Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1449/2020 01.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X39 qarşı “X7 Astara rayon X19 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-745A nömrəli, KOD 80106018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən etibarsız hesab edilməsi və həmin şəhadətnamədən X12, Yaqubov Dövran Mürşüd oğlunun, X17 adlarının torpaq sahəsinin mülkiyyətçiləri siyahısından çıxarılması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X39 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Astara rayonu X19 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаriхli qərardadı ilə X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X39 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Astara rayonu X19 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarının ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi X9, cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X41 qəbul edilməsi, iddia tələbinə “X7 Astara rayon X19 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-745A nömrəli, KOD 80106018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən etibarsız hesab edilməsi və həmin şəhadətnamədən X12, Yaqubov Dövran Mürşüd oğlunun, X17 adlarının torpaq sahəsinin mülkiyyətçiləri siyahısından çıxarılması” kimi baxılması, X12, Yaqubov Dövran Mürşüd oğlunun, X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 60 ildən çoxdur ki, Astara rayonun Pensər kəndinə ona məxsus olan həyətyanı torpaq sahəsində 1958-ci ildə tikilmiş evində yaşayır. Uzun müddət idi ki, xüsusi mülkiyyətində olan və keçən əsrin 1950-ci illərin ortalarında əldə edilmiş 0.20 hektar həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair “Şəhadətnamə” ona verilmirdi. Onun davamlı müraciətlərindən sonra yuxarıda qeyd olunan “Şəhadətnamə”nin arxivdə saxlanılan nüsxəsi ilə eyni olan təsdiq olunmuş surəti AR ƏMDK yanında DƏDRX-nin 10 saylı X41 tərəfindən ona təqdim olunmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, Astara rayon Dövlət Arxivinin 24.12. 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən Astara rayonun Pensər kəndi ərazisində ona məxsus olan 0.20 ha həyətyanı torpaq sahəsi 6 nəfərin - İddiaçı, X14, X10, X12, Yaqubov Dövran Mürşüd oğlunun və X17 mülkiyyətinə verilmişdir. 10 saylı X41 tərəfindən xx xxxxxx 2019-ci il tarixdə təsdiq olunaraq ona təqdim olunmuş JN-745A nömrəli KOD 80106018 olan həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”də göstərilən həyətyanı torpaq sahəsinin mülkiyyətçisi o və ailə üzvləri olan oğlu X23 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızı olduğları halda, yuxarıda qeyd olunmuş Şəhadətnamədə keçmiş gəlini X12 və onun uşaqlarının yəni onun oğul nəvələri Yaqubov Dövran Mürşüd oğlunun və X17 adlarının mülkiyyətçi kimi qeyd edilməsi bir mülkiyyətçi kimi onun və onun varisləri olan oğlu X15 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızının hüquqlarını pozmuş və məhdudlaşdırmışdır. Bundan əlavə, bildirir ki, yuxarıda qeyd olunmuş “Şəhadətnamə”də keçmiş gəlini X3 Aytəkin Mürşüd qızı kimi yəni, onun nəvəsi kimi göstərilmişdir ki, bu da yanlış məlumatdır. xx xxxxxx 1969-cu ildə anadan olmuş oğlu X23 xx.xx.1997-ci il tarixdə əslən Astara rayonun Kakalos kəndindən olan X24 ilə rəsmi nikaha girərək evlənmişlər. Həmin nikahdan xx.xx.1997-ci il təvəllüdlü Yaqubov Dövran Mürşüd oğlu və xx.xx.2000-ci il təvəllüdlü X30 adlı uşaqları doğulmuşdur. X11 xx.xx.1997-ci il tarixdə X24 ilə rəsmi ailə qurandan sonra ailəvi olaraq Astara rayonun Kakalos kənd X34 Qamışovka kəndinə köçmüşlər və orada 2003-cü ilin iyul ayında yerli bələdiyyədən fərdi yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikmiş və orada yaşamışlar. 2015-ci ildə Astara Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(018)-909/2015 saylı qətnaməsi ilə oğlu X26 ilə X24 arasında olan nikah rəsmi olaraq məhkəmə qaydasında pozulmuş, məhkəmə qərarına əsasən, tərəflərin birgə nikahdan xx.xx.1997-ci il tarixdə doğulmuş Murtazalı Dövran Mürşüd oğlu və xx.xx.2000-ci il tarixdə doğulmuş X4 Aytəkin Zabit qızının himayəsində saxlanılması qətt edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən də birgə nikah dövründə 2003-cü ilin iyul ayında yerli bələdiyyədən fərdi yaşayış evinin tikintisi üçün alınmış 0.06 ha həyətyanı torpaq sahəsinin tərəflər arasında bərabər bölünməsi barədə xx xxx 2017-ci il tarixli, 2(106)-773/2017 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Tərəflərə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını təsdiq edən Çıxarışlar da verilmişdir. Hal-hazırda da keçmiş gəlini X40 (Zabit) qızı uşaqları - Murtazalı Dövran Mürşüd oğlu və X27 ilə birlikdə oğlu X26 ilə birgə nikah dövründə 2003-cü ildə Astara rayonun Qamışovka kəndində əldə etdiyi torpaq sahəsində 2003-cü ildə tikilmiş və özünə məxsus 2 otaqlı evində yaşayırlar və həmin ünvanda da pasport qeydiyyatındadırlar. Keçən əsrin 50-ci illərindən ona məxsus olan həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair ona 10 saylı X41 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə təqdim olunmuş JN-745A nömrəli, KOD 80106018 olan həyətyanı “torpağın xüsusi mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə əsas olaraq Astara rayon X19 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarı göstərilmişdir. Astara rayon X35 özünün xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarının mənə aid olan hissəsi ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərini aşağıdakı formada kobudcasına pozmuşdur: Birinci dəlil: Yuxarıda qeyd olunmuş və mübahisə predmeti olan Şəhadətnamədə həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi üçün əsas olaraq Astara rayon X19 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı Qərarı göstərildiyi halda, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən verilmiş 2004-cü il tarixli, JN-745A nömrəli, KOD 80106018 olan həyətyanı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsinin müdiri, yəni Astara rayon X19 sədrinin imzası və möhürü ilə təsdiq edilməmişdir. Bu o deməkdir ki, mübahisəli şəhadətnamə qanunda göstərilən və tələb edilən formada tərtib edilməmişdir. İkinci dəlil: Astara rayon X35 özünün xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarı ilə onun keçən əsrin 50-ci ilin ortalarında əldə etdiyi həyətyanı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə gəlini - X40 (Zabit) qızının, uşaqları - Yaqubov Dövran Mürşüd oğlunun və X17 adlarını mülkiyyətçi kimi qeyd etməklə unutmuşdur ki, nikaha daxil olanların əmlakının qanuni rejimi “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə deyil, “Azərbaycan Respublikasının Ailə Məcəlləsi” ilə tənzimlənir. Üçüncü dəlil: Astara rayon X19 xx xxxxxx 1998-ci il tarixdə verdiyi 04 saylı qərarına əsasən, hələ xx xxxxx 2000-ci ildə doğulacaq oğul nəvəsi olan Yaqubova (Murtazalı) Xanım Mürşüd qızının adı da həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair verilmiş JN-745A nömrəli (KOD 80106018) “Şəhadətnamə”də mülkiyyətçi kimi qeyd olunmuşdur. Dördüncü dəlil: Yaqubova (Əliyeva) Aytəkin Mürşüd (Zabit) qızının və uşaqları Yaqubov (Murtazalı) Dövran Mürşüd oğlunun və Yaqubova (Murtazalı) Xanım Mürşüd qızının adlarının həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair ona verilmiş JN- 745A nömrəli, KOD 80106018 olan “Şəhadətnamə”də mülkiyyətçi kimi qeyd olunması, bir mülkiyyətçi kimi onun və varis olaraq oğlu X14 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızının mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Belə ki, bu fakt ondan sonra oğlu X18 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızına çatacaq miras paylarının həcminin azalması ilə nəticələnəcəkdir. Ona verilmiş JN-745A nömrəli, KOD80106018 olan həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları mülki qanunvericiliyin tələblərinin kobudcasına pozulması ilə mülkiyyətçi kimi qeyd olunmuş X40 (Zabit) qızının, Yaqubov Dövran Mürşüd oğlunun və X17 adlarının həmin Şəhadətnamədən mülkiyyətçilər siyahısından çıxarılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X39 ərizə ilə müraciət etmişdir. 10 saylı X41 ərizəni özünün xx.xx.2020-ci il tarixli, **********68 saylı məktubu ilə cavablandıraraq bildirmişdir ki, Şəhadətnamədən qeyd olunmuş adların mülkiyyətçilər siyahısından çıxarılması (hüquqi faktın tanınması barədə) barədə yalnız qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında mümkündür. Odur ki, qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq X2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X41nin nümayəndəsi və üçüncü şəxslər X20, Yaqubov Dövran Mürşüd oğlu, X30 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, X1 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Astara rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 3256 nömrəli arayışdan görünür ki, X28 xx.xx.1969-cu ildə Astara rayonu Pensər kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 3257 nömrəli arayışdan görünür ki, X28 ilə X31 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş, sonuncu Yaqubova soyadını qəbul etmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli, 1081 nömrəli çıxarışdan görünür ki, X6 rayonu Qamisorka kəndində özünə məxsus olan 2003-cü ildə tikilmiş 2 otaqlı ümumi sahəsi 15 kv.m, yaşayış sahəsi 12 kv.m olan fərdi yaşayış evində yaşayır. İş materiallarında olan Astara rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(018)-909/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X26 ilə cavabdeh X24 arasında xx xxxxxx 1997-ci ildə bağlanıb Astara rayon İcra Hakimiyyəti başçısının Pensər kəndi üzrə ərazi icra nümayəndəliyinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulması, tərəflərə boşanma haqqında şəhadətnamə verilərkən 15 (on beş) manat məbləğində dövlət rüsumu iddiaçı X13 tutulması, tərəflərin birgə nigahlarından xx.xx.1997-ci il tarixdə doğulmuş Murtazalı Dövran Mürşüd oğlu və xx.xx.2000-ci il tarixdə doğulmuş X27 adlı uşaqlar cavabdeh X16 himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyətinin Astara rayon Dövlət arxivinin xx.xx.2019-cu il tarixli, 231 saylı arxiv arayışından görünür ki, Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 №-li şəxsi hesabında İddiaçı təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 441 nömrəli Pensər kənd İƏD üzrə nümayəndəliyinin 09 saylı təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Astara rayon Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 saylı təsərrüfatbaşına kitabının 184-cü səhifəsinə əsasən Pensər kəndində İddiaçı məxsus olan həyətyanı torpaq sahəsində 2 fərdi yaşayış evi inşa edilmişdir. 1-ci evi 1958-ci ildə tikilmiş evin ümumi sahəsi 117 kv.m yaşayış sahəsi 66 kv.m olan 1 mərtəbəli 3 otaqlı evdən ibarətdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-745A kod 80106018 nömrəli şəhadətnamədən görünür ki, Astara rayon X19 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarı ilə 0.20 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X14, X10, X12, Yaqubov Dövran Mürşüd oğlunun, X17 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli, **********74 nömrəli məktubuna əlavə olunmuş Astara rayon X35 tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, 0,19 ha həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X14, X10, X12, Yaqubov Dövran Mürşüd oğlunun, X17 mülkiyyətinə verilmişmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X41nin xx xxxxxx 2020-ci il tarixli, **********68 nömrəli məktubunda qeyd edilmişdir: “Astara rayonu, Pensər kəndi ərazisində yerləşən, Astara rayon X19 müvafiq qərarı əsasında JN-745A nömrəli “Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikilməsindən ötrü sizin və ailə üzvlərinizin mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə dair həmin hüquqmüəyyənedici sənədin mülkiyyətçilərdən sayılan X20, Yaqubov Dövran Mürşüd oğlu və X37ma münasibətdə qismən ləğv edilməsi barədə Ərazi İdarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli, 2020-ci il 06 iyul tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X36 baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Xidmətin 10 saylı X41 xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Ərizədə qeyd olunanlara münasibətdə tərəfimizdən həmin əmlaka dair arxiv və baza məlumatları araşdırıldı və məlum oldu ki, sözü gedən hüquqmüəyyənedici sənəd barədə mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarında aidiyyəti hissədə qeydiyyat aparılmışdır. Bu baxımdan bildiririk ki, ərizənizdə qoyulan məsələnin (JN-745A nömrəli "Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikilməsindən ötrü sizin və ailə üzvlərinizin mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə dair həmin hüquqmüəyyənedici sənəd üzrə mülkiyyətçilərdən sayılan X20, Yaqubov Dövran Mürşüd oğlu və X17 adlarının mülkiyyətçilər sırasından çıxarılmasına münasibətdə) həlli Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Odur ki, gələcəkdə sözü gedən “Şəhadətnamə” üzrə barəsində qeyd edilən şəxslərin adlarının mülkiyyətçilər sırasından çıxarılması proseduruna həmin şəxslərin notarial qaydada təsdiqlənmiş onlara məxsus payların özgəninkiləşdirilməsi barədə notarial təsdiqlənmiş müqavilə, habelə hüquqi əhəmiyyətli faktın tanınmasına dair qanuni züvvəsini almış məhkəmə qərarı təqdim olunduğu təqdirdə tərəfimizdən baxıla bilər”. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X41nin xx xxxxxxxx 2020-ci il tarixli, **********98 nömrəli məktubunda qeyd edilmişdir: “Araşdırma nəticəsində məlum oldu ki, sözü gedən ünvanda yerləşən hazırki iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Astara rayon X19 müvafiq qərarı ilə verilmiş JN-745A nömrəli şəhadətnamə (surəti əlavə olunur) barədə ləğv edilmiş DT və XK-nin DƏDRX-nə təqdim etdiyi DBF (siyahı) və 1,7G (xəritə) məlumatlarında (surəti əlavə olunur) müvafiq məlumatlar mövcuddur. Bu baxımdan, iddia ərizəsində qeyd olunanlar tərəfimizdən araşdırıldı və məlum oldu ki, Astara rayonu Pensər kəndi ərazisində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair Astara rayon X19 müvafiq qərarı ilə JN-745A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.20 ha torpaq sahəsi ümumilikdə altı nəfərin mülkiyyətinə verilmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının adlarını mülkiyyətçilər sırasından çıxarılması xahiş edilən şəxslərin barəsində həqiqətən sözü gedən şəhadətnamədə müvafiq qeydiyyat aparılmışdır. Bu baxımdan, sərəncamda qeyd edilən “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” və islahatın müvafiq qərarının qismən ləğv edilməsinə münasibətdə isə bildiririk ki, qeyd olunan məsələ (şəhadətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi, habelə islahatın qərarının ləğv edilməsinə münasibətdə) Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Şəhadətnamənin ləğv edilməsi, dəyişdirilməsi, yaxud barələrində qeyd olunan şəxslərin adlarının həmin şəhadətnamədən çıxarılmasına münasibətdə isə bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X41 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İndiki halda mübahisələndirilən torpaq sahəsinə dair ümumilikdə iddiaçının və barələrində qeyd olunan şəxslərin (X20, Yaqubov Dövran Mürşüd oğlu və X17) adına tərtib olunmuş JN-745A nömrəli şəhadətnamədən sonuncu şəxslərin adlarının çıxarılması ilə əlaqədar hüquqi əhəmiyyətli faktın tanınması barədə müvafiq məhkəmə qərarı qəbul edilməlidir. Sərəncamın icrası olaraq həmin şəhadətnaməyə dəyişiklik edilməsi, islahatın müvafiq qərarının qismən ləğv edilməsi, habelə iddia ərizəsində barələrində qeyd olunan şəxslərin (X20, Yaqubov Dövran Mürşüd oğlu və X17) adlarının mülkiyyətçilər sırasından çıxarılması məsələsinə münasibətdə hazırki iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından müvafiq qərar qəbul edilməsi məhkəmənin mülahizəsinə buraxılır”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi “torpağın mülkiyyətə verilməsinə dair” JN-745A kod 80106018 nömrəli şəhadətnamədə hüquq sahibləri kimi İddiaçı, X14, X10, X12, Yaqubov Dövran Mürşüd oğlunun və X17 adları qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən şəhadətnamə Astara rayon X19 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarı və Astara rayon X35 tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair” JN-745A kod 80106018 nömrəli şəhadətnamənin tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Hazırda iddiaçı həmin şəhadətnamədən X12, Yaqubov Dövran Mürşüd oğlunun, X17 adının çıxarılmasını cavabdeh inzibati orqandan tələb edir. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – X19 qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr tərtib edilmişdir. Hazırkı tələb üzrə iddiaçının mülkiyyətinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 745 A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X12, Yaqubov Dövran Mürşüd oğlunun, X17 adının JN 745 A saylı şəhadətnamədəki hüquq sahibləri sırasına daxil edilməsi rayon X19 qərarı ilə həll edilmiş məsələdir. Başqa sözlə X12, Yaqubov Dövran Mürşüd oğlunun, X17 adının JN 745 A saylı şəhadətnaməyə hüquq sahibləri kimi daxil edilməsi X19 qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı razılaşmadığı yerli X19 qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verə bilərdi. Lakin, iddiaçı həmin qərardan şikayət verməmiş və həmin qərar icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçının maraqlarına zidd qərar qəbul edən müvafiq X35 ləğv olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X41 X19 hüquqi varisi deyildir. Göründüyü kimi mübahisələndirilən şəhadətnamənin əsasını təşkil edən akt hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmiş və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmənin qənaətinə görə, iddia olunan şəhadətnamənin ləğv olunduğu halda belə, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Beləliklə də iddiaçının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1392/20 nömrəli xx xxxxxxx 2020-ci il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Beləliklə, məhkəmə hesab edir ki, X1 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X39 qarşı “X7 Astara rayon X19 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-745A nömrəli, KOD 80106018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən etibarsız hesab edilməsi və həmin şəhadətnamədən X12, Yaqubov Dövran Mürşüd oğlunun, X17 adlarının torpaq sahəsinin mülkiyyətçiləri siyahısından çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1449/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1449/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver