Məhkəmə qərarları › İş №2-1(120)-146/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-146/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-146/2022 02.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə N2 mart 2N22-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, NN) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, N975-ci ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuşdur. Orta təhsillidir, evlidir, N övladı vardır. Hazırda Hacıbədəlli kəndində yaşayır. "xxxx" MMC Ağcabədi pambıq istehsalı və emalı zavodunda yanğınsöndürən vəzifəsində işləyir. O, N3-cü ildə Ağcabədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, 888, N və N №-li hərbi hissələrdə xidmət etmişdir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştrak etmişdir. N №-li hərbi hissənin tərkibində 3N.NN.N4-cü ildə Tərtər istiqamətində gedən döyüşlərin birində mərmi partlayışı nəticəsində sağ əlindən yaralanmışdır. İlkin tibbi yardımdan sonra Bakı şəhərinə Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasına təxliyyə olunmuşdur. N2.N2.N4-cü ildən N5.N2.N4-cü ilə kimi orada müalicə olunmuşdur. Cərrahi əməliyyatdan sonra müalicəsini davam etdirmək üçün yaşadığı Ağcabədi rayonuna göndərilmişdir. “Sağ əlin odlu silah yaralanması (mərmi ilə), V barmağın əsas falanqasının amputasiyası, İV barmağın zədələnməsi” diaqnozu ilə N7.N2.N4-3N.N3.N4-cü ildə Ağcabədi Rayon Mərkəzi xəstəxanasında müalicə kursu keçmişdir. Sonradan xidmətini davam etdirmiş və N7-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. O, bu ana qədər Müharibə veteranı adını və vəsiqəsini daşımır. 4 il hərbi xidmət keçməyinə, erməni təcavüzkarlarına qarşı döyüşlərdə dəfələrlə iştrak etməyinə, yaralanmağına baxmayaraq döyüşü uduzmuş ordunun məğlub əsgəri kimi bu adı almağa heç cəhd də etməmişdir. Cəbhədəki uğursuzluqlar, torpaqlarımızın 2N%-dən çoxunun işğal altında olması faktı ilə heç vaxt barışmamışdır. Fiziki qüsurunu, sağ əlinin şikəstliyini nümayiş etdirməmiş, əlillik dərəcəsi almaq barədə heç fikirləşməmişdir. Son dövrlər Azərbaycanda böyük vüsətlə həyata keçirilən Ordu quruculuğu, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının durmadan təkmilləşdirilərək möhkəmləndirilməsi, gənc nəsilin Hərbi vətənpərvərlik ruhunda tərbiyyəsinə böyük önəm verilməsi, xalq-iqtidar birliyi, igid oğlanlarımızın 2NN6-cı il aprel zəfəri məni olduqca qürurlandırdı. Başda Ali Baş Komandan, Möhtərəm XNmaqla ölkəmizdə Müharibə qazilərinə, veteranlarına, şəhid ailələrinə göstərilən diqqət və gündəlik qayğı Müharibə veteranı adını və vəsiqəsini almaq istək və arzusunu gücləndirmişdir. Özündə saxlanılan və alınması mümkün olan sənədlərini toplayaraq Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”ya müraciət etmişdir. Adı çəkilən Komissiya N2.N9.2NN9-cu il tarixli, N/R-N23N4 №-li cavabında barəsində müsbət qərar qəbul edilmədiyini bildirmişdir. Əsas olaraq Hərbi xidməti barədə Arxiv Arayışında N7.N2.N4- 3N.N3.N4-cü il tarixlərdə Ağcabədi RMX-da aldığı müalicədən sonra xidmət yerinə qayıtmadığı barədə məlumatın olmadığı göstərilirdi. O, 3N.NN.N4-cü ildə mərmi partlayışı nəticəsində yaralanmışdır. Təbii ki, yaxınlığında partlayan və onu yaralayan mərminin zərbə dalğasından yerə çırpılaraq ciddi kəllə-beyin travması və kontuziya da almışdır. Lakin ona yardımı sağ əlinin travmasına görə göstərdilər və aldığı kontuziya ilə əlaqədar onu müayinə etmədilər. Təcili surətdə Bakıya təxliyə olunmuş və mülki vətəndaşlar üçün nəzərdə tutulan və fəaliyyət göstərən Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında barmağını təcili amputasiya edərək Ağcabədiyə göndərmişlər. Ağcabədi RMX-da N7.N2.N4-3N.N3.N4-cü il tarixlərdə müalicə kursu keçmişdir. Ağcabədidə olan müddətdə tez-tez baş verən baş gicəllənməsindən, ürək bulanmasından, ögümələrdən əziyyət çəkmişdir. Başını yerdən qaldırmaqda çətinlik çəkir, tez-tez başı fırlanır, gözləri qaralırdı. Həm əlinin yaraları, həm də baş nahiyyəsindəki problemlər N4-cü ilin aprelində Hərbi hissəyə qayıtmağına imkan vermədi. Əvəzində atası Hərbi hissə komandirləri ilə görüşərək vəziyyətini onlara izah etmiş, sıraya qayıtmağı üçün onlardan möhlət istəmişdir. Bu ərəfədə cəbhədə Atəşkəs elan olundu, ölkə rəhbərliyi yaralı hərbiçilərə xidməti yerlərinə qayıtmaq təklifi ilə müraciət etdi. O, tezliklə təkrar səfərbər olunaraq xidmətə yollanmışdır. Ona verilən imtinada göstərilir ki, əlilliyi barədə sənəd və arayışları təqdim etdiyi təqdirdə komissiya onun müraciətinə yenidən baxa bilər. O, qeyd etdiyi kimi nəinki əlil, heç veteran adı almağa belə çalışmamışdır. Uduzan, məğlub olan döyüşçüdən nə veteran, nə əlil. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarından görünür ki, o, yaralanmağını yalnız 2NN2-ci ildə şəhadətləndirmiş və Qərarı əldə etdikdən sonra əlillik almaq arzusu ilə müraciətlər etməmişdir. Eləcə də N5-ci ilin əvvəllərində N №-li hərbi hissənin tərkibində xidmət edərkən Gədəbəy bölgəsində xidməti vəzifələrini yerinə yetirərkən ehtiyyatsızlıq ucbatından əlindəki silahdan açılan atəşlə bu dəfə sol qolunun dirsək nahiyyəsindən ağır güllə yarası almışdır. Tovuz rayonu Alakol ərazisindəki hospitalda 2 aya qədər stasionar müalicə almış, sol dirsəyin lülə sümüyündən biri amputasiya olunmuşdur. O, əlillik barədə fikirləşsəydi heç olmasa bu travmanı da şəhadətləndirərdi və xəstəliyini təsdiq edən stasionar ilkin epikrizi alardı. İndi veteran adı almaq istədiyi bu mərhələdə bütün sənədlərimi qaydasına qoymaq niyyətindədir. Elə bu məqsədlə, yəni N5-ci ilin ilk aylarında (N5-ci ilin yanvar ya da ki, fevralında) Tovuz rayonunun Alakol hospitalında müalicə barədə çıxarış-epikrizin alınmasında ona köməklik göstərilməsi xahişi ilə 3N.N5.2N2N -ci il tarixdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyevə müraciət etmişdir. Məhkəmənin gedişatı ərəfəsində sorğusuna aldığı cavabı diqqətə çatdıracaqdır. Ən nəhayət Komissiya imtinasında qərardan razı olmadığı təqdirdə məhkəməyə şikayət etmək hüququnu onda saxlayır. Hesab edir ki, yaranmış vəziyyətdə onu tələbinin həllinin yeganə yolu məhkəmə yoludur və məsələ məhkəmə araşdırılması predmeti olaraq Şirvan İnzibati Məhkəməsində öz həllini tapmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştrak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştrakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasınin Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddələrin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dən qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. O, ordudan fərarilik etməmişdir. Hadisələrin ən kritik dövründə xidmətini tərgitməmiş, bir çox döyüşlərdə iştrak etmişdir. Yaralanmış, müalicə olunduğdan sonra hərbi hissəyə qayıtmışdır. Nə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin N8.N5.2NN9-cu il tarixli 9/2-5965 №-li Arxiv arayışında, nə də Tərtər Hərbi Prokurorluğunun 22 iyun 2NN9-cu il tarixli ** HR ***4 №-li arayışında onun hərbi hissəni özbaşına tərk etməyi barədə heç bir qeydlər yoxdur. Belə hesab edir ki, xidməti yerindən fərarilik etsəydi mütləq Tərtər Hərbi Prokurorluğu tərəfindən dövrün qanunlarına görə məsuliyyətə cəlb olunmuş olardı. Onu tanıyanların fıkirincə o, keçmiş abu-hava ilə yaşayan, müasir dövrün tələbləri ilə heç cür ayaqlaşmayan bir insandır. 3 ilə yaxındır ona etimad göstərib işlə təmin ediblər, ölkə qanunlarına hörmətlə yanaşır və gündəlik həyatında onları pozmamağa çalışır. Daxili İşlər Nazirliyinin 25.N5.2N2N-ci il tarixli 363- 352R-323N №-li arayışından da görünür ki, məhkumluğum olmayıbdır. Səhlənkarlığı və ona məlum olmayan səbəblərdən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının barəsində verdiyi N6.N3.2NN2-ci il tarixli, N52 №-li qərarının əslini itirmişdir. Bu səbəbdən həmin qərarın saxlanılmış kserosurətini məhkəmə sənədlərinə əlavə edir. İddiaçı göstərilənlərə əsaslanaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı iddia ərizəsində “N3-cü ildə Ağcabədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrıldığını, 888, N6, və N nömrəli hərbi hissələrdə xidmət etdiyini, N6 nömrəli hərbi hissənin tərkibində 3N.NN.N4-cü ildə Tərtər istiqamətində gedən döyüşlərin birində mərmi partlayışı nəticəsində sağ əlindən yaralandığını, Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında N2.N2.N4-cü ildən N5.N2.N4-cü il tarixədək müalicə olduğunu, N7.N2.N4-cü ildən 3N.N3.N4-cü il tarixədək Ağcabədi Rayon Mərkəzi xəstəxanasında müalicə kursu keçdiyini və N7-ci ildə ehtiyata buraxıldığını göstərərək məhkəmədən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Raspublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.N9.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara NN may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş N8.N5.2NN9-cu il tarixli, 9/2-5965 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N6 nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında NN.N7.N3-cü il tarixdən Ağcabədi RHK-dan çağrılmış, 28.N6.N975-ci il təvəllüdlü, İddiaçı hərbi hissə komandirinin N6.NN.N3-cü il tarixli 233 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və 24.NN.N4-cü il tarixli 69 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxardılması qeyd edilmişdir. İddiaçının N nömrəli hərbi hissə komandirinin may N5-ci il tarixli nizami hissə üzrə əmrlərində və l994-N7-ci illər üzrə hərbi xidmət keçmə barədə arxiv sədədlərində məlumat aşkarlanmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 23.N8.2NN9-cu il tarixli iclasında iddiaçının müraciətinə baxılmış və barəsində haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 37.2-ci maddəsinə əsasən Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 27.N9.2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” N9.N7.2NN7-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2NN6-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2N iyun 2NN7-ci il tarixli, 2-N(NN2)-NN6N/2NN7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin N2.N9.2NN9-cu il tarixli, N/R-N23N4 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır. Toplanmış sənədlərə əsasən N7.N2.N4-2N.N3.N4-cü il tarixlərdə Ağcabədi RMX-da müalicədən sonra xidmət yerinə qayıtmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsinin məqsədə uyğun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin N8.N5.2NN9-cu il tarixli, 9/2-5965 nömrəli Arxiv Arayışından görünür ki, Ağcabədi RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, N39 №-li əmrilə (əsas: §-N, sıra-3N4) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 22N №-li əmrilə (əsas: §-N5, səh-N7, sıra-4) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N6 nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N6 nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 233 №li əmrilə (əsas: §-N, səh-N5, sıra-22) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N6 nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-69, sıra-22) NN.N7.N3-cü il tarixdən Ağcabədi RHK-dan çağırılmış, 28.N6.N975-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin N6.NN.N3-cü il tarixli, 233 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və 24.NN.N4-cü il tarixli, 69 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edirlər ki, N6 nömrəli hərbi hissə komandirinin noyabr N4-cü il tarxili nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirinin 25.N6.N7-ci il tarixli müvafiq əmrinə əsasən Ağcabədi RHK-nın çağırışçısı, 4-cü taborun əsgəri Rzayev X2 həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli, N97 №-li əmrilə (əsas: §-N, səh-5N, sıra-4N) şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Ağcabədi RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin may N5-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N6.N3.2NN2-ci il tarixli, N52 saylı Qərarından görünür ki, Ağcabədi RHK tərəfindən N3-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xdimtə keçərkən 3N.NN.N4-cü ildə aldığı və N2.N2.N4-cü ildən N5.N2.N4-cü ilə kimi Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ əlin odlu silah yaralanması (mərmi ilə), V barmağın əsas falanqasının amputasiyası, İV barmağın zədələnməsi” (Ağcabədi rayon şöbəsinin N7.NN.2NN3-cü il tarixli, SB/37 nömrəli göndərişi, N7.NN.2NN3-cü il tarixli, SB/382 nömrəli arayışı, Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş N5.N2.N4-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyi ilə təsdiq edilri), “Hərbi Travmadı, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin 2N.N6.2N2N-ci il tarixli, 9/2-4599 nömrəli Arxiv Arayışından görünür ki, Ağcabədi RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, N39 №-li əmrilə (əsas: §-N, sıra-3N4) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 22N №-li əmrilə (əsas: §-N5, səh-N7, sıra-4) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N6 nömrəli hərbi hissəyə göndərilmişdir. N6 nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-69, sıra-22) NN.N7.N3-cü il tarixdən Ağcabədi RHK-dan çağırılmış, 28.N6.N975-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin N6.NN.N3-cü il tarixli, 233 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və 24.NN.N4-cü il tarixli, 69 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N6 nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 233 №-li əmrilə (əsas: §-N, səh-N5, sıra-22) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N6 nömrəli hərbi hissə komandirinin 2N.NN.N3-cü il tarixli, 272 №-li əmrində (əsas: səh-47, §-N, sıra-384, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) «Rzaev X.G» sanitar kəşfiyyatçı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N6 nömrəli hərbi hissə komandirinin 24.NN.N4-cü il tarixli, 2N/32 №-li əmrilə (əsas: səh-7, §-N, sıra-356) sıravi İddiaçı döyüş əməliyyatları rayonuna göndərilərək qazan təminatından çıxarılmışdır. Erməni qəsbkarlarına qarşı döyüşdə yaralandığı üçün sıravi İddiaçı N6 nömrəli nömrəli hərbi hissə komandirinin 3N.NN.N4-cü il tarixli, 4 №-li əmrilə (əsas: §-N, sıra-54) hərbi hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. Tərtər uğrunda gedən döyüşdə döyüşdə yaralandığı üçün kəşfiyyatçı sıravi İddiaçı N6 nömrəli hərbi hissə komandirinin NN.N6.N4cü il tarixli, N22 №-li əmrilə (əsas: səh-N, sıra-2) müalicə üçün hərbi hospitala göndərilərək NN.N6.N4-cü il tarixdən ştatdan kənar edilmişdir. Qeyd edirlər ki, N6 nömrəli hərbi hissə komandirinin noyabr N4-cü il tarxili nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissədən göndərilmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 3N avqust N5-ci il tarixli, 7N №-li əmrilə (əsas: §-3, səh- N2N, sıra-6; qeyd: əmrdə atasının adı Eyyub yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci bölük 2-ci tağımın N-ci bölməsinə atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirinin 25.N6.N7-ci il tarixli müvafiq əmrinə əsasən Ağcabədi RHK-nın çağırışçısı, 4-cü taborun əsgəri Rzayev X2 həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli, N97 №-li əmrilə (əsas: §-N, səh-5N, sıra-4N) şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Ağcabədi RHK-nın sərancamına göndərilmişdir. NNN nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivə daxil olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N6 nömrəli hərbi hissənin 2N.N6.N2-ci ildən N8.N9.N2-ci ilədək, NN.NN.N2-ci ildən N7.N3.N3-cü ilədək, 22.N3.N3-cü ildən 2N.N4.N3cü ilədək, 28.N4.N3-cü ildən N8.N6.N3-cü ilədək, N5.N7.N3-cü ildən 2N.N8.N3-cü ilədək, 24.N8.N3-cü ildən 27.N9.N3-cü ilədək, N2.NN.N3-cü ildən 23.NN.N3-cü ilədək, 26.NN.N3cü ildən 23.NN.N3-cü ilədək, N7.N2.N3-cü ildən 29.N2.N3-cü ilədək, 25.NN.N4-cü ildən NN.N5.N4-cü ilədək və N nömrəli hərbi hissənin 25.NN.N4-cü ildən NN.N5.N4-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmış, lakin N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin 23.N6.2N2N-ci il tarixli, 5N9 nömrəli məktubundan görünür ki, 28.N6.N975-ci il təvəllüdlü İddiaçı N2.N7.N3-cü il tarixdən N5.NN.N3-cü il tarixə kimi N saylı hərbi hissədə, N4.NN.N3-cü il tarixdən 24.NN.N4-cü il tarixə kimi N6 saylı hərbi hissədə, 3N.N8.N5-ci il tarixdən N6.N7.N7-ci il tarixə kimi N7N saylı hərbi hissədə xidmət keçmişdir. N6.N7.N7-ci il tarixdə Müdafiə Nazirinin 25.N6.N7-ci il tarixli, NNN saylı əmrilə ehtiyata buraxılmışdır. 2N.N7.N7-ci il tarixdən SHXÇDX-in Ağcabədi Rayon Şöbəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi rayon Polis Şöbəsinin N7.N7.2N2N-ci il tarixli, 36/N29-N4NNN nömrəli məktubundan görünür ki, Ağcabədi rayon Hacıbədəlli kəndində qeydiyyatda olan 28.N6.N975-ci il təvəllüdlü İddiaçı barəsində Ağcabədi rayon Polis Şöbəsində cinayət işi istintaq edilmir, təqsirləndirici materialı yoxdur və əvvəllər məhkum edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə NN-ci il oktyabrın 9-dan N4-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara NN may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.N9.2NN8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin N2.N9.2NN9-cu il tarixli, N/R-N23N4 nömrəli məktubu ilə N7.N2.N4-2N.N3.N4-cü il tarixlərdə Ağcabədi RMX-da müalicədən sonra xidmət yerinə qayıtmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin məhkəməyə ünvanlanmış 23.N6.2N2N-ci il tarixli, 5N9 nömrəli məktubundan görünür ki, 28.N6.N975-ci il təvəllüdlü İddiaçı N2.N7.N3cü il tarixdən N5.NN.N3-cü il tarixə kimi N saylı hərbi hissədə, N4.NN.N3-cü il tarixdən 24.NN.N4-cü il tarixə kimi N6 saylı hərbi hissədə, 3N.N8.N5-ci il tarixdən N6.N7.N7-ci il tarixə kimi N7N saylı hərbi hissədə xidmət keçmişdir. N6.N7.N7-ci il tarixdə Müdafiə Nazirinin 25.N6.N7-ci il tarixli, NNN saylı əmrilə ehtiyata buraxılmışdır. 2N.N7.N7-ci il tarixdən SHXÇDX-in Ağcabədi Rayon Şöbəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin 2N.N6.2N2N-ci il tarixli, 9/2-4599 nömrəli Arxiv Arayışında N975-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, N39 №-li əmrilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin olunduğu, N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 22N №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N6 nömrəli hərbi hissəyə göndərildiyi, N6 nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının hərbi hissə komandirinin N6.NN.N3-cü il tarixli, 233 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və 24.NN.N4cü il tarixli, 69 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat olduğu, N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N6 nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 233 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edildiyi, N6 nömrəli hərbi hissə komandirinin 2N.NN.N3-cü il tarixli, 272 №-li əmrində onun sanitar kəşfiyyatçı vəzifəsinə təyin edilməsi barədə məlumat olduğu, N6 nömrəli hərbi hissə komandirinin 24.NN.N4-cü il tarixli, 2N/32 №-li əmrilə sıravi İddiaçı döyüş əməliyyatları rayonuna göndərilərək qazan təminatından çıxarılması, erməni qəsbkarlarına qarşı döyüşdə yaralandığı üçün sıravi İddiaçı N6 nömrəli nömrəli hərbi hissə komandirinin 3N.NN.N4-cü il tarixli, 4 №-li əmrilə hərbi hospitala göndərilərək qazan təminatından çıxarıldığı, Tərtər uğrunda gedən döyüşdə yaralandığı üçün kəşfiyyatçı sıravi İddiaçı N6 nömrəli hərbi hissə komandirinin NN.N6.N4-cü il tarixli, N22 №-li əmrilə müalicə üçün hərbi hospitala göndərilərək NN.N6.N4-cü il tarixdən ştatdan kənar edildiyi, N6 nömrəli hərbi hissə komandirinin noyabr N4-cü il tarxili nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmadığı, N nömrəli hərbi hissədən göndərilmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 3N avqust N5-ci il tarixli, 7N №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci bölük 2-ci tağımın N-ci bölməsinə atıcı vəzifəsinə təyin edildiyi, Müdafiə Nazirinin 25.N6.N7-ci il tarixli müvafiq əmrinə əsasən Ağcabədi RHK-nın çağırışçısı, 4-cü taborun əsgəri İddiaçı Ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli, N97 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Ağcabədi RHK-nın sərancamına göndərildiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı İddiaçı erməni qəsbkarlarına qarşı döyüşdə yaralandığı üçün N6 nömrəli nömrəli hərbi hissə komandirinin 3N.NN.N4-cü il tarixli, 4 №-li əmrilə hərbi hospitala göndərilərək qazan təminatından çıxarıldığı, eləcə də Tərtər uğrunda gedən döyüşdə yaralandığı üçün İddiaçı N6 nömrəli hərbi hissə komandirinin NN.N6.N4-cü il tarixli, N22 №-li əmrilə müalicə üçün hərbi hospitala göndərilərək NN.N6.N4-cü il tarixdən ştatdan kənar edildiyi, müalicə olunduqdan sonra ordu sıralarına qayıdaraq N nömrəli hərbi hissə komandirinin 3N avqust N5-ci il tarixli, 7N №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci bölük 2-ci tağımın N-ci bölməsinə atıcı vəzifəsinə təyin edildiyi, Müdafiə Nazirinin 25.N6.N7-ci il tarixli müvafiq əmrinə əsasən iddiaçının Ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli, N97 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Ağcabədi RHK-nın sərancamına göndərildiyinin müəyyən edildiyi halda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin N2.N9.2NN9-cu il tarixli, N/R-N23N4 nömrəli məktubu ilə N7.N2.N4-2N.N3.N4-cü il tarixlərdə Ağcabədi RMX-da müalicədən sonra xidmət yerinə qayıtmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, imtina məktubunda iddiaçının N7.N2.N4-2N.N3.N4-cü il tarixlərdə Ağcabədi RMX-da müalicədən sonra xidmətini davam etdirmək üçün yenidən hərbi hissəyə qayıtmadığı qeyd edilsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin 2N.N6.2N2N-ci il tarixli, 9/2-4599 nömrəli Arxiv Arayışında iddiaçının N6 nömrəli hərbi hissə komandirinin NN.N6.N4-cü il tarixli, N22 №-li əmrilə yenidən müalicə üçün hərbi hospitala göndərilərək NN.N6.N4-cü il tarixdən ştatdan kənar edildiyi göstərilmişdir. Bundan əlavə, sözügedən Arxiv arayışında N nömrəli hərbi hissədən göndərilmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 3N avqust N5-ci il tarixli, 7N №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci bölük 2-ci tağımın Nci bölməsinə atıcı vəzifəsinə təyin edildiyi qeyd edilsə də, iddiaçı N6 nömrəli hərbi hissənin əsgəri olduğu halda, N nömrəli hərbi hissəyə nə vaxt daxil olması, ümumiyyətlə N nömrəli hərbi hissədə xidmət keçib-keçməməsi barədə məlumat qeyd edilməmişdir. İddiaçının özü məhkəmə iclasında verdiyi izahatında, sonucu dəfə N6 nömrəli hərbi hissə komandirinin NN.N6.N4-cü il tarixli, N22 №-li əmrilə yenidən müalicə üçün hərbi hospitala göndərildikdən sonra hərbi hissəyə gec qayıtmağının səbəbi kimi yaxınlığında partlayan və onu yaralayan mərminin zərbə dalğasından yerə çırpılaraq ciddi kəllə-beyin travması və kontuziya da aldığını, bu səbəbdən də onun uzun müddətli müalicəyə ehtiyacı olduğunu, bu səbəbdən atasının hərbi hissə komandirləri ilə görüşərək vəziyyətini onlara izah etdiyini və müalicə üçün möhlət istədiyini, N2 may N4-cü il tarixdən də cəbhə bölgəsində atəşkəs elan olunduğu üçün hərbi hissə komandiri müalicəsini davam etdirmək üçün ona şifahi olaraq möhlət verdiyini, artıq özündə yaxşılaşma hissə etdikdən sonra yenidən hərbi hissəyə qayıdaraq xidmətini davam etdirdiyini, N5-ci ilin fevral ayında N №-li hərbi hissənin tərkibində xidmət edərkən, yəni Gədəbəy bölgəsində xidməti vəzifələrini yerinə yetirərkən ehtiyyatsızlıq ucbatından əlindəki silahdan açılan atəşlə bu dəfə sol qolunun dirsək nahiyyəsindən ağır güllə yarası aldığını, Tovuz rayonu Alakol ərazisindəki hospitalda 2 aya qədər stasionar müalicə aldığını, sol dirsəyin lülə sümüyündən birinin amputasiya olunduğunu bildirsə də, o, N6 nömrəli hərbi hissənin əsgəri olduğu halda N nömrəli hərbi hissədə nə vaxtdan xidmətə başlaması, ümumiyyətlə N nömrəli hərbi hissədə xidmət keçib-keçməməsi, eləcə də N93 saylı hərbi hissədən N №-li hərbi hissəyə xidmət üçün nə vaxt göndərilməsini dəqiqliklə izah edə bilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlarla, imtina məktubu arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3N gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar