Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-145/2021 12.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi məhkəmə iclas katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi İddiaçı nümayəndəsi X1 (ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan), üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X5 (hüquqşünas, hüquq şöbəsinin Daxili hüquqi tənzimləmə sektorunun müdiri, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında qeydiyyatda olmaqla yaşayan) iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «xx xxx 2006-cı il tarixli JN-9610 KOD ********* nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən icarə hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx xxx 2006-cı il tarixli JN-9610 KOD ********* nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin bazaya işlənməsi və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə «xx xxx 2006-cı il tarixli JN- 96xx xxx 90916028 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən icarə hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilərək iddiaçı və cavabdeh olduğu kimi saxlanılmış, iddia tələbi xx xxx 2006-cı il tarixli JN-9610 KOD ********* nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən icarə hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilmiş və hazırki iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Sabirabad rayon Minbaşı bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 13 saylı Şirvan Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********64 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişdə göstərilir ki, JN-9610 KOD ********* nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən icarəsində olan 100 ha torpaq sahəsinin kateqoriyası və uqodiyası haqqında elektron baza və arxiv materialları 13 saylı Şirvan Ərazi idarəsinə təhvil verilməmişdir. Belə ki, iddiaçı ilə Qaraağac bələdiyyəsi arasında Torpaq Məcəlləsinin 51-ci və 55-ci maddələri, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə məxsus 100 ha torpaq sahəsini 50 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2000-ci il tarixli 01 saylı icarə müqaviləsi bağlanılmışdır. Həmin torpaq sahəsi bələdiyyələr təşkil edilməmişdən əvvəl Sabirabad rayon İHB-nin xx.xx.1997-ci il tarixli 235 saylı və xx.xx.1999-cu il tarixli 169 saylı sərəncamı ilə İddiaçı icarəyə verilmişdir. Torpaq sahəsində öz vəsaiti hesabına 30000 ABŞ dolları məbləğində işlər görmüşdür. Sabirabad rayon Qaraağac bələdiyyəsi xx.xx.2001-ci il tarixdə qərar qəbul edərək xx.xx.2000-ci il tarixli 01 saylı icarə müqaviləsini ləğv etmişdir. Qaraağac bələdiyyəsi Sabirabad rayon Prokurorluğuna müraciət edərək bildirmişdir ki, İddiaçı bələdiyyənin 100 ha torpaq sahəsini zəbt etmişdir. Həmin məsələyə xx xxxxxx 2001-ci il tarixdə baxılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Qaraağac bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarından Sabirabad rayon məhkəməsində iddia qaldırılmış və xx xxxxxx 2001-ci il tarixli qətnamə əsasında xx.xx.2001-ci il tarixli Qaraağac bələdiyyəsinin qərarı etibarsız sayılmış, xx.xx.2000-ci il tarixli 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin dövlət qeydiyyatına alınmasından ötrü müvafiq sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilməsi Qaraağac bələdiyyəsinə tapşırılmışdır. Sabirabad rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə razılaşmayan Qaraağac bələdiyyəsi qətnamədən apellyasiya şikayəti vermiş, işə xx.xx.2002-ci il tarixdə Bakı şəhərində apellyasiya məhkəməsində baxılmış və Qaraağac bələdiyyəsinin şikayəti təmin olunmamışdır. Sabirabad rayon məhkəməsi xx xxxxxx 2002-ci il tarixli 160 nömrəli məktubla Qaraağac bələdiyyəsinə müraciət edərək xx.xx.2001-ci il tarixli məhkəmə qətnaməsinin icrasını bələdiyyədən tələb etmişdir. xx xxxxxx 2002-ci il tarixli 09 nömrəli məktubla 100 ha torpaq sahəsinə aid sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə şəhadətnamə verilməsi üçün göndərilmişdir. xx xxxxxx 2003-cü il tarixli 06 nömrəli məktubla Qaraağac bələdiyyəsi təkrar olaraq şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına 100 ha əkin təyinatlı icarə qaydasında 50 il müddətinə xx xxx 2006-cı il tarixli JN-96xx xxx 90916028 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. 100 ha torpaq sahəsindən icarə qaydasında keçən müddət ərzində daim istifadə etmişdir. İcarə haqqı və vergiləri vaxtlı-vaxtında ödəmişdir. Dövlət tərəfindən verilən subsibiya və imtiyazlardan maneəsiz istifadə etmişdir. Lakin son vaxtlarda yaranan Sabirabad rayon X16 problem yaradaraq subsidiya buraxmayaraq, Şirvan 13 saylı Reyestr Xidməti idarəsindən torpağın onun icarəsində olması və əkin təyinatlı olması barədə arayış almasını iddiaçıya bildirmişdir. İddiaçıda olan müqavilədə və şəhadətnamədə bunların hamısı qeyd edilmişdir. Görünür, Dövlət X16 və Reyestr Xidməti idarəsinin birgə planlarıdır, belə ki, Reyestr Xidməti idarəsi sənədin onlarda olmaması barədə arayış vermişdir. Bütün ilkin sənədlər də təqdim olunur və bildirilir ki, çıxarış almalısınız. Lakin 13 saylı Şirvan Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli 2359 saylı arayışından göründüyü kimi, xx xxx 2006-cı il tarixli JN-9610 qeydiyyat nömrəli şəhadətnamə DTXK-nin təqdim etdiyi elektron məlumat bazasında 100 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Sadəcə olaraq 100 ha torpaq sahəsi səhvən həyətyanı kimi yazılmış, iddiaçı həmin arayışı düzəliş edilməsi üçün təqdim etsə də, arxivdə olmadığı qeyd edilərək imtina edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X9 iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin və üçüncü şəxs Sabirabad rayon Minbaşı bələdiyyəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan xx xxxx 2000-ci il tarixli 01 №li torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Sabirabad rayonu Qaraağac kənd bələdiyyəsinin xx xxxx 2000-ci il tarixli 07 saylı qərarı əsasında bələdiyyə mülkiyyətinə məxsus 100 ha torpaq sahəsi 50 il müddətinə İddiaçıun uzunmüddətli istifadəsinə verilmişdir. İş materialında olan Qaraağac bələdiyyəsinin xx xxxx 2000-ci il tarixli 7 saylı iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı kənd təsərrüfatı məhsullarını istehsal etmək məqsədi ilə Qaraağac bələdiyyəsinin əkinə yararlı torpaq sahəsindən 100 hektar torpaq müqavilə əsasında uzunmüddətli verilməsi qərara alınmışdır. İş materialında olan Sabirabad rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1997-ci il tarixli 235 saylı sərəncamından görünür ki, Qaraağac kənd sakini İddiaçı başçılığı altında yaradılmış «Tural Qocayev» kəndli (fermer) təsərrüfatı üzvlərinin təsis yığıncağının qərarını, rayon Torpaq şöbəsinin xx xxxxxx 1997-ci il tarixli məktubunu və yerseçmə aktını, təqdim edilmiş digər hesabatları əsas götürərək kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Nizami adına kolxozun əkin sahəsindən 50,47 hektar, örüş sahəsindən 50 hektar icarə qaydasında 20 il müddətinə torpaq sahəsinin ayrılması barədə kolxozun AİK-nın xx xxxxxx 1997-ci il tarixli qərarının nəzərə alınması, qeyd edilən məqsədlər üçün kəndli təsərrüfatına torpaq sahəsinin ayrılmasını və digər təşkilati tədbirlərin aparılmasını təmin etmək rayon torpaq sahəsinə tapşırılması, qeyd edilən kənd təsərrüfatına hüquqi şəxs statusunun verilməsi və təsərrüfatın fəaliyyət göstərməsi üçün nizamnaməsinin qeydə alınması, dairəvi möhür və künc ştamplarının hazırlanması, bankda hesabına açılması üçün müvafiq orqanlara göstəriş verilməsi, RİHBnin Minbaşı kənd icra nümayəndəsinə təsərrüfatı təsərrüfatbaşına kitabda qeydə alınmasının tapşırılması qərara alınmışdır. İş materialında olan DTXK-nin Sabirabad rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş JN seriyalı 9610 nömrəli, KOD ********* olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, Sabirabad rayonu Qaraağac kənd sakini İddiaçı Sabirabad rayon Qaraağac bələdiyyəsinin xx xxxx 2000-ci il tarixli 07 saylı qərarı və xx xxxx 2000-ci il tarixli 01 saylı icarə müqaviləsi ilə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 50 il müddətinə 100 ha torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İş materialında olan Sabirabad rayon Minbaşı bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, Minbaşı bələdiyyəsi Minbaşı, Qaraağac, Beşdəli və Yaxa Dəllək kənd bələdiyyələrinin birləşməsi nəticəsində yaranmış, belə ki, Sabirabad rayonu Qaraağac kənd sakini İddiaçı xx xxxx 2000-ci il tarixdə Qaraağac bələdiyyəsi ilə müqavilə bağlayaraq 100 ha torpaq sahəsini 50 il müddətinə icarəyə götürmüş, xx xxx 2006-cı il tarixdə Dövlət qeydiyyatına alınaraq JN- 9610 KOD ********* nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Keçən müddət ərzində icarə haqqı və vergi borclarını ödəmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, müraciətinin araşdırılması zamanı aşkar edilmişdir ki, torpaq sahəsinin kateqoriyası və uqodiyası haqqında elektron kadastr baza və arxiv materialları 13 saylı Şirvan ərazi idarəsinə verilməmiş, bu səbəbdən idarə tərəfindən bu materialların əldə edilməsi məqsədilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xx.xx.2020-ci il tarixdə müraciət olunmuş, iddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə cavabda Xidmətin Kadastr və Yerquruluşu Layihə Tədqiqat mərkəzi tərəfindən torpaq sahəsinə aid sənədlərin aşkar edilmədiyi bildirilmişdir. 13 saylı Şirvan ərazi idarəsi tərəfindən torpaq sahəsinin kateqoriyası və uqodiyası haqqında arayış o halda verilir ki, istinad etmək məqsədilə torpaq sahəsinə dair mülkiyyət, istifadə, icarə hüququnu təsdiq edən elektron və arxiv məlumatları idarənin arxivində olsun, belə ki, üzərində mülkiyyət, istifadə, icarə hüququ dövlət qeydiyyatına alınmamış torpaq sahələrinin göstəricilərinə dair arayış vermək idarənin səlahiyyətlərinə aid deyil. Bu səbəbdən torpağın uqodiyasının dəqiqləşdirilməsi məqsədilə mülkiyyətçinin Sabirabad rayonu, Minbaşı bələdiyyəsinə müraciət etməsinin məqsədə müvafiq olduğu, o cümlədən onun təqdim etdiyi şəhadətnamənin elektron və arxiv materiallarının olmaması səbəbindən Minbaşı bələdiyyəsinə müraciət etməsi, ilkin prosedur qaydasında torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınması, iddiaçı ilə hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsinə dair notarial təsdiq edilmiş icarə müqaviləsinin bağlanması və nəticədə icarə hüququnun dövlət qeydiyyatına alınması tövsiyə edilmiş və yuxarıda qeyd edilən uyğunsuzluq səbəbindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müraciətinin icrasından imtina edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli 2339 saylı arayışından görünür ki, Şirvan ərazi vahidliyi üzrə Sabirabad rayonunun Qarağac kəndində 100 ha həyətyanı torpaq sahəsi İddiaçı adına xx xxx 2006-cı il tarixdə JN-9610 nömrə ilə qeydiyyata alınmışdır. İş materialında olan Sabirabad rayon İcra Hakimiyyəti Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 608 saylı arayışından görünür ki, İddiaçı həqiqətən ailə üzvləri anası – X6, qardaşı İddiaçı, bacıları – X7 və X8 (vəfat edən ailə üzvləri atası – X3 və qardaşı – X4) olmaqla Sabirabad rayon İHB-nin Minbaşı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Qaraağac kəndində yaşayır. İş materialında olan Minbaşı bələdiyyəsinin iclasının xx xxxxxx 2010-cu il tarixli 04 №li qərarından çıxarışda görünür ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanuna əsasən Sabirabad rayonunun Beşdəli, Qaraağac, Minbaşı və Yaxa Dəllək bələdiyyələrinin birləşməsi yolu ilə yeni Minbaşı bələdiyyəsi yarandığı üçün həmin bələdiyyələrin nizamnamələrinin ləğv edilməsi qərara alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.2-ci maddələrinə əsasən, inzıbati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-33.2-ci maddələrinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Qaraağac bələdiyyəsinin xx xxxx 2000-ci il tarixli qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarını istehsal etmək məqsədi ilə Qaraağac bələdiyyəsinin əkinə yararlı torpaq sahəsindən 100 hektar torpaq müqavilə əsasında uzunmüddətli istifadəyə verilmişdir. Eyni tarixdə də onlar arasında torpaq sahəsinin icarə müqaviləsi bağlanmışdır. Hazırda Qaraağac bələdiyyəsi Minbaşı bələdiyyəsi birləşmə yolu ilə Minbaşı bələdiyyəsinə birləşdirilmişdir. İddiaçıya xx xxx 2006cı il tarixdə JN-9610 KOD ********* nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmiş, o cümlədən iddiaçı keçən müddət ərzində icarə haqqı və vergi borclarını ödəmişdir. Cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtina dəlili ondan ibarətdir ki, torpaq sahəsinin kateqoriyası və uqodiyası haqqında elektron kadastr baza və arxiv materialları 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmədiyindən bu materialların əldə edilməsi məqsədilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət olunmuş, cavabda Xidmətin Kadastr və Yerquruluşu Layihə Tədqiqat mərkəzi tərəfindən torpaq sahəsinə aid sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi yalnız daşınmaz əmlak üzərində icarə və istifadə müqaviləsi bağlanmış halları tənzimləyir. Göründüyü kimi, iddiaçıya 100 ha torpaq sahəsi Qaraağac bələdiyyəsinin xx xxxx 2000-ci il tarixli qərarı və həmin bələdiyyə ilə İddiaçı arasında eyni tarixdə bağlanmış icarə müqaviləsi əsasında icarəyə verilmişdir. O cümlədən, DTXK-nin Sabirabad rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə JN seriyalı 9610 nömrəli, KOD ********* olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. İş materialından göründüyü kimi, iddiaçı torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Qaraağac bələdiyyəsinin xx xxxx 2000-ci il tarixli qərarını və həmin bələdiyyə ilə aralarında eyni tarixdə bağlanmış icarə müqaviləsini, DTXK-nin Sabirabad rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş JN seriyalı 9610 nömrəli, KOD ********* olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməni cavabdehə təqdim etmiş, sonuncu tərəfindən bu aktlar mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Qaraağac bələdiyyəsinin xx xxxx 2000-ci il tarixli qərarı və həmin bələdiyyə ilə İddiaçı arasında eyni tarixdə bağlanmış icarə müqaviləsi, o cümlədən DTXK-nin Sabirabad rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş JN seriyalı 9610 nömrəli, KOD ********* olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi üçün əsasdır. «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.6-cı bəndinə əsasən qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, 8.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməkdən ibarətdir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə, hesab edir ki, qanuni əsası olduğundan iddia təmin edilməli, İddiaçı məxsus olan xx xxx 2006-cı il tarixli JN-9610 KOD ********* nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən icarə hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə, məhkəmə qərarının nəticə hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əsasən prosessual xərclər yalnız 10,0 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xərcdən ibarətdir. İddiaçının nümayəndəsi iş üzrə prosessual xərcin ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdiyi üçün məhkəmə hesab edir ki, prosessual xərc iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan xx xxx 2006-cı il tarixli JN-9610 KOD ********* nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən icarə hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-145/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-145/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver