Məhkəmə qərarları › İş №2-1(120)-1452/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1452/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1452/2024 05.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş Hissə: Hаkim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5 Cavabdehnə qarşı “X23, X11, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5, İddiaçı2, İddiaçı1 çatası olan müvafiq ölçülərdə pay torpaq sahələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 05 fevral 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1ETDİ: Təsviri Hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5 Cavabdehnə qarşı X23, X11, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5, İddiaçı2, İddiaçı1 çatası olan müvafiq ölçülərdə pay torpaq sahələrinin verilməsinə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 18 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi dəqiqləşdirilərək “X23, X11, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5, İddiaçı2, İddiaçı1 çatası olan müvafiq ölçülərdə pay torpaq sahələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclasları təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçılar və cavabdehin nümayəndəsi sonuncu şifahi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, xx.xx.1955-ci il təvəllüdlü Ağcabədi şəhərində anadan olmuş İddiaçı1 xx.xx.1976-cu ildən 1978-cı il də daxil olmaqla, həyat yoldaşı X16 isə 1979-1996-cı illərdə Ağcabədi rayonun keçmiş Çaparidze kalxozunda (sonradan T. İsmayılov adına kalxoz) kolxozçu işləmişlər. Bu fakt, İddiaçı1 əmək kitabçasında və həyat yoldaşı X8 məxsus əmək kitabçasının dövlət arxivinin 14 aprel 2008-ci il tarixli 222 saylı arxiv arayışı ilə təsdiq olunmuşdur. İddiaçı2 xx.xx.1958-ci ildə anadan olmuş, 41 il Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində rəhbər vəzifələrdə işləmiş,1992-ci ildən müharibə veteranıdır. Hal-hazırda ünvan 2 ünvanında yaşayır. Anaları Abbasova (Süleymanova) Fatma Abış qızı 1930-cu ildə anadan olub, 1948-cı ildən ailə qurub həmin ünvanda yerləşən Çaparizde adına kolxozda (sonradan T. İsmayılov adına kalxoz) 50 ilə yaxın müddətdə çalışıb, oradan da pensiyaya çıxıb. 2005-ci ilə kimi həmin ünvanda (Ağcabədi şəhəri Ə. Muxtarov küç. 6) yaşayıb və dünyasını dəyişib. X15 hüquqi varisi İddiaçı5 xx.xx.1974- cü il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. Həyat yoldaşı mərhum X32 xx.xx.1963-cü ildə ünvan 4 ünvanında yaşamış, X32 2006-ci il tarixədək Azərbaycan Respublikası DİN-nin Yanğından Mühafizə Xidmətində hissə rəisi vəzifəsində işləmişdir. Həmin ünvanda yerləşən kolxozda (sonradan T. İsmayılov adına kalxoz) əməyi olmuşdur. Həyat yoldaşı xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı3 xx.xx.1950-ci ildə Ağcabədi şəhəri Ə.Muxtarov küçəsi ev 6 ünvanında anadan olmuş, Ağcabədi şəhəri Mərkəzi Xəstənasında 50 il pediatr vəzifəsində çalışmış. ünvan 6radan T. İsmayılov adına kalxoz) əməyi olmuşdur. Hal-hazırda pensiyaya çıxmışdır. İddiaçı4 xx.xx.1958-ci ildə Ağcabədi şəhəri Ə.Muxtarov küçəsi ev 6 ünvanında anadan olmuş, ünvan 6radan T.İsmayılov adına kalxoz) əməyi olmuşdur. Hal-hazırda ailəlidir, evdar qadındır. X14 hüquqi varisi Abbasov X20 şəhərində anadan olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus müxtəlif N saylı hərbi hissələrdə zabit kimi xidmət etmişdir. X6 xx.xx.1952-ci ildə Ağcabədi şəhəri Ə.Muxtarov küçəsi ev 97 ünvanında anadan olmuş, 2009-cu ildə vəfat etmişdir. Həyat yoldaşı X1 şəhəri Ə.Muxtarov küçəsi ev 97 ünvanında yaşayır və həmin ünvanda yerləşən, sonradan T. İsmayılov adına kalxozun nəzdində olan 5 nömrəli tam orta məktəbdə 30 (otuz) ilə yaxın müəllimə işləmiş, pensiya yaşı çatdığı üçün pensiyaya çıxmışdır. X3, İddiaçı4, İddiaçı3, X15, İddiaçı2, İddiaçı1 anası Abbasova (Süleymanova) Fatma Abış qızı 1930-cu ildə anadan olub, 1948cı ildə ailə qurub, həmin ünvanda yerləşən Çaparizde adına kolxozda (sonradan T. İsmayılov adına kalxoz) 50 ilə yaxın müddətdə çalışıb, oradan da pensiyaya çıxıb. 2005-ci ilə kimi həmin ünvanda (Ağcabədi şəhəri Ə. Muxtarov küç. 6) yaşayıb dünyasını dəyişib. X34 Azərbaycan Respublikasının Prezidenti X47 Əliyevin sərəncamına əsasən, 1941- 1945-ci illər X28 Qələbənin 55 illiyi şərəfinə “1941-1945-ci illər müharibəsi veteranı” nişanı ilə təltif olunub. Belə ki, müraciətin əsas mahiyyəti bütün ailə üzvlərinə adambaşına düşən pay torpaqlarının Aqrar İslahat Komissiyası tərəfindən 1995-1997-ci illər ərzində, eləcə də 2005-2006-cı illərdə verilməməsidir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X24 bildirmişdir ki, iş üzrə məhkəmə qərarı çıxarsa qeyd edilən qərara etirazlarının olmadığını bildirmişdir. Əsaslandırıcı Hissə: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı1ov oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, daxil olmuş müraciətlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yerli X13 və rayon X13 ləğv olunmuşdur və Cavabdeh isə rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və pay torpaq sahəsinin ayrılması Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. İş materiallarına bütün iddiaçıların doğum haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqələri, ailə tərkibləri və yaşayış yeri üzrə qeydiyyatları barədə müvafiq arayışlar əlavə olunmuşdur. İş materiallarında olan xx.xx.2009-cu il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx.xx.2009-cu il tarixdə Q.D. çatmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X34 xx.xx.2005-ci il tarixdə Xr Qan dövranının çatmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X32 xx.xx.2016-cı il tarixdə Qara ciyər serrozu səbəbindən ölmüşdür. İş materiallarında olan 12 oktyabr 1987-ci il tarixli əmək kitabçasından görünür ki, Abbasov X21 rayonu “Çaparidze” adına kolxozda işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-ci il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, X10, X17, İddiaçı1 oğulunun, İddiaçı2, X18, İddiaçı4, İddiaçı3, X15, Abbsova Vəsilə İddiaçı5 oğlunun, İddiaçı2, X19 və X14 Ağcabədi rayon ərazisində Aqrar İslahat Komissiyası tərəfindən 1995-1997-sci illər və 2005-2006-cı illər və digər islahat dövləri ərzində torpaq islahatı zamanı kənd təsərrüfat təyinatlı torpaq sahəsinin verilməsi (torpapağa mülkiyyət hüququna dair dövlət aktı) arxiv baza məlumatlarında aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmamışdır. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin məhkəmənin sorğusuna əsasən ünvanladığı xx.xx.2023-cü il tarixli, 101 nömrəli və 17 yanvar 2024-cü il tarixli məktublarında qeyd olunur ki, 1995-1997-ci və 2005-2006-ci illəri əhatə edən Aqrar İslahat Komissiyasının sənədləri Ağcabədi rayon Dövlət arxivində mühafizə olunmur. Bu səbəbdən də X11, X23, X25, İddiaçı6, İddiaçı4, İddiaçı3, X26, İddiaçı5, İddiaçı2 və İddiaçı1 torpaq verilib verilməməsi barədə heç bir məlumat verilə bilinməmişdir. İş materiallarında olan Cavabdeh başçısının Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin məhkəmənin sorğusu əsasında ünvanladığı xx.xx.2023-cü il tarixli, 167 nömrəli məktubundan görünür ki, Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində təsərrüfat başına kitabda adları qeyd olunan X11, X23, İddiaçı1, İddiaçı2, X25, İddiaçı6, İddiaçı4, İddiaçı3, X26, İddiaçı5 pay torpaqlarının verilməsi barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 185 və 185 nömrəli arayışlarından görünür ki, X27 və X5 rayonu “Çaparidze” adına kolxozda işləmişlər. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 186 nömrəli arayışından görünür ki, X4 rayonu “Çaparidze” adına kolxozda işləmişdir. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 182 nömrəli arayışından görünür ki, X2 rayonu “Çaparidze” adına kolxozda işləmişdir. İş materiallarında olan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 181 nömrəli arayışından görünür ki, Abbasov X21 rayonu “Çaparidze” adına kolxozda işləmişlər. İş materiallarında olan Cavabdeh başçısının Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin məhkəmənin sorğusu əsasında ünvanladığı xx.xx.2024-cü il tarixli, 16 nömrəli məktubundan görünür ki, Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində uzun müddət ərzində yaşamalarına baxmayaraq Ağcabədi rayonu ərazisindən Aqrar İslahat Komissiyası tərəfindən 1995-1997-ci illər və 2005-2006cı illər və aparılmış digər islahat dövrləri ərzində Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində təsərrüfat başına kitabda adları qeyd olunan X11, X23, İddiaçı1, İddiaçı2, X25, İddiaçı6, İddiaçı4, İddiaçı3, X26, İddiaçı5 pay torpaqları verilməsi barədə məlumat aşkar olunmamışdır. İş materialarında olan Cavabdeh tərəfindən İddiaçı1o oğlu və digərlərinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yerli X13 və rayon Aqrar İslahat Komissiyası ləğv olunmuş və Cavabdeh rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir, bu səbəbdən də pay torpaq sahəsinin ayrılması barədə tələbin təmin edilməsi rayon icra Hakmiyyətinin səlahiyyətləri xaricindədir. Beləliklə, işin məhkəmə araşdırılması nəticəsində məlum olur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5 Cavabdehnə müraciət edərək X23, X11, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5, İddiaçı2, İddiaçı1 çatası olan müvafiq ölçülərdə pay torpaq sahələrinin verilməsi tələbi ilə müraciət etmişlər. Lakin Cavabdeh iddiaçılara onların müraciətindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yerli X13 və rayon Aqrar İslahat Komissiyası ləğv olunmuşdur Cavabdeh rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və bu səbəbdən də tələbin təmin edilməsi rayon icra Hakmiyyətinin səlahiyyətləri xaricindədir. Hazırda iddiaçılar cavabdehin imtinasını mübahisələndirir. Nəzərə almaq lazımdır ki, X27, X34,Abbasova Reyhan, X32 və Abbasov X21 rayonu “Çaparidze” adına kolxozda işləmişlər və Ağcabədi rayonu “Çaparidze” adına kolxozda işləmiş şəxslər siyahısında olduqları üçün sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Həmçinin iddiaçılar və ailə üzvləri iş materiallarına əsasən müəyyən olunur ki, Ağcabədi rayonunda qeydiyyatdadırlar və islahat zamanı da, hal-hazırda da həmin ünvanda yaşayırlar. Lakin yerli və rayon X13 iddiaçıların heç birini, nə də ata və analarını siyahıya daxil edib, təsdiq etməmiş, pay torpaqları ilə təmin olunmamışdırlar. Beləliklə iddiaçılar qanunla müəyyən edilmiş pay torpağından məhrum edilmişlər. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5 X23, X11, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5, İddiaçı2, İddiaçı1 çatası olan müvafiq ölçülərdə pay torpaq sahələri ilə təmin olunmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli X13 yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli X13nın çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5 Cavabdehnə qarşı “X23, X11, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5, İddiaçı2, İddiaçı1 çatası olan müvafiq ölçülərdə pay torpaq sahələrinin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78–79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə Hissəsi: QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5 Cavabdehnə qarşı “X23, X11, X14 hüquqi varisi İddiaçı6, İddiaçı4, İddiaçı3, X15 hüquqi varisi İddiaçı5, İddiaçı2, İddiaçı1 çatası olan müvafiq ölçülərdə pay torpaq sahələrinin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar