Məhkəmə qərarları › İş №2-1(120)-1470/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1470/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1470/2021 20.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sabirabad X1rşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 20 oktyabr 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Sabirabad X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə informasiya sorğusuna cavab vermək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı cavabdeh Sabirabad X1rşı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə informasiya sorğusuna cavab vermək öhdəliyinin qoyulması barədə qərar çıxarılması, onun qüvvədə olan qanunlara hörmətlə yanaşmasını, onun Konstitusyon hüquqlarının təmin olunması üçün müvafiq tədbirlər görməklə idarə rəisini qanunlara tabe olmağa, idarə rəhbərinin bu və ya digər dolayısı yollarla informasiya sorğusundan yayınması ilə bağlı barəsində müvafiq ölçü götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Qanunu Konstitusiyasına və İnformasiya əldə etmək haqqında Qanuna əsasən Sabirabad Dövlət X12 direktoru cənab X5 12 iyul 2021-ci il tarixində elektron qaydada (İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən) informasiya sorğusu ünvanlamışdır. Mövcud Qanunlara əsasən informasiya sahibi sorğu edilən informasiyanı vaxtında və operativ olaraq sorğu verənə çatdırmalıdır. İnformasiya əldə etmək haqqında Qanunun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətə lakin 7 iş günündən gec olmayaraq infonnasiya sahibi tərəfındən informasiya verənə ötürülməlidir. O, cavabdehə onun barəsində yaranan və rəhbər olduğu X15 İnkişaf Mərkəzi ilə bağlı 16 sual ünvanlamış, ünvanladığı informasiya sorğusu dövlət, şəxsi həyat və yaxud ailə sirrli xarakterli deyildir. Cavabdehin informasiya sorğusuna vaxtında cavab verməməsi qanunun əsaslarını pozması və vəzifə səlahiyyətlərini düzgün icra etmək istəməməsi öhdəliyini X4 üzərinə götürməsindən xəbər verir. Hesab edir ki, İnzibati Məhkəmə orqanı Sabirabad Dövlət X12 rəhbərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardad qəbul etməli, Azərbaycan Respublikası Prezidentinə və X9 təqdim etməlidir. O, sorğusunda aşağıdakı sualları ünvanlamışdı: 1) X15 İnkişaf Mərkəzində (DAİM) 2019- 2020 və 2020-2021-ci illərdə fermerlərə ayrılan (əkin sahələrinin əkilməsinə görə) subsidiyanın tam həcmi nə qədər olub? 2) Sabirabad DAİM-in Sabirabad rayon ərazisində qeydə aldığı əkilmiş torpaq sahələrinin 2019- 2020 və 2020-2021-ci illərdə sahəsi hektarla və həmin sahələrə görə ayrılan vəsaitin tam həcmi göstərilməklə. 3) Sabirabad DAİM tərəfindən monitorinq edilmiş əkin sahələrində (taxıl və digər bitkilər ayrı-ayrılıqda) nə qədər 2019-2020 və 2020-2021-ci illərdə əkin sahəsi olmuşdur? Əkin sahəsi kimi qeydə alınmış və dövlət tərəfindən subsidiya ayrılmış lakin əkin əkilməmiş sahə nə qədər olmuşdur? 4) Sabirabad DAİM tərəfindən fermerlərə ayrılan subsidiya hesabında nəğdləşdirilməsi qadağan olunmuş (kimyəvi maddələr, gübrələr və s. üçün) vəsaitlərin həcmi 2019-2020 və 2020-2021-ci illərdə nə qədər təşkil etmiş? Həmin kimyəvi maddələrin və gübrələrin torpağa verilməsinə DAİM tərəfindən necə nəzarət edilir? 5) Sabirabad DAİM-in fermerlərə əkin sahələri üçün ayırdığı gübrə və kimyəvi maddələrin ünvanına düzgün çatmaması və həmin aqreqatların qara bazarda və ya ayrı-ayrı işbazlar tərəfindən ələ keçirilməsi hallarını müşahidə etmisinizmi? Etmisinizsə hansı tədbirləri görmüsünüz? Bu qanunsuz əməllərdə siz də maraqlı olmusunuzmu? 6) Sabirabad DAİM tərəfindən fermerlərin əkin sahələrinə kimyəvi maddələrin və gübrələrin verilməsinə necə nəzarət edilir? Bu məqsədlə hansı komissiyanız fəaliyyət göstərir və bu işə məsul şəxs kimdir? 7) Sabirabad DAİM-in 2019-2020 və 2020-2021-ci illərdə dövlət tərəfindən ayrılmış daxilolmalar nə qədər təşkil etmişdir (manatla göstərilməklə)? Həmin vəsaitin xərclənməsini əks etdirən maliyyə arayışı? 8) Sabirabad DAİM tərəfindən dövlət hesabına verilən subsidiya vəsaitləri ünvanlara tam çatıbmı? Əkilməmiş neçə hektar torpaq sahəsi barədə yalançı bəyannamələr verilmişdir? Həmin bəyannamələrin verilməsində marağınız olmuşdurmu? 9) Sabirabad DAİM-də çalışan personal və müqavilə əsasında çalışan işçilərin ayrı-ayrılıqda (tutduğu vəzifə, yaş və təhsili göstərilməklə) sayı nə qədər olmuşdur? 10) Sabirabad DAİM-in nəznində olan texnikalar barədə məlumat? Onların günlük və aylıq istifadə etdiyi yanacaq (litr və qiymətlə göstərilməklə) nə qədər olmuşdur? 11) Sabirabad DAİM-in istifadəsiz vəziyyətə düşmüş texnikaları və matorluları barəsində məlumat? Həmin texnikanın istifadəsiz vəziyyətə düşməsini əks etdirən arayışlar? 12) Müqavilə əsasında meşəsalma və dövlət torpaqları ərazisində əkilmiş əkinlər üçün subsidiya ayrılıbmı? Ayrılıbsa nə qədər sahə üçün? Əkilən sahələr hansı mütəxəssisləriniz tərəfindən monitorinq olunub? 13) Qanun, Dövlət və meşə torpaqlarına, o cümlədən örüş sahələrini qanunsuz əkmiş şəxslərə subsidiya ayırmağa səlahiyyət verirmi? Vermirsə qonşu rayonların sərhədləri istiqamətində yüzlərlə hektar əkilmiş torpaq sahələrinin subsidiya bəyannaməsini Kənd Təsərrüfatı Nazirliyinə işçiləriniz tərəfindən necə məlumatı verilmişdir? 14) Fermerlərə ayrılan subsidiya vəsaitindən sizin payınız nə qədər təşkil etmişdir? 15) Fermerlərə ayrılan subsidiya-fermer kartlarında nəğdləşdirilməsi qadağan edilmiş vəsaitlərin qanunsuz yolla nəğdləşməsi üçün dostlarınız və qohumlarınızın adına təsis etdirdiyiniz MMC-lər barədə dedi-qodu, söz-söhbətlərə münasibətiniz? 16) Sabirabad DAİM-də kənd təsərrüfatı sahələrinə xidmət göstərmək məqsədi ilə qeydə alınmış MMClərin siyahıları? (Nə vaxt? Kimin təsis etdiyi MMC qeydiyyata alınıb və fermerlərə göstərdikləri xidmətə görə fermerlərin kartlarından silinən vəsaitin ümumi icmalı? Eyni zamanda hər bir MMC üzrə fermer kartlarından silinən vəsait 2019-2020 və 2020-2021-ci illərdə nə qədər təşkil etmişdir? Qanunsuzluqlara yol verməklə informasiya sorğusuna cavab vermək istəməyərək sorğuya cavab verməkdən yayınan Sabirabad Dövlət X12 direktoru cənab X4 bu hərəkəti Azərbaycan Qanunlarına tabe olmamasının bariz nümunəsidir. Beləliklə hesab edir ki, Məhkəmə Sabirabad Dövlət X12 direktoru cənab X3 ona ünvanladığı 16 sual əks edilən informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin iızərinə qoyulması barədə qərar qəbul edəcəkdir. Göstərilənlərə əsaslanaraq, cavabdehin üzərinə informasiya sorğusuna cavab vermək öhdəliyinin qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Cavabdeh Sabirabad Dövlət X12 məhkəməyə ünvanlanmış 31.08.2021-ci il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilmişdir. Etirazda qeyd olunmuşdur ki, Asim Əvəz oğlu X10 X14 ünvanladığı 12 iyul 2021-ci il tarixli müraciətinə həmin gün, yəni 12 iyul 2021-ci il tarixdə 282 saylı məktubla cavab verilmişdir. (Məktubun surəti əlavə olunur). İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət orqanlarına ünvanladığı məktub Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən Sabirabad Dövlət X14 16 avqust 2021-ci il tarixdə daxil olmuşdur. 19 avqust 2021-ci il tarixdə 329 saylı məktubla İddiaçı cavab verilmişdir. (Məktubun surəti əlavə edilir). 16 avqust 2021-ci il tarixdə Sabirabad rayon prokurorluğundan Sabirabad Dövlət X14 daxil olmuş məktuba İddiaçı müraciətləri əlavə edilmiş və cavablandırılması xahiş olunmuşdur. Onun məktubları cavablandırılmışdır. Həmçinin bildirirlər ki, İddiaçı məktublarına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən izahedici ətraflı cavablar rəhbərlik səviyyəsində verilmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın rədd olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı cavabdehin iddiaya etirazı ilə bağlı məhkəməyə ünvanlanmış vəsatətində aşağıdakıları bildirmişdir: cavabdeh Sabirabad X2 ünvanladığı informasiya sorğusuna 19 avqust 2021-ci il tarixində 329 saylı müşayiət məktubu ilə 3 vərəqdən ibarət (direktor Heydər Yaqubov) yanıltmac xarakter daşıyan, onu qane etməyən, informasiya sorğusuna cavabla uzlaşmayan ümumi müddəalardan ibarət cavab vermişdir. O, Sabirabad Dövlət X14 məsul şəxsə sorğu etmişdir ki, Sabirabad DAİM 2019-2020 və 2020-2021-ci illərdə rayon ərazisində fermerlər üçün verdiyi subsidiyanın həcmi nə qədər olub? Bu sualın yaranma səbəbi Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 saylı Fərmanı ilə təsdiq edilmiş “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanma zidd olduğundan və eyni zamanda həmin fərmandan irəli gələn kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının 2.6-cı bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti mərkəzi qurumu tərəfindən həyata keçirilsə də, Sabirabad DAİM tərəfındən rəqəmlərin və sahələrin şişirdilməsi nəticəsində yalançı məlumatların mərkəzə ötürülməsi ilə müşayiət edilən saxtakarlığı aşkar etmək məqsədi ilə olub. Lakin Sabirabad DAİM ona ünvanladığı həmin yalançı, yanıltmac xarakterli cavabla bu və ya digər kimi dolaysı yollarla məsuliyyətdən kənarlaşmaq məqsədi ilə ümumi nəticələrdən ibarət cavabla sualdan yaxa qurtarmağa çalışmaqla işini bitmiş hesab etmişdir. Bundan başqa cavabdeh orqan bunu da qeyd etmişdir ki, subsidiyaların verilməsi haqqında 759 saylı fərmandan irəli gələn qaydalara uyğun olaraq subsidiya alan şəxslər barədə məlumatlar internet saytında yerləşdirilir. Halbuki, cavabdeh orqan 200 hektarlarla torpaq sahəsi üçün əkilmədən və becərilmədən torpaqlara subsidiya vəsaitləri yazmaqla dolaysı yollarla təkrarən həmin vəsaiti əldə etmişdir. İnformasiya sorğusunun 4-cü sualında göstərmişdir ki, fermerlərə verilən nəğdləşdirilməsi qadağan olunmuş, kart hesablarına yüklənən vəsaitlərin 2019-2020 və 2020-2021-ci illərdə nə qədər təşkil etməsi və həmin nağdlaşdırılması qadağan olunmuş vəsaitlər vasitəsi ilə alınan kimyəvi maddələrin və gübrələrin əkin sahələrinə verilməsinə necə nəzarət olunması? Bundan başqa həmin vəsaitlərə həqiqətənmi kimyəvi maddələr və kübrələr alınırmı? Eyni zamanda MMC-lərin Sabirabad DAİM-ə üzv olduqdan sonra əldə etdikləri post terminallar vasitəsi ilə nəğdləşdirilməsində DAİM-in hansısa bir rolu olmasına sual etmişdir. Bu suallar ona görə yaranmışdır ki, Sabirabad DAİM-in rəhbəri Heydər Yaqubov özünə yaxın olan şəxslərin adına MMC-lər təsis etdirərək həmin nəğdləşməsi qadağan edilən vəsaitləri fermer kartlarım 30 %-ə nəğd almaqla nəğdləşdirmişdir və 70% qazanc əldə edərək dövlət əmlakıını mənimsəmişdir. Bütün bunlar Sabirabad əhalisinin dilində əzbər olduğundan həmin sualları DAİM-in rəhbəri Heydər Yaqubova sual etmişdir. Sabirabad DAİM-in rəhbəri Heydər Yaqubov yenə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli 759 saylı Fərmanından, həmin fərmandan irəli gələn “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Qanunun 2.6-cı bəndindən stat gətirməklə suala özünü cavab vermiş hesab etmişdir. Halbuki, 27 iyun 2019-cu il tarixli 759 saylı Fərman və eləcə də həmin fərmandan irəli gələn “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” X13 nağdlaşdırılması qadağan edilmiş vəsaitlərin MMC-lər təsis edərək DAİM-ə üzv yaradaraq özününküləşdirməsindən, 30%-lə vətəndaşlardan fermer kartlarınm yığılmasından və bu məqsədlə hər məbləğ üçün 70% qazac əldə etməsinə heç bir status verməmişdir. Onun ünvanladığı sual da məhz bu qeyri-qanuni hərəkətlərə informasiya sahibinin cavab verməsi olmuşdur. İnformasiya sorğusunda 7-ci sualda göstərmişdir ki, Sabirabad DAİM-in 2019-2020 və 2020-2021-ci illərdə dövlət tərəfındən ayrılmış daxilolmalar nə qədər təşkil etmişdir? Həmin vəsaitlərin xərclənməsini əks etdirən maliyyə arayışları. Cavabdeh Sabirabad DAİM yenə sualdan yayınmaq məqsədi ilə yalnız 2019-cu ildə 165540,60 manat, 2020-ci ildə 237580,66, 2021-ci ildə isə 95850,77 manat Sabirabad Dövlət X14 vəsaitlərin daxil olmasını göstərmiş, lakin maliyyə arayışlarını təqdim etməmişdir. Yarımçıq cavabdan göründüyü kimi, 2019-cu illə, 2020-ci il arasında, eləcə də 2020-ci illə 2021-ci il arasında artan və azalan rəqəmlə 2 dəfədən çox fərqin olması kifayət qədər şübhə doğurur ki, əvvəlki illərdən hal-hazırda əkin sahələri daha çox əkilir, məhsuldarlıq isə daha yuxarıdır. Bunu statistik nəticələr göstərir. Bu zaman Sabirabad DAİM-in 2019-2021-ci illərdə maddi məhsullar bolluğu yaratmaq üçün dövlət tərəfındən ayrılan subsidiyalara və nağdlaşdırılması qadağan olunmuş vəsaitlərə müdaxilənin və şişirtmənin əyani təzahürü göz önünə gəlir. İnformasiya sorğusunun 10-cu sualında Sabirabad DAİM-in texnikaları barədə məlumat istəmişdir. Eyni zamanda onların günlük və aylıq istifadə etdiyi yanacağın litr və qiymətinin ayda nə qədər təşkil etməsini soruşmuşdur. İnformasiya sahibi yenə dolaysı yollarla sualdan yayınmış, xidməti avtomobilinin olmasından danışmaqla avtomobillərə yanacağın Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə, təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydaları barədəki qərarına uyğun olaraq müəyyən edilmiş normalara uyğun verilməsini göstərmişdir. Halbuki, DAİM-in nəzdindəki texnikalar barədə məlumatlar düzgün deyil və onların yandırdığı yanacaq, sərfıyyat litr və qiymətinin DAİM tərəfındən verilməməsi onların qanunsuz hərəkətlərinin gizlədilməsi kimi başa düşülməlidir. O, sorğunun 11-ci sualında Sabirabad DAİM-in yararsız vəziyyətə düşmüş texnikaları və matorluları barəsində sual etmişdir. Yenə informasiya sahibi sualdan yayınaraq qısa və konkret olaraq istifadədən qalmış texnika və matorluların DAİM tərəfındən aktlaşdırılmadığını göstərmişdir. Sorğumun 12-ci və 13-cü suallarında göstərmişdir ki, dövlət ehtiyat torpaqlarında və dövlət meşə torpaqlarında, o cümlədən örüş sahələrində qanunsuz yolla əkilmiş torpaq sahələrinə subsidiya verilibmi? Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin xəbərdar etmisinizmi? Cavabdeh Torpaq Məcəlləsindən stat gətirməklə göstərmişdir ki, həmin sorğu etdiyin torpaqların əkilməsini Azərbaycan Respublikası Torpaq Məcəlləsi əsasında tənzimlənir və bəyannamələr fermerlər tərəfındən təqdim olunur. Cavabdeh bu sualda da kobud təhriflərə yol verməklə unudur ki, əkin növündən aşlı olmayaq dövlət torpaqlarında, örüş sahələrində, meşə torpaqlarında, o cümlədən qanunla tənzimlənməyən digər ərzilərdə əkinçilik işlərinin qadağan olunması qeyri şərtsizdir. Həmin torpaqlara subsidiyanın verilməsi isə cinayətdir. Sabirabad DAİM tərəfındən isə 500 hektarlarla torpaq sahəsində (dövlət, meşə, örüş torpaq sahələrində) qanunsuz yolla əkin qeydə alınmış və 2019-2020-ci illərdə 1 milyona yaxın dövlət vəsaiti qeyri qanuni yollarla əldə edilmişdir. Buna isə birbaşa cavabdeh olan şəxs Heydər Yaqubovdur. Sorğunun 16-cı sualında Sabirabad DAİM-də bitkiçilik, kimyəvi maddələr, gübrə və sair kimi sahələr üzrə tərəfdaş çıxmış, Sabirabad DAİM-də qeydə alınmış DAİMin üzvü olan MMC-lər barədə məlumatları Heydər Yaqubovdan istəmişdir. Sabirabad DAİM-in direktoru Heydər Yaqubov cavabında göstərmişdir ki, heç bir MMC, DAİM-ə tərəfdaş çıxmamış və DAİM-də qeydə alınmamışdır. Bu zaman belə bir sual əmələ gəlir ki, fermerlər üçün kimyəvi maddələrin və gübrələrin güzəştli şərtlərlə nəğdləşdirilməsi qadağan olunan vəsaitlər hesabına alınmasını kim təşkil etmişdir? Bundan başqa toxunulmaz, nağdılaşması qadağan edilmiş hər hektar üçün ayrılan 150 manat vəsait hara yoxa çıxmışdır? X6 X12 19 avqust 2021-ci il tarixli anormal informasiya cavabı onu qane etmədiyindən, daha doğrusu cavab kimi qəbul ediləsi olmadığından o, Şirvan İnzibati Məhkəməsində iddia tələbi irəli sürmüş və hesab edir ki, məhkəmə iddia tələbini təmin etməlidir. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “İnformasiya sorğusu”ndan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Dövlət Əmlakının Xərclənməsi və Dövlət Əmlakına İctimai Nəzarət Mexanizmlərinin həyata keçirilməsi üzrə İctimaiyyət nümayəndəsi Əliyev X11 Dövlət X14 12.07.2021-ci il tarixli informasiya sorğusu göndərmişdir. İş materiallarında olan Sabirabad Dövlət X12 məhkəməyə ünvanladığı 31.08.2021ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Asim Əvəz oğlu X10 X14 ünvanladığı 12 iyul 2021-ci il tarixli müraciətinə həmin gün, yəni 12 iyul 2021 -ci il tarixdə 282 saylı məktubla cavab verilmişdir. (Məktubun surəti əlavə olunur). İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət orqanlarına ünvanladığı məktub Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən Sabirabad Dövlət X14 16 avqust 2021-ci il tarixdə daxil olmuşdur. 19 avqust 2021-ci il tarixdə 329 saylı məktubla İddiaçı cavab verilmişdir. (Məktubun surəti əlavə edilir). 16 avqust 2021-ci il tarixdə Sabirabad rayon prokurorluğundan Sabirabad Dövlət X14 daxil olmuş məktuba İddiaçı müraciətləri əlavə edilmiş və cavablandırılması xahiş olunmuşdur. Onun məktubları cavablandırılmışdır. Həmçinin bildirirlər ki, İddiaçı məktublarına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən izahedici ətraflı cavablar rəhbərlik səviyyəsində verilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə müraciət edən şəxs – fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt – fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. Həmin Qanunun 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 – 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 – 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci madəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. Həmin Qanunun 3.0.3-cü maddəsinə görə ictimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Həmin 3.0.5-ci maddəsinə görə informasiya sahibi – informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən – informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə görə sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı üsulla təqdim edir. Həmin Qanunun 16.1-ci maddəsinə görə informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; telefaksla; şifahi formada; informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Həmin Qanunun 24.1-ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin Qanunun 24.4-cü maddəsinə görə əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə, informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh Sabirabad Dövlət X14 ünvanladığı 12 iyul 2021-ci il tarixli müraciətinə həmin gün, yəni 12 iyul 2021 -ci il tarixdə 282 saylı məktubla cavab verilmişdir. Bundan əlavə iddiaçının Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət orqanlarına ünvanladığı məktub Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən Sabirabad Dövlət X14 16 avqust 2021-ci il tarixdə daxil olmuş, X15 İnkişaf Mərkəzi tərəfindən 19 avqust 2021-ci il tarixdə 329 saylı məktubla iddiaçının sorğusunda qeyd etdiyi 16 sualın hər biri ayrı-ayrılıqda cavablandırılmışdır. Məhkəmə iddiaçının “Sabirabad Dövlət X12 19 avqust 2021-ci il tarixli informasiya cavabı onu qane etmədiyi, daha doğrusu cavab kimi qəbul ediləsi olmadığı” barədə dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının sorğusunda qeyd edilən sualların müəyyən bir hissəsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı olan hallardır ki, iddiaçı həmin hallarla bağlı özünün müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnun olduğu qeyd edilməlidir. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Sabirabad X1rşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar