Məhkəmə qərarları › İş №2-1(120)-145/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-145/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-145/2022 13.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı «Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 aprel 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarının icra edilməsi, Lənkəran rayonu Şiləvar bələdiyyəsi ilə onun arasında bağlanmış, alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin ona satılmasına dair 28 avqust 2005-ci il tarixli, 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı həmin qərarda nəzərdə tutulmuş 5637,83 manat məbləğdən ilkin olaraq hissə-hissə ödədiyi 1738,0 manat pulun qalan hissəsinin, yəni 3899,83 manat pul məbləğinin Lənkəran rayonu Şiləvar bələdiyyəsinin hesabına (kassasına və ya bank hesabına) ödənilməsindən ötrü ona tədiyyə bildirişi təqdim edilməsi, ödəyəcəyi qalıq pul məbləğinin qəbul edilməsi, qərar üzrə sənədləşdirilmə işlərinin davam etdirilməsi, yekunlaşdırılması və müvafiq icra hakimiyyəti orqanından mülkiyyət hüququnu təsdiq edən, hüquqlarının qeydə alınması ilə bağlı reyestrdən çıxarışın alınmasına dair sənəd təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Lənkəran rayonu Şiləvar bələdiyyəsi ilə onun arasında bağlanmış, alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin ona satılmasına dair 28 avqust 2005-ci il tarixli, 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı həmin qərarda nəzərdə tutulmuş 5637,83 manat məbləğdən ilkin olaraq hissə-hissə ödədiyi 1738,0 manat pulun qalan hissəsinin, yəni 3899,83 manat pul məbləğinin Lənkəran rayonu Şiləvar bələdiyyəsinin hesabına (kassasına və ya bank hesabına) ödənilməsindən ötrü ona tədiyyə bildirişi təqdim edilməsi, ödəyəcəyi qalıq pul məbləğinin qəbul edilməsi, qərar üzrə sənədləşdirilmə işlərinin davam etdirilməsi və yekunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 13 aprel 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1960-cı il tarixdə Lənkəran rayonunun Şiləvar kəndində anadan olmuşdur. Hal-hazırda da ailə üzvlərilə birlikdə Lənkəran rayonunun Şiləvar kəndində yaşayır. 2003-cü ildən etibarən keçmiş Şiləvar sovxozuna məxsus olmuş və sonradan Şiləvar Bələdiyyəsinin mülkiyyətinə verilmiş 2 ha torpaq sahəsinin üzərində olan məhsulları əmlak payı olaraq torpaq islahatı aparılarkən qanuni əsaslarla əldə edib hal-hazıradək oradan istifadə edərək çay məhsullarının və s. istehsalını həyata keçirir. Əvvəllər uzun müddət, yəni 23 il fasiləsiz olaraq fəhləlikdən baş aqronoma qədər Lənkəran rayonunun Şiləvar sovxozunda çalışmışdır. Ölkədə torpaqların, sovxoz və kolxozların islahatı ilə başlanan aqrar sahədə özəlləşdirmə Dövlət proqramı həyata keçirilmiş və bunun nəticəsi olaraq Şiləvar sovxozu Lənkəran şəhəri İHB-nın 10 sentyabr 1999-cu il tarixli, 2088 saylı sərəncamı ilə ləğv edilərək sovxoza məxsus olan əmlakların qanunvericilik əsasında özəlləşdiriliməsinin təmin olunması göstərilmişdir. Sovxoz ləğv edilənə qədər mövcud əmlaklar qiymətləndirilmiş və həmin əmlaklardan pay almaq hüququ olan şəxs kimi ona da pay hesablanmışdır. Belə ki, Lənkəran rayon X3 İslahat Komissiyasının müvafiq əmrinə əsasən, Lənkəran rayonunun Şiləvar sovxozuna məxsus olmuş 2 ha çay sahəsini əmlak payı olaraq ona satılması qərara alınmışdır. Həmin tarixdə keçirilmiş iclasda hazırki inzibati mübahisə üzrə cavabdeh Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin sabiq sədri, mərhum X2 komissiyasının üzvü olmuş və qeyd olunan 2 ha çay sahəsinin ona satılmasına dair Akta da sonuncu digər komissiya üzvləri kimi, o da imza etmişdir. Həmin Aktda ləğv olunmuş Şiləvar sovxozuna məxsus olmuş «Məhərrəmin yeri» adlı çay sahəsindən 2 ha çay sahəsi ona satıldığına görə təhviltəslim işləri aparılmış və ona çatası 7560,0 manat pulun müqabilində 1750 ədəd yararsız çay kolu ona təhvil verilmişdir. Sonradan çay sahəsinin altındakı torpaq sahəsinin ona satılmasına dair Şiləvar Bələdiyyəsinə müraciət etmiş və Bələdiyyənin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarına əsasən alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin ona satılmasına icazə verilmişdir. Bundan sonra tərəfindən, aldığı torpaq sahəsinə görə Bələdiyyənin hesabına ödəməli oiduğu 5637,83 manat puldan müəyyən məbləğdə, yəni 1738 manatını ödəsə də, lakin razılaşdırılmış məbləğin qalan hissəsini 2013-cü ilin fevral ayınadək ödəyə bilməmişdir. Bununla yanaşı Şiləvar Bələdiyyəsi ilə alqı-satqı aparılarkən onun aldığı torpaq sahəsinin dəyəri olan 5637,83 manat pulun ödənilməsi müddəti, yəni son ödəmə müddəti barədə aralarında hər hansı bir yazılı müqavilə olmamış və ona bu barədə heç bir xəbərdarlıq edilməmişdir. Bundan sonra Şiləvar Bələdiyyəsinin hesabına 2013-cü ilin fevral ayında 1000 manat, mart ayında 2900 manat pul ödəsə də, lakin bələdiyyə tərəfindən həmin məbləğlərin qəbulundan əsassız surətdə imtina olunmuşdur. 6 il keçdikdən sonra Şiləvar Bələdiyyəsi ona qarşı qanunsuz hərəkət və ya münasibətini davam etdirərək 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarının icrasının 30 noyabr 2007-ci il tarixədək öz həllini tapmadığını əsas gətirərək özünün 05 aprel 2013-cü il tarixli, 04 saylı qərarı ilə ona 2 ha torpaq sahəsinin satılmasına icazə verilməsi ilə bağlı olan əvvəlki qərərını ləğv etmişdir. Daha sonra, Lənkəran rayonu Şiləvar Bələdiyyəsi iddiaçı qismində çıxış etməklə ona qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, guya, bələdiyyənin mülkiyyətində olan torpaqlardan cavabdeh Quləməli Qulamhüseyn oğlu tərəfindən qanunsuz zəbt edilmiş 2,80 ha torpaq sahəsinin buraxılması və həmin torpaq sahəsinin cavabdehdən, yəni, ondan alınaraq Şiləvar Bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işlə bağlı, məhkəmə araşdırması zamanı sözügedən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş üzrə cavabdeh İddiaçı 2003-cü ildən etibarən keçmiş Şiləvar sovxozuna məxsus olmuş və sonradan Şiləvar Bələdiyyəsinin mülkiyyətinə verilmiş 2 ha torpaq sahəsinin üzərində olan məhsulları əmlak payı olaraq torpaq islahatı aparılarkən qanuni əsaslarla əldə edib halhazıradək oradan istifadə edərək, çay məhsullarının və s. istehsalını həyata keçirir. Belə olduğu təqdirdə onun tərəfindən 2 ha torpaq sahəsinin zəbt etməsi öz təsdiqi tapmır. Bundan əlavə qanuni əsaslarla həmin torpaq sahəsini öz adına keçirmək üçün cavabdeh İddiaçı Şiləvar Bələdiyyəsinə etdiyi müraciəti qənaətbəxş hesab edildikdən sonra sonuncu tərəfindən ona qeyd olunan torpaq sahəsinin dəyəri 5637,83 manat məbləğində müəyyənləşdirilərək alqı-satqı qaydasında mülkiyyətinə verilməsi qərara alınmışdır. Cavabdeh isə öz növbəsində aldığı torpaq sahəsinin dəyərini özündən asılı olmayan səbəbdən sonradan bələdiyyənin hesabına tam şəkildə ödəyə bilməmişdir. Belə ki, alqısatqı predmeti olan torpaq sahəsinin razılaşdırılmış qaydada dəyəri kimi müəyyən olunmuş 5637,83 manat məbləğdən 1738,0 manatını ilkin olaraq hissə-hissə Şiləvar Bələdiyyəsinin hesabına ödəmiş, sonradan isə yəni 2013-cü ilin fevral ayında 1000 manat, mart ayında isə 2900 manat olmaqla ödəməli olduğu qalıq 3900 manat pul vəsaitini Şiləvar Bələdiyyəsininhesabına ödəməsinə baxmayaraq bələdiyyə tərəfindən həmin məbləğlərin qəbulundan imtina olunmuşdur ki, qeyd olunanlar işdə toplanmış sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən cavabdeh İddiaçı tərəfindən Şiləvar Bələdiyyəsinin mülkiyyətində olan 0,43 ha torpaq sahəsi zəbt olunmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,43 ha hissəsini qanunsuz zəbt etməklə onun həmin torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməsi iddiaçının həmin torpaq üzərindəki mülkiyyət hüquqlarını pozur. Beləliklə, hazırki inzibati iddia tələbi üzrə cavabdeh şəxs olan, sözügedən iddia tələbi üzrə isə iddiaçı olan Lənkəran rayon Şiləvar Bələdiyyəsinin əsassız iddia tələbi əsasında mülki işə baxan Lənkəran Rayon Məhkəməsi özünün 28 dekabr 2015ci il tarixli, 2 (049)-4181/2015 saylı qətnaməsi ilə iddianı qismən təmin edərək, Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin mülkiyyətində olan və cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0,43 ha torpaq sahəsinin cavabdehdən alınaraq Bəədiyyəyə qaytarılmasını, mahiyyət etibarı ilə isə xeyrinə qalan hissədə təmin edilməməsini qət etmişdir. Lənkəran rayon Şiləvar Bələdiyyəsinin 05 aprel 2013-cü il tarixli qərarından məlumatsız olduğundan və sözügedən qərarı həmin vaxtadək əldə edə bilmədiyindən, bu səbəbdən də həmin qərarın mahiyyətindən məlumatsız olmaqla onu mübahisələndirə bilmədiyindən, sözügedən qərarın qəbul edilməsinə səbəb olmuş Lənkəran rayon Şiləvar Bələdiyyəsinin 05 aprel 2013-cü il tarixli, 04 saylı iclas protokolundan çıxarışın surətini 14 aprel 2016-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsində keçirilən, Lənkəran Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2 (049)-4181/2015 saylı qətnaməsindən narazı qalan Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin verdiyi apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclası zamanı səlahiyyətli nümayəndəsi vasitəsi ilə rəsmi şəkildə müraciət etməklə əldə etmiş və təbii ki, narazı qaldığı üçün hesab etmişdir ki, qəbul edilmiş qərarın heç bir hüquqi əsası yoxdur və bələdiyyə tərəfindən qəbul edilmiş əvvəlki qərarın özü tərəfindən ləğvi qeyri-qanuni hərəkət olmaqla yanaşı, onun hüquqlarının kobud şəkildə pozulması deməkdir. Qeyd edilən səbəblərə və əsaslara görə Lənkəran rayonu Şiləvar Bələdiyyəsinə qarşı Şirvan İnzibati- İqtisadi Məhkəməsinə inzibati icraat qaydasında 05.05.2016-cı il tarixli iddia ərizəsi ilə müraciət edərək, Bələdiyyənin sözügedən qərarının ləğv edilməsini tələb etmiş, eyni zamanda 06.05.2016-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, mübahisələndirdiyi digər bir icraat: inzibati iş üzrə məhkəmə icraatı qurtaranadək mülki iş üzrə icraatın dayandırılması ilə bağlı Qərardad çıxarılmasını xahiş etmiş və Şirvan Apellyasiya Məhkəməsinin müvafiq Qərardadı ilə həmin mülki iş üzrə icraat dayandrılımışdır. Bundan sonra inzibati icraat qaydasında işə baxan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05.08.2016-cı il tarixli, 2-1(86)-1009/2016 saylı Qərarı ilə iddiası təmin edilmiş, Lənkəran rayonu Şiləvar kənd sakini İddiaçı, yəni, ona, 2,0 ha torpaq sahəsinin ayrılmasına dair Lənkəran rayonu Şiləvar Bələdiyyəisnin 28.08.2005-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsinə dair Lənkəran rayonu Şiləvar Bələldiyyəsinin 05.04.2013-cü il tarixli, 04 saylı qərarı ləğv olunmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05.08.2016-cı il tarixli, 2-1(86)-1009/2016 saylı Qərarından narazı qalan Lənkəran rayonu Şilavar Bələdiyyəsi müvafiq olaraq apellyasiya və kassasiya qaydasında yuxarı məhkəmələrə şikayətlər etsə də, iddiası əsaslı olduğundan, Şirvan Apellyasiya Məhkəməsinin 21.12.2016cı il tarixli, 2-1(106)-390/2016 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.05.2017-ci il tarixli, 2-1(102)-898/2017 saylı Qərarları ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05.08.2016-cı il tarixli, 2-1(86)-1009/2016 saylı Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və nəticə etibarı ilə həmin inzibati mübahisə onun xeyrinə sonunculanmışdır. Daha sonra, Lənkəran Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2(049)-181/2015 saylı qətnaməsindən Lənkəran rayonu Şilavar Bələdiyyəsinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə icraatı təzələnmiş və Şirvan Apellyasiya Məhkəməsinin 23.11.2017-ci il tarixli, 2(106)-27/2017 saylı yekun qətnaməsi ilə, iddiaçı Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı Lənkəran rayonu Şilavar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli, 2 (049)-4181/2015 saylı qətnaməsi, iddiaçı Lənkəran rayonu Şiləvar Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. 19 avqust 2020-ci il tarixli, 30 noyabr 2020-ci il tarixli, 18 yanvar 2021-ci il tarixli, 02 mart 2021-ci il tarixli müvafiq ərizələrlə və əlavə olunmuş 15 vərəqədən ibarət sənədlərlə Lənkəran rayonunun Şiləvar Bələdiyyəsinə müraciət edərək, mahiyyət və nəticə etibarı ilə xahiş etmişdir: “sözügedən bütün məhkəmə çəkişmələri və ya mübahisələri xeyrinə sonuclanmış və artıq qanuni qüvvəsini almış, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına əsasən, onunla, yəni, İddiaçı ilə Lənkəran rayonu Şiləvar Bələdiyyəsi arasında bağlanmış, alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin ona satılmasına dair 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarının icrası həyata keçirilməli və ya davam etdirilməklə yekunlaşdırılmalıdir. Bildirmək istəyir ki, tərəfindən, alqı-satqı predmeti olan torpaq sahəsinin razılaşdırılmış qaydada dəyəri kimi müəyyən olunmuş 5637,83 manat məbləğdən 1738,0 manatını ilkin olaraq hissə-hissə Şiləvar Bələdiyyəsinin hesabına ödənmiş, sonradan isə yəni 2013-cü ilin fevral ayında 1000 manat, mart ayında isə 2900 manat olmaqla ödəməli olduğu qalıq 3900 manat toplam pul vəsaitini Şiləvar Bələdiyyəsinin hesabına ödəməsinə baxmayaraq bələdiyyə tərəfindən həmin 1000 manat, mart ayında isə 2900 manat, toplam qalıq 3900 manat toplam pul vəsaitinə dair məbləğlərin qəbulundan imtina olunmuşdur. Beləliklə, hazırda onun müqavilə üzrə ilkin olaraq ödədiyi 1738,0 manat pul məbləği Şiləvar Bələdiyyəsinin hesabında mövcuddur, müqavilə üzrə yerdə qalan 3899,83 manat pul məbləği Bələdiyyə tərəfindən ona tədiyyə ödənişi bildirişi təqdim edilməklə, Bələdiyyənin kassasına və ya bank hesabına ödənilməli və bundan sonra, Lənkəran rayonu Şiləvar Bələdiyyəsi tərəfindən müvafiq sənədləşdirmə işləri yekunlaşdırılmaqla, ona müvafiq sənəd təqdim edilməli və bunun əsasında müvafiq icra hakimiyyəti orqanında onun hüquqlarının dövlət qeydiyyatı aparılmalıdır. Qeyd edilənlərə, təqdim və istinad etdiyi sənədlərə əsasən, Lənkəran rayonu Şiləvar Bələdiyyəsi ilə onun arasında bağlanmış, alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin ona satılmasına dair 28 avqust 2005-ci il tarixli, 08 saylı, hazırda qüvvədə olan qərarın icrası ilə bağlı müqavilə üzrə nəzərdə tutulmuş 5637,83 manat məbləğdən ilkin olaraq hissə-hissə ödədiyi 1738,0 manat pulun qalan hissəsinin, yəni, 3899,83 manat pul məbləğinin Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin hesabına (kassasına və ya bank hesabına) ödənilməsindən ötrü ona tədiyyə ödənişi bildirişi təqdim edilməsini, ödəyəcəyi qalıq pul məbləğinin qəbul edilməsini və alqı-satqı müqaviləsi üzrə sənədləşdirilmə işlərinin davam etdirilməklə yekunlaşdırılmasını, nəticə etibarı ilə Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarının icra edilməsini təmin edəsiniz, Lənkəran rayonu Şiləvar Bələdiyyəsi ilə onun arasında bağlanmış, alqı-satqı predmeti olan özgəninkiləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin ona satılmasına dair 28 avqust 2005-ci il tarixli, 08 saylı hazırda qüvvədə olan qərarın icrası ilə bağlı müqavilə üzrə nəzərdə tutulmuş 5637,83 manat məbləğindən ilkin olaraq hissə-hissə ödədiyi 1738,0 manat pulun qalan hissəsinin, yəni, 3899,83 manat pul məbləğinin Lənkəran rayon Şiləvar bələdiyyəsinin hesabına (kassasına və ya bank hesabına) ödənilməsindən ötrü ona tədiyyə ödənişi bildirişi təqdim edəsiniz, ödəyəcəyi qalıq pul məbləğini qəbul edəsiniz və alqı-satqı müqaviləsi üzrə sənədləşdirilmə işlərinin davam etdirilməklə yekunlaşdırmaqla müvafiq icra hakimiyyəti orqanından mülkiyyət hüququnu təsdiq edən hüquqlarının qeydə alınması ilə bağlı reyestrdən çıxarışın alınmasına dair sənəd təqdim edəsiniz”. Azərbaycan Respublikası Lənkəran rayonu Şiləvar bələdiyyəsinin sədri cənab N.Ə.Babayevin imzası ilə ünvanına daxil olmuş, 07 sentyabr 2020-ci il tarixli, Ç-13 saylı, 29 dekabr 2020-ci il tarixli, Ç-23 saylı, 16 fevral 2021-ci il tarixli, N-02/D 03 saylı və nəhayət 07 aprel 2021-ci il tarixli, 02-03/1 saylı sonuncu (qeyd: 27 aprel 2021-ci il tarixdə poçta verilmiş, 30 aprel 2021-ci il tarixdə onun ünvanına daxil olmuş) məktublarla, həmin ərizələrinə cavab olaraq mahiyyət və nəticə etibarı ilə formal və yenə də qeyri-müəyyən surətdə bildirilmişdir: “Siz müraciətlərinizdə Məhkəmə qərarlarını əldə rəhbər tutaraq həmin torpaq sahəsinin alqısatqı qaydada özəlləşdirilməsini 01 dekabr 2007-ci il tarixədək qüvvədə olan qanunvercilik qaydasında aparılmasını təkid edirsiniz. Şiləvar Bələdiyyəsi mövcud qanunvericilik əsasında həmin torpaq sahəsinin satılmasını etiraz etmir. Qeyd etmək lazımdır ki, 2007-ci ilədək qüvvədə olan qanunvercilik əsasında həmin torpaq sahəsinin satılmasından ötrü halhazırda hüquqi icra mexanizmi yoxdur. Siz hüquq mexanizmi kimi Məhkəmə qərarları ilə qüvvədə saxlanılan Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı iclas qərarını əsas götürürsünüz. Bu qərarın 4, 5, 6-cı bəndlərini icra etməyə borclu olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, o cümlədən rayon şöbələrinin fəaliyyətinə xitam verilmişdir. Bir daha bildirir ki, Şiləvar bələdiyyəsi bu sahədə Sizə qanun əsasında hər cür köməklik göstərməyə hazırdır”. Aşağıda qeyd edilən səbəblərə və əsaslara görə hesab edir ki, cavabdehin, yuxarıda qeyd etdiyi sözügedən, uzun müddət süründürülməklə nəticə etibarı ilə verilmiş qeyri-müəyyən cavabı qanunsuzdur və həmin inzibati orqanın-Azərbaycan Respublikası Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin üzərinə; Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarının icra edilməsi, Lənkəran rayonu Şiləvar Bələdiyyəsi ilə onun arasında bağlanmış, alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin ona satılmasına dair 28 avqust 2005-ci il tarixli, 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı həmin qərarda nəzərdə tutulmuş 5637,83 manat məbləğdən ilkin olaraq hissə-hissə ödədiyi 1738,0 manat pulun qalan hissəsinin, yəni, 3899,83 manat pul məbləğinin Lənkəran rayonu Şiləvar Bələdiyyəsinin hesabına (kassasına və ya bank hesabına) ödənilməsindən ötrü ona tədiyyə ödənişi bildirişi təqdim edilməsi, ödəyəcəyi qalıq pul məbləğinin qəbul edilməsi, qərar üzrə sənədləşdirilmə işlərinin davam etdirilməsi, yekunlaşdırması və müvafiq icra hakimiyyəti orqanından mülkiyyət hüququnu təsdiq edən, hüquqldarının qeydə alınması ilə bağlı reyestrdən çıxarışın alınmasına dair sənəd təqdim edilməsi öhdəliyi qoyulmalıdır: Əvvəla qeyd edir ki, cavabdeh - inzibati orqan, imtina barədə inzibati qərar qəbul etməyə borclu olduğu halda bunu etmədən, adi və primitiv, şablon və qeyri-müəyyən məktubu ilə müraciətinin təmin olunmasından məqsədli imtina etməklə ciddi qanun pozuntusuna yol vermişdir. Qeyd etdiyi kimi, inzibati orqan, mətnində imtina etdiyi cavab məktubunda konkret olaraq hansısa müvafiq normaya əsaslanmamış və tələbinin hansı səbəbdən təmin olunmaması barədə anlaşılan mövqe ifadə etməmişdir. İnzibati orqan bu cavab və ya imtina məktubunda onun tələb etdiyi, özünün qəbul etdiyi qərarın icra edilməsindən imtina etməsini yalnız onunla əsaslandırmağa çalışmışdır ki, guya, 2007-ci ilədək qüvvədə olan qanunvercilik əsasında həmin torpaq sahəsinin satılmasından ötrü hal-hazırda hüquqi icra mexanizmi yoxdur və bu qərarın 4, 5, 6-cı bəndlərini icra etməyə borclu olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, o cümlədən rayon şöbələrinin fəaliyyətinə xitam verilmişdir. İnzibati orqan, həmin məktubda məhz, bu əsasla – tələbindən imtina olunmasına istinad etsə də, həmin məktubun mətnində bunun əsaslarını şərh etməmiş, həmin imtina ilə bağlı hüquqi əsaslandırmanın nədən ibarət olduğunu, hansı məzmunda və qanunun hansı normasına münasibətdə zəruriliyini açıqlamamış və beləliklə, anlaşılmaz fikirlər ifadə etməklə, əsaslı və qanuni müraciətinə və ya qanuni tələbinə qanunsuz bir reaksiya nümayiş etdirmişdir. İnzibati orqanın istinad etdiyi, yuxarıda qeyd etdiyi məqamla bağlı lokonik olaraq bildirir ki, həmin qurum sözügedən nüansa istinad edərkən qanun pozuntusuna yol vermişdir. Çünki, inzibati orqan, yalnız, ümumi və çox qısa bir fikir üzərində qurulmuş imtina məktubunda tələbinin təmin olunmasından imtina etməklə onun hüquqlarını pozmuşdur. Hesab edir ki, iddiaçının-yəni, onun ərizəsinə baxılması ilə əlaqədar cavabdeh - inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh-inzibati orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər və ya ümumiyyətlə əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin – onun şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Lənkəran rayonu Şilavar bələdiyyəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, Şiləvar bələdiyyəsi iddaçıya bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən 2,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı ücün müvəqqəti, yəni 5 il müddətinə icarəyə vermişdir. Sonradan 2005-ci ildə vətəndaş həmin torpaq sahəsini alqı-satqı qaydada mülkiyyətinə almaq ücün Şiləvar bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə müvafiq rəyin alınması üçün 12 avqust 2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin Lənkəran Rayon şöbəsinə məktubla müraciət etmişdir. Lənkəran rayon torpaq şöbəsi tərəfindən məsələyə baxılaraq, torpaqların alqı-satqı qaydasına əsasən dəyəri əvvəlcədən bələdiyyənin hesabına ödənilməklə, toraq sahəsinin satılmasına dair rəy verilmişdir. Şiləvar bələdiyyəsi öz mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin dəyəri qabaqcadan bələdiyyə hesabına ödənilmək şərti ilə alqı-satqı qaydasında sahibkarlıq fəaliyyəti üçün özəlləşdirilməsinə icazə verilməsi barədə 28 avqust 2005-ci il tarixli, 08 saylı qərar qəbul etmişdir. Lakin, vətəndaş həmin qərarla müəyyən edilmiş torpağın dəyərini qabaqcadan bələdiyyənin hesabına tam ödənilməsini təmin etməmişdir. Buna görə də torpağın ayrılmasını tamamlayan qanuna müvafiq alqı-satqı aktı tərtib olunmamışdır. İddaçı tərəfindən özəlləşdiriləcək torpağın dəyərinin Şiləvar bələdiyyəsinin hesabına tam ödənilməsi 2007-ci il dekabr ayının 01-dək həyata keçirilməmişdir. Həmin vaxt isə torpaqların ayrılması Azərbaycan Respublikası Prezidentinin Fərmani ilə yeni qaydalar müəyyən edilənə qədər, torpaqların alqı-satqısı müvəqqəti olaraq dayandırılmışdır. Bu səbəbdən Şiləvar bələdiyyəsi 05 aprel 2013-cü il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2,0 hektar torpaq sahəsinin İddiaçı ayrılmasına dair özünün 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarını ləğv etmişdir. Uzun sürən məlum məhkəmə çəkişmələri nəticəsində Lənkəran Rayon Məhkəməsi və sonradan Şirvan Apellyasiya Məhkəməsinin 21.02.2016-cı il və Azərbaycan Respublikası Ali Məhkəməsi 16.05.2017-ci il tarixli müvafiq qərarları ilə Şiləvar Bələdiyyəsinin 05 aprel 2013-cü il tarixli, 04 saylı qərarı ləğv edilərək, Şiləvar Bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı ilkin qərarı qüvvədə saxlanılmışdır. Əlavə olaraq bildirirlər ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunverici aktlarına dəyişiklikiər və əlavalər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-LLJQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə uyğun olaraq 2007-ci il 01 dekabr tarixdən sonra Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları, bəzi hallar istisna olmaqla, yalnız torpaq hərracları və ya müsabiqələr vasitəsilə əldə edilə bilər. İddaçı müraciətlərində Məhkəmə qərarlarını əldə rəhbər tutaraq, həmin torpaq sahəsinin alqı-satqı qaydada özəlləşdirilməsini 01 dekabr 2007-ci il tarixədək qüvvədə olan qanunvericilik qaydasında aparılmasını təkid edir. Bir daha bildirirlər ki, Şiləvar bələdiyyəsi mövcud qanunvericilik əsasında həmin torpaq sahəsinin satılmasını etiraz etmir. Qeyd etmək lazımdır ki, 2007-ci ilədək qüvvədə olan qanunvericilik əsasında həmin torpaq sahəsinin satılmasından ötrü hal-hazırda hüquqi icra mexanizmi yoxdur. İddaçi hüquqi mexanizim kimi məhkəmə qərarları ilə qüvvədə saxlanılan Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı iclas qərarını əsas götürür. Yuxarıda həmin qərarın icrasının qismən mümkünsüzlüyü barədə geniş məlumat verilmişdir. Qeyd edildiyi kimi, Şiləvar bələdiyyəsinin 28 avqust 2005-ci il tarixli, 08 saylı iclas qərarını 4, 5, 6-cı bəndlərini icra etməyə borclu olan Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin, o cümlədən Rayon şöbələrinin fəaliyyətinə xitam verilmişdir. Bir daha bildirirlər ki, Şiləvar bələdiyyəsi bu sahədə iddaçı İddiaçı mövcud qanunveriçilik əsasında hər cür köməklik etməyə hazırdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş, bununla belə cavabdehin nümayəndəsi (bələdiyyə sədri N.Ə.Babayev) məhkəməyə teleqram ünvanlayaraq xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddia tələbini qəbul etdiklərini, iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran rayon Şiləvar bələdiyyəsinin 28.08.2005-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışdan görünür ki, Lənkəran rayon Şiləvar kənd sakini İddiaçı Şiləvar bələdiyyəsinin ehtiyat fond torpağından alqı-satqı predmeti olan yararlı və az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2,0 hektar torpaq sahəsi satılmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı sözügedən torpaq alqı-satqısı üzrə Şiləvar bələdiyyəsinin hesabına 24.07.2007-ci il tarixdə 138 manat, 27.09.2007-ci il tarixdə 100 manat, 01.11.2007-ci il tarixdə 150 manat, 19.08.2008-ci il tarixdə 200 manat, 27.12.2010-cu il tarixdə 100 manat, 18.03.2011-ci il tarixdə 150 manat, 22.09.2011-ci il tarixdə 400 manat, 27.12.2012-ci il tarixdə 500 manat, 18.02.2013-cü il tarixdə 1000 manat və 12.03.2013-cü il tarixdə 2900 manat pul ödəmişdir (18.02.2013-cü il tarixdə ödənilmiş 1000 manat və 12.03.2013-cü il tarixdə ödənilmiş 2900 manat pul vəsaiti Şiləvar Bələdiyyəsinin-hesabına ödənilməsinə baxmayaraq bələdiyyə tərəfindən həmin məbləğlərin qəbulundan imtina olunmuşdur). İş materiallarında olan Lənkəran rayon Şiləvar bələdiyyəsinin 05.04.2013-cü il tarixli, 04 saylı iclas protokolundan çıxarışdan görünür ki, Şiləvar bələdiyyəsi tərəfindən 28 avqust 2005-ci il tarixli, 08 saylı qərarı ilə bələdiyyə mülkiyyətindən 2,0 ha torpaq sahəsinin alqı-satqı qaydasında sahibkarlıq fəaliyyəti üçün Şiləvar kənd sakini İddiaçı mülkiyyətinə ayrılması barədə qərarın icrası 2007-ci ilin noyabr ayının 30-dək öz həllini tapmadığı üçün, yəni torpağın dəyəri bələdiyyə hesabına ödənilmədiyinə görə, torpaqların alqı-satqısına dair akt tərtib olunmadığı üçün ləğv edilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2-1(86)-1009/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı “Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 05.04.2013-cü il tarixli, 04 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, Lənkəran rayonu Şiləvar kənd sakini İddiaçı 2,0 ha torpaq sahəsinin ayrılmasına dair Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 28.08.2005-ci il tarixli, 08 saylı qərarının ləğv edilməsinə dair Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 05.04.2013-cü il tarixli, 04 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2-1(106)-390/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” barədə inzibati mübahisəyə dair iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2-1(86)-1009/2016 saylı qərarından cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2-1(86)-1009/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2017-ci il tarixli, 2-1(102)-898/20178 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinə qarşı “cavabdehin 05.04.2013-cü il tarixli, 04 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2- 1(106)-390/2016 saylı qərarından cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2-1(106)-390/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2017-ci il tarixli, 2-1(102)-898/20178 saylı qərarından aydın olur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, “yerli aqrar islahat komissiyasının 25 may 2003-cü il tarixli qərarı ilə 2,0 ha torpaq sahəsində yerləşən çay kolları iddiaçıya satılmış, cavabdehin 28 avqust 2005-ci il tarixli qərarı ilə çay kollarının yerləşdiyi 2,0 ha torpaq sahəsi də iddiaçıya satılmışdır. Bundan sonra iddiaçı ayrı-ayrı vaxtlarda torpağın dəyərini hissə-hissə ödəmiş, lakin cəmi məbləğ ödənilmədiyindən alqı-satqı müqaviləsi bağlanmamışdır. Bundan öncə isə cavabdeh həmin torpaq sahəsini 2002-ci ilin dekabr ayında 5 il müddətinə iddiaçıya icarəyə vermişdir. Cavabdeh iddiaçı tərəfindən mübahisə olunan 05 aprel 2013-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun müddəalarına əsasən torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsilə satıldığından, belə qanun qəbul edilənədək iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlanmadığından torpaq sahəsinin iddiaçıya satılması barədə 28 avqust 2005-ci il tarixli qərar ləğv edilməlidir. Məhkəmə, cavabdeh tərəfindən inzibati aktın qəbulu zamanı yol verdiyi icraat pozuntusunu (İPM-nin 70.1-ci maddəsinin ikinci cümləsi) iddianın uğurlu olması üçün yetərli hesab edir. Cavabdeh torpaq sahəsinin iddiaçıya satılması barədə qərarı ləğv edərkən iddiaçıya lazımi qaydada məlumat verməməklə, onu dinlənilmə hüququndan məhrum etməklə yanaşı, müdafiə olunmaq və məlumat əldə etmək hüququnun (İnzibati icraat haqqında” Qanunun 20.1 və 36.5-cı maddələri) təmin edilməsi üçün şərait yaratmamışdır. Cavabdeh 05 aprel 2013-cü il tarixli iclası barədə iddiaçıya məlumat verildiyini bildirsə də, bu dəlillə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmiş, həmin dəlil məhkəmə iclasında sübuta yetirməmişdir. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Torpaq sahəsi iddiaçıya cavabdehin 2005-ci ilin avqust tarixli qərarı ilə satılmış, “İnzibati icraat haqqında” Qanun 01 yanvar 2011-ci ildə qüvvəyə minmişdir. Cavabdehə görə torpaq sahəsi satılan vaxtdan iddiaçı torpağın məbləğini tam ödəyə bilməmişdir. Beləliklə, cavabdeh inzibati icraatın tələbini pozaraq qərarın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində onu ləğv etməmişdir”. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh iddianı qəbul etdiyindən və eləcə də torpaq sahəsinin alqı-satqısı üçün torpağın dəyəri mübahisələndirilmədiyindən, məhkəmə bununla bağlı, yəni torpaq sahəsinin alqı-satqısı üçün ödəniləcək məbləğlə bağlı əlavə araşdırma aparmağa zərurət görmür. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, sonuncu 07.09.2020-ci il tarixli, G-13 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Şiləvar bələdiyyəsinin 18 may 2002-ci il tarixli, 5 saylı qərarı ilə Şiləvar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 2,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün müvəqqəti, yəni 5 il müddətinə Sizə icarəyə verilmişdir. Sonradan 2005-ci ildə Siz həmin torpaq sahəsini alqı-satqı qaydasında mülkiyyətinizə qəbul etmək üçün Şiləvar bələdiyyəsinə müraciət etmiş və bələdiyyə müvafiq rəyin alınması üçün 12 avqust 2005-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinə məktubla müraciət etmişdir. Lənkəran rayon torpaq şöbəsi tərəfindən məsələyə baxılaraq satılacaq torpaq sahəsinin dəyəri bələdiyyənin xüsusi hesabına ödənildikdən sonra, torpaq sahəsinin satılmasına icazə verilməsinə dair rəy verilmişdir. Bu səbəbdən Şiləvar bələdiyyəsi öz mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin dəyəri qabaqcadan bələdiyyə hesabına ödənilmək şərti ilə alqı-satqı qaydasında sahibkarlıq fəaliyyəti üçün sizə satılmasına icazə verilnəsi barədə 28 avqust 2005-ci il tarixli, 08 saylı qərar qəbul etmişdir. Lakin siz keçən müddət ərzində həmin qərarla müəyyən edilmiş torpağın dəyərini qabaqcadan bələdiyyənin hesabına ödənilməsini təmin etmədiyinizə görə torpağın ayrılmasını tamamlayan qanuna müvafiq alqı-satqı aktı tərtib olunmamışdır. Tərəfinizdən özəlləşdiriləcək torpağın dəyərinin Şiləvar bələdiyyəsinin hesabına ödənilməsi tam olaraq 2007-ci il noyabr ayının 30-dək həyata keçirilməmişdir. Həmin vaxt isə torpaqların ayrılması Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni qaydaların müəyyən edilməsinə qədər müvəqqəti olaraq dayandırılmış, torpaqların ayrılması, istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin yeni qaydaları müəyyən edilmişdir. Torpaqların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmasının yalnız hərrac və ya müsabiqə yolu müəyyən edilmişdir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətindən idarə, müəssisə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələr vasitəsilə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətinə yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla fərdi yaşayış evi tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və ya icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bununla yanaşı Şiləvar bələdiyyəsi məhkəmə orqanlarının qərarlarını əldə rəhbər tutaraq həmin torpaq sahəsinin mövcud qanunvericilik əsasında satılmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının 15.10.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «X1»nin İV bəndinə görə bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin – küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı, habelə əhalinin mal-qarası üçün örüş sahələri, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də icarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Həmin maddənin 2-ci hissəsinə görə bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Kənd təsərrüfatı istehsalı üçün müvəqqəti istifadəyə və icarəyə verilən torpaq sahələrinin normalarını bələdiyyələr müəyyən edir. Həmin maddənin 3-cü hissəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Qanunun 19-cu maddsinə görə bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqı-satqı müqavilələrinin predmeti ola bilər. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin ikinci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərti ilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ırazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin altıncı bəndinin üçüncü hissəsinə görə isə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətlərinə və torpağın ayrılma məqsədinə, mövcud tikinti normalarına, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun, torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək (maddə 4.0.1), müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır (maddə 4.0.2). Həmin Qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrininin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir (maddə 9.2). Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır (maddə 9.3). Həmin Qanunun 16-cı maddəsinə görə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır (maddə 16.1). Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 16.2). Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (maddə 16.3). Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (maddə 16.4). «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 15.03.2002-ci il tarixli, 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 05.02.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarından göründüyü kimi, bələdiyyələrin ehtiyat fondunda olan torpaqlardan həmin ərazidə ən azı 5 il qeydiyyatda olmaqla daimi yaşayan vətəndaşların mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər Hazırkı işin faktiki hallarından isə görünür ki, iddiaçı uzun illərdir ki, Şiləvar bələdiyyəsinin ərazisində yaşayır. Mübahisəli torpaq sahəsi öncə cavabdeh tərəfindən 2002-ci ilin dekabr ayında 5 il müddətinə iddiaçıya icarəyə verilmiş, sonradan yerli aqrar islahat komissiyasının 25 may 2003-cü il tarixli qərarı ilə 2,0 ha torpaq sahəsində yerləşən çay kolları iddiaçıya satılmış, daha sonra isə cavabdehin 28 avqust 2005-ci il tarixli qərarı ilə çay kollarının yerləşdiyi 2,0 ha torpaq sahəsi də iddiaçıya satılmışdır. Bundan sonra iddiaçı ayrı-ayrı vaxtlarda torpağın dəyərini hissə-hissə ödəmiş, lakin cəmi məbləğ ödənilmədiyindən alqı-satqı müqaviləsi bağlanmamışdır. Hazırda isə iddiaçı həmin qərarla müəyyən edilmiş torpağın qalıq dəyərini bələdiyyənin hesabına ödənilməsindən ötrü ona tədiyyə bildirişi təqdim edilməsi, ödəyəcəyi qalıq pul məbləğinin qəbul edilməsi, qərar üzrə sənədləşdirilmə işlərinin davam etdirilməsi və yekunlaşdırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh özəlləşdiriləcək torpağın dəyərinin Şiləvar bələdiyyəsinin hesabına ödənilməsinin tam olaraq 2007-ci il noyabr ayının 30-dək həyata keçirilməli olduğunu, hazırda isə torpaqların ayrılması, istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin yeni qaydaları müəyyən edildiyi, torpaqların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmasının yalnız hərrac və ya müsabiqə yolu müəyyən edildiyini əsas gətirərək, iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, çay kollarının yerləşdiyi 2,0 ha torpaq sahəsi iddiaçıya həmin dövrün qanunvericiliyinin tələblərinə uyğun olaraq cavabdehin 28 avqust 2005-ci il tarixli qərarı ilə satıldığından, yəni bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyindən, hazırkı mövcud qanunvericiliyə əsasən isə torpaqların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmasının yalnız hərrac və ya müsabiqə yolu müəyyən edildiyi əsas gətirilərək, iddiaçının tələbinin təmin edilməsindən imtina edilməsi qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Lənkəran rayonu Şiləvar bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış, alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin iddiaçıya satılmasına dair 28 avqust 2005-ci il tarixli, 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı həmin qərarda nəzərdə tutulmuş 5637,83 manat məbləğdən ilkin olaraq hissə-hissə ödədiyi 1738,0 manat pulun qalan hissəsinin, yəni 3899,83 manat pul məbləğinin Lənkəran rayonu Şiləvar bələdiyyəsinin hesabına (kassasına və ya bank hesabına) ödənilməsindən ötrü ona tədiyyə bildirişi təqdim edilməsi, ödəyəcəyi qalıq pul məbləğinin qəbul edilməsi, qərar üzrə sənədləşdirilmə işlərinin davam etdirilməsi və yekunlaşdırılması öhdəliyi cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Lənkəran rayonu Şiləvar bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış, alqı-satqı predmeti olan özəlləşdirilmiş çay kolları altında olan yararlı və az yararlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etməkdən ötrü 2 ha torpaq sahəsinin iddiaçıya satılmasına dair 28 avqust 2005-ci il tarixli, 08 saylı qüvvədə olan qərarın icrası ilə bağlı həmin qərarda nəzərdə tutulmuş 5637,83 manat məbləğdən ilkin olaraq hissə-hissə ödədiyi 1738,0 manat pulun qalan hissəsinin, yəni 3899,83 manat pul məbləğinin Lənkəran rayonu Şiləvar bələdiyyəsinin hesabına (kassasına və ya bank hesabına) ödənilməsindən ötrü ona tədiyyə bildirişi təqdim edilməsi, ödəyəcəyi qalıq pul məbləğinin qəbul edilməsi, qərar üzrə sənədləşdirilmə işlərinin davam etdirilməsi və yekunlaşdırılması öhdəliyi cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar