 4/4 nömrəli İpoteka müqaviləsindən görünür ki, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı, onun Baş X1 şəxsində (bundan sonra “İpoteka saxlayan” adlanacaq) bir tərəfdən və Beyləqan şəhəri Kolxoszroy qəsəbəsi ünvanda yaşayan vətəndaş İddiaçı öz adından çıxış edərək (bundan sonra “İpoteka verən” adlanacaq) digər tərəfdən, 09 iyul 2008-ci il tarixli 4 №-li Kredit müqaviləsi üzrə "Borcalanın” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (ünvan: Bevləqan rayonu G.Əsədov 20) onun İdarə X2 Mehdiyev şəxsində iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında 09 iyul 2008-ci il tarixdə bağlanmış 4 №-li Kredit müqaviləsinə əsasən (bundan sonra «Əsas müqavilə» adlanacaq) Kredit verən, yəni bu müqavilə ilə İpoteka saxlayan, Əsas müqavilə üzrə Borcalana 33.000,00 (otuz üç min) manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə açılmış kredit xəttinin qısa təsnifatı: Müddəti: 12 (on iki) ay Məbləği: 33.000,00 (otuz üç min) manat İllik faiz məzənnəsi: 16.6 (on altı tam onda altı) faiz Cərimə faizləri: Kredit faizinin iki misli 09 iyul 2008-ci il tarixli 4 №-li Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı xx.xx.2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsi ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 35.34 kv.m yaşayış, 59.02 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evini ipoteka ilə yükləməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsində yerləşən 11 saylı fərdi yaşayış evi, 0.06 ha torpaq sahəsi və köməkçi tikililərlə birlikdə yüklü edən şəxs İddiaçı, xeyrinə hüquq yüklü edilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı yüklü (ipoteka) edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin hüquqi ünvanı AZ1200, Beyləqan şəhəri, G.Əsədov küçəsi, ev 20, rəhbəri X20r. Hazırda cəmiyyətin fəaliyyəti aktivdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki,sub-borcalan/ipoteka qoyan İddiaçı xx.xx.2008-ci il tarixli, 4 nömrəli kredit müqaviləsi üzrə 9562 manat 50 qəpik əsas borcu, 478 manat 13 qəpik faiz borcu, 669 manat 38 qəpik cərimə borcu olmaqla, ümumilikdə 10.710.00 manat borcu vardır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1- ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3- cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4- cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1- ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; Həmin Qanunun 20.4-cü maddəsində qeyd olunur ki, ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 89-cu maddəsinin 5-ci bəndinə əsasən, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 271. Girov qoyan (ipoteka qoyan) 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 271.2. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Həmin Məcəllənin 294.1.1-ci maddəsinə görə, girovla təmin edilmiş öhdəliyə xitam verilməsi girova xitam verilməsi üçün əsaslardan biridir. "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1- ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər; 7.2- ci maddəsinə əsasən, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir; 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verilməsi ipotekaya xitam verilməsi üçün əsaslardan biridir; 48.2-ci maddəsində əsasən, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır; 50-ci maddəsinə əsasən, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin ölçüləri və müvafiq kateqoriyalı torpaqların təyinatı nəzərə alınmaqla onun müstəqil sahə kimi istifadə edilə bilməyən bir hissəsinin ipotekasına yol verilmir. Torpaq sahəsinin bir hissəsi ipoteka qoyulduqda, həmin hissənin sərhədləri ipoteka qoyulmazdan əvvəl müəyyən edilməlidir. İşin faktiki hallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı, bir tərəfdən İddiaçı (bundan sonra “İpoteka verən” adlanacaq) digər tərəfdən, 09 iyul 2008-ci il tarixli 4 №-li Kredit müqaviləsi üzrə "Borcalan” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında 09 iyul 2008-ci il tarixli, 4/4 nömrəli İpoteka müqaviləsi şəxsən imza edərək bağlanmışlar. Və 09 iyul 2008-ci il tarixdə bağlanmış 4 №li Kredit müqaviləsindən müəyyən olunur ki, (bundan sonra «Əsas müqavilə» adlanacaq) Kredit verən, yəni bu müqavilə ilə İpoteka saxlayan, Əsas müqavilə üzrə Borcalana 33.000,00 (otuz üç min) manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə açılmış kredit xəttinin qısa təsnifatı: Müddəti: 12 (on iki) ay Məbləği: 33.000,00 (otuz üç min) manat İllik faiz məzənnəsi: 16.6 (on altı tam onda altı) faiz Cərimə faizləri: Kredit faizinin iki misli 09 iyul 2008-ci il tarixli 4 №-li Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı xx.xx.2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsi ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 35.34 kv.m yaşayış, 59.02 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evini ipoteka ilə yükləməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndində əsasən tərəflər razılığa gəlmişdir ki, borcalab öz üzvləri (sub-borcalanlar) tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq kredit verən qarşısında alınmış kredit və ona hesablanmış faiz borcunun vaxtında qaytarılmasına görə girov (ipoteka) ilə məsuliyyət daşıyır. Həm tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, həmçinin də mövcud münasibətləri tənzimləyən qanunvericilik normalarına istinadən məhkəmə qeyd edir ki, ipoteka əsas öhdəliyin təmini üsuludur və ipoteka ilə təmin edilmiş əsas öhdəliyə xitam verilmədən ipotekaya xitam verilə bilməz. Məhkəmə araşdırma zamanı müəyyən edir ki, əsas öhdəlik təmin edilməmişdir.Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, sub-borcalan/ipoteka qoyan İddiaçı xx.xx.2008-ci il tarixli, 4 nömrəli kredit müqaviləsi üzrə 9562 manat 50 qəpik əsas borcu, 478 manat 13 qəpik faiz borcu, 669 manat 38 qəpik cərimə borcu olmaqla, ümumilikdə 10.710.00 manat borcu qalmışdır və belə olan halda qeyd edilən borc məbləğinin təminatı kimi yüklü edilmiş Beyləqan şəhəri V.İsmayılov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və köməkçi tikililərlə birlikdə 11 saylı yaşayış evi yüklülükdən azad edilə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1 -ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2- ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar