Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1457/2025 17.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Liseyinin cavabdeh Sabirabad X4 Xidmətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “daimi istifadəyə verilmiş torpaq sahəsindən istifadə hüququnun qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi ilə, məhkəmə iclas katibi Yusifova Aysel Söhrab qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Liseyinin cavabdeh Sabirabad X4 Xidmətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “daimi istifadəyə verilmiş torpaq sahəsindən istifadə hüququnun qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə işin materiallarına məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Liseyi ( bundan sonra mətndə X14) cavabdeh Sabirabad X4 Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onların daimi istifadəsinə verilmiş 25 (iyirmi beş) hektar torpaq sahəsindən istifadənin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən özbaşına tutulmuş 25 (iyirmi beş) hektar torpaq sahəsinin qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1984-cü ildə Azərbaycan SSR Saatlı rayon X7 İcraiyyə Komitəsi tərəfindən Saatlı rayonu 109 nömrəli kənd orta texniki peşə məktəbinin (indiki adı X14) istifadəsinə kənd təsərrüfatı istehsalı üçün müddətsiz olaraq Saatlı rayon Potubəyli kəndi ərazisində 120 hektar torpaq sahəsi verilməsi barədə 002885 saylı torpaqdan istifadə hüququna aid dövlət aktı, X9 istifadəsində Saatlı rayonu Potubəyli kəndi yaxınlığında yerləşən sənəd üzrə sahəsi 116 hektar, faktiki sahəsi 107,711 hektar olan torpaq sahəsi olması barədə DƏDKR 13 saylı Şirvan Ərazi İdarəsinin AN 732673 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində mülkiyyət növü-dövlət, kateqoriyası-meşə fondu torpaqları kimi qeyd edilən və X9 istifadəsinə verilən 107,711 hektar torpaq sahəsinin hüdudları daxilində olması barədə DƏDKR 13 saylı Şirvan Ərzai İdarəsinin 15 fevral 2023-cü il tarixli 3-21-3-38/2-344/23 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/2591 nömrəli rəyi əsasında göstərilən torpaq sahəsi X11 aiddir.Sözügedən ərazi hələ də X5 Təsərrüfat Xidməti tərəfindən qanunsuz olaraq "xxxx" MMC ilə müqavilə bağlanmış və həmin müəssisənin istifadəsinə verilmişdir. Cavabdeh inzibati orqan faktiki olaraq, liseyin daimi istifadəsinə verilmiş torpaq sahəsini zəbt edərək ondan istifadə edir, habelə liseyin əməkdaşlarının əraziyə daxil olmasına maneçilik törədir.Təlim-təsərrüfat məqsədilə X11 ayrılmış torpaq sahəsi liseyin daimi istifadəsinə qaytarılmalı və liseyin şagirdlərinin pozulmuş hüquqlarının bərpası təmin edilməlidir. Belə ki, həmin torpaq sahəsinin zəbt edilməsi liseyin şagirdlərinin istehsalat təlimi keçməsinə mane olur.Qeyd edilən mübahisə ilə bağlı dəfələrlə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsinə baxmayaraq, problem öz həllini tapmamış və mübahisənin məhkəmə qaydasında həll edilməsi tövsiyə edilmişdir. İPM 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməyi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin 2-1(120)-1457/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, ərazinin meşə fonduna aid olması ilə bağlı hər hansı mübahisəli məqam mövcud deyil. Belə ki, DƏDKR X1313 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyində mübahisəli torpaq sahəsi dövlət meşə fondu torpaqlarına aid olduğu aydın görünür. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 8-ci maddəsinə əsasən meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, ipoteka ilə yüklü etməyə və digər əqdlərə yol verilmir.Eyni zamanda, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11ci maddəsinə görə Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir, meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir.Bundan əlavə bildirilməlidir ki, həmin Məcəllənin 72-ci maddəsinə görə meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Odur ki, meşə fondu sahələrinin turizm-rekreasiya məqsədilə istifadəyə verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları” ilə, meşələrin bərpası məqsədilə icarəyə verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası” ilə tənzimlənir.Qeyd edilən hallardan başqa meşə fondu torpaqlarının istifadəyə və icarəyə verilməsi qadağandır.İddiaçı Peşə Təhsili üzrə X8 Liseyinin məhkəməyə 1984-cü ildə Azərbaycan SSR Saatlı rayon X7 İcraiyyə Komitəsi tərəfindən verilən akta görə X11 kənd təsərrüfatı istehsalı üçün pulsuz və müddətsiz 120 ha torpaq sahəsi verilmişdir.Həmin akt Saatlı rayon dövlət arxivinin 3-48-37.R A/33 nömrəli məktubuna əsasən Saatlı rayon Dövlət Arxiv İdarəsində qorunmur.Yəni həmin aktın həqiqətən mövcud olmasına dair şübhələr yaranır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinsə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.Torpaq icarəsi haqqında qanunun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.Lakin qarşı tərəf istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı sənəd təqdim etməmişdir.Qeydiyyata alınmayan hüquqların isə heç bir qanuni əsası yoxdur.“DƏDKR X12 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AN 732673 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi texniki xarakterli sənəd olmaqla, hüquqların qeydiyyata alınmasını bildirmir. Meşə Məcəlləsinin 22-ci maddəsinə əsasən, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyrimeşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir.Göründüyü kimi meşə fondu torpaqları xüsusi əhəmiyyətlə malik olmaqla xüsusi qorunan torpaq sahələri olduğundan onlardan istifadə də qanunvericiliklə müəyyən edilmiş konkret məqsədlər daxilində ola bilər və bu müddət ən çoxu 49 ilə qədər davam edə bilər.İddiaçı tərəfin istifadə ilə bağlı gətirdiyi arqumentlər dövlət meşə fondunun məqsədli təyinatına ziddir və bu sahədə dövlətin maraqlarına ziddir.Əgər istifadə hüququ qanuni və əsaslı olsaydı həmin hüquq dövlət qeydiyyatına alınardı.Yalnız həqiqiliyi belə şübhə altında olan sənədə görə dövlət meşə fondu torpaqlarına mülkiyyətçi tərəfindən məhdudiyyət qoymaq obyektiv və qərəzli bir haldır.Mübahisəli torpaq sahəsi meşə bərpa məqsədilə icarəyə verilmiş və orda dövlətin mənafeyinə və meşə fondu torpaqlarının məqsədli təyinatına uyğun olaraq vəsait sərf edilərək, ağaclar əkilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Üçüncü şəxs "xxxx" MMC tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək iddianın mümkün hesab edilərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı eitraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Hazırkı halda işin hallarına nəzər salınanda görünür ki,Saatlı rayon X2 “Torpaqdan istifadə hüququna dair” xx.xx.1984-cü il tarixli, 002885 №-li aktına əsasən X9 istifadəsinə verilmiş dövlət mülkiyyətində olan meşə fondu torpaqlarından Saatlı şəhəri, Potubəyli kəndi yaxınlığında yerləşən faktiki sahəsi 107,711 ha (sənəd üzrə 116,0 ha) torpaq sahəsinə dair DƏDKR X13 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə AN 732673 №-li “Torpaq sahəsinin plan və ölçü” sənədi verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Saatlı rayon Dövlət Arivinin 3-48-37.RA/33 №-li, xx.xx.2024-cü il tarixli cavab məktunbunda qeyd olunmuşdur ki, Saatlı rayon X7 tərəfindən Azərbaycan SSR Saatlı rayonu 109 №-li kənt orta texniki peşə məktəbinə 120,0 ha torpaq sahəsinin ayrılmasına dair 1984-cü il tarixli B 002885 №-li torpaqdan istifadə hüququna aid dövlət aktı Saatlı rayon Dövlət Arxiv İdarəsində qorunmur. Məhkəmənin müvafiq qərardadına əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-2273/2025 saylı məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: -Saatlı Rayon Xalq Deputatları “Torpaqdan istifadə hüququna dair” xx.xx.1984-cü il tarixli, 002885 №-li aktına əsasən X9 istifadəsinə verilmiş Dövlət mülkiyyətində olan meşə fondu torpaqlarından Saatlı şəhəri, potubəyli kəndi yaxınlığındda yerləşən faktiki sahəsi 107.711 ha ( sənəd üzrə 116.0 ha) torpaq sahəsi xx.xx.2022-ci il tarixdə trətib olunmuş (AN 732673) “Torpaq sahəsinin plan və ölçü” sənədində göstərilən ölçüdə istifadə olunmur. Yəni sözügedən torpaq sahəsinin 81.511 hektarı faktiki olaraq X9 istifadəsindədir və həmin torpaq sahəsinin digər şəxsin (şəxslərin) istifadəsində olan 26.20 ha hissəsinin döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir. Saatlı rayon X2 “Torpaqdan istifadə hüququna dair” xx.xx.1984-cü il tarixli, 002885 №-li aktına əsasən X9 istifadəsinə verilmiş Dövlət mülkiyyətində olan meşə fondu torpaqlarından Saatlı şəhəri, Potubəyli kəndi yaxınlığında yerləşən 107.711 ha torpaq sahəsinin 26.20 hektarı "xxxx" MMC-nin faktiki istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X4 Mərkəzi və "xxxx" MMC-nin direktoru X3 arasında meşəbərpa tədbirlərinin aparılması, qorunması və inkişafına dair əməkdaşlıq sazişindən müəyyən olunur ki, 3 saylı X4 Mərkəzinin Saatlı meşəbəyliyinin 1 saylı meşə dolayının 4-cü kvartalında 25 hektar sahədə meşələrin inkişafı ilə bağlı aparılacaq meşə təsərrüfatı tədbirlərində yardımçı olmaq təşəbbüsünü nəzərə alaraq, Mərkəz ilə bu məqsədlə öz səylərinin birləşdirilməsi haqda razılığa gəlindiyi və bu barədə 07 (yeddi) il müddətinə əməkdaşlıq sazişi imzalanmışdır. Sazişin 2-ci maddəsinə əsasən "xxxx" MMC gələcəkdə heç bir öhdəlik yaratmadan Azərbaycan Respublikasının ətraf mühitinə töhvə vermək məqsədilə Saatlı meşəbəyliyinin 18-ci kvartalında 25 hektar sahədə yeni meşə əkininin salınması, həmçinin becərilməsi, suvarılması, qorunması və mühafizəsini təmin etməyi öhdəsinə götürmüşdür. Sazişə RMTM-nin Saatlı meşəbəyliyinin 1 saylı dolayının 4-cü kvartalında icarəyə verilmiş meşə fondu torpağının xəritə məlumatları əlavə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə istifadəsinə verilmiş 107,711 ha torpaq sahəsindən cavabdeh inzibati orqanla üçüncü şəxs "xxxx" MMC arasında bağlanmış əməkdaşlıq sazişinə əsasən sonuncunun icarəsinə verilmiş 25 ha torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsinə nail olmaqdır. İPM: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər. İşin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X4 Mərkəzi və "xxxx" MMC arasında meşəbərpa tədbirlərinin aparılması, qorunması və inkişafına dair əməkdaşlıq sazişi bağlanarkən cavabdeh inzibati orqan tərəfindən inzibati akt qəbul olunmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Yuxarıda adıçəkilən Plenum Qərarının:
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Tələbin inzibati məhkəmə icraatı qaydasında baxılması həmin tələblə bağlı hüquq münasibətlərinin publik sferada olması ilə şərtlənir ki, mülki icraat qaydasında inzibati orqan olmayan cavabdehə qarşı baxılmalı olan hazırkı icraat qaydasında baxıla bilməz. Hazırkı iş üzrə də mübahisə mülki icraat qaydasında həll edilməli olan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onun nümayəndəsi ilə müzakirə aparmışdır (yazılı hüquqi yardım məktubu ünvanlanmışdır). İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Liseyinin cavabdeh Sabirabad X4 Xidmətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “daimi istifadəyə verilmiş torpaq sahəsindən istifadə hüququnun qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva