Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-147/2023 27.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi XX katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Üçüncü şəxs X10 və X15 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 06 nömrəli qərarının X3, X16, X11, X17, X18 və X20 aid Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi və 0,11(1147 kv.m) ha həyətyanı torpaq sahəsi hissəsində dəyişdirilməsi, həmin hissədə adı çəkilən şəxslərin qərardan çıxarılması, 0,11 ha (1147 kv.m) torpaq səhəsinin həyətyanı torpaq sahəsi kimi, 0,23 ha torpaq sahəsinin 0,22 ha hissəsinin pay torpaq sahəsi kimi İddiaçı adına qeyd edilməsi” barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarının X3, X16, X11, X17, X18 və X20 aid Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi və 0,11(1147 kv.m) ha həyətyanı torpaq sahəsi hissəsində dəyişdirilməsi, həmin hissədə adı çəkilən şəxslərin qərardan çıxarılması, 0,11 ha (1147 kv.m) torpaq səhəsinin həyətyanı torpaq sahəsi kimi, 0,23 ha torpaq sahəsinin 0,22 ha hissəsinin pay torpaq sahəsi kimi İddiaçı adına qeyd edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin 16 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdehnə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və Cəlilabad rayon Muğan bələdiyyəsinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddiaçı, iddia tələbi və Cavabdeh olduğu kimi saxlanılmış, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Cəlilabad rayon Muğan bələdiyyəsi cavabdehlər sırasından çıxarılmış, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Cəlilabad rayon Muğan bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 17 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarının dəyişdirilməsi” tələbinə dair iş üzrə X5, X24, X21, X25, X26 və X29 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 avqust 1973-cü il tarixdə Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşdur. Daim kənddə yaşamışdır, sovxoz vaxtında sovxozda işləmişdir. xx.xx.1991-ci il tarixdən ayrı təsərrüfat kimi fəaliyət göstərir. Ötən əsrin 90-cı illərində torpaq islahatı həyata keçirilərkən ona Cəlilabad rayonunun Maşlıq kəndində həyətyanı və pay torpağı olaraq ümumilikdə 0,415 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0,12 hektarını həyətyanı torpaq sahəsi, 0,295 hektarını isə ona düşən pay torpağ sahəsi təşkil etmişdir. Belə ki, hələ 1998-ci il torpaq islahatından bir neçə il əvvəl Cəlilabad Rayon XDS İK-nin 10 fevral 1992-ci il tarixli, 166 nömrəli qərarına əsasən, “Bakı fəhləsi” adına Üzümçülük Sovxozunun direktorluğunun xx.xx.1992-ci il tarixli, 14 nömrəli əmri ilə ona Cəlilabad rayonu, Maşlıq kəndində 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 30 ilə yaxın vaxtdır, yəni verildiyi tarixdən fasiləsiz və etirazsız olaraq onun sahibliyində və istifadəsindədir, halhazırda da faktiki olaraq ona məxsusdur. İlkin hüquq müəyyənedici sənədlər Azərbaycan Respublikası Cəlilabad Rayon Dövlət Arxivinin 07 iyun 2019- cu il tarixli 188 saylı Arxiv arayışı ilə və “Bakı fəhləsi” adma Üzümçülük Sovxozunun direktorluğunun xx.xx.1992-ci il tarixli, 14 nömrəli əmrindən çıxarışla təsdiq edilir. Verilmiş həmin 0,12 ha həyətyanı torpaq sahəsi yalnız sənədlərlə deyil, eyni zamanda səlahiyyətli şəxslərin iştirakı ilə real olaraq, naturada ölçülüb ona təhkim edilmişdir. Bu barədə 24 iyul 1996-cı il tarixdə X47 tərtib edilmişdir. Pay torpağının verilməsinə gəldikdə isə bununla əlaqədar qeyd edir ki, torpaq islahatı aparılan vaxt yaşadığı Cəlilabad rayonunun Maşlıq kəndində adam başına düşən torpaq norması 0,295 ha olmuşdur. Bu normaya uyğun olaraq ona da Cəlilabad rayon Aqrar İslahat Komissiyası tərəfindən 1998-ci ilin yayında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndlərində 0,295 hektar pay torpağı verilmişdir. Lakin, pay torpağının verilməsi bir çoxları kimi onun üçün də nisbətən fərqli şəkildə aparılmışdır. Belə ki, torpaq islahatı aparılan vaxt artıq onun istifadəsində 0,22 hektar zəbt torpaq sahəsi var idi. Bunu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli arayışı da təsdiq edir. Həmin 0,22 ha torpaq sahəsində 2005-ci il tarixdə ev də tikmişdir. Buna görə də, yəni istfadəsində 0,22 ha zəbt torpaq sahəsi olduğundan ona pay torpağı normasının (0,295 ha) çatışmayan hissəsi kimi 0,08 ha (Torpaq sahəsinin planı və ölçüsü sənədində 0,075897 ha, Çıxarışda 0,0759 ha göstərilmişdir) torpaq sahəsi də verildi ki, norma tam olsun (0,0759 ha + 0,22 ha = 0,295 ha). Ona bildirilib ki, həmin 0,22 ha torpaq sahəsi artıq zəbt torpaq deyil, ona düşən pay torpaq sahəsinin bir hissəsidir. Lakin, o zaman ona faktiki olaraq verilmiş 0,295 ha pay torpağının hamısına deyil, yalnız 0,08 ha hissəsinə JN - 1031 saylı (KOD ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Sonra Torpaq sahəsinin planı və ölçüsü, daha sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verildi (Reyestr nömrəsi: **********33, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2019) Dövlət Aktı verilərkən (islahat vaxtı) ona bildirilb ki, bir müddət sonra həmin pay torpağının 0,22 ha hissəsinə də sənəd veriləcək. Təxminən 23 ildir ki, həmin torpağ sahəsi pay torpağı kimi onun sahibliyində və istifadəsindədir. 2019-cu il tarixdə uzun illərdən bəri, yəni 22 ildir fasiləsiz və etirazsız sahibliyində və istifadəsində olan 0,295 ha pay torpağının sənədləşdirilməmiş 0,22 ha hissəsinə, o cümlədən Cəlilabad Rayon XDS İK-nin 10 fevral 1992-ci il tarixli, 166 nömrəli qərarına əsasən, “Bakı fəhləsi” adına Üzümçülük Sovxozun direktorluğunun xx.xx.1992-ci il tarixli, 14 nömrəli əmri ilə ona verilmiş, 30 ilə yaxın müddətdir eyni qaydada, yəni fasiləsiz və etirazsız sahibliyimdə və istifadəsində olan 0,12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarını rəsmiləşdirmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsininə müraciət etmişdir. Müraciətinə cavab olaraq İdarədən ona bildirilb ki, müayinə olunan 0,12 ha torpaq sahəsi təhkim aktı ilə uyğunsuzluq təşkil edir, torpaq sahəsi üzərində başqaları ilə mübahisə vardır, 0,22 ha torpaq sahəsinin isə hüquq müəyyənedici sənədləri yoxdur. İdarə tərəfindən onun pay torpağının yalnız 0,075897 ha hissəsinə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin plan və ölçüsü və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış verildi. Beləliklə, uzun illərdir qanuni əsaslarla ona məxsus, istifadəsində və sahibliyində olmuş torpaq sahələrindən yalnız bir hissəsinə, pay torpağının 0,0759 ha hissəsinə mülkiyyət hüququ təsdiq olunaraq sənədləşdirilmişdir. Pay torpağının 0,22 ha hissəsinə və yuxarıda qeyd etdiyi hüquqi sənədlər əsasında ona məxsus olan 0,12 ha həyətyanı torpaq sahəsinə sənəd ala bilməmişdir. Araşdırmalar nəticəsində məlum oldu ki, ona məxsus 0,12 ha torpaq sahəsi və pay torpağının 0,22 ha hissəsi anası və qardaş-bacıları tərəfindən qanunsuz şəkildə özününkiləşdirilib. Belə ki, onlar Muğan Bələdiyyəsi ilə əlaqəyə girərək ilkin hüquq müəyyənedici sənədləri onun adına olan, reallıqda da faktiki olaraq ona məxsus, başqa sözlə uzun illərdir faktiki mülkiyyətində olan torpaq sahələrini qanunsuz olaraq öz adlarına sənədləşdirilmişlər. Halbuki onların adlarına həmin torpaq sahələri ilə bağlı heç bir ilkin sənədlər mövcud deyil (xüsusilə Dövlət Aktı). X9 2003-cü ilin mart ayının 30-da vəfat etmişdir. Göstərilən qanunsuzluqlar onun vəfatından bir neçə il sonra həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda bildirilir ki, “Həmin 0,22 ha torpaq sahəsi Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən X22 və onun ailə üzvlərinin adna 0,23 ha həyətyanı torpaq sahəsi kimi JN-214B saylı şəhadətnamə tərtib edilmiş və onun əsasında Cəlilabad Ərazi İdarəsi tərəfindən 08 yanvar 2019-cu il tarixdə çıxarış verilmişdir. Həmçinin sözü gedən 0,12 ha həyətyanı torpaq sahəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən X22 və onun ailə üzvlərinin adna 0,11 ha (1147 kv.metr) həyətyanı torpaq sahəsi kimi JN-214C saylı şəhadətnamə tərtib edilmişdir”. İdarə tərəfindən verilmiş cavabla bağlı bütün məsuliyyətilə bildirir ki, hər iki torpaq sahəsi üzrə Xudaverdiyev Kamil və onun ailə üzvlərinin adına verilmiş mülkiyyət sənədləri həm faktiki hallar baxımından, həm də hüquqi tənzimləmə nöqteyi-nəzərdən əsaslı, yuridik deyil, qanunsuz sənədlərdir. Çünki, əvvəla hər iki torpaq sahəsi ilk gündən faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Torpaq sahələrindən daim istifadə etməyi, əkib becərməyi, 0,12 ha həyaətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin bu gün də qüvvədə olması, yəni bu vaxta qədər nəinki etibarsız hesab edilməməsi, yaxud ləğv edilməməsi ümumiyyətlə mübahisələndirilməməsi, 0,22 ha torpaq sahəsində ev tikməyi və ötən 30 ilə yaxın müddət ərzində hər hansı bir etirazla qarşılaşmamağı bunun əyani sübutudur. Digər tərəfdən, onun bu torpaqlardan başqa nə həyətyanı sahəsi, nə də pay torpağı yoxdur, yəni yalnız Cəlilabad Rayon XDS İK-nin 10 fevral 1992-ci il tarixli, 166 nömrəli qərarına əsasən, “Bakı fəhləsi” adma Üzümçülük Sovxozun direktorluğunun xx.xx.1992-ci il tarixli, 14 nömrəli əmri ilə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi varımdır və 0,295 ha pay torpağı islahat zamanı ona verilmişdir. Qeyd edilən ölçülərdə torpaq sahələrinin ona - həmin kənddə doğulmuş, boya-başa çatmış, işləmiş, həmin kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşı kimi, həm də islahat zamanı ayrı təssərrüfat olan bir kənd sakini kimi ona verilməsinindən doğal və hüquqi, verilməməsindən absurd və qanunsuz nə ola bilərdi axı. Hansı əsasla ona həyətyanı torpaq sahəsi verilməməlidir, yaxud o, nəyə görə pay torpağı bölgüsündən kənarda qalmalıdır. Qeyd edir ki, pay torpaq sahəsinin 0,0759 ha hissəsinə Dövlət Aktı verilsə də, 0,22 ha hissəsinin sənədləşdirilməsi o vaxt Ümummilli liderimiz tərəfindən həyata keçirilən dövlət siyasətinə zidd olaraq vətəndaş hüquqlarına bürokratik yanaşmanın bariz nümunəsi kimi, aparılmamış, sonraya saxlanılmışdır. Məhz o bürokratiyanın nəticəsidir ki, bu gün müvafiq dövlət orqanı tərəfindən ona “hüquqmüəyyənedici sənədlər yoxdur” şəklində cavab verilir. Öz vəzifələrini səhlənkarlıqla və digər qanunsuz maraqlar üzərində, həm də aparılan dövlət siyasətinə adekvat olmayan formada icra edən məmurların belə özbaşınalıqlarının acı nəticələrini vətəndaşlar deyil, həmin məmurlar yaşamalıdırlar və yaşayırlar, bunun əyani təsdiqi olaraq son dövrlər tez-tez bu mənzərənin şahidi oluruq. Qeyd etdiyi kimi, həyətyanı sahə kimi 0,12 ha torpaq sahəsi üzərində hüquqlarımı təsdiq edən, Cəlilabad Rayon XDS İK-nin hazırda da qüvvədə olan, yəni qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş, ləğv edilməmiş 10 fevral 1992-ci il tarixli, 166 nömrəli qərarı və həmin qərar əsasında qəbul edilmiş, eyni prezumpsiya statusuna malik olan “Bakı fəhləsi” adma Üzümçülük Sovxozunun direktorluğunun xx.xx.1992-ci il tarixli, 14 nömrəli əmri var. Bu sənədlər ilkin hüquqi sənədlərdir. Bəs həm pay torpaq sahəsinə, həm də həyətyanı torpaq sahəsinə münasibətdə adlarına qanunsuz yolla “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr və çıxarışlar verilmiş şəxslərin hansı ilkin hüquqi sənədləri var? Yoxdur belə sənədlər və ola da bilməz, çünki, həmin şəxslərin (anası, qardaşları, bacıları) mülkiyyətində 1,81 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi, o cümlədən, 0,09 ha və 0.1657 ha torpaq sahələri vardır. Bundan əlavə, hələ ötən əsrin 70-ci illərindən mərhum X9nun adına olan 0,25 ha həyətyanı torpaq sahəsi və 0,26 ha zəbt torpaq sahəsi də onun ailə üzvülərinin istifadəsində və mülkiyyətindədir. Yəni, sözügedən torpaq sahələrinə qanunsuz sənəd əldə edənlərin normadan da artıq pay torpaq sahələri və həyətyanı torpaq sahələri var. Hazırda ayrı təsərrüfat olmağıma baxmayaraq sənəd əsasında onun mülkiyyətində cəmi 0,0759 ha torpaq sahəsi, ayrıca təsərrüfat olmayan həmin şəxslərin hər birinin mülkiyətində və istifadəsində isə təxminən 0,43 ha torpaq sahəsi vardır. Yəni təxminən altı dəfə çox. Belə kəskin fərqin mövcudluğu da, yəni onun torpaq sahəsinin normadan aşağı, adı çəkilən şəxslərin torpaq sahələrinin normadan artıq olması ona verilmiş pay torpaqlarının qanunsuz olaraq onların adna sənədləşdirilməsindən xəbər verir. Belə ki, adları çəkilən şəxslərə normaya uyğun torpaq sahələri verilsə də, onlar bununla kifayətlənməyib Muğan bələdiyyəsinin o vaxtkı sədri Rasim Həsənovun və əmlak sektorunda səlahiyyətli olan digər vəzifəli şəxslərin köməyi ilə ona məxsus pay və həyətyanı torpaq sahələrini də qanunsuz olaraq öz adlarına yazdırmışlar. Pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar verdiyi iddia ərizəsinə Cəlilabad Rayon Məhkəməsində baxılarkən məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən məhkəməyə daxil olmuş sənədlərdən məlum olmuşdur ki, qanunsuz sənədləşdirməyə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə başlamışlar. Bundan sonra tərəfimdən Cəlilabad Rayon Məhkəməsinə əvvəlki tələblər qüvvədə qalmaqla (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin və Çıxarışların ləğv edilməsi və mübahisəli torpaqlara mülkiyyət hüququnun tanınmasına dair tələblər) “Cavabdeh işə cavabdeh qismində cəlb edilməsi, Cəlilabad rayon Aqrar İslahatı Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarının X27, X4, X16, X28ma, X17, X30ma və X20 aid - 0,23 ha həyatyanı torpaq sahəsi və 0,11 (1147 kv.m) ha həyətyanı torpaq sahəsi hissəsində ləğv edilməsi” tələbi şəklində İddia ərizəsinə əlavə verilmişdir. Cəlilabad Raon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-560/2021 saylı qərardadı ilə həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Xitam barədə qərardadın verilməsi mübahisənin inzibati xarakterli olmasından və işə inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə, inzibati məhkəmələrdə baxılmalı olmasından irəli gəlmişdir. Cəlilabad Rayon Məhkəməsinin həmin qərardadını xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə almışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Onu da bildirim ki, ona məxsus torpaq sahələri adlarına sənədləşdirilmiş şəxslərin özlərinə Cəlilabad rayon Aqrar İslahatı Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarı əsasında norma daxilində pay torpaqları və həyətyanı torpaq sahələri verildiyindən qanunsuz sənədləşdirmənin sonradan aparılması az inandırıcı görünmür. Qeyd edilənlərdən də göründüyü kimi, ilkin hüquqi sənədlərə uyğun və eyni zamanda faktiki olaraq həyətyanı torpaq sahəsinə, o cümlədən normaya uyğun pay torpaq sahəsinə malik olsa da Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarının həmin torpaq sahələrinə münasibətdə qanunsuzluğu sözügedən torpaq sahələrinə mülkiyyət hüququ əldə etməyini çətinləşdirir. Başqa sözlə, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarında müvafiq dəyişiklik, yaxud düzəliş aparılmadığı təqdirdə o, maddi rifahımı təmin edən, onun üçün uzun illərdən bəri dolanışıq mənbəyi olan və bir vətəndaş olaraq halal haqqı, hüququ sayılan torpaq sahələrindən məhrum olacaq, bu isə onun konstitusiyamızda və qanunlarımızda nəzərdə tutlmuş hüquqlarının ciddi şəkildə pozulması demək olacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli Ekspert rəyinə əsasən iddiaçı olaraq onun iddia etdiyi 0,12 ha həyətyanı torpaq sahəsi Cəlilabad rayonu, Maşlıq kəndinin kompleks yerquqruluşu layihəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN - 214C nömrəli Şəhadətnamyə görə X22, X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə, 0,22 ha zəbt torpaq sahəsi isə elektron məlumat bazasında xx.xx.2019-cu il tarixli, ********** qeyydiyat və **********79 reyestr nömrəli X6 və ailə üzvlərinin (6 nəfər) mülkiyyətində olan 0,23 həyətyanı torpaq sahəsi ilə tamamilə üst-üstə düşür. Odur ki, qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi həm işin faktiki hallarına, həm də bu sahədəki qanunvericilk normalarının tələblərinə uyğundur və təmin edilməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 nömrəli qərarı X27, X7ma, X16, X28ma, X17, X30ma və X20 aid - 0,23 ha həyatyanı torpaq sahəsi və 0,11 (1147 kv.m) ha həyətyanı torpaq sahəsi hissəsində dəyişdirilməli, həmin torpaq sahələri İddiaçı adna rəsmiləşdirilməlidir. Odur ki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia qarşı etiraz verərək qeyd etmişdir ki, Cəlilabad rayon Muğan kənd sakini İddiaçı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi öhdəliyi ilə bağlı Cavabdeh qismində qoyulmasını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli fərmanı ilə “X48 Komissiyasının yaradılması haqqında” 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı, “Azərbaycan Respublikası X48 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1995-ci il 14 aprel tarixli, 313 nömrəli fərmanları qüvvədən düşmüş hesab edilmişdir. Ləğv edilən Azərbaycan Respublikası X48 Komissiyasının müvafiq sənədləri, X42 X35 Ağentliyinin sənədləri və əmlakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilmişdir. Yuxarıda göstərilən Fərmanlara əsasən Cavabdeh qismində çıxış edə bilməz. Qeyd edilənlərə əsasən İddiaçı iddia ərizəsinin məhkəmə qaydasında araşdırılmasına etiraz edirik. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin, Cəlilabad rayon Muğan bələdiyyəsinin nümayəndələri və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin, Cəlilabad rayon Muğan bələdiyyəsinin nümayəndələrinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun olaqraq izahat verərək bildirdi ki, 1992-ci ildən torpaqlar onun istifadəsindədir, qardaşları ona aid sənədlər əsasında torpaqları sənədləşdiriblər onun xəbəri olmadan, islahat kommisiyasının şəhadətnaməsindən xəbəri olmayıb, əvvəllər torpaq sahəsini sənədləşdirmək istəyəndə ona bildirilib ki, torpaq sahələri zəbt deyil artıq onundur. Qeyd edilənlərə əsaslanaraq iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X24 və X29 iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-1031 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0,08 hektar torpaq sahəsi Cəlilabad rayonu, Maşlıq kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-789 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Cəlilabad rayonu Maşlıq kənd sakini X27, X2, X16, X11, X17, X18 və X20 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə 1.81 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-214A (kod ********) nömrəli şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayonu Maşlıq kənd sakini X27, X2, X16, X11, X17, X18 və X20 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.17 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-214B (kod ********) nömrəli şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayonu Maşlıq kənd sakini X27, X2, X16, X11, X17, X18 və X20 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.23 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-214C (kod ********) nömrəli şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayonu Maşlıq kənd sakini X27, X2, X16, X11, X17, X18 və X20 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.11 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Maşlıq kəndində 0. 9 hektar yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrdə 68 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Maşlıq kəndində 0.23 hektar yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə X15, X10, X12, X13, X31 və X1 adına daşınmaz əmlakın dövlət reyestrdə 92 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Maşlıq kəndində 0.1657 hektar yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə X1, X15, X10, X12, X13, X31 və X22 adına daşınmaz əmlakın dövlət reyestrdə 91 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, 23/2727 nömrəli arayışın surətindən görünür ki, İddiaçı adına Cəlilabad rayonu Maşlıq kəndində 2-ci keyfiyyət qrupuna aid 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.22 ha zəbt torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Maşlıq kəndində 0.0759 hektar kənd təsərrüfatı torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrdə 110 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)- 55/2020 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 yanvar 2022-ci il tarixli, **********05 nömrəli məktubuna əlavə olunmuş Cəlilabad rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş “Bakı Fəhləsi” Y.İ.E.M-nin ərazisində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, 0,25 ha həyətyanı torpaq sahəsi X22, X1, X10, X8, X12, X14 və X15 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarını mübahisələndirir və iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh qeyd edərək Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarının X3, X16, X11, X17, X18 və X20 aid Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi və 0,11(1147 kv.m) ha həyətyanı torpaq sahəsi hissəsində dəyişdirilməsi, həmin hissədə adı çəkilən şəxslərin qərardan çıxarılması, 0,11 ha (1147 kv.m) torpaq səhəsinin həyətyanı torpaq sahəsi kimi, 0,23 ha torpaq sahəsinin 0,22 ha hissəsinin pay torpaq sahəsi kimi İddiaçı adına qeyd edilməsini xahiş edirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası X48 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X48 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X48 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X48 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası X48 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı mübahisləndirmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyündən onların iddiası mümkün sayılmamalıdır. Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) aşağıdakı kimi öz əksini tapmışdır: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Eyni zamanda məhkəmə qeyd edir ki, "X46 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 206 nömrəli Fərmanı ilə qüvvədən düşmüş hesab edilmişdir. Aqrar islahat komissiyalarının hüquqi varisi müəyyən edilmədiyindən Cavabdeh hazırkı iş üzrə yerli aqrar islahat komissiyasının hüquqi varisi hesab edilə bilməz. Məhkəmə iddia tələbinin “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 06 nömrəli qərarının X3, X16, X11, X17, X18 və X20 aid Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi və 0,11(1147 kv.m) ha həyətyanı torpaq sahəsi hissəsində dəyişdirilməsi, həmin hissədə adı çəkilən şəxslərin qərardan çıxarılması, 0,11 ha (1147 kv.m) torpaq səhəsinin həyətyanı torpaq sahəsi kimi, 0,23 ha torpaq sahəsinin 0,22 ha hissəsinin pay torpaq sahəsi kimi İddiaçı adına qeyd edilməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 05 oktyabr 2021-ci il tarixli, 2-1(120)-1762/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(120)-1762/2021 və xx.xx.2022-ci il tarixli, 2-1(120)- 376/2022 nömrəli məktublarla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı hüquqi yardım məktublarını poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi qərarın varlığından məlumatının olmadığını bildirsə belə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-55/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. Belə ki, iddiaçı artıq tərəfindən mübahisələndirilən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarından 2020-ci il tarixdən məlumatı var idi. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-147/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-147/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver