Məhkəmə qərarları › İş №2-1(120)-1454/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1454/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1454/2025 26.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə N may N0N5-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 0N1 nömrəli döyüş əmrinə əsasən, o, MAHHXHQ baş çavuş İddiaçı, N nömrəli hərbi hissədə X3 fəal şəkildə iştirak etmişdir. Dəfələrlə, orden, medal və Fəxri Fərmanlarla təltif olunmuşdur. Təltif olunduğu Orden və Medalların, Fəxri Fərmanların surətlərini ərizəsinə əlavə edir. Hərbi hissədə xidmət etdiyi dövrdə özünü nizam intizamlı bir hərbi qulluqçu kimi göstərmişdir. Bu barədə hərbi hissədən aldığı Xidməti Xasiyyətnaməni də ərizəsinə əlavə edir. Bu xidmətlərinin qarşılığında ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N4-cü il tarixli, N/N-N54 sayılı cavab məktubunda onun müraciətinə imtina cavabı gəlmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinin bu cavabı tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun döyüşlərdə iştirakı barədə sənədlər və dəlillər kifayət qədər çoxdur. Həmçinin, onun hərbi biletindəki qeydlər ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün imkan verməkdədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı, ərizəsində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə xidmətdə olarkən Vətən müharibəsi dövründə döyüş tapşırıqları yerinə yetirdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N7 sentyabr N0N0ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr N0N0-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərəhərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsidir. Döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr N0N0-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmə dedikdə şəxsin vəzifəsinə uyğun olaraq ixtisas bilik, bacarıqları və səlahiyyətləri çərçivəsində döyüş əməliyyatlarında iştirak edən bölmələrə döyüş təminatı ilə əlaqədar məlumatların ötürülməsi, əməliyyatların planlaşdırılması və idarə edilməsi nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr N0N0-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; Hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində digər ərazilərdə əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş arayış- məlumatda İddiaçı Kürdəmir rayon ərazisində tibbi təminat üzrə tapşırıqları icra etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın xx.xx.N0N4-cü il tarixli, N/N- N54 nömrəli məktubundan görünür ki, hərbi hissə tərəfindən təqdim olunmuş arayışməlumatın 6-cı, 7-ci və 8-ci bəndlərində olan qeydlərə və N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək İddiaçı xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçının sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM- 13.N və 17). Azərbaycan Respublikası İPM-nin 1.N-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 6N.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.N0N4-cü il tarixli, N/N-N54 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır, təqdim olunmuş arayış-məlumatın 6-cı, 7-ci və 8-ci bəndlərində olan qeydlərə və N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N16 nömrəli NN sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.N0N3-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən baş çavuş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmiş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 131 nömrəli Əmrindən Çıxarışdan görünür ki, X8-Hərbi Hava Qüvvələri Komandanının 16 may N-cü il tarixli, 050əç nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 1N-ci və 13-cü maddələrinin “b” bəndlərinə müvafiq olaraq ehtiyyatda olan əsgər İddiaçı bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş, N may N-cü il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş və təlim bölüyünün sanitar təlimatçısı kimi vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, 495 nömrəli Əmrindən Çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin idarə heyəti, S-1N5-NTM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-təminat taqımı Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi, döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlərin tam şəkildə həyata keçirilməsi, hərbi hissənin bölmələri üçün döyüş tapşırıqları aşağıdakı kimi müəyyənləşdirilməsi əmr edilmişdir: Təlim bölüyü qorunan obyektlərin bilavasitə mühafizəsi üzrə tarpşırıqları yerinə yetirməsi, cəlb edilən şəxsi heyət-N nömrəli hərbi hissənin Təlim bölüyünün şəxsi heyəti, xx.xx.N0N0-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələri yerinə yetirən hərbi qulluqçuların adlı siyahısında təlim bölüyünün sanitar təlimatçısı kimi MAHHXHQ çavuş İddiaçı adı 100-cü sırada yer almışdır. İş materiallarında olan “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarının tibb təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular barədə Arayış-Məlumatdan görünür ki, döyüş əməliyyatları aparılan zaman (N7.09-xx.xx.N0N0-ci il tarixlərdə) xidmət kecdiyi hərbi hissə-054; Rütbəsi-baş çavuş; vəzifəsi-təlim bölüyünün sanitar təlimatçısı, xidmət etdiyi hərbi hissəyə daxil olması: № 131, xx.xx.N; hərbi hissəyə və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi: Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N0N0-ci il tarixli, 0N1 nömrəli Briqada komandirinin N7 sentyabr 07N nömrəli döyüş əmri; Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması: cəlb olunmayıb. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi: cəlb olunmayıb. İştirak etdiyi ərazilər: Kürdəmir. Hansı qismində iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub: döyüş əməliyyatlarında hərbi hissənin şəxsi heyətinin və Hərbi Hava Qüvvələrin ehtiyat komanda məntəqəsində döyüş fəaliyyətləri aparan rəhbər heyətin sağlamlığının qorunub saxlanılması üzrə tibbi təminat tapşırıqlarını həyata keçirmişdir. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: xəsarət almayıb. Ehtiyata və ya istehfaya buraxılması: buraxılmayıb. Döyüşlərdə iştirakına görə təltifləri: Təltif olunmayıb. İş materiallarında olan xx.xx.N0N1-ci il tarixli “Fəxri Fərman”dan görünür ki, çavuş İddiaçı Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü münasibətilə döyüş hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində yüksək nəticələr əldə etdiyinə görə X8-Hərbi Hava Qüvvələri Komandanı tərəfindən təltif olunmuşdur. İş materiallarında olan xx.xx.N0N1-ci il tarixli “Fəxri Fərman”dan görünür ki, çavuş İddiaçı 8 Noyabr “Zəfər Günü” münasibətilə döyüş hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində yüksək nəticələr əldə etdiyinə görə X8- Hərbi Hava Qüvvələri Komandanı tərəfindən təltif olunmuşdur. İş materiallarında olan N6 iyun N0N3-cü il tarixli Vəsiqənin surətindən görünür ki, baş çavuş İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 098t nömrəli, N6 iyun N0N3-cü il tarixli əmri ilə “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir rayon Şöbəsinin xx.xx.N0N4-cü il tarixli, 3-43- 33/N-1118/N0N4 nömrəli arayışından görünür ki, ünvan N ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü ehtiyatda olan baş çavuş İddiaçı xx.xx.N007-ci il tarixdən xx.xx.N008-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli, xx.xx.Ncü il tarixdən xx.xx.N0N4-cü il tarixədək isə müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və X8 - Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N0N4-cü il tarixli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata tərxis edilmişdir. xx.xx.N0N4-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində hərbi qeydiyyatdadır. İddiaçı şəxsi işində onun xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək davam edən 44 günlük “Vətən Müharibəsində” döyüş əməliyyatlarında iştirak edib-etməməsi və yaralanması barəsində xidmət keçdiyi hərbi hissə tərəfindən heç bir qeydiyyat işləri aparılmamışdır, lakin Azərabycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N3-cü il tarixli əmrinə əsasən, “3-cü dərəcəli qüsursuz xidmətə görə” medalı ilə təltif olunması barədə qeydiyyat aparılmışdır. Ehtiyatda olan baş çavuş İddiaçı “Müharibə Veteranı adı və vəsiqəsi” nin alınması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon Şöbəsinə müraciət etməmişdir. İş materiallarında olan Kürdəmir rayon Polis Şöbəsinin xx.xx.N0N4-cü il tarixli, 3-13- 86/N-19764/N0N4 saylı arayışından görünür ki, Kürdərmi şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan İddiaçı barəsində Kürdəmir RPŞ-də hər hansı inzibati iş, cinayət xarakterli təqsirləndirici material və ya cinayət işi olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.N0N5-ci il tarixli, 3-N5-14/N- NN60/N0N5 saylı məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N0N0-ci il tarixli nizami hissə üzrə əmrləri və Azərbaycan Respublikası Müdafiə nazirinin N0N0-ci il tarixli məxfi əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil veilmədiyindən İddiaçı xidməti və N nömrəli hərbi hissənin N0N0-ci il tarixdə döyüş əməliyyatlarında iştirak edibetməməsi barədə məlumat verə bilmirlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.N0N5-ci il tarixli, 3-N5-14/N- NN60/N0N5 saylı məktubunda bildirilmişdir ki, vətəndaş X4 və X5 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq sənədlər Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaş X4 və X5 “Müharibə veteranı” adı verilmiş və tərəflərindən “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq vətəndaşlara təqdim edilmişdir. Məlumat üçün bildirirlər ki, “Müharibə veteranı” adının verilməsinə əsas olmuş sənədlər onların ünvanına geri qaytarılmır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır. İddiaçıya məxsus AO № ******* nömrəli hərbi biletdə onun xx.xx.N-cü il tarixdən xx.xx.N0N4-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçdiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının N6-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.N). Həmin Qanunun N.0.N-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun N.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun N.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun N4.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.N-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0N0-ci il sentyabrın N7-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. N. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, hərbi qulluqçuya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə bilavasitə döyüş əməlliyyatında iştirak etməli və ya döyüş əməliyyatların icrası üçün tələb olunan bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsinə cəlb olunmalı; N. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İddiaçının xx.xx.N-cü il tarixdən xx.xx.N0N4-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçməsi və X8 - Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N0N4-cü il tarixli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata tərxis edilməsi işin mübahisələndirilməyən hallarıdır. Qeyd edilənlər iddiaçı barəsində hərbi bilet, hərbi qeydiyyat kartası və cavabdehdən əldə edilmiş əmrlərdən çıxrışlarla öz təsdiqini tapmışdır. Eyni zamanda işdən müəyyən olunur ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin idarə heyəti, S-1N5-NTM divizionu, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-təminat taqımı Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi, döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi məqsədilə hərtərəfli (döyüş, maddi-texniki, mənəvi-psixoloji və tibbi) təminat üzrə tədbirlərin tam şəkildə həyata keçirilməsi barədə əmrlər olsa da, eləcə də cəlb edilən şəxsi heyət-N nömrəli hərbi hissənin Təlim bölüyünün şəxsi heyəti, xx.xx.N0N0-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələri yerinə yetirən hərbi qulluqçuların adlı siyahısında təlim bölüyünün sanitar təlimatçısı kimi MAHHXHQ çavuş İddiaçı adı 100-cü sırada yer almış olsa da, sonuncunun bəhs edilən dövrdə döyüş əməliyyatının bilavasitə iştirakçısı olduğu və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak edən hissəsində xidmət keçdiyi sübut olunmur. Belə ki, iddiaçının döyuş əməliyyatlarında iştirakı barədə hərbi bilet, qeydiyyat kartasında müvafiq qeydlər edilməmiş, bu barədə hərbi hissənin arayışı, eləcə də konket olaraq döyüş əməliyyatların aparılan bölgəyə, hərbi hissənin döyüşən hissəsinin tərkbində döyüş əməliyyatlarının bilavasitə cəlbinə dair müvafiq əmr, arayış aşkar olunmamışdır. Eləcə də iddiaçının vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmri ilə bilavasitə döyüşən hərbi hissələrə ezam olunmamış, bu barədə “Hərbi hissədə müvəqqəti olmayan və hərbi hissəyə müvəqqəti gəlmiş hərbi qulluqçuların uçotu kitabı”nda (Forma-5) iddiaçı barəsində heç bir qeydiyyat aparılmamışdır. Məhkəmə İddiaçı Azərbaycan Ordusunun yaranmasının 103-cü ildönümü və 8 Noyabr “Zəfər Günü münasibətilə döyüş hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində yüksək nəticələr əldə etdiyinə görə xx.xx.N0N1-ci il tarixli “Fəxri Fərman”larla, habelə N6 iyun N0N3-cü il tarixli əmrlə “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmasını onun vətən müharibəsi zamanı qanunvericilikdə sadalanan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsini, yəni həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri, o cümlədən tibbi təminat üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri, o cümlədən tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular kateqoriyasına aid edilməsini mümkün hesab etmir. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində və məhkəmə iclasında verdiyi izahatında adları qeyd olunan, N nömrəli hərbi hissənin tərkibində onunla birgə sürücü və mexanik kimi hərbi xidmət keçmiş şəxslərlə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı və iş materiallarına əlavə edilmiş N9 aprel N0N5-ci il tarixli, 3-N5-14/N-NN69/N0N5 nömrəli məlumatına əsasən X6 və X7 N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə onlara “Müharibə veteranı” adı verilmişdir. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin əmrinə müvafiq olaraq döyüş bölgəsi hesab olunmayan Kürdəmir rayonunda təlim bölüyünün sanitar təlimatçısı kimi hərbi xidməti fəaliyyəti Nazirlər Kabinetinin N16 saylı qərarı ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan şərtləri ödəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bildiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, N3.1-ci, 58.7-ci, 6N-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar