Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1445/2025 11.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad X2rşı “əkin subsidiyasının” verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad X2rşı “əkin subsidiyasının” ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X11 İnkişaf Mərkəzinə (bundan sonra mətndə Cəlilabad DAİM) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona ayrılmış 1225 ( bir min iki yüz iyirmi beş) manat məbləğində subsidiyanın ( 25 faiz nağd, 75 nağdsız) öna ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin ( bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehin üzərinə 2023-2024-cü və 2024- 2025-ci illər üçün torpaq sahələri üzrə əkin subsidiyasının ödənilməməsi barədə qərarın ləğv edilməsi və 2023-2024-cü il üçün hesablanmış 1225 ( bir min iki yüz iyirmi beş) manat məbləğində subsidiyanın ödənilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehin üzərinə ona 2023-2024-cü əkin ili üçün hesablanmış 1003 ( bir min üç) manat məbləğində və 2024-2025-ci əkin ili üçün hesablanmış 551 (beş yüz əlli bir) manat məbləğində -cəmi 1554 ( birmin beş yüz əlli dörd) manat məbləğində subsidiyanın ödənilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək cavabdehin üzərinə 2023-2024-cü və 2024-2025-ci mövsüm illəri üçün əkinə görə hesablanmış, lakin qanunsuz olaraq ödənilməmiş 1554 (bir min beş yüz əlli dörd) manat məbləğində subsidiyanın ödənilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad DAİM ona və ailəsinə məxsus kənd təsərrüfatı təyinatlı pay torpaqlarına ayrı-ayrılıqda - 1,404 ha torpaq sahəsində kartof; 1,398 ha torpaq sahəsində kartof; 1,010 ha torpaq sahəsində noxud; 1,101 ha torpaq sahəsində noxud sahəsində noxud bitkiləri əkməyi barədə bəyannamə vermişdir. Bəyannaməni qəbul edən DAİM əməkdaşının bildirdiyinə görə ona 1,404 ha torpaq sahəsində kartof əkininə görə 392 manat; 1,398 ha torpaq sahəsində kartof əkininə görə 389 manat; 1,010 ha torpaq sahəsində noxud əkininə görə 222 manat; 1,010 ha torpaq sahəsində noxud əkininə görə 222 manat, cəmi 1225 manat məbləğində (25 faiz nəğd, 75 faiz nağdsız) subsidiya hesablanmışdır.Vətəndaşlara bu növ yaz əkinləri üçün subsidiya ödənişləri cari ilin iyul ayından həyata keçirilməyə başlamışdır. O, subsidiyanı almaq üçün bir neçə dəfə bankomata yaxınlaşmışdır. Lakin, hər dəfə həmin subsidiyanın ona məlum olmayan səbəbə görə onun plastik kartıma köçürülmədiyinin şahidi olmuşdur.O, bunun səbəbini araşdırmaq və həmin subsidiyanın onun plastik kartına yüklənməsinin təmin edilməsi xahişi ilə 29 iyul 2024-cü il tarixdə DAİM-ə məktub ünvanlamışdır. DAİM-in 30 iyul 2024-cü il tarixdə ona ünvanladığı və onun 01 avqust 2024-cü il tarixdə aldığı məktubda bildirilmişdir ki, Respublika Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanının 5-ci, “Monitorinq və qiymətləndirmə” bəndinə uyğun olaraq subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə subsidiya alınması üçün müraciət daxil olduqda həmin əkin sahəsinə “yerində müşahidə seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi” nəzərdə tutulmuşdur.Bunu əldə əsas tutan DAİM əməkdaşları onun əkin sahələrinə baxış keçirilməsini istəmişdir. DAİM tərəfindən ona göndərilmiş imtina məktubunda qeyd olunduğu kimi, “Subsidiyanın alınması üçün müraciət daxil olduqda” nəzərdə və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi” nəzərdə tutulmuşdur. O isə rəsmi sənədlərdə qeyd olunduğu kimi 27 mart 2024-cü il tarixdə müraciət etmişdir. Kənd təsərrüfatı bitkilərinin yaz mövsümü ilin son ayları və yeni ilin yanvar-fevral aylarında başlanır və həmin bitki məhsullarının yığımı mövsüm ilinin iyun ayında tam başa çatır. DAİM əməkdaşlarının yaz əkin məhsullarının tam yığıldıqdan 1-2 ay sonra monitorinq aparmaq istəyi tam qanunsuzdur. DAİM əməkdaşlarının bu hərəkətlərini yalnız özlərinin törətdiyi qanun pozuntularını pərdələmək cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın 3-22-3-15/2-69/2024 saylı xx.xx.2024-cü il tarixli iddia tələbinə dair yazılı münasibətində (etirazda) göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad X2rşı “subsidiyanın ödənilməsi" tələbinə dair inzibatı iş ilə əlaqədar olaraq bildirirlər ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında’ Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na və Fərmanın 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il 30 dekabr tarixli 05Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri'nə uyğun olaraq X7 İnformasiya Sistemi (EKTİS) vasitəsi ilə həyata keçirilir Fermerlərə subsidiyaların verilməsini (benefisarlara ödənişlərin həyata keçirilməsi),habelə nazirliyin X14 mərkəzinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Yuxarıda göstərilən fərmanın 5-ci “Manitorinq və qiymətləndirmə” bəndinə uyğun olaraq subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda həmin Qaydanın 5.1.3.cü-maddəsinə əsasən “yerində müşahidə -seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi” tədbirləri nəzərdə tutulmuşdur.Vətəndaş İddiaçı EKTİS üzərindən bəyan etdiyi 4.912 ha əkin sahələrində AKİA tərəfindən qanunamüvafiq qaydada manitorinq keçirilməsi nəzərdə tutulmuşdur Bununla əlaqədar olaraq Cəlilabad DAİM-in mütəxəssisləri tərəfindən, eləcə də Cəlilabad RİH-nin X8 Ərazi Nümayəndəsi tərəfindən vətəndaşın əkin sahələrinə birgə baxış keçirilməsi üçün dəfələrlə onunla mobil telefonla əlaqə saxlanılmışdır. Vətəndaş İddiaçı rayonda olmadığını və monitorinqdə iştirak edəcək hər hansı nümayəndəsinin olmadığını bildirərək, əkin sahəsində birgə monitorinq aparılmasına imkan verməmişdir.Bununla əlaqədar olaraq X11 İnkişaf Mərkəzi tərəfindən vətəndaşa rəsmi müraciət edilmiş, EKTİS-də bəyan verdiyi əkin sahələrində DAİM-in mütəxəssisləri ilə birgə əməkdaşlıq edərək monitorinq keçirilməsinə şərait yaradılması ondan xahiş edilmiş,lakin vətəndaş İddiaçı birgə monitorinq keçiriməsinə şərait yaratmamışdır.Odur ki, Cəlilabad DAİM-in əməkdaşları tərəfindən texniki qurğu olan CPS aparatından istifadə edilməklə vətəndaş İddiaçı monitorinq keçirilməsi nəzərdə tutulan əkin yerlərinin kordinatları müəyyən edilərək, ərazilərə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir.Monitorinq keçirilməsi nəzərdə tutulan əkin sahələrində Cəlilabad DAİM-in mütəxəssisləri tərəfindən monitorinq aparldıqdan və müvafiq akt tərtib edildikdən sonra AKİA tərəfindən qanunamüvafiq qaydada qərar qəbul edilir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona əkinə görə subsidiyanın ödənilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından " öhdəliyin icrasına dair” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq olunmuş “X3” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X14 mərkəzləri inzibati orqan sırasında göstərilmişdir. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır (cavabdeh inzibati orqanının məhkəmənin müvafiq sorğularına cavab məktublarında monitorinq aparıldıqdan sonra qərar qəbul edildiyi qeyd olunsa da, qərarın qəbul olunması və mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır).İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materillarında olan İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1954-cü ildə İmişli rayonu, Bəhrəmtəpə kəndində doğulmuş, Rzayev X1 rayonu, Sabirabad kəndində qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cəlilabda rayonu, Sabirabad kəndində yerləşən 1,4047 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********** reyestr nömrəsi ilə ( ümumi birgə mülkiyyətdə olan) , 1,3987 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 1,0105 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (ümumi birgə mülkiyyət), 1,0105 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. X7 İnformasiya Sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş 7683258, ******* №li əkin bəyanında payızlıq arpa , xx.xx.2024-cü il tarixli ******* №-li əkin bəyanı ilə 1,01 ha, 1,01 ha, 1,3987 ha torpaq sahəsində payızlıq bərk buğda əkini barədə məlumat vermişdir. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Cəlilabad DAİM-in 3-22-3-15/2-75/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab mətkubunda qeyd olunmuşdur ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında'' Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na və Fərmanın 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il 30 dekabr tarixli 05Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehlakçılarına subsidyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri”nə uyğun olaraq X7 İnformasiya Sistemi (EKTİS) vasitəsi ilə həyata keçirilir. Fermerlərə subsidyaların verilməsi (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə nazirliyin X14 mərkəzinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar kredit və İnkişaf Agentliyi həyata keçirir. Fərmanın 5-ci “Monitorinq və qiymətləndirmə” bəndinə uyğun olaraq subsidiya müxanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciəti daxil olduqda həmin Qaydanın 5.1.3-cü maddəsinə əsasən “yerində müşahidə seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirləri həyata keçirilməsi” tədbirləri nəzərdə tutulmuşdur. Vətəndaş İddiaçı EKTİS üzərindən bəyan etdiyi 4.912 ha əkin sahələrində AKİA tərəfindən qanunamüvafiq qaydada manitorinq keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Cəlilabad DAİM-in mütəxəssisləri tərəfindən, eləcə də Cəlilabad RİH-nin X8 Ərazi Nümayəndəsi tərəfindən vətəndaşın əkin sahələrinə birgə baxış keçirilməsi üçün dəfələrlə onunla mobil telefonla əlaqə saxlanılmışdır Vətəndaş İddiaçı rayonda olmadığını və monitorinqdə iştirak edəcək hər hansı nümayəndəsinin olmadığını bildirərək, əkin sahəsində birgə monitorinq aparılmasına imkan verməmişdir.Bununla əlaqədar olaraq X11 İnkişaf Mərkəzi tərəfindən vətəndaşa rəsmi müraciət edilmiş, EKTİS-də bəyan verdiyi əkin sahələrində DAİM-in mütəxəssisləri ilə birgə əməkdaşlıq edərək monitorinq keçirilməsinə şərait yaradılması ondan xahiş edilmişdir,lakin vətəndaş İddiaçı birgə monitorinq keçiriməsinə şərait yaratmamışdır.Ona görə də Cəlilabad DAİM-in əməkdaşları tərəfindən texniki qurğu olan CPS aparatından istifadə edilməklə vətəndaş İddiaçı monitorinq keçirilməsi nəzərdə tutulan əkin yerlərinin kordinatları müəyyən edilərək, ərazilərə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir.Monitorinq keçirilməsi nəzərdə tutulan əkin sahələrində Cəlilabad DAİM-in mütəxəssisləri tərəfindən monitorinq aparıldıqdan və müvafiq akt tərtib edildikdən sonra AKİA tərəfindən qanunamüvafiq qaydada qərar qəbul edilir. İddiaçı əkin sahələrinə münasibətdə subsidiya vəsaitinin ona ödənilib ödənilməməsi ilə bağlı qəbul edilmiş qərarla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf agentliyinə müraciət olunması tövsiyyə olunur. Cəlilabad Rayonu Sabirabad Bələdiyyəsinin 73 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Cəlilabad rayonunun Sabirabad kənd sakini İddiaçı və ailəsinə məxsus, Sabirabad kənd ərazisində 4,82 ha əkin torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 2.80 ha hissəsi kəndin qərb tərəfində, 2,02 ha hissəsi isə kəndin şərq tərəfində, kənddən nisbətən uzaq sahədə yerləşir. xx.xx.2024-cü il tarixdə onlar-Sabirabad bələdiyyəsinin sədri X9, X8 ərazi dariəsi üzrə nümayəndə X6 və həmin əkin sahəsinin sahibi İddiaçı ilə birlikdə həmin əkin sahələrinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin əkin sahələrinin 2,80 ha hissəsində payızlıq kartof bitkisi əkilmişdir. Kartof bitkisi yetişmiş və məhsul yığılma ərəfəsindədir. Həmin kartof bitkisi əkilən sahənin ortasında həmin sahədə işləyən işçilərin yağış və günəş istisindən qorunması və işçilərin müvəqqəti istirahətləri üçün dəmir budka quraşdırılmışdır. Həmin budkanın fonunda əkilmiş payızlıq kartof bitkisinin fotosu çəkilmişdir. Kəndin şərq tərəfində yerləşən 2,02 ha əkin sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, həmin sahədə yazlıq bitki məhsulları çoxdan yığılmış və üstündən yay şumu vurulmuşdur. Dəfələrlə yağış yağdığından həmin sahədə xırda otlar əmələ gəlmişdir. Baxış zamanı həm də həmin sahədə kənd sakinlərinə məxsus mal-qaranın otarıldığının şahidi olmuşdurlar. Yuxarıda qeyd olunan səbəblərdən İddiaçı və ailəsinə məxsus ümumilikdə 4,82 ha əkin sahəsində hansı növ yazlıq bitkinin əkildiyini müəyyən etmək mümkün olmamışdır. Kənd Təəsrrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 3-22-2/2- 2234/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq “X7” İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİSə daxil etməlidirlər. Qaydanın 5.1.3-cü yarımbəndlərinə əsasən seçmə üsulu ilə əkinlərin aparıldığı yerdə X14 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirirlər. Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə X14 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirirlər.2023- 2024-cü əkin ilində İddiaçı 3,81 hektar torpaq sahəsinin 2,79 hektarında həyata keçirilən kartof və 1,01 hektarında noxud əkinlərinə dair EKTİS-ə daxil etdiyi məlumatlara əsasən X11 İnkişaf Mərkəzinin aidiyyəti mütəxəssisi tərəfindən keçirilən monitorinq zamanı həmin torpaq sahəsində bəyan olunan bitkilərin əkilmədiyi müəyyən edilmişdir. Qaydanın 5.2.4cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün İddiaçı cari il və sonrakı il ərzində həmin torpaq sahəsi üzrə əkin subsidiyası ödənilməyəcək.Əkin sahələrində həyata keçirilən monitorinqlərin nəticələri ilə bağlı müvafiq məlumatlar fermerlərin EKTİS-dəki şəxsi kabinetlərində əks olunur. İddiaçı EKTİSə daxil etdiyi məlumatlara əsasən 2019-2020-ci əkin ilində 1,01 hektar payızlıq arpa və 2,16 hektar kartof əkinlərinə görə 680 (altı yüz səksən) manat, 2020-2021-ci əkin ilində 1,01 hektar payızlıq buğda və 2,16 hektar kartof əkinlərinə görə 847,20 (səkkiz yüz qırx yeddi manat iyirmi qəpik) manat, 2021-2022-ci əkin ilində 1,01 hektar payızlıq arpa, 0,56 hektar noxud və 1,6 hektar kartof əkinlərinə görə 777,70 (yeddi yüz yetmiş yeddi manat yetmiş qəpik) manat, 2022-2023- cü əkin ilində 1,01 hektar payızlıq arpa və 2,16 hektar əsas və təkrar kartof əkinlərinə görə 1043 (bir min qırx üç) manat subsidiya ödənilmişdir. Məktuba əlavə olunmuş: Yerində müşahidə hesabatının surətindən müəyyən olunur ki, Cəlilabad rayonu Sabirbad kəndində yerləşən **********42-********** reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus bəyan edilmiş 1,4 ha torpaq sahəsində və **********478-********** reyestr nömrəli çıxarışa əsasən sonuncuya məxsus 1,39 ha torpaq sahəsində kartof bitkisi bəyan edilsə də 1,4 ha və 1,39 ha torpaq sahəsində taxıl müəyyən edilmiş- uğunsuzluq aşkarlanmışdır. Cəlilabad rayonu Sabirabad kəndində yerləşən **********84-********** reyestr nömrəli çıxarışla İddiaçı məxsus 1,011 ha torpaq sahəsində noxud bitkisi əkiləcəyi bəyan edilsə də taxıl əkildiyi müəyyən edilərək uyğunsuzluq aşkarlanmışdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 3-22-2/2- 314/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki,2024-2025-ci əkin ili üzrə İddiaçı 1,0105 hektar torpaq sahəsindən istifadə hüququna dair 2024-cü il 20 iyun tarixində əldə edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədi (Reyestr nömrəsi **********53) və həmin torpaq sahəsində həyata keçirilən payızlıq arpa əkini barədə bəyanı “X7” informasiya sisteminə daxil edilmişdir. Həmin əkinə görə hesablanmış 232,30 (iki yüz otuz iki manat otuz qəpik) manat subsidiya onun kart hesabına ödənilmişdir.Habelə, 2023-2024-cü əkin ilində İddiaçı digər 3,81 hektar torpaq sahəsinin 2,79 hektarında həyata keçirilən kartof və 1,01 hektarında noxud əkinlərinə dair EKTlS-ə daxil etdiyi məlumatlara əsasən X11 inkişaf Mərkəzinin aidiyyəti mütəxəssisi tərəfindən keçirilən monitorinq zamanı həmin torpaq sahəsində bəyan olunan bitkilərin əkilmədiyi müəyyən edilmişdir. Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 50 faizdən çox olduğu üçün cari il ərzində həmin torpaq sahəsi üzrə ona əkin subsidiyası ödənilməyəcək. Cəlilabad DAİM tərəfindən verilmiş 3-22-3-15/2-20/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na və Fərmanın 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il 30 dekabr tarixli 05Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentlərinə uyğun olaraq X7 İnformasiya Sistemi (EKTİS) vasitəsi ilə həyata keçirilir. Fermerlərə subsidiyaların verilməsini (benefisarlara ödənişlərin həyata keçirilməsi),habelə nazirliyin X14 mərkəzinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Fərmanın 5-ci “Manitorinq və qiymətləndirmə” bəndinə uyğun olaraq subsidiya mexanizminin səmərəli fəaliyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün üçün müraciət daxil olduqda həmin Qaydanın 5.1.3.cümaddəsinə əsasən “yerində müşahidə -seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi” tədbirləri nəzərdə tutulmuşdur.Vətəndaş İddiaçı EKTİS üzərindən bəyan etdiyi 4.8 ha əkin sahələrində AKİA tərəfindən qanunamüvafiq qaydada manitorinq keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Cəlilabad DAİM-in mütəxəssisləri tərəfindən, eləcə də Cəlilabad RİH-nin X8 Ərazi Nümayəndəsi tərəfindən vətəndaşın əkin sahələrinə birgə baxış keçirilməsi üçün dəfələrlə onunla mobil telefonla əlaqə saxlanılmışdır. Vətəndaş İddiaçı rayonda olmadığını və monitorinqdə iştirak edəcək hər hansı nümayəndəsinin olmadığını bildirərək, əkin sahəsində birgə monitorinq aparılmasına imkan verməmişdir.Bununla əlaqədar olaraq X11 inkişaf Mərkəzi tərəfindən vətəndaşa rəsmi müraciət edilmiş, EKTİS-də bəyan verdiyi əkin sahələrində DAİM -in mütəxəssisləri ilə birgə əməkdaşlıq edərək monitorinq keçirilməsinə şərait yaradılması ondan xahiş edilmiş,lakin vətəndaş İddiaçı birgə monitorinq keçiriməsinə şərait yaratmamışdır.Ona görə də Cəlilabad DAİM-in əməkdaşları tərəfindən texniki qurğu olan CPS aparatından istifadə edilməklə vətəndaş İddiaçı monitorinq keçirilməsi nəzərdə tutulan əkin yerlərinin kordinatları müəyyən edilərək, ərazilərə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir.Monitorinq keçirilməsi nəzərdə tutulan əkin sahələrində Cəlilabad DAİM-in mütəxəssisləri tərəfindən monitorinq aparıldıqdan və müvafiq akt tərtib edildikdən sonra AKİA tərəfindən qanunamüvafiq qaydada qərar qəbul edilir. Məktuba əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktın surətindən müəyyən olunur ki, aktı imza edənlər Cəlilabad DAİM-in MTS-nun torpaq məsələləri üzrə baş məsləhətçisi X4, Cəlilabad DAİM-in Bitkiçilik sektorunun baş məsləhətçisi-X10, Cəlilabad RİHB-nın Sabirabad kənd İƏDÜN-si X6 aktı ona görə tərtib etmişdirlər ki, Cəlilabad rayon Sabirabad kənd sakini İddiaçı məxsus EKTİS-də bəyan edilmiş 1,01 ha noxud, 1,4 ha kartof, 1,39 ha kartof əkin sahəsində monitorinq aparmaq üçün kənd ərazi nümayəndəsinin vasitəsilə vətəndaş dəfələrlə dəvət olunmasına baxmayaraq, müxtəlif səbəblər göstərərək monitorinqdə iştirak etməkdən imtina etmişdir. Odur ki, xx.xx.2024-cü il tarixdə vətəndaşa məxsus əkin sahələrində monitorinq keçirmək üçün həmin əraziyə getmişdirlər. Cəlilabad DAİM-in baş məsləhətçisi Dadaşov Camal tərəfindən texniki qurğu CPS aparatından istifadə etməklə vətəndaşa məxsus ərazinin kordinatları təyin edildi. Təyin edilmiş əkin sahələrinə baxış keçirilən zaman vətəndaşın EKTİS-də bəyan etdiyi yazlıq bitkilərin qalıqları sahədə müəyyən edilməmişdir. Əkin sahələrinə taxıl bitkilərinin qalıqları tərəflərindən müəyyən edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Cəlilabad DAİM tərəfindən verilmiş 3-22-3-15/2-R-59-xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki,2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na və Fərmanın 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il 30 dekabr tarixli 05Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri”nə uyğun olaraq X7 İnformasiya Sistemi (EKTİS) vasitəsi ilə həyata keçirilir. Fermerlərə subsidiyaların verilməsini (benefisarlara ödənişlərin həyata keçirilməsi),habelə nazirliyin X14 mərkəzinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Fərmanın 5-ci “Manitorinq və qiymətləndirmə” bəndinə uyğun olaraq subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda həmin Qaydanın 5.1.3-cü maddəsinə əsasən “yerində müşahidə”-seçmə üsulu ilə əkinlərin aparıldığı yerdə, yaxud heyvandarlıq təsərrüfatında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi” tədbirləri nəzərdə tutulmuşdur. Onun EKTİS üzərindən bəyan etdiyi əkin sahələrində AKİA tərəfindən monitorinq keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq Cəlilabad DAİM-in mütəxəssisləri tərəfindən eləcə də Cəlilabad RİH-nin X8 Ərazi Nümayəndəsi tərəfindən əkin sahəsinə birgə baxış keçirilməsi üçün dəfələrlə onunla mobil telefonla əlaqə saxlanılmışdır. Rayonda olmadığı və monitorinqdə iştirak edəcək hər hansı nümayəndə olmadığı bildirilmişdir. Monitorinq keçirilməsi nəzərdə tutulan əkin sahələrində Cəlilabad DAİM mütəxəssisləri tərəfindən monitorinq aparıldıqdan və müvafiq akt trətib edildikdən sonra AKİA tərəfindən qanunamüvaffiq qaydada qərar qəbul edilir. Cəlilabad DAİM-in əməkdaşları ilə əməkdaşlıq edərək əkin yerlərinə monitorinq keçirilməsinə şəriat yaradılması xahiş olunur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X7” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi 1.2.9. əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya 2.4. Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır: 2.4.1. əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının, həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundan sonra – sığortalanmalı olan bitkilər) siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblərin təsdiqi; 2.5. Bu Qaydanın 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər. 3.1. Əkin subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır: baza məbləği × əkin əmsalı = əkin subsidiyası əkin əmsalı – regionlar və bitkilər, vahid əkin sahələri, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti); 3.8.2.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2027ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) 3.12. Əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr, dincə qoyulmuş torpaq subsidiyası ilə bağlı dincə qoyulmuş torpaq sahələri barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına (hüquqi şəxsin cari hesabına) köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında (hüquqi şəxsin cari hesabında) olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından (hüquqi şəxsin cari hesabından) avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. 3.13. Əkin subsidiyası məbləğinin 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə bu Qaydanın 3.12-ci bəndində müəyyən edilən formada əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, aqrotexniki xidmətlərdən istifadə edilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur. 3.14. Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. İPM İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əvvəlcədən bəyan etdiyi 1,4047 ha, 1,3987 ha, 1,0105 ha torpaq sahəsinin faktiki əkilmiş və bu barədə monitorinqdən əvvəl cavabdehə məlumat verilmiş əkin sahəsinə görə 2023-2024-ci illərin əkin mövsümü üçün, eləcə də2024-2025-ci illərin əkin mövsümü üçün bəyan etdiyi torpaq sahəsinə görə müvafiq subsidiya məbləğlərinin ödənilməsinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1-ci bəndində qeyd olunmuşdur ki, subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır. 5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə Agentliyin və ya DAİM-in digər mütəxəssisləri tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir. İşin hallarından müəyyən olunur ki, iddiaçının əkin subsidiyasının ödənilməsini tələb etdiyi torpaq sahəsinə cavabdeh inzibati orqan tərəfindən monitorinq keçirilmiş və iddiaçı tərəfindən bəyan edilmiş yazlıq bitkilərin qalıqları sahədə müəyyən olunmamışdır. Bundan əlavə məhkəmənin müvafiq sorğusunun cavablandırılması üçün Cəlilabad rayon Sabirabad Bələdiyyəsi tərəfindən iddiaçıya məxsus bəyan edilmiş torpaq sahəsinə baxış keçirilərkən ümumilikdə 4,82 ha əkin sahəsində hansı növ yazlıq bitkinin əkildiyini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının iddia etdiyi kartof və noxud əkini öz təsdiqini tapmadığı üçün cavabdehin iddiaçıya əkin subsidiyasının ödənilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.
Məhkəmə qərarları › İş №2-1(120)-1445/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1445/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver