Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1445/2022 23.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X6” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X6” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Sabirabad rayonunun Qaralı kəndində anadan olmuşdur. Hal-hazırda da Sabirabad rayon sakini olmaqla yaşayır. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə kimi (2 il 18 gün) hərbi xidmətdə olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə kimi Bakı Peşə Məktəbinin “elektrikqazqaynaqçısı" peşəsi üzrə bitirmişdir. Əmək fəaliyyətinə isə 1976-cı ilin iyul ayından xx.xx.2005-ci il tarixə kimi işləməklə 29 ildən çox ümumi əmək stajı vardır. İddiaçı əmək fəaliyyəti üzrə 1976-cı ilin iyul ayından 1977-ci ilin noyabr ayına kimi Sabirabad rayonunun "Komsomol" adına kolxozda “kolxozçu”, xx.xx.1977-xx.xx.1980-ci il tarixə kimi “2 №-li Sənaye Kombinatında “elektrikqaz-qaynaqçısı”, xx.xx.1980-1981-ci ilin dekabr ayına kimi “Sabirabad 5 saylı Tikinti Sahəsi”-də “qaynaqçı”. xx.xx.1982- xx.xx.1982-ci ilə kimi “Sabirabad rayon Melorasiya Birliyi”ndə “qaynaqçısı”, xx.xx.1983-xx.xx.1984-ci ilə kimi “24 №-li SMD”-də “qaynaqçı” vəzifəsində, xx.xx.1984-xx.xx.1999-cu il tarixə kimi “3 saylı Avtomobil Yolları İdarəsi (15 saylı Yol-Tikinti İdarəsi)”-də “elektrik-qaynaqçısı”, xx.xx.1999- 02.1 1.2000-ci ilə kimi “Sabirabad Suvarma İdarəsinin Balvar nasos stansiyası“-da "maşinist”, xx.xx.2000-xx.xx.2005-ci ilə kimi “Hacıqabul rayonu Qışlaqların Su ilə X2 İdarəsi"-də “elektrik-qaynaqçısı” və 2006-cı ilin sentyabr ayından 2007-ci ilin may ayına kimi "xxxx" MMC-də “elektrik-qaynaqçısı” (lakin həmin cəmiyyət fəaliyyətin dayandırdığından və sənədlərini arxivə vermədiyindən işləməsinə dair arxivdən sənəd əldə edə bilmədi) vəzifələrində işləmişdir, Hal-hazırda işləmir. Onun əmək stajının demək olar ki, hamısı ağır və zərərli iş stajı olduğuna görə hesab edir ki, ona xx.xx.2016-cı il tarixdə 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, "X6" Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminalı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının Ümumi peşələr: “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906)” kodu ilə qeyd edilmişdir. «X6» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. İşdə olan iddiaçının NZ ******* nömrəli hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan 6111 nömrəli atestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə kimi Bakı Peşə Məktəbinin “elektrikqazqaynaqçısı" peşəsi üzrə kursu bitirmişdir. İşdə olan Sabirabad rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli, 315 nömrəli arayışından görünür ki, İddiaçı 1976-cı ildə ”Komsomol” kolxozunda işləmişdir. İşdə olan “X8” ASC-nin xx.xx.2020-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı 26 may 1977-ci ildən 2 №-li Sənaye kombinatına 108K nömrəli əmr ilə işə qəbul olunmuş 14 iyul 1980-ci ildə 74K nömrəli əmr ilə işdən azad olunmuşdur. İşdə olan "xxxx" ASC-nin 30 noyabr 2021-ci il tarixli, 07 nömrəli güzəştli iş stajı haqqında arayışında qeyd olunmuşdur: “Seyidhəsən Mirhadi oğlu xx.xx.1984-cü il tarixli, 19/k saylı əmrlə Əli-Bayramlı 15 saylı Yol Tikinti İdarəsinə 2-ci dərəcə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. 30 Dekabr 1991-ci il tarixli 202/k saylı əmrlə 3-cü dərəcə verilmişdir, (əsas 30.Xİİ 1991-ci il 202/k saylı əmr sədr Mehtiyev Q.X). xx.xx.1999-cu il tarixli 16/k saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı Mirhadi oğlu işlədiyi 15 il 7 ay 29 gün 3-cü dərəcə elektrik qaynaqçı peşəsində Azərbaycan Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli ümumi peşələrin, vəzifələrin və göstəricilərin siyahısında təsdiqlənib. Odur ki, İddiaçı Mirhadi oğlu güzəşli şərtlərə görə əmək pensiyası hüququnun olduğunu təsdiq edirik.” İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin xx.xx.2021-ci il tarixli, 103 nömrəli arayışında qeyd olunmuşdur: “İddiaçı 16 sentyabr 1999cu il tarixdən 95 saylı əmrlə X5 İdarəsində Balvar nasos stansiyasında maşinist vəzifəsində işləmiş və 02 noyabr 2000-ci il tarixdə 163 saylı əmrlə işdən azad olunmuşdur”. İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, 847 nömrəli arayışında qeyd olunmuşdur: “İddiaçı 16 sentyabr 1999cu il tarixdən 95 saylı əmrlə X5 İdarəsində Balvar nasos stansiyasında maşinist vəzifəsində işləmiş və 02 noyabr 2000-ci il tarixdə 163 saylı əmrlə işdən azad olunmuşdur”. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 221 nömrəli məktubuna əlavə olunmuş əmrlər kitabından və əmək haqqı cədvəlindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə 40 nömrəli əmr ilə Hacıqabul rayonu X9 X2 idarəsinə elektrik qaynaqçısı işinə qəbul olunmuş, xx.xx.2005-ci il tarixdə 35 nömrəli əmr ilə işdən azad olunmuş, həmin dövrlərdə əmək haqqı almışdır. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 57 nömrəli arxiv arayışından və əmək haqqı cədvəlindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə 40 nömrəli əmr ilə Hacıqabul rayonu X9 X2 idarəsinə elektrik qaynaqçısı işinə qəbul olunmuş, xx.xx.2005-ci il tarixdə 35 nömrəli əmr ilə işdən azad olunmuş, həmin dövrlərdə əmək haqqı almışdır. İşdə olan Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 45 nömrəli əmr əsasında Sabirabad 5 saylı Tikinti sahəsinə fəhlə qəbul edilmişdir. 1981-ci ilin əmr kitabı arxivə təhvil verilmədiyindən işdən çıxması barədə məlumat aşkar olunmamışdır. İşdə olan Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli, 3 nömrəli əmr əsasında X1 Birliyinə 4 dərəcə qaynaqçı qəbul edilmişdir. xx.xx.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, İddiaçı 24 saylı SMD-nin əmrlərindən çıxarışlarda xx.xx.1983-cü il tarixli, 11 nömrəli əmr əsasında Axıska məktəbinin tikintisinə 4 dərəcəli qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 10 nömrəli əmr əsasında işdən azad edilmişdir. İşdə olan Dövlət arxivinin Şirvan filialının iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 19/k nömrəli əmr əsasında 15 saylı Yol Tikinti İdarəsinə qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1999-cu il tarixdə 16.k nömrəli əmr əsasında işdən azad edilmişdir. İşdə olan Dövlət arxivinin Şirvan filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 267 nömrəli məktubuna əlavə olunmuş əmrlərdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 19/k nömrəli əmr əsasında 15 saylı Yol Tikinti İdarəsinə qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1999-cu il tarixdə 16.k nömrəli əmr əsasında işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 31 yanvar 2022-ci il tarixli **********1 məktubla cavablandırılmış eyni məzmunlu 18 fevral 2022-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, “X6” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalan”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itirildikdə, yararsız hala salındıqda işçi işə yenidən bərpa edildikdə qanunvericilikdə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Həmin Qaydaların 7-ci bəndinə əsasən dublikat almaq hüququna malik oian işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. Əmək kitabçası itirildikdə və ya yararsız hala düşdükdə işçiyə verilən əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qaydaların 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd edilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə iş stajınıza dair məlumatları təsdiq edən müvafiq sənədlər Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1959-cu ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun sığorta stajını təsdiq edən sənədinin yəni əmək kitabçasının olmaması səbəbindən, müraciətindən imtina olunmuşdur. Başqa sözlə işin hallarından və yuxarıda qeyd edilən sənədlərdən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı, 12 il 6 aydan çox güzəştli sığorta stajı olmasına baxmayaq, həmin sığorta stajı əmək kitabçası ilə deyil, arxiv və işlədiyi müəssisələrin verdiyi sənədlər (arayışlar) ilə təsdiq olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “X6” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “X6” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “X6” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«X6» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının əmək fəaliyyətinə dair yəni sığorta stajını təsdiq edən əmək kitabçasının olmamasına əsaslanmışdır. «X6» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1976-cı ildə ”Komsomol” kolxozunda işləməsinə dair Sabirabad rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli, 315 nömrəli arxiv arayışını, xx.xx.1977-ci ildən xx.xx.1980-ci il tarixədək 2 №-li Sənaye kombinatında işləməsinə dair X8” ASC-nin xx.xx.2020-ci il tarixli, 03 nömrəli arayışını, xx.xx.1980-ci il tarixdən 5 saylı tikinti sahəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X1 Birliyində və xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 24 saylı SMD-də işləməsinə dair Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışlarını, xx.xx.1984cü il tarixdən xx.xx.1999-cu il tarixədək Əli-Bayramlı 15 saylı Yol Tikinti İdarəsində işləməsinə dair "xxxx" ASC-nin 30 noyabr 2021-ci il tarixli, 07 nömrəli arayışını, xx.xx.1999cu il tarixdən xx.xx.2000-ci il tarixədək X5 İdarəsində Balvar nasos stansiyasında işləməsinə dair Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin xx.xx.2021-ci il tarixli, 103 nömrəli arayışını, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Hacıqabul rayonu X9 X2 İdarəsində işləməsinə dair Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 221 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Sabirabad rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli, 315 nömrəli arxiv arayışını, Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışlarını, Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2016cı il tarixli, 221 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasında 12 il 6 aydan çox iş stajına malik olması mübahisələndirilməmişdir. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının Ümumi peşələr: “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906)” kodu ilə güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 12 il 6 aydan çox iş stajına malik olmuşdur. İddiaçının ümumilikdə 25 ildən çox iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı təqdim etdiyi arxiv və işlədiyi müəssisələrin verdiyi arayışlarında öz əksini tapmışdır və həmin sənədlərdə göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə təqdim etdiyi sənədlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının ümumi sığorta stajı və güzəştli şərtlərlə işlədiyi dövrü arxiv və işlədiyi müəssisələrin verdiyi arayışlarında öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışların və arxiv sənədlərinin mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 02 aprel 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1445/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1445/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver