Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1459/2025 09.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X14, Üçüncü şəxs Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “Ləman” X9 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən “Ləman” KFT-nin mülkiyyətinə verilmiş 60 ha torpaq sahəsi ilə Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 200 S sərəncamı ilə X16 ayrılmış 1150 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə koordinatlarda dəyişiklik edərək 60 ha torpaq sahəsinə Ləman X9 mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı “Ləman” X9 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən “Ləman” KFT-nin mülkiyyətinə verilmiş 60 ha torpaq sahəsi ilə Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 200 S sərəncamı ilə X16 ayrılmış 1150 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə koordinatlarda dəyişiklik edərək 60 ha torpaq sahəsinə Ləman X9 mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X21, Şirvan şəhər İcra Hakimiyyəti, Salyan rayon İcra Hakimiyəti, Salyan rayon Qaraçala bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əlibayramlı (indiki Şirvan) şəhər İcra hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 08 saylı sərəncamı ilə onun başçılığı altında fəaliyyət göstərən “Ləman” kəndli-fermer təsərrüfatının xüsusi mülkiyyətinə 60,0 ha torpaq sahəsi ayrılmışdır və həmin ildə “Ləman” kəndli-fermer təsərrüfatına torpaq mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A№ 001432 saylı, Dövlət Aktı 2 nüsxə olaraq, 1-ci təsərrüfata, 2-ci MH-də saxlanılaraq təqdim edilmişdir. Tabeçiliyində olan təsərrüfatda əraziyə su kanalı çəkərək, kənd təsərrüfatı məhsulları istehsal etmiş, əhalini ərzaqla təmin etmiş yer altısu qurğusu çəkmiş olaraq bir çox işlər görülmüşdür. Lakin 2012-ci ildə Şirvan şəhər İcra hakimiyyətindən ona işlərin dayandırılması, qurğuların sökülməsini şifahi olaraq deyilmiş, səbəb olaraq ərazinin Hacıqabul rayonunun olduğunu və onu məlumatlandıracaqlarını bildirilmişdir. Lakin rəsmi olaraq heç bir məlumat ilə bildiriş almamış, bir çox rəsmi orqanlara müraciət etmiş, nəhayət 2021-ci ilin axırında qeyd edilən ərazinin Salyan rayonuna ayrıldığını öyrənmişdir. Həmin ərazini də etirazçıya verildiyini Salyan Rayon İcra Hakimiyyətində olduğu bildirilmişdir. Torpaq sahəsinin geri alınması da Mülkü Məcələninin qanunları ilə təmzimlənir. Ona ayrılmış ərazini başqa rayona verilməsinə baxmayaraq torpaq icarəçisi kimi məlumat və ya bildiriş almamışdır. Ərazi bölgüsündə dəyişiklik edilirsə ərazidəki mülkiyyət sahibləri, içraçılar və s. hər iki tərəfdəki orqanları onları məlumatlandırılmalıdır. Ona verilmiş 1150 ha ərazi onun ərazi ilə üst üstə düşür. İnzibati ərazi dəyişikliyində yalnız şəhər adları dəyişir. Ona Salyan rayonu İH-nın xx.xx.2014-ci il tarixli 200 qərarına əsasən 1150 ha sahəsi ayrılmışdır. Ləman kəndli təsərrüfatına aid 60 ha torpaq sahəsinin Şirvan şəhər 1 H-nin sərəncamı ilə ləvğinə xitam verilmişdir. Salyan rayonu İH öz ərazi bölgəsinə ayrılmış inzabatı ərazidə “Ləman kəndli” təsərrüfatının mövcudluğunu hardan bilir, bilirsədə Azərbaycan Prezidentinin şəhərində qanunu göstərişini icra edən icra başçıları sərəncamları və xitamları qanuna əsaslanaraq qərar verir. Ayrılmış torpaqdan istifadə etməməyimin səbəbi Şirvan şəhər lH-nin göstərişi olmadan iş görməyinə icazə verilməsidir. İcra haqqları və vergi borclarım barədə arayışlar və rəsmi orqanlara ərzələrə müraciətləri sizə təqdim edə biləcəm. Nə Şirvan İH-nin nə də Salyan rayon İH-nin ona ünvanlandırdığı bildiriş, məlumat və xitam barədə göstəriş sənədi almamışam. Şirvan şəhər inzibati məhkəməsinin hakimi Şahəli Musayev, katibi Fariz, mütəxəssis Aslan Zeynallının iştirakı ilə iddiaçı olaraq mənsiz keçirilən iclasda zərərimə qərar verilib. Hər iki rayonun torpağla əlaqədar şöbə işçilərinin hərəkətsizliyindən, Şirvan şəhər İHnin torpaqla əlaqədar məmurların torpağın becərilməməsi üçün göstərişlərini bilərəkdən torpağımı özgəninləşdirmək üçün olduğunu göstərir. Eyni mübahisə üzrə keçirilən əvvəlki proseslərdə keçirilən əvvəlki proseslərdə” kimi çıxışı, etirazçının əsassız subyektiv bəhanələri Hüquqi normativ sənəd kimi qeyd edilmişdir, həmin prosesdə (Mən iştirak etməmişəm) mütəxəsis M.T.Vəliyev və etirazçının uyğunsuzluğu barədəki əsasız subyekt iddiası etirazının məhkəmə heyətinə diktə etdiyi bahanələrdir, necə yəni ora deyil buradır, 60 ha ərazi ortalıqda itib yox oldu? Demək Fermer təsərrüfatına Dövlət tərəfindən sərəncam ilə həmin vaxtın şərtlərilə verilmiş sənədləri indiki fürsətçilər olmazın bəhanələrinidən pərqar olub, onun təsərrüfatımın 60 ha torpaq sahəsini özünün 1090 ha torpaq sahəsinə yaşadığı məkana yaxın ərazisinə qatmaq istəyir, haqsız ədalətsiz bir hərəkətdir, otlaq torpaqların 1 ha icarə qiyməti qəpikdir, tərərrüfatın üçün dövlət üçün daha bahalıdır. 60 ha torpaq sahəsinin otlaq üçün icarə haqqı qəpikdir. Dövlət səhv qərar verib, yox başqa yerdir, belə isə uyğun yer haqqıdır. Bütün illərini bu təsərrüfatı üçün sərf etmiş, hər şey 2012-ci ildən başlamışdır, təşkilatlar nazirlərin dəhlizində yollarda poçtlarda Şirvan şəhər İH-nın göstərişini gözləmiş, nəhayət xx.xx.2023-cü il tarixli Şirvan şəhər İnzibati Məhkəməyə qədər, əyər təsərrüfatıma verilən torpaq bu deyilsə, ona bu sənədləri verən təşkilatın məsullarından, torpağa çəkdiyim xərcləri, sonra 2012-ci bilərəkdən ildə işləri dayandıran Şirvan şəhər İH məhsulların səbəbin iznini tələb edir, həm Şirvan Salyan rayonun İH-nın “Ləman” kəndli təsərrüfatının torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi barədə sərəncamı varsa ünvanlanmalıdır, xəbərdarlıq edilməyibdir. 11 ildir xəbərdar olmuş və hüquqlarından istifadə müddəti keçmişdir. Lakin bu barədə ona ünvanlanan məlumat yoxdur. Həmçinin xx.xx.2023-cü il tarixli Şirvan şəhəri İnzibati Məhkəməsinin qərarı, eyni mübahisə üzrə etirazının ambisiyası əsasında subyektiv iddiallara manipilasiya edilərək qərar verilir. Qərarda məntiqsizlik görükür, əgər torpaq uyğun deyilsə uyğun olmayan torpağa əraziçinin ərazisinin 5-ci bəndindəki qərara ziddidir. İcra haqları və vergiləri ödəmə barədə arayışları vardır. Mütəxəssis M.T.Vəliyevin qeyd etdiyi baxış yerində protokoruruna əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eyni ərazi olması müəyyən edilməmişdir. DƏDKRP PHS-nin mütəxxəsisi M.T.Vəliyev köçürdüyü 365 manat ödənişi əsasında gəlib, o isə araşdırmadan sənəd və qərarına baxmadan təsərüffatın qanuni 60 ha ərazini araşdırıb hüdud cizgilərini çəkmək əvəzinə araşdırıb səbəbin öyrənmək , ərazi hara-necə itibi öyrənmədən uyğunsuzluq nəticəsi çıxardıb, ayrıca əvvəlki tarixdə həmin təsərüffatın kadastr cizgisi mövcuddur. Etdiyi qərar “Ləman Fermer” təsərüffatına Əli Bayramlı şəhər İH-nin xx.xx.1996-cı il tarixli 08 saylı qərarını və Dövlət aktını heçə sayıb etibarsız yanaşmağdır. Bu qərara aid sənədlər M.M 706.707 maddəsinə uyğun aparılıb və onları təqdim etmiş, əgər qərarı sənədlər səhvdirsə onu verən sənədlər lakin M.F.Vəliyevin səhv iddiası ondan 99 min manat madi və mənəvi təzminat tələb edir. Etirazçının isə bu proses iştirakçılarını maniplasiya edərək subyektiv əsazsız yönləndirməklə iclasın qərarına təsir edib. Odur ki, onun dediyi 11 il üçün baları artıq madddi mənəvi stresinə düşdüyündən hər il üçün 10 min, yəni 110 min manat tələb edir. Həmçinin 2012-ci ildən tikililəri tikmək üçün Şirvan şəhər İH-nin memarı V.Naqivə müraciət etmiş, qeyd edilən ərazidə 7 km boyunca dəmir yolundan 20 m məsafədə tikinti icarə arayışı təqdim etmişdir. Tam fəaliyyətdə başlamış, bir müddən sonra onu İHNƏ çağıraraq tikintiləri becərmələri dayandırılması bildirilmişdir. Bir göstəriş gəlmədikdə əlaqədar təşkilatlara, Nazirlərə məktublarla müraciət etmiş, Koronavirus hadisəsi ilə əlaqədar bir çox məsələyə baxmağ dayandırılmışdır. Əgər bütün bu məmurların hərəkətsizliyi, real bir cavab və ya bildiriş məlumat vermədikləri vaxtı uzadıb, onu bezdirib fürsətçinin təsərüffatının torpağına özgünləşdirmək məqsədi kimi görünür. Həmin vaxtlar üzrə hər hansı bir ödəmə və ya tələb aidiyyəti təşkilatlardan təqdim olunmamışdır. Ərizədə dediyi kimi 11 ildə bütün müraciətlər etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X14 etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən əsas iddia ondan ibarətdir ki, guya ona 1996-cı ildə verilmiş 60 ha torpaq sahəsi ilə ona, X16 Salyan Rayon İcra Hakimiyyətinin 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamı əsasında verilmiş 1150 ha torpaq sahəsi üst-üstə düşür. Lakin bu iddianın hüquqi və sübutedici əsasları yoxdur, və məsələ daha əvvəl məhkəmə tərəfindən tam və əhatəli şəkildə araşdırılmış, qiymətləndirilmiş və hüquqi həllini tapmışdır. Belə ki, eyni mübahisə üzrə Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1 (120)-35/2023 saylı qərardadı ilə iddiaçının Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 200-s saylı sərəncamının ləğv edilməsinə dair iddiası mümkün sayılmamışdır. Səbəb kimi isə iddiaçının həmin inzibati aktdan uzun illər əvvəl, yəni 2014-cü ildən məlumatlı olması, lakin hüquqi müdafiə vasitələrindən istifadə etməməsi göstərilmişdir. Həmin qərardaddan birbaşa sitat gətirmək məqsədəuyğundur: “İddiaçı Salyan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamından 2014-cü ildən məlumatlı olmuş və həmin tarixdən aidiyyəti üzrə müvafiq qurumlara müraciətlər etmişdir. 2014-cü ildən hazırki günə kimi o, ona verilmiş torpaq sahəsindən istifadə edə bilməmiş, icarə haqları və vergiləri ödəməmişdir. Bu, onun sərəncamdan məlumatlı olması anlamına gəlir.” Bundan əlavə, iddiaçının bu uzun müddət ərzində icra hakimiyyəti və digər şəxslərin qanunsuz hərəkətləri (əgər var idisə) barədə məhkəməyə və hüquqmühafızə orqanlarına müraciət etməməsi hüququndan istifadə etmədiyini və iddia müddətini keçirdiyini göstərir. Belə olan halda, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi tətbiq olunmalı və iddianın müddətin ötürülməsi səbəbilə təmin edilməməlidir. O da xüsusilə qeyd edilməlidir ki, həqiqi üst-üstə düşmə yoxdur və bu, rəsmi orqanların rəyi ilə təsdiqlənmişdir. Belə ki, eyni qərardadda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi M.T.Vəliyevin iştirakı ilə keçirilmiş yerində baxış protokoluna əsasən: “İddiaçının iddia etdiyi torpaq sahəsinin ona verilmiş torpaq sahəsi ilə eyni ərazi olması müəyyən edilməmişdir.” Bu, iddiaçının bəyan etdiyi “koordinatların üst-üstə düşməsi” iddiasının tam əsassız olduğunu və peşəkar kadastr ekspertizası ilə təkzib olunduğunu göstərir. Şirvan İnzibati Məhkəməsinin öz xx.xx.2023 tarixli qərardadında xüsusi olaraq qeyd etdiyi kimi: “Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq Konstitusiyadan, digər publik hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər.” İddiaçının iddia etdiyi mülkiyyət hüququna dair təqdim etdiyi Dövlət Aktı ilə mübahisələndirilən torpaq sahəsinin ərazi və sərhədlərinin uyğunluğu təsdiqlənməmişdir. Bu səbəbdən iddiaçının həmin əraziyə dair hüququnun mövcudluğu qanuni sənədlərlə təsdiq olunmur. Qeyd edilənlərlə əsasən xüsusi olaraq vurğulanmalıdır ki, əvvəlki prosesdə iddianın mümkün sayılmaması və yuxarı instansiyalarda da həmin nəticənin qüvvədə saxlanılması, faktiki olaraq bu iddianın hüquqi sonluqla nəticələndiyini göstərir. Belə olan halda, indiki iddia ərizəsi faktiki və hüquqi baxımdan həmin mübahisənin eyni predmeti və eyni tərəfləri üzrə yenidən qaldırılmasıdır ki, bu da yolverilməzdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair> Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamani ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Göstərilənlərdən savayı hesab edirik ki, “Ləman” X9 cavabdeh DƏDKR PFİŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu əsasla hesab edirik ki, iddiaçının mübahisələndirdiyi inzibati aktdan, yəni Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamı ilə ona ayrılmış 1150 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə koordinatlarda dəyişiklik edərək 60 ha torpaq sahəsinə “Ləman” X9 mülkiyyət hüququnun tanınması və müvafiq Çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasının təməlini təşkil edən yuxarıda göstərilən Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 200S saylı sərəncamından (sərəncamın ləğvi üçün müvafiq qurumlara şikayətlər etdyi vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, iddia ərziəsi 2025-ci ildə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı man” X18 inzibati icraat qaydasanda iddia ərizəsi ilə ıkəməyə mübahisələndirdiyi Salyan rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il di, 200S saylı sərəncamından məlumatlı olduğu vaxtdan 11 (on bir) ildən artıq vaxt ükdən sonra müraciət etmişdir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin bati İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan publikasmın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ırbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il xli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni ddətə əməl edilib edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual cəllənin 38.1 -ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın dim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə iyətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində dırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul )9-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia ddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş ıblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən “Ləman” X18 cavabdeh Salyan rayon a Hakimiyyətinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. İddiaçı “Ləman” X18 tərəfindən verilmiş iddia qeyri mümkün sayılması barədə qərardad çıxarımasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi və Salyan rayon Qaraçala bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X21 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi X11 iddianı qəbul etmədiklərini, iddianın təmin etmədiklərini məhkəmədən xahiş etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialında olan R №001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının surəti ilə müəyyən olunur ki, Əli Bayramlı şəhər İcra hakimiyyətinin 30 yanvar 1996-cı il tarixli 8 saylı sərəncamına əsasən X8 (“Ləman” X9 rəhbəri) kənd təsərrüfatı məhsullarının istehsalı üçün 60,0 ha torpaq sahəsi mülkiyyətinə, sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan Salyan Rayon İcra hakimiyyəti başçısının 15 sentyabr 2014-cü il tarixli 200-s saylı sərəncamının surəti ilə müəyyən olunur ki, Şirvan şəhər sakini X16 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 1150 ha, bundan çoban evi və tövlə altına 2 ha torpaq sahəsi icarəyə verilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şirvan şəhər sakini X3 rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 200 saylı sərəncamı ilə 1150 ha qoyunçuluğun inkişafı üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin X8 ünvanladığı xx.xx.2018-ci il tarixli, H-15-091 nömrəli məktubundan görünür ki, keçmiş Əli Bayramlı şəhər İcra Hakimiyyətinin 30 yanvar 1996-cı il tarixli 08 saylı sərəncamı ilə “Ləman” X13 kənd təsərrüfatı məhsullarının istehsalı üçün Baş Şirvan Kollektoru ilə dəmir yolu xətti arasında olan ərazidən 60 hektar torpaq sahəsi ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, 2013 və 2014-cü illərdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, eləcədə Komitənin yerli şöbələri, Dövlət Yerauruluşu Layihə İnistitutunun Salyan Rayonlararası Yerquruluşu İdarəsinin mütəxəssisləri tərəfindən yerində araşdırmalar aparılmışdır.Məlum olmuşdur ki, göstərilən 60 ha torpaq sahəsi Dövlət ehtiyat fondu torpaqları olmaqla Salyan rayon inzibati ərazisində yerləşir.Həmin torpaq sahəsindən istifadə edilməsi qanunda nəzərdə tutulmuş qaydada Salyan rayon İcra Hakimiyyəti orqanlarının razılığından sonra mümkün ola bilər.Odur ki, məsələ ilə əlaqədar Salyan rayon İcra Hakimiyyətinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Əlavə olaraq bildiriri ki, Əli Bayramlı şəhər İcra Hakimiyyətinin 06 aprel 1993-cü il tarixli 347 saylı sərəncamı ilə qeydə alınmış “Ləman” kiçik müəssisəsinin 07 may 1993-cü il tarixli 01 saylı məktubunu nəzərə alaraq müəssisəsinin fəalyyət göstərməsi üçün şəhər elektrik şəbəkəsinin yardımçı təsərrüfatının şərq hissəsində 0,5 hektar torpaq sahəsi ayrılmış, lakin torpaq sahəsi uzun müddət baxımsız qalması, sahənin münbitliyinə, ekoloji durumuna və sanitar vəziyyətinə nəzarət edə bilmədiyi üçün “Ləman” kiçik müəssisəsinin təsisiçisi olaraq Şirvan Bələdiyyəsinə xx.xx.2015-ci il tarixli rəsmi məktubla müraciət edərək müəssisəsinizə ayrılmış 0.05 hektar torpaq sahəsindən könüllü surətdə imtina etdiyinizi bildirərək geri alınmasını xahiş etmisiniz. Digər müraciətlərinizlə bağlı isə bildiririk ki, məktubunuzun surəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən araşdırılması və nəticəsi barədə sizə məlumat verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə göndərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2902 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Qərardadın birinci sualı üzrə: Əli Bayramlı şəhər İcra Hakimiyyətinin 30 yanvar 1996-cı il tarixli 8 saylı sərəncamına əsasən tərtib olunmuş R№ 001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktında göstərilən 60 ha torpaq sahəsinin koordinatları və ya yerləşmə mövqeyi olmadığı üçün tərəfimizdən naturada yerin müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçı X4 R№ 001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququn dair Dövlət Aktına əsasən iddia etdiyi 60.0 ha torpaq sahəsinin GPS aləti vastəsilə naturada yeri müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Salyan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2014-cü il tarixli 200-s saylı sərəncamına əsasən Şirvan şəhər sakini X16 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsinin yeri eİektron kadastr baza məlumatları əsasında dəqiqləşdirildi. Qərardadın üçüncü sualı üzrə: İddiaçı X4 R № 001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququn dair Dövlət Aktına əsasən iddia etdiyi 60.0 ha torpaq sahəsi, Salyan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamına əsasən Şirvan şəhər sakini X16 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir və iddia olunan hissədə üst-üstə düşür (torpaq sahələrinin yerləşməsi yerquruluşu planında göstərilib) İş materiallarında olan Salyan rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-71/2-870/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayon İcra Hakimiyyəti başçısının 200-S saylı xx.xx.2014-cü il tarixli sərəncamı ilə Şirvan şəhər sakini X16 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 1150 ha, bundan çoban evi və tövlə tikintisi altına 2 ha torpaq sahəsi icarəyə ayrılmışdır. Qeyd edilən torpaq sahəsi X16 icarəyə ayrılmasından əvvəl Salyan rayon İcra Hakimiyyətin başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə 400 hektar, xx.xx.2004-cü il tarixli sərəncamı ilə 450 hektar Quba rayon Vladimirovka kənd sakini X15 icarəyə verilmişdir. Salyan rayon ərazisinə daxil olan həmin torpaq sahəsinin qalan 450 hektarı qış otlaq fondu olaraq Qusar rayonuna təhkim olunduğu üçün Qusar rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il il tarixli sərəncamı ilə 450 hektar Quba rayon Vladimirovka kənd sakini X15 icarəyə verilmişdir. “Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə” Azərbaycan Respublıkasi Nazirlər Kabinetinin 02 mart 2006-cı il qərarına əsasən 2006-cı ildə həmin ərazi də Salyan Rayon İcra Hakimiyyətinin səlahiyyətinə verilmişdir. X2 rayon İcra Hakimiyyətinə xx.xx.2014-cü ildə notarial qaydada müraciət edərək səhhəti ilə əlaqədar torpaqdan istifadə etmədiyinə görə torpaqların Dövlət Fonduna geri qaytarılmasını xahiş etmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının 11 09.2014-cü il tarixli, 195-s, 196-s və 197-s saylı sərəncamları ilə 1300 hektar torpaq sahəsi Dövlət Fonduna geri qaytarılmışdır. Məlumat üçün bildiririk ki, hazırda mübahisələndirilən torpaq sahəsi Salyan rayon inzibati xəritəsinə əsasən Salyan rayon ərazisinə aiddir. Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X4 (“Ləman” X9 rəhbəri) cavabdeh Salyan rayon İcra Hakimiyyətinə qarşı sərəncamının ləğv edilməsi tələbinə dair 2- 1(120)-35/2023 saylı məhkəmə işi ilə bağlı qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxmışdırlar. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-8/2-1602/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 200S nömrəli sərəncamı ilə X16 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 1150 ha torpaq sahəsi ayrılmamışdan əvvəl sözügedən torpaq sahəsinin başqa şəxslərin (X12 və digərlərinin) icarəsinə və yaxud mülkiyyətinə verilməsinə dair sənəd aşkar edilməmişdir. İş üzrə mübahisələndirilən torpaq sahəsi “Azərbaycan Respublikasının Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 447 saylı Sərəncamına əsasən hazırda Salyan rayonunun inzibati ərazisində yerləşir. Belə ki, Şirvan Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 02/36 nömrəli məktubuna əsasən Təman” X9 təsisçisi X10 tərəfindən Şirvan Bələdiyyəsinə və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsinə müraciət edilmişdir. Şirvan şəhər şöbəsinin mütəxəssisləri tərəfindən “Ləman” X13 ayrılmış 60 ha torpaq sahəsinin hazırda Salyan rayonunun inzibati ərazisində yerləşdiyi müəyyən edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin X8 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-H- 0008/2024 nömrəli məktubundan görünür ki, qeyd olunan 60.0 ha torpaq sahəsinə dair tərtib olunmuş R№001432 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət AktT’nda torpaq sahəsinin koordinatları və coğrafi yerləşmə mövqeyi olmadığından tərəfimizdən yerini təyin etmək mümkün olmamışdır. Həmçinin iddia etdiyiniz və üst-üstə düşən torpaq sahəsi üzərində mübahisə predmeti mövcuddur. Qeyd olunan mübahisə ilə bağlı Şirvan İnzibati Məhkəməsinin icraatında 01,02.2023-cü il tarixli 2-1(120)-35/2023 saylı inzibatı iş olduğundan və məhkəmənin müvafiq Qətnaməsi idarəyə daxil olmadığından üst-üstə düşən hissəsinin koordinatlarında dəyişiklik edilməsi mümkün olmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-8/2-852/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı “Ləman” X9 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən “Ləman KFT-nin mülkiyyətinə verilmiş 60 ha torpaq sahəsi ilə Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 200 S sərəncamı ilə X16 ayrılmış 1150 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə koordinatlarda dəyişiklik edərək 60 ha torpaq sahəsinə “Ləman”X9 mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsində baxılacaq inzibati iş üzrə sorğunuza cavab olaraq bildiririk ki, “Ləman” X13 torpaq sahəsinin ayrılmasına dair Əli Bayramlı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 08 nömrəli sərəncamı və həmin sərəncamın verilməsinə əsas olan sənədlər Şirvan Şəhər İcra Hakimiyyətində aşkar edilmədi. Məlumat üçün bildiririk ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2004-cü il tarixli 28 nömrəli əmri ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”na uyğun olaraq saxlama müddəti bitmiş sənədlər ( son 5 il saxlanmaqla) daimi mühafizəsi üçün X25 filialına təhvil verilir. İş materiallarında olan Salyan rayonu Qaraçala bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 50 nömrəli məktubunda qeyd edilmişdir ki, Qaraçala bələdiyyəsi ərazisində “Ləman” X13 məxsus heç bir obyekt və ya torpaq sahəsi yoxdur və Qaraçala bələdiyyəsinin əhatə etdiyi ərazidə “Ləman” X18 adında vergi ödəyicisi qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin X8 ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-2- 12/2-H-3xx-xx/2025 nömrəli məktubundan görünür ki, “Ləman” X9 (VÖEN **********) vergilər üzrə vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixə borcu yoxdur. Eyni zamanda xx.xx.2025-ci tarixə Sosial sığorta və işsizlikdən sığorta haqları və İcbari tibbi sığorta üzrə şəxsi hesab vərəcəsi mövcud deyildir. Məlumat üçün bildirilir ki, təsərrüfatın xx.xx.2022-ci il tarixli **********031600 nömrəli “Hüquqi şəxsin fəaliyyətnin dayandırılması ərizə”sinə əsasən fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2104-ci il tarixədək dayandırılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən “Ləman” KFT-nin mülkiyyətinə verilmiş 60 ha torpaq sahəsi ilə Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 200 S sərəncamı ilə X16 ayrılmış 1150 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə koordinatlarda dəyişiklik edərək 60 ha torpaq sahəsinə Ləman X9 mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının izahatından, iş materialında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı Salyan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamına əsasən Şirvan şəhər sakini X16 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsi ona verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı Salyan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamından 2014-cü il tarixdən məlumatlı olmuş və həmin tarixdən aidiyyatı üzrə müvafiq qurumlara müraciətlər etmişdir. Həmçinin həmin torpaqla bağlı icarə haqlarını və vergiləri ödəməmişdir. Məhkəmə araşdırması nəticəsində, eləcə də əldə edilən sübutlardan iddiaçı “Ləman” X9 R № 001432 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququn dair Dövlət Aktına əsasən iddia etdiyi 60.0 ha torpaq sahəsi, Salyan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2014-cü il tarixli, 200-s saylı sərəncamına əsasən Şirvan şəhər sakini X16 Qaraçala dövlət fondu qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə ayrılmış 1150 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və iddia olunan hissədə üst-üstə düşməsini iddia etdiyi həmin torpaq sahəsinin iddiaçı X8 məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən “Ləman” KFT-nin mülkiyyətinə verilmiş 60 ha torpaq sahəsi aayrılsa da, qeyd edilən torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilə bilməmişdir. İddia edilən torpaq sahəsinin isə Şirvan şəhəri üzrə deyil, Salyan rayon ərazi dairəsində yerləşdiyi və bu günə kimi Salyan Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında digər şəxslər tərəfindən istifadə edildiyi müəyyən edilir. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1 (120)-35/2023 saylı qərardadı ilə iddiaçının Salyan Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 200-s saylı sərəncamının ləğv edilməsinə dair iddiası mümkün sayılmamış, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-325/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 verdiyi ərizə təmin edilməmişdir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1 (120)-35/2023 saylı qərardadında hal-hazırda qüvvədə olduğu müəyyən edilir. Digər bir hal isə torpaq sahəsinin 2014-cü ildən əvvəlki dövrdə, yəni X16 ayrılmamışdan əvvəl Salyan rayon icra Hakimiyyə başçısının xx.xx.2000-ci il tarixli və xx.xx.2004-cü il tarixli sərəncamları ilə digər şəxs X15 icarəyə verilməsi halı olmuşdur. Belə ki, X12 xx.xx.2014-cü ildə notarial qaydada müraciəti əsasında qeyd edilən mübahisəli torpaq sahəsi geri qaytarılaraq digər şəxsin, yəni X14 icarəsinə verilməsi halı müəyyən edilir. Nəticə etibarı ilə qeyd edilən torpaq sahəsinin əvvəlki dövrlərdə də “Ləman” X9 istifadəsində olmadığı müəyyən edilir. Ümumi olaraq isə məhkəmə iddia ərizəsi üzrə qeyd edilən tələbləri qaldırmaqda iddiaçının subyektiv hüququ olmadığı və bu səbəbdən tələbin dəqiqləşdirilməsi, digər sübutların toplanılması və digər hissələrdə hüquqi yardım göstərilməsinə və dəqiqləşmələr aparılmasına zərurət olmadığı qənaətinə gəlir. Həmçinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin hansı hərəkəti ilə onun hüquqlarının pozulduğu müəyyən edilmir. Eləcə də, məhkəmə tərəfə tələbində dəqiqləşmələrin aparılması barədə hüquqi yardımın göstərilməsini də əruri hesab etmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı mübahisə üzrə fərqli tələblərlə artıq məhkəmələr müraciət etmiş və yekun məhkəmə aktları qəbul edilmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “Ləman” X9 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən “Ləman” KFT-nin mülkiyyətinə verilmiş 60 ha torpaq sahəsi ilə Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 200 S sərəncamı ilə X16 ayrılmış 1150 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə koordinatlarda dəyişiklik edərək 60 ha torpaq sahəsinə Ləman X9 mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1459/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1459/2025
09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver