Məhkəmə qərarları › İş №2-1(120)-1470/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1470/2025

14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1470/2025 14.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mərhum X3 barəsində tərtib olunmuş xx.xx.1958-ci il tarixli, 119 nömrəli doğum haqqında akt qeydinin uşaq qrafasında adının “Ağabikə” adından “Balabikə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “müvafiq düzəliş edilməklə 20 sentyabr 1958-ci il tarixdə Ağcabədi rayonu, Hacıbədəlli kənd inzibati dairəsi üzrə nümayəndəlikdə mərhum X3 barəsində tərtib olunmuş 119 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında adın “Ağabikə” adından “Balabikə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “mərhum X3 barəsində tərtib olunmuş xx.xx.1958-ci il tarixli, 119 nömrəli doğum haqqında akt qeydinin uşaq qrafasında adının “Ağabikə” adından “Balabikə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 1985-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kəndində doğulmuş, bu barədə doğum haqqında şəhadətnaməsində atası X11, anası isə X7 olduğu qeyd edilmişdir. X3 11 noyabr 2021-ci il tarixdə ölmüşdür və həmin tarixli ölüm haqqında şəhadətnamədə də anasının adı X4 qeyd edilmişdir. Ona aid və anasına aid bütün sənədlərdə anasının adı X4 qeyd olunmuşdur. Lakin müəyyən sənədləşmə işləri aparılarkən müəyyən olunmuşdur ki, 20 sentyabr 1958-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kənd inzibati dairəsi üzrə nümayəndəlikdə mərhum X3 barəsində tərtib olunmuş 119 saylı doğum haqqında akt qeydində uşaq qrafasında anasının adı “Ağabikə” kimi qeyd edilmişdir. Sənədlərdə uyğunsuzluq olduğuna görə öz hüquqlarını həyata keçirməklə bağlı müəyyən sənədləşmə işləri aparmaqdan ona imtina olunur. Qeyd edilən ziddiyyətlərin aradan qaldırılması üçün ərizə ilə Cavabdehnə müraciət etmiş, Cavabdeh 01 avqust 2024-cü il tarixdə rəsmi məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları»nın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Təqdim olunmuş sənədlərdə uyğunsuzluq və ziddiyət olduğundan 20 sentyabr 1958-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kənd inzibati dairəsi üzrə nümayəndəlikdə mərhum X3 barəsində tərtib olunmuş 119 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında adın “Ağabikə” adından “Balabikə”yə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyil, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh təşkilat qeyd edilən vəziyyəti bilə-bilə ona əsassız şəkildə imtina etmişdir. Cavabdeh doğum akt qeydində düzəlişin edilməsi ilə bağlı müraciətini təmin etməməsi qanunvericilikdə müəyyən olunmuş hüquqlarını məhdudlaşdırır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Ağcəbədi rayonunun Cəfərbəyli kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası X11, X3 göstərilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, AZ-İİ 212657 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 noyabr 2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 11 ayının 11 günündə 645 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.1958-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1958-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 119 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Anası: X12, xx.xx.2021-ci ildə vəfat etmiş B.B.Məmmədovanın ölümü xx.xx.2021-ci ildə 645 nömrəli akt qeydi ilə Cavabdehndə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağcəbədi rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-M-811/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1958-ci il tarixdə Ağcabədi rayon Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mərhum ananız X9 barəsində tərtib edilmiş 119 saylı doğum haqqında akt qeydində uşaq qrafasında adı “Ağabikə”, təqdim etdiyiniz sənədlərdə isə adı “Balabikə” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün xx.xx.1958-ci il tarixdə Ağcabədi rayon Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mərhum anası X9 barəsində tərtib edilmiş 119 saylı doğum haqqında akt qeydində uşaq qrafasında adı “Ağabikə’dən “Ba!abikə”yə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-947/2024 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1958-ci il tarixli, 119 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında “X10” qeyd edilmişdir. İşdə olan Ağcəbədi rayon İcra Hakmiyyəti başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliynin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 27 nömrəli məktubundan görünür ki, X11 və X2 rayon Cəfərbəyli kəndində yaşamış və hal-hazırda vəfat etmişlər. İddiaçı hal-hazırda Ağcabədi rayonu Cəfərbəyli kəndində yaşayır və onun anası X1, adı və ata adı Ağcabədi RİHB-nm Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2 nömrəli “Ev təsərrüfatlarının uçotu kitabı”-nm 185-ci səhifəsində X4 yazılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi mərhum X3 barəsində tərtib olunmuş xx.xx.1958-ci il tarixli, 119 nömrəli doğum haqqında akt qeydinin uşaq qrafasında adının “Ağabikə” adından “Balabikə”yə düzəliş edilməsini istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan iddiaçının 102 nömrəli doğum haqqında, xx.xx.2021-ci tarixli, AZ-İİ № 212657 nömrəli ölüm haqqında şəhadətnamələrinin surətlərindən, Cəfərbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 27 nömrəli arayışından və elektron informasiya sistemində şəxsə məxsus qeyd edilən şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçının anasının adı, soyadı və ata adı X4 qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı mərhum anasının istər adının “Ağabikə”dən “Balabikə”yə dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Ağcəbədi rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mərhum X3 barəsində tərtib olunmuş xx.xx.1958-ci il tarixli, 119 nömrəli doğum haqqında akt qeydinin uşaq qrafasında adının “Ağabikə” adından “Balabikə”yə düzəliş edilməsi öhdəliyi cavabdeh Ağcəbədi rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı mərhum X3 barəsində tərtib olunmuş xx.xx.1958-ci il tarixli, 119 nömrəli doğum haqqında akt qeydinin uşaq qrafasında adının “Ağabikə” adından “Balabikə”yə düzəliş edilməsi öhdəliyi cavabdeh Ağcəbədi rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar