Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1477/2020 02.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Hacıqabul rayon filialına qarşı “xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində, xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-22” və “Su-26” təmir tikinti idarəsində (trestində) işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur, xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində, xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-22” və “Su-26” təmir tikinti idarəsində (trestində) işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Hacıqabul rayon filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx xxxxxx 2020-ci il tarixli, **********6 saylı imtina məktubu verilərək, xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində işlədiyi dövrə dair Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə, xx.xx.1979-xx.xx.1983-cü illərdə işlədiyi dövrə dair Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinə yollanılan sorğulara cavab gəlmədiyi üçün və həmin illərə dair arayış təqdim edilsə də, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinə qarşı “xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində, xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-26” təmir tikinti idarəsində işlədiyi illərin sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1477/2020 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddiaçı kimi İddiaçı, cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Hacıqabul rayon filialının qəbul edilməsi, iddia tələbinə isə “xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində, xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-22” və “Su-26” təmir tikinti idarəsində (trestində) işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində, xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-22” və “Su- 26” təmir tikinti idarəsində (trestində) işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində işlədiyi dövrə dair Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə, xx.xx.1979-xx.xx.1983-cü illərdə işlədiyi dövrə dair Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinə yollanılan sorğulara cavab gəlmədiyi üçün və həmin illərə dair arayış təqdim edilsə də, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Neftçala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 129 saylı arayışını, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-ci il tarixli, NÜA-P4 nömrəli arayışının təsdiq olunmuş surətini, əmək kitabçasının təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Hacıqabul rayon filialının xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunun, Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 22 nömrəli məktubunun və ona əlavə olunmuş əmrlərin, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 29712 nömrəli məktubunun və ona əlavə olunmuş arayışın məzmununa və əslinə baxış keçirilərək surəti iş materiallarına əlavə edilmiş əmək kitabçasının və hərbi biletin surətinə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Hacıqabul rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxx 2020-ci il tarixdə 63 yaş yarımı tamam olmuşdur və 25 ildən artıq sığorta stajına malik olması, yəni xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində işləməsi Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-ci il tarixli, NÜA-P4 nömrəli arayışı, həmçinin məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 29712 nömrəli məktubu və ona əlavə olunmuş arayış ilə, xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-22” və “Su-26” təmir tikinti idarəsində (trestində) işləməsi Neftçala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 129 saylı arayışı, həmçinin məhkəmənin sorğusu əsasında göndərilmiş Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 22 nömrəli məktubu və ona əlavə olunmuş əmrlər ilə, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olması № ******* nömrəli hərbi bileti ilə, xx.xx.1983-xx.xx.2004-cü illərdə işləməsi ИT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində və xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-22” və “Su-26” təmir tikinti idarəsində (trestində) işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında göstərilən iş illəri və hərbi xidmət illəri və s.) mübahisə edilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim edilən sənədlər (arxiv arayışları, əmək kitabçası, hərbi bileti) əsasında iddiaçının tələb olunan sosial sığorta stajının olması və bu sosial sığorta stajının iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün kifayət etməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Hacıqabul rayon filialının xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunda da öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialının xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir: “sizin icraatınızda olan 2-1(120)-1477/2020 saylı işlə bağlı bildiririk ki, Hacıqabul rayon Talış kəndində qeydiyyatdä olan xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci ildə əmək pensiyasının alınması üçün Fonda müraciət etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən bildiririk ki, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək ADY QSC-də işlədiyi dövrə dair DSMF Nəsimi rayon şöbəsinə və xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək işlədiyi dövrün yoxlanılması üçün DSMF-nin Neftçala rayon şöbəsinə sorğu göndərilmişdir. DSMFnin Neftçala rayon şöbəsindən sorğuya cavab gəlmiş və 1979-1983-cü illərdə olan staj öz təsdiqini tapmışdır. Lakin DSMF Nəsimi rayon şöbəsindən gələn cavaba əsasən bildirilmişdir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanı məlum olmadığı üçün bu illəri sığorta stajı kimi götürmək mümkün olmamışdır. Bundan əlavə olaraq bildiririk ki, vətəndaşın təqdim etdiyi arayışlara əsasən əmək stajı 26 il 4 ay göstərilməsinə baxmayaraq əmək kitabçasında stajı 20 il 8 ay 12 gündür. Yaşa görə əmək pensiyası təyin, olunması üçün tələb olunan ümumi staj isə 25 il olmalıdır. Təqdim olunan arayışlarda göstərilən illər əmək kitabçasında qeyd olunmadığı üçün həmin illəri sosial sığorta stajına daxil edib yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. İş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 92 nömrəli məktubunda qeyd edilmişdir ki, Neftçala rayon Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş 129 nömrəli xx xxxxxx 2019-cu il tarixli, arxiv arayışında texniki səhv olaraq işə qəbul olma tarixi xx xxxx 1979-cu il kimi göstərilmişdir. Əslində Neftçala rayon Dövlət arxivində mühafizə olunan əmr kitablarında saxlanılan əmrdə İddiaçı işə qəbul olma tarixi xx xxxx 1979-cu il kimi qeyd edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə almağını xahiş edirəm. İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində işləməsinə dair Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-ci il tarixli, NÜA-P4 nömrəli arayışını, xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-22” və “Su-26” təmir tikinti idarəsində (trestində) işləməsinə dair Neftçala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 129 saylı arayışını) təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində, xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-22” və “Su-26” təmir tikinti idarəsində (trestində) işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində, xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-22” və “Su-26” təmir tikinti idarəsində (trestində) işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində, xx.xx.1979-xx.xx.1983-cü illərdə “Su-22” və “Su-26” təmir tikinti idarəsində (trestində) işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Hacıqabul rayon filialına həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1477/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1477/2020
02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver