Məhkəmə qərarları › İş №2-1(120)-1467/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1467/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1467/2020 28.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X9, X14, X4, X5, Əliyeva Günay Söhbətalı qızının, X6, X7 və X2 ünvan 2, mənzil 16 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ünvan 2, 16 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X9, X14, X4, X5, Əliyeva Günay Söhbətalı qızının, X6, X7 və X2 mənzilin qeydiyyatından çıxarılmaları üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin ünvan 2, 16 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1467/2020 saylı qərardadı ilə X9, X14, X4, X5, Əliyeva Günay Söhbətalı qızının, X6, X7 və X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında iştirak edən İddiaçıizahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X15, X19, X10, X11, Əliyeva Günay Söhbətalı qızını, X12, X13 və X8onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X25, X27, X20, X21, Əliyeva Günay Söhbətalı qızı, X22, X23 və X16 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, ********** nömrəli çıxarşın surətini, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətini, yaşayış yerindən arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş ********** nömrəli çıxarışdan və xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 2, 16 nömrəli mənzili alqı-satqı yolu ilə aldıqdan sonra ********** nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2020-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər X25, X27, X20, X21, Əliyeva Günay Söhbətalı qızı, X22, X23 və X16 iddiaçıya məxsus ünvan 2, mənzil 16 ünvanında pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında elan edilmiş Cavabdeh məhkəməyə ünvanladığı məktubdan görünür ki, üçüncü şəxslər X25, X27, X20, X21, Əliyeva Günay Söhbətalı qızı, X22, X23 və X16 2010-cu il tarixdən ünvan 2, mənzil 16 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X24 **********66 nömrəli xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, üçüncü şəxslər X9, X14, X4, X5, Əliyeva Günay Söhbətalı qızının, X6, X7 və X2 mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması barədə məlumat yoxdur. Məhkəmə iclasında elan edilmiş Azərbaycan RespublikasınınƏdliyyə Nazirliyi Şirvan şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/13-177 nömrəli məktubunun məzmunundan görünür ki, üçüncü şəxslərin iddiaçı ilə qohumluq əlaqələrinin olubolmaması barədə məlumatı aşkar etmək mümkün deyildir. Məhkəmə iclasında elan edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin 16-cı maddəsindən görünür ki, X25 xx.xx.2019-cu il tarixinədək ünvan 2 ünvanda yerləşən 16 mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında elan edilmiş ərizələrdən görünür ki, üçüncü şəxslər X27, X20, X21, Əliyeva Günay Söhbətalı qızı, X22, X23 və X1 şəhəri, Xaqani küçəsi, ev 22 ünvanda yerləşən 16 mənzilin satılmasına və həmin mənzildən qeydiyyatdan çxmalarına razılıq vermişlər. Məhkəmə iclasında elan edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə X26 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 509 saylı arayışından görünür ki, X25, X27, X20, X21, Əliyeva Günay Söhbətalı qızı, X22, X23 və X1 şəhəri, Xaqani küçəsi, ev 22, mənzil 16 ünvanda yaşamırlar. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 2, mənzil 16 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X9, X14, X4, X5, Əliyeva Günay Söhbətalı qızının, X6, X7 və X2İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən 16 nömrəli mənzilin (Yeni qaydalarla: AZ1800 Şirvan şəhəri, Xaqani Şirvani küçəsi 222, M3, m2) pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar