Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1464/2024 11.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 10 fevral 2020-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 10 fevral 2020-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial arasında pensiya hüququmun yarandığı tarixdən, 57 yaşdan, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki 36 ay əvvəlki dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki 36 ay əvvəlki dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Lakin cavabdeh 18 avqust 2023 -cü il tarixli, 3-17-1 /2-Ə-189214/2023 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, işlədiyiniz İstehsalatın avtomatlasdırıcı. Elektrik avadanlıqları və avtomatika sexlərinin fəaliyyət sahələri sözügedən arayışda istinad edilən olunan ... neft,qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan,elektrik avadanlıqlarının təmiri və xidməti üzrə sahəsinə, işlədiyiniz elektrik cilinsəri vəzifəsi isə elektrik montvoru vəzifəsinə aid deyil. Qeyd olunanları nəzərə alaraq, sizə süzəstli şərtlərlə yasa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair 2-1(120)-4246/2023 nömrəli inzibati iş vardır. İcraatda olan 2-1(120)- 4246/2023 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarına əsasən, İddiaçı tərəfindən inzibati orqana təqdim olunmuş “X10” MMC-nin iddiaçıya dair 27 iyul 2023-cü il tarixli 52 nömrəli arayışında onun xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Azərpetoil” müştərək müəssisəsinin “İstehsalın Avtomatlaşdırılması” sexində, xx.xx.2000-01.01 2002-ci il tarixləri arasındakı dövr ərzində “X10”nin İstehsalın avtomatlaşdırım sexində, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Elektrik avadanlıqları və avtomatika sexində elektrik montyoru vəzifəsində, xx.xx.2010- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi İstehsalın avtomatlaşdırma, Elektrik avadanlıqları və avtomatika sexlərinin fəaliyyət sahələri sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə sahəsinə, iddiaçının işlədiyi elektrik-çilingər vəzifəsj isə elektrik montyorları vəzifəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il (xx.xx.2002xx.xx.2009-cu il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin siyahısı”nın müvafiq bəndinə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaradan vəzifə arasında dəqiq uyğunluq olmalıdır, işin materiallarından da göründüyü kimi, İddiaçı arayışında yazılan elektrik- çilingər vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısTnın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi bəndində nəzərdə tutulmamışdır. Bundan başqa, qeyd edilən iki vəzifə arasında dəqiq uyğunluq mövcud deyildir. Qeyd edilən siyahıda istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən istehsalat, peşə, vəzifə və göstərici arasında dəqiq uyğunluq təşkil edilməlidir, yəni bunlar arasında müvafiq oxşarlığın olması hüququn yarandığı anlamına gəlmir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı müvafiq dövrlərdə çalışdığı vəzifə siyahı ilə müəyyən edilmiş vəzifəylə uyğunluq təşkil etməmişdir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunidir.Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, icraatınızda olan 2-1(120)- 4246/2023 nömrəli inzibati iş üzrə İddiaçı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iş materiallarında olan digər sənədlər ilə müəyyən edildi ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan 12 il 06 aydan az güzəştli iş stajı olmadığı üçün, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- Ə-189214/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 20 iyul 2023-cü il və 7 avqust 2023-cü il tarixlərində daxil olmuş ərizələrə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərilər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmaniarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnm neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “X10” nin sizə dair 27 iyul 2023-cü il tarixli 52 nömrəli arayışında xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində isə “Azərpetoil” müştərək məssisəsinin İstehsalın Avtomatlaşdırılması sexində, xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “X10”nin İstehsalın avtomatlaşdırım sexində, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin Elektrik avadanlıqları və avtomatika sexində elektrik montyoru vəzifəsində, xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi İstehsalın avtomatlaşdırım, Elektrik avadanlıqları və avtomatika sexlərinin fəaliyyət sahələri sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə sahəsinə, işlədiyiniz elektrik-çilingər vəzifəsi isə elektrik montyorları vəzifəsinə aid deyil. Bu səbəbdən də, sizin güzəştli iş stajı 12 il 6 aydan az (7 il (xx.xx.2002-xx.xx.2009cu il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan SOCAR-ın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********80020123X00245 nömrəli məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü X5 iş stajı aşağıda göstərilən kimidir: xx.xx.1983-cü ildə (əmr № 126/k, xx.xx.1983-cü il) “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin İstehsalatın avtomatlaşdırılması sexinə dispetçer avadanlıqları və teleavtomatika üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1986-cı ildə (əmr № 483, xx.xx.1986-cı il) dispetçer avadanlıqları və teleavtomatika üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə (əmr № 1/a) dispetçer avadanlıqları və teleavtomatika üzrə 4cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə (əmr № 30/p, xx.xx.1994-cü il) dispetçer avadanlıqları və teleavtomatika üzrə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə (əmr № 20/k A. xx.xx.1996-cı il) "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad olunmuşdur. xx.xx.1996-cı ildə (əmr № 07/p, xx.xx.1996-cı il) "xxxx" X1 avtomatlaşdırılması sexinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci ildə (əmr № 251, xx.xx.1997-ci il) 6-cı dərəcəli elektrik montyoru peşəsinə keçirilmiş, haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin dekabr ayınadək əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmadı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2001-ci il tarixli 4 nömrəli əmrinə əsasən xx.xx.2000- ci ildən "xxxx" Müştərək Müəssisəsi ləğv olunmuş və onun bazasında Qarasu Əməliyyat Şirkəti işə başlamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq güzəştli şərtlərlə əmək pensiyası təyinatı ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək məqsədəuyğun hesab edir. İş materiallarında olan X10 tərəfindən verilmiş Güzəştli şərtlərlə yasa görə pensiya hüququ verən peşələr üzrə is stajı haqqında xx.xx.2023-cü il tarixli 52 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı, Kayman adalarının Karasu Əməliyyat Şirkətində Elektrik avadanlıqlarına xidmət və istehsalatın avtomatlaşdırılması sexinin istehsalatın avtomatlaşdırılması sahəsində nəzarət-ölçü cihazları üzrə 4-cü dərəcə elektrik-çilingər vəzifəsində işləmişdir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir;
1. İstehsalın avtomatlaşdırıcı sexi: 6(altıncı) dərəcəli elektrik montyoru (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2000-xx.xx.2002 Neft qaz və qaz kondensatı hasilatında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru:(Neft qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2002-xx.xx.2009
2. Elektrik Avadanlıqları və avtomatika sexi: Nəzarət ölçü cihazları və avtomatika üzrə elektrik montyoru (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2002-xx.xx.2009
3. Elektrik avadanlıqları və avtomatika sexi:Avtomatika və nəzarət ölçü cihazları üzrə çilingər (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2009-xx.xx.2010
4. Elektrik avadanlıqları və avtomatika sexi: Nəzarət ölçü cihazları və avtomatika üzrə elektrik-çilingər (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2009-xx.xx.2021.
5. Elektrik avadanlıqlarına xidmət və istehsalın avtomatlaşdırıcı sexi: İstehsalatın avtomatlaşdırılması sahəsində nəzarət-ölçü cihazları üzrə 4-cü dərəcə elektrik-çilingər (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.2021-xx.xx.2022 Cəmi: 21 il. 3ay. 1gün
6. X4: İAS-nə 5(beşinci) dərəcəli elektrik montyoru qəbul edilib(Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.1996xx.xx.1998
7. İxtisası üzrə 5(beşinci) dərəcəli elektrik montyoru olmuşdur (Neft, qaz və qaz hasilatı obyektlərində və mədənlərdə,bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir) xx.xx.1998xx.xx.2000 Əmək kitabçasında göstərilən qeydlərə əsasən Cəmi: 4il. l0ay. Ümumi əmək stajı: 26il.1ay.1gün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qəranna və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxanşlar üzrə İddiaçı 26il.1lay.1gün imtiyazlı iş stajına malikdir.
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2.Neft, qaz və qaz kondensatının hasilatı a)fəhlələr: Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları;Mədənlərdə tərkibində kükürdlü hidrogen olan(l .5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər. neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasından və arxiv arayışlarından görünür ki, İddiaçı xx.xx.1979-ci ildən başlayaraq müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 288838/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 17 noyabr 2023-cü il tarixdə daxil olmuş 2-1 (120)-4246/2023 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “X10” nin ona dair 27 iyul 2023-cü ıl tarixli 52 nömrəli arayışında xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Azərpetoii” müştərək məssisəsinin İstehsalın Avtomatlaşdırılması sexində, xx.xx.2000-01.01,2002-ci il tarixləri arasındakı dövr ərzində İstehsalın avtomatlaşdırıcı sexində, xx.xx.2009xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində Elektrik avadanlıqları və avtomatika sexində elektrik montyoru vəzifəsində, xx.xx.2010- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi İstehsalın avtomatlaşdırıcı, Elektrik avadanlıqları və avtomatika sexlərinin fəaliyyət sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’mn neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxianması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) nəzərdə yuyulan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti sahəsinə, işlədiyi elektrik-çilingər vəzifəsi isə elektrik montyoriarı vəzifəsinə aid deyil. Bu səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (7 il (xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa, İddiaçı xx.xx.2022-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 59247,99 manat təşkil edir. Əlavə olaraq, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini təqdim etmişdir. İş materiallarında olan X10 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 04-2/006 nömrəli məktubunda qeyd edilmişdir ki, neft-qaz və qaz kondesantı hasilatında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorunun vəzifələri müxtəlif gərginliyə malik olan yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması, qurulması və mərkəzləşdirilməsi, daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və distansion idarə edilən istehsalat vahidlərinə xidmət edilməsi, texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb elektrik sxemlərinin, elektrik aparatlarının sazlanması, təmiri və tənzimlənməsi, təzyiq altında yağ və qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri, montajı və demontajı işlərinin aparılması, yüksək voltlu kabel şəbəkələrində epoksid uclarının ayrılması, mis və alüminium kabellər arasında birləşdirici muftaların montajı, əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatların və transformatorların kompleks sınağı, elektrik mühərriklərinin rotorunun balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması, bütün güclərdən elektrik mühərriklərinin diyirlədici podşipniklərinin şaberlənməsi, temperatur və təzyiqin avtomatik ölçülməsi cihazlarının nasazlıqlarının aradan qaldırılması və dəyişdirilməsi, elektrik qidalandırıcı kabel xətlərinin qaz borularında dəzgaha gətirilməsi, güc lövhələri və işıqlandırma qovşağının hazırlanması və quraşdırılması, gücü 500 kvt-a qədər olan fazalı rotorlu assinxron elektrik mühərriklərinin sökülməsi və yığılması, gücü 1000 kvt-a qədər olan qısa qapanmalı elektrik mühərriklərinin sökülməsi və yığılması, partlayış təhlükəsi olmayan gücü 50 kvt-a qədər olan elektrik mühərriklərinin sökülməsi, təmiri və yığılması, elektrik alətlərinin sökülməsi, təmiri və yığılması, lövbərlərin maqnit makaralarının, elektrik maşınlarının şotka tutumlarının təmiri və dəyişdirilməsi, transformator, elektrik açarı, reostat, idarə postu, maqnit buraxıcıları, əlaqələndiricilər, yeşiklərin və digər aparatların sökülməsi, təmiri, yanmış hissələrin çıxarılması ilə yığılması, tormoz aparatları və kənar açarların təmiri və quraşdırılması, qazıma qurğularının idarə stansiyası nəzarətçilərinin yoxlanılması, təmiri, yığılması və qurulması, qoşucu və ayırıcıların eyni zamanda söndürülüb yandırılması əlaqələrinin tənzimlənməsi, elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirakı, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi, kabellərin manometrlə izolə edilməsi vəziyyətinin yoxlanılması, xüsusi yükləyicilərin sökülməsi, təmiri və yığılması, gərginliyi 35 kvt-dan yuxarı olan kabel şəbəkələrinin giriş qurğuları və birləşdirici muftalarla quraşdırılması və təmiri, müxtəlif növ gərginliyi olan kabel xəttində kəmər qapanmalarının montajı, elektrik maşını və kabel qurğularının əmr- işarə aparatlarının təmiri, ayrı-ayrı detal və birləşmələrin və nasazlıqların aradan qaldırılması ilə quru qaynaq və yağ dəyişdirilməsi, qüsur transformatorlarının tam təmiri, rele mühafizəsi panellərində qüsurların yoxlanılması və aradan qaldırılması, sinxronlaşdırılmış və avtomatlaşdırılmış ötürücülü axın xəttinin təmiri və sazlanması, elektrik qaynağı maşınlarının təmiri və sazlanması, avtomatik distansiya idarəedilmənin elektrik sxeminin yoxlanması, təmiri və sazlanması, yüksək gərginlikli kabellərin zədələrinin tapılması, kəsilməsi və quraşdırılması, kosinus-finin artırılması üçün statistik kondensator tələbatın hesablanması, nəzarət-ölçü alətlərinin sazlanması və tənzimlənməsi işlərinin aparılması, ölçü transformatorlarının dəqiqlik sinfinin yoxlanılması və.s-dən ibarətdir.Nəzarət ölçü cihazları və avtomatika üzrə elektrik çilingərinin vəzifələri- AQM və CTP sistemləri BLOK-ların monuifoldlarına və elektrik avadanlığına nəzarət və təmir xidməti (quyuların işi üzrə dioqram alınması sistemi), avtomatika ölçüm bloklarında elektrik avadanlığını təmir nəzarət və xidməti (monifoldlar. seperator, EBM, BSKO sistemləri), avtomatika siqnal elektrik veriliş xəttlərində xəttlərin quraşdırılması təmiri, nəzarət və xidmət və.s-dən ibarətdir. Avtomatika və nəzarət ölçü cihazları üzrə çilingər və Nəzarət ölçü cihazları və avtomatika üzrə elektrik montyorunun vəzifələri- AQM və CTP sistemləri gərginlik cərəyan aparan sisntvlərinə nəzarət və təmir xidməti (quyuların işi üzrə dioqram alınması sistemi), avtomatika ölçüm bloklarında elektrik avadanlığını təmir nəzarət və xidməti (monifoldlar. seperator, EBM, BSKO sistemləri), avtomatika siqnal elektrik veriliş xətlərində xəttlərin quraşdırılması təmir, nəzarət və xidmət və.s-dən ibarətdir. İstehsalatın avtomatlaşdırılması sahəsində nəzarət-ölçü cihazları üzrə 4-cü dərəcə elektrik çilingərinin vəzifələri-şirkət üzrə avtomatika avadanlıqların, nəzarət-ölçü cihazlarının o cümlədən qoruyucu panellərin, ayırıcıların, kabel xətlərinin, işıqlanma dövrələrinin, kontaktorların, avtomat açarların, ölçü transformatorlarının quraşdırılması, dövrəyə qoşulması, sökülməsi, cari və profilaktik təmiri, texniki xidmət göstərilməsi, orta mürəkkəbli avtomatika avadanlıqların, nəzarətölçü cihazlarının, elektromaqnit, elektrodinamik, kenmatika və hərəkətli sistemini sökməklə, əsas hissələrini və qovşaqlarını hazırlamaqla və son şəklə salmaqla təmiri, quraşdırılması, tənzimlənməsi və sınanması, avtomatika avadanlıqların, nəzarət ölçü cihazların və ölçmə sistemini sökmək yaxud dəyişdirməklə, kinematikasını tənzimləməklə, onu dərəcələməklə yaxud yenidən dərəcələməklə təmiri, avtomatika avadanlıqların, nəzarət-ölçü cihazların idarəetmənin ölçü vasitələrində zədələnmələrinin təyin və onların aradan qaldırılması, cihazların hissələrinin bağlanması və birləşdirilməsində mürəkkəb sxemlərin nişanlanması və quraşdırılması, cihazlarım yoxlanması və sınaq zamanı mütləq və nisbi xətanın hesablanması və s.dən ibarətdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına baxış keçirilmiş və yuxarıda qeyd edilən vəzifələrə oxşar olaraq 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə dair hissədə a)fəhlələr- “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər”, “mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər”, “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər” vəzifələri müəyyən edilmişdir. İş materiallarında olan X9 LTD tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli, 95/02 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirkət 2009-cu il tarixdən fəaliyyətə başlamış və bundan öncə Kürovdağ neft yatağında neft hasilatı ilə məşğul olan müəssisələrin hüquqi varisi olmadığı üçün İddiaçı xx.xx.1983- xx.xx.1996-cı illərdə əmək funksiyaları barədə məlumat Şirkətdə mövcud deyil. İş materiallarında olan SOCAR-ın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-1/2-386/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, eyni mövzu ilə bağlı İddiaçı SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinə ünvanladığı xx.xx.2022-ci il tarixli, SOCAR**********10210033BƏ00401 nömrəli ərizəsinə müəssisədə müvafiq qaydada baxılmış və “Azneft” İB-nin xx.xx.2022-ci il tarixli, SOCAR**********10210033B00372 nömrəli “Müraciətə baxılmanın nəticəsi haqqında” məktubu ilə ona cavab verilmişdir. Sorğu məktubunda qeyd etdikləri ilə bağlı bildirilir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 11 avqust 2022-ci il tarixli, SOCAR**********80020123X00245 nömrəli arxiv arayışından müəyyən olunur ki, İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1983-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsində, "xxxx" X1 avtomatlaşdırılması sexində xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək elektrik montyoru peşəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə əsasən: - yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına (VTİSK) uyğun olaraq həyata keçirilir. İddiaçı "xxxx" X1 avtomatlaşdırılması sexində işlədiyi müddətdə peşəsinin adı elektrik montyoru olması ilə bağlı bildirilir ki, İstehsalatın avtomatlaşdırılması sexinin əsas fəaliyyətinə uyğun olaraq bu sexdə işləyən elektrik montyorlarının peşəsinin adı yerinə yetirilən işin xüsusiyyətlərinə əsasən VTİSK-da dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsi olaraq nəzərdə tutulduğuna görə, onun həmin müəssisənin İstehsalatın avtomatlaşdırılması sexində işlədiyi elektrik montyoru peşəsini dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsi olaraq nəzərə alınır. S.S. Əliyevin “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1983-cü il tarixindən xx.xx.1996-cı il tarixədək işlədiyi dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsi və "xxxx" X1 avtomatlaşdırılması sexində xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq etdiyi 1 və 2 №-li Siyahıların və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş Siyahının müvafiq istehsalat sahələri üçün nəzərdə tutulmuş (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və “Ümumi peşələr”) bölmələrində qeyd edilən peşələrlə eynilik təşkil etmir. Sorğu məktubunda qeyd etdiyi digər məsələ, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli, SOCAR**********80020123X00245 nömrəli arxiv arayışında qeyd edilən İddiaçı işlədiyi peşələrdə yerinə yetirdiyi işlərlə bağlı ətraflı məlumatın verilməsi ilə əlaqədar bildirilir ki, “Şirvanneft” NQÇİ-nin və "xxxx" Müştərək Müəssisəsinin vəzifə və peşə təlimatlarının adıçəkilən arxivdə saxlanılan sənədlərin siyahısında aşkarlanmadığına görə oxşar iş yeri olaraq, “Siyəzənneft” NQÇİ-də mövcud olan dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyorunun peşə təlimatını təqdim edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 74711/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X7 pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 129976/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “X10” nin ona dair 27 iyul 2023-cü il tarixli 52 nömrəli arayışında xx.xx.1996xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Azərpetoil” müştərək məssisəsinin İstehsalın Avtomatlaşdırılması sexində, xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində İstehsalın avtomatlaşdırım sexində, xx.xx.2009-xx.xx.2010cu il tarixləri arasındakı dövr ərzində Elektrik avadanlıqları və avtomatika sexində elektrik montyoru vəzifəsində, xx.xx.2010- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin çalışdığı sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) nəzərdə yuyulan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti sahəsinə, işlədiyi elektrik- çilingər vəzifəsi isə elektrik montyorları vəzifəsinə aid deyil. Bu səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (7 il (xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr) təşkil edir. İş materiallarında olan SOCAR-ın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-15/2-3215/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia tələbi üzrə zəruri olan məlumatların və sənədlərin məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığı məktuba baxılmış, müvafiq araşdırma aparılmışdır. Məktubda qeyd olunmuş eyni peşə üzrə əmək fəaliyyətində olmuş vətəndaş X8 arxiv arayışı verildiyi təqdirdə, İddiaçı icra etdiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrlə eynilik təşkil etməməsi barədə imtinanın verilməsi ilə bağlı bildiririk ki, iddiaçıya SOCAR tərəfindən xx.xx.2022-ci il tarixli, SOCAR**********80020123X00245 nömrəli arxiv arayışı (surəti əlavə olunur) təqdim olunmuşdur. Sözügedən arayışda digər vətəndaş X8 təqdim edilmiş arxiv arayışında olduğu kimi, iddiaçının sorğu edilən dövrdə işlədiyi müəssisələr və peşələrin adları qeyd edilməklə iş stajı barədə məlumatlar göstərilmişdir. Məktubda qeyd olunmuş iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq etdiyi 1 və 2 №-li Siyahıların və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş Siyahının müvafiq istehsalat sahələri üçün nəzərdə tutulmuş (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və “Ümumi peşələr”) bölmələrində qeyd edilən peşələrlə eynilik təşkil etməməsi ilə əlaqədar olaraq bildiririk ki, məktuba əlavə edilmiş SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli 14-2-1/2-386/2024 nömrəli məktubda iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrlə eynilik təşkil etməməsinin səbəbləri göstərilmişdir. Sözügedən məktubda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1983-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsində işləmişdir. Eləcə də, iddiaçının "xxxx" X1 avtomatlaşdırılması sexində xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi elektrik montyoru peşəsi dispetçer avadanlıqları və teleavtomatika üzrə olmuşdur. Belə ki, "xxxx" X1 avtomatlaşdırılması sexinin əsas fəaliyyətinə uyğun olaraq bu sexdə işləyən elektrik montyorlarının peşəsinin adı yerinə yetirilən işin xüsusiyyətlərinə əsasən tarif-ixtisas sorğu kitabçasında dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsi olaraq nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin və "xxxx" X1 avtomatlaşdırılması sexində dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsində işləmişdir ki, həmin peşələr yuxarıda istinad olunmuş Siyahının müvafiq istehsalat sahələri üçün nəzərdə tutulmuş (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və “Ümumi peşələr”) bölmələrində qeyd edilən peşələrlə eynilik təşkil etmir. Yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, iddiaçının icra etdiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrlə eynilik təşkil edib-etməməsi məsələsinə hazırkı iş üzrə cavabdeh tərəfindən izah verilməlidir. Belə ki, SOCAR tərəfindən iddiaçıya təqdim edilmiş arxiv arayışı əsasında iddiaçının icra etdiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrlə eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya imtina edilməsi, yaxud pensiyanın yenidən hesablanması və s. bu kimi məsələlər cavabdehin səlahiyyətindədir. İş materiallarında olan X9 LTD tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli, 448/08 nömrəli məktubunda qeyd edilmişdir ki, "X9 Ltd" Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatm pay bölgüsü haqqında saziş üzrə əməliyyat şirkəti qismində fəaliyyət göstərir və Sazişin qüvvəyə minmə tarixindən öncə bu yataqda işləmiş şirkətlərə dair sənədlər, o cümlədən işçilər barədə məlumatlar saxlanmamış və aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya arxivə təhvil verilmişdir. Məlumatlar "X9 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında olmadığı üçün sorğuya cavab vermək mümkün deyil. İş materiallarında olan SOCAR-ın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-1/2-1432/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “İddiaçı ilə eyni peşə üzrə əmək fəaliyyətində olmuş X8 SOCAR tərəfindən “iş stajı haqqında” xx.xx.2020-ci il tarixli, SOCAR**********80020123X00169 nömrəli arxiv arayışının verilməsi” ilə bağlı bildirilir ki, “Azneft” İstehsalat Birliyi tərəfindən vətəndaş X8 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına dair hər hansı bir sənəd təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun sığorta stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. Başqa sözlə işin hallarından və yuxarıda qeyd edilən sənədlərdən görünür ki, İddiaçı 12 il 6 aydan az güzəştli sığorta stajı olmasına baxmayaq, həmin illərin nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçının 25 ildən çox ümumi iş stajı olsa da, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay güzəştli iş stajının olmaması səbəbindən pensiya təyinatının həyata keçirilməsi mümkün deyil. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.8. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006- cı ilədək, yəni xx.xx.1982-xx.xx.2006-cı illərdə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən olunur ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilmir. Belə ki, ona məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-ci ildən başlayaraq müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan tərəfindən güzəştli iş stajı olaraq 12 il 6 aydan az (7 il (xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr) qəbul edilmişdir. İddiaçının keçmiş iş yoldaşı X8 məxsus pensiya işi tələb edilmişdir və iş materiallarına nəzər yetirildikdə müəyyən edilmişdir ki, X.İsmiyevə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı barədə arayış X9 LTD Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq X9 LTD tərəfindən qeyd edilmişdir ki, "X9 Ltd" Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatm pay bölgüsü haqqında saziş üzrə əməliyyat şirkəti qismində fəaliyyət göstərir və Sazişin qüvvəyə minmə tarixindən öncə bu yataqda işləmiş şirkətlərə dair sənədlər, o cümlədən işçilər barədə məlumatlar saxlanmamış və aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya arxivə təhvil verilmişdir. Məlumatlar "X9 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında olmadığı üçün sorğuya cavab vermək mümkün deyil. Bundan sonra SOCAR-ın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2- 15/2-3215/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia tələbi üzrə zəruri olan məlumatların və sənədlərin məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığı məktuba baxılmış, müvafiq araşdırma aparılmışdır. Məktubda qeyd olunmuş eyni peşə üzrə əmək fəaliyyətində olmuş vətəndaş X8 arxiv arayışı verildiyi təqdirdə, İddiaçı icra etdiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrlə eynilik təşkil etməməsi barədə imtinanın verilməsi ilə bağlı bildiririk ki, iddiaçıya SOCAR tərəfindən xx.xx.2022-ci il tarixli, SOCAR**********80020123X00245 nömrəli arxiv arayışı (surəti əlavə olunur) təqdim olunmuşdur. Sözügedən arayışda digər vətəndaş X8 təqdim edilmiş arxiv arayışında olduğu kimi, iddiaçının sorğu edilən dövrdə işlədiyi müəssisələr və peşələrin adları qeyd edilməklə iş stajı barədə məlumatlar göstərilmişdir. Məktubda qeyd olunmuş iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq etdiyi 1 və 2 №-li Siyahıların və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş Siyahının müvafiq istehsalat sahələri üçün nəzərdə tutulmuş (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və “Ümumi peşələr”) bölmələrində qeyd edilən peşələrlə eynilik təşkil etməməsi ilə əlaqədar olaraq bildiririk ki, məktubunuza əlavə edilmiş SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli 14-2-1/2-386/2024 nömrəli məktubda iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrlə eynilik təşkil etməməsinin səbəbləri göstərilmişdir. Sözügedən məktubda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin İstehsalatın avtomatlaşdırılması sexində xx.xx.1983-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsində işləmişdir. Eləcə də, iddiaçının "xxxx" X1 avtomatlaşdırılması sexində xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi elektrik montyoru peşəsi dispetçer avadanlıqları və teleavtomatika üzrə olmuşdur. Belə ki, "xxxx" X1 avtomatlaşdırılması sexinin əsas fəaliyyətinə uyğun olaraq bu sexdə işləyən elektrik montyorlarının peşəsinin adı yerinə yetirilən işin xüsusiyyətlərinə əsasən tarif-ixtisas sorğu kitabçasında dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsi olaraq nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin və "xxxx" X1 avtomatlaşdırılması sexində dispetçer avadanlıqları və teleavtomatika üzrə elektrik montyoru peşəsində işləmişdir ki, həmin peşələr yuxarıda istinad olunmuş Siyahının müvafiq istehsalat sahələri üçün nəzərdə tutulmuş (“Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və “Ümumi peşələr”) bölmələrində qeyd edilən peşələrlə eynilik təşkil etmir. Belə olan halda iddiaçı 12 il 06 aydan az güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət etmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hal-hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in -in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə tələb olunan minimum müddətdə çalışmasını sübut etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Göründüyü kimi, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti onun tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetiribyetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. Bu mənada məhkəmə etirazın dəlilləri ilə razılaşır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından və iş materiallarından da göründüyü kimi, İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 10 fevral 2020-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olmamasına əsaslanan cavabdehin imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 10 fevral 2020-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova