Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1461/2021 26.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «müddətsiz İİ dərəcəli əlilliyi bərpa olunana qədər, xidmət ilinə görə təminat xərcinin 59 faiz miqdarında 28.02.2021-ci il tarixdən əmək pensiyası hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 26 avqust 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətsiz İİ (ikinci) dərəcəli əlilliyi bərpa olunana qədər, Azərbaycan Respublikası X1nın sıralarında xidmətkeçmə müddətinin təqvimi hesablanmaqla 18 il 04 ay 16 gün xidmət ilinə görə təminat xərcinin 59 (əlli doqquz) faiz miqdarında 28.02.2021-ci il tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 20 ilə yaxın Daxili İşlər Nazirliyinin X1 sıralarında xidmət keçmişdir. Polis əməkdaşıdır. Xidmətkeçmə dövründə sağlamlığını itirmiş və əlil olmuşdur. Azərbaycan Respublikası DİN Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında (İndiki tabeliyində) Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (indiki Agentliyi) əyani ekspertiza komissiyasının 14.02.2011-ci il tarixli qərarı ilə ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. O, Azərbaycan Respublikası X1nın sıralarından səhhəti ilə bağlı pensiyaya çıxmışdır. Bundan əlavə isə onun təqvimi hesablama ilə DİO-nın sıralarında 18 il 04 ay 16 gün hərbi xidmət ili vardır. «X1 Sıralarında xidmətkeçmə haqqında» Əsasnamənin 135.1-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasınm rəyi olduqda; «Polis haqqında» Azərbaycan Respublikası Qanununun aşağıdakı maddələrinə əsasən: 34.1. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 6) səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasınm rəyi olduqda; 7) polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasınm rəyi olduqda. DİO-nı sıralarında xidmət keçən sıravi polis əməkdaşının xidmət keçmə müddəti Əsasnamənin 137.1-ci bəndinə əsasən 50 yaşına qədər müəyyən edilmişdir. 24.07.2021ci il tarixdə onun 50 yaşı tamam olmuşdur. Bu yaşdan sonra onun yenidən DİO-nı sıralarına xidmətə qayıtmağı qeyri-mümkündür. Bildirir ki, 14.02.2011-ci il tarixdən 28.02.2021-ci il tarixə 10 il ərzində (120 ay) İİ (ikinci) dərəcəli əlil olmuş polis əməkdaşı kimi cavabdeh orqandan pensiya almışdır. 14.02.2011-ci il tarixdən 06.02.2021-ci il tarixə kimi, 10 il ərzində TSEK-sı tərəfindən tibbi müayinələrdən keçmişdir. Tibbi Sosial Ekspertiza Komissiyasının 06.02.2016-cı il tarixli qərarı ilə 06.02.2021-ci il tarixə kimi ona Tibb-Sosial Yardım və Reabilitasiya xidmətləri təyin edilməmişdir. (KOMİSSİYASİZ). Bu haqda müvafiq sənədi (müayinə Aktını) o, cavabdeh orqana təqdim etmişdir (06.02.2016cı il tarixdə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müddətinin müəyyən edilməsinə dair» Əsasnamənin 4.2-ci bəndinə əsasən ona 06.02.2021-ci il tarixdən etibarən müddətsiz İİ (ikinci) dərəcəli əlillik təyin edilməli idi. Lakin TSEK-sı qanunun tələblərini kobudcasına pozaraq müddətsiz İİ (ikinci) dərəcəli əlliyini bərpa etməmişdir. Bu səbəbdən o, TSEK-na qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5062/2021 saylı, 19.05.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmuşdur. Müddətsiz İİ (ikinci) dərəcəli əlilliyi təyin olunana kimi ona cavabdeh tərəfindən DİO-nı sıralarında xidməti müddəti təqvimi hesablanmaqla 28.02.2021-ci il tarixdən etibarən təminat xarcinin 59 faizi hesablanmaqla əmək pensiyası ödənilməli idi. Lakin cavabdeh orqan bunu etməmiş, əlil olmuş dövlət qulluqçusunun pensiya almaq hüququnu kobudcasına pozmuşdur. Bununla bağlı cavabdehə müraciət etsə də cavabdeh özünün 29.06.2021-ci il tarixli, **********6 saylı məktubu ilə yalnız əlilliyinin bərpasına dair müvafiq məlumatların Mərkəzi Filiala təqdim olunduqdan sonra əmək pensiyasının bərpa edilməsi məsələsinə baxılacağını bildirmişdir. Bu cür yanaşma ən kobud, ən ciddi qanun pozuntusudur. Necə ola bilər ki, o, 18 il 04 ay 16 gün DİO-nı sıralarında xidmət keçsin, lakin əlilliyi barədə məlumat olmadıqda ona pensiya verilməsin?. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, müddətsiz İİ (ikinci) dərəcəli əlilliyi bərpa olunana kimi cavabdeh orqan onun təminat xərcini 59 faizlə hesablamaqla 28.02.2021-ci il tarixdən bəri hesablayıb ona ödəməli idi. Lakin cavabdeh onun pensiya almaq hüququnu kobudcasına pozmüşdur. Bu səbəbdən də o, cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saydı. İş materiallarından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, inzibati mübahisəyə dair işini Bakı İnzibati Məhkəməsinə göndərilməsinə, eləcə də cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da ərizə ilə məhkəməyə müraciət edərək, inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olduğundan, cavabdeh inzibati orqan isə Bakı şəhərinin ərazisində yerləşdiyindən, hazırkı inzibati işi İPM-in 8.1.4-cü maddəsinin tələblərinə əsasən aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə tərəflərin ərizələrini də nəzərə alaraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanınınyerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə digər (maddə 8.1.1-8.1.3-1-də nəzərdə tutulan hallardan başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddialara aid edilir. Ona görə də işin ərazi aidiyyəti həll edilərkən nəzərə alınmalıdır ki, mübahisənin bu xüsusatına İPM-in 8.1.4-cü maddəsi tətbiq edilməlidir. İPMin 8.1.1-ci, 8.1.2-ci, 8.1.3-cü, 8.1.3-1-ci maddələrində təsbit edilmiş müstəsna aidiyyət normaları hazırkı işlə əlaqədar deyil. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hüquqi ünvanı Bakı şəhəri, Ziya Bünyadov pr-ti, 43-dür. Belə olan halda məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan Bakı şəhərinin Binəqədi rayonu ərazisində (Z.Bünyadov prospekti, 43) yerləşdiyindən, İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə hazırkı inzibati işə həmin rayonun aid olduğu inzibati məhkəmədə baxımalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 23.1-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «müddətsiz İİ dərəcəli əlilliyi bərpa olunana qədər, xidmət ilinə görə təminat xərcinin 59 faiz miqdarında 28.02.2021-ci il tarixdən əmək pensiyası hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1461/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1461/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver