Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1477/2023 12.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmri dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsinə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSXnin SQ-dan ehtiyata buraxılması barədə əmri dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci ildə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində əsgər kimi xidmətə başlamış və xx.xx.1999-ci il tarixdə həqiqi hərbi xidməti başa vurmuşdur. N01-ci ildə Sərhəd Qoşunlarının gizir kursunu bitirdikdən sonra N saylı hərbi hissənin 16-cı sərhəd zastavasının təminat qrupu komandiri vəzifəsində xidmət etmişdir. 15 və 19-cu sərhəd zastavalarında xidmət etdikdən sonra 4-cü sərhəd komendaturasında rabitə qovşağının rəisi vəzifəsində xidmət edərkən hərbi hissə komandirinin əmri ilə N saylı hərbi hissənin tibb məntəqəsində təminat qrupunun rəisi vəzifəsində xidmətini davam etdirmişdir. X7 4-cü sərhəd komendantlığının rabitə qovşağının rəisi vəzifəsində xidmətdə olarkən ‘‘Hərbi vəzifə və Hərbi Xidmət haqqında” AR Qanununun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrdən ehtiyyata buraxılması barədə 02 fevral N21-ci il tarixdə yuxarı komandanlığa raportla müraciət etdi. Raportu 19 avqust N21-ci il tarixdə 2219 nömrə ilə qeydiyyata alınmışdır. Həmin raport əsasında hərbi hissə komandiri Zəfər Bayramov tərəfindən 01 noyabr N21-ci il tarixdə 40 nömrəli göndəriş əsasında Silahlı Qüvvələrdən ehtiyata buraxılmaq istədiyi üçün Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildi. Həmin Komissiyanın 24 noyabr N21 -ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin“ 72 “ç” və 12”c” bəndlərinin İİİ qrafasına əsasən: Hərbi xidmətə yararlıdır. Xüsusi təyinatlı hissələr, dəniz piyadası, hava-desant, desant-hücum hərbi hissələrində, suüstü gəmilərdə, tankların, özügedən artilleriya qurğularının, tank və dartıcılar üzərində qurulmuş müşahidə maşınlarının sürücüləri və ekipaj üzvləri vəzifələrində, PDMlərin, zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri və ekipaj üzvləri vəzifələrində hərbi xidmətə yararsızdır. Diaqnoz: Sidik daşı xəstəliyi. Sol böyrək daşı (5,3mm). Düyünlü eutireoid ur. Arterial hipertenziya. Qastroduodent.. Qara ciyərin piy distrodiyası. Beləliklə, 24 il 1 ay təqvim günü qüsursuz xidmət etmişdir. Güzəştli şərtlərlə xidmət müddəti 34 il təşkil edir. Bu müddət ərzində qüsursuz xidmətləri nəzərə almaqla: N04cü ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının 10 illiyi yubley medalı ilə: N05-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının 90 illiyi yubley medalı ilə: N07-ci ildə Azərbaycan Respublikasının Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcə medalı ilə; Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 il qüsursuz xidmətə görə 3-cü dərəcə medalı ilə; N12-ci ildə Sərhəd Qoşunlarının 95 illiyi yubley medalı ilə; N13-cü ildə Sərhəd Mühafizəsinin 95 illiyi yubley medalı ilə; N13-cü ildə Silahlı Qüvvələrdə 15 il qüsursuz xidmətə görə 2-ci dərəcə medalı ilə: N19-cu ildə Sərhəd Mühafizəsinin 100 illiyi medalı ilə; N19-cu ildə Qusursuz xidmətlərə görə 1-ci dərəcə medalı ilə ilə, o cümlədən xidmət etdiyim müddətdə hərbi hissə komendatlığı. hərbi hissənin komandanlığı və DSX rəhbərliyi tərəfindən müxtəlif təltiflərlə təltiflənmişdir. 2-ci Qarabağ Müharibəsi vaxtı azad edilmiş ərazilərdə yeni yaradılan sərhəd zastavalarının xidmət ərazisində xidmətin təşkil edilməsində, həmçinin Harop sisteminin mühafizəsinin təşkil edilməsində iştirak etmişdir. O, hər hansı bir zabit rütbəsində yox, çavuş hərbi rütbəsində xidmət etmişdir və hərbi həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu halda, əsassız olaraq həmin Qanunun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə sözügedən əmr verilmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Çünki, hərbi qulluqçu kimi xidmətə uyğunsuzluğa səbəb ola biləcək heç bir hərbi Nizamnamə və ya Əsasnamə tələblərinin pozulmasına yol verməmişdir, xidmətə uyğunsuzluğa gətirib çıxaran heç bir hərəkəti və ya hərəkətsizliyi olmamış, xidmətimdə hər hansı bir intizam xətasına yol verməmişdir, əksinə qüsursuz xidmətlərinə görə yuxarıda qeyd edilmiş təltiflərlə təltif olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı N.İbayev ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün prosessual müddət ötürüldüyündən onu üzürlü hesab edərək bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.N23-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfi dinləyib, iddiaçının nümayəndəsinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmri dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel N15-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia tələbindən aydın göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Cavabdeh X3 xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmrini mübahisələndirir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr N14-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.N15-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh X3 xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmrinin surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq baş çavuş İddiaçı 4-cü sərhəd komendantlığı mühafizə və təminat taqımının rabitə qrupunun komandiri-rabitə qovşağının rəisi vəzifəsindən azad olunmaqla Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış xx.xx.N19-cu il tarixli bağışlama ləğv edilmişdir. Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən etiraz təqdim edilərək göstərilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı N02 nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının mühafizə və təminat tağımı rabitə qovşağının rəisi - qrup komandiri vəzifəsində baş çavuş hərbi rütbəsində xidmət etmişdir. İddiaçı T.Qədirov N02 nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində tibb bölməsinə ezam olunduğu müddətək, özünü intizamlı və işgüzar hərbi qulluqçu kimi göstərmiş, böyük rəislər tərəfindən verilən əmr və tapşırıqları icrasına məsuliyyətlə yanaşmağa çalışmışdır. Lakin, sərhəd dəstəsinin tibb məntəqəsinə ezam olduğu müddətdə barəsində daxil olmuş məlumata əsasən onun tibb məntəqəsində ki, fəaliyyəti təhlil edilmiş və nəticədə məlum olmuşdur ki, müxtəlif vaxtlarda maddi-texniki təminat şöbəsi tibb bölməsi tibb məntəqəsinin həkim terapevti tibb xidməti leytenantı X4 ilə birlikdə bie neçə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusundan aldığı müəyyən qədər pul qarşılığında onların tibb məntəqəsinə stasionar müalicəyə qəbul edilməsi həmçinin Cavabdeh Hərbi Hospitalına göndərilməsinə şərait yaratmışdır. Aparılan araşdırmanın nəticəsində hərbi qulluqçulardan izahatlar alınmış və İddiaçı özü etdiyi səhvi səmimi qəbul etmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar baş çavuş İddiaçı attestasiyası keçirilmişdir. Attestassiya komissiyası üzvləri onun bu kimi ciddi nöqsanlarının bağışlanılmaz olduğunu qeyd edərək, baş vermiş hadisənin ciddi olmasını nəzərə almışlar və İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqəsəduyğun hesab etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla);41.0. 2. yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda;41.0.3. xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda;41.0.4. ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə;41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10 Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Cavabdeh rəisinin müavini-X3 17.01,N22-ci il tarixli 37 ş/h nömrəli əmri ilə sabiq hərbi qulluqçu İddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41,0.6-cı maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq: N02 nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının mühafizə və təminat tağımı rabitə qovşağının rəisi - qrup komandiri vəzifəsindən azad olunmaqla Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış 28 may N22-ci il tarixdən şəxsi heyətin siyasindən və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə göndərilmişdir. Baş çavuş İddiaçı N22-ci ilin hesabına növbəti məzuniyyətdən 3 (üç) gün istifadə etmiş, N22-ci ildə nəzərdə tutulmuş maddi yardım və məzuniyyət müavinəti almış, 01 yanvar N22-ci il tarixdən 28 may N22-ci il tarixdən birdəfəlik pul müavinətini almağa layiq görülməmişdir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı Cavabdehnə qarşı olan iddiasının əsassız olduğunu nəzərə alınmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. - İddiaçıya məxsus AO seriyalı, ******* saylı hərbi biletin surətinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və iddiaçının xx.xx.N22-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata alındığı qeyd edilmişdir. - Cavabdeh N saylı Hərbi Hissə tərəfindən verilmiş 27 saylı, xx.xx.N21-ci il tarixli baş çavuş İddiaçı dinlənilmə protokoluna əsasən, hərbi qulluqçuya yaraşmayan kobud intizam pozuntusuna yol verdiyi üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6cı maddəsinə uyğun olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. Dinləmənin nəticəsi iddiaçıya elan olunmuşdur, iddiaçı dinləmənin mətni ilə razı olmuş və heç bir irad və təklifi olmamışdır. xx.xx.N21-ci il tarixdə Dinlənilmə Komissiyası iclasının yekun rəyi ilə razı olması barədə İddiaçı tərəfindən imza edilmişdir. İşin hallarından müəyyən olunur ki, İddiaçı barəsində hərbi qulluqçuya yaraşmayan kobud intizam pozuntusuna yol verdiyi üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilməsi barədə Cavabdeh N saylı Hərbi Hissə tərəfindən verilmiş 27 saylı, xx.xx.N21-ci il tarixli baş çavuş İddiaçı dinlənilmə protokolu tərtib edilmişdir. xx.xx.N21ci il tarixdə Dinlənilmə Komissiyası iclasının yekun rəyi ilə razı olması barədə İddiaçı tərəfindən imza edilmişdir. Azərbaycan Respublikası Cavabdeh X3 xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Hal-hazırda İddiaçı Azərbaycan Respublikası Cavabdeh Rəisinin xx.xx.N22-ci il tarixli əmrini (xx.xx.N22-ci il tarixli zərflə göndərilmişdir) xx.xx.N22-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Cavabdeh Rəisi tərəfindən qəbul edilən əmr xx.xx.N22-ci il tarixə aiddir. Həmin əmrlərin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən əmr qəbul edildikdən sonra 1 ilə yaxın müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, iddiaçının xx.xx.N22-ci ildən işləmədiyi müddət üzrə ona heç bir ödəniş, əmək haqqı ödənilməmişdir. Həmçinin İddiaçı tərəfindən təqdim edilmiş iddiaçıya məxsus AO seriyalı, ******* saylı hərbi biletdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və iddiaçının xx.xx.N22-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata alındığı qeyd edilmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar N11-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Azərbaycan Respublikası Cavabdeh əmrləri inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni, Azərbaycan Respublikası Cavabdeh xx.xx.N22-ci il tarixli, 37 s/h nömrəli qərarından en geci xx.xx.N22-ci il tarixdən (Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata alındığı vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.N22-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikası Cavabdeh X3 xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmrindən məlumatlı olduğu vaxtdan 1 (bir) ilə yaxın vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən əmri aldıqdan (təqdim olunduqdan) 1 ilə yaxın vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPMin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul N15-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ N-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddəti iddiaçı onun təqsiri olmadan buraxılmasını əsaslandıra bilməmişdir, məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən əmrdən şikayət vermə müddətinin üzürlü səbəbdən ötürülməsinə dair sübut təqdim edə bilməmiş, göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.N22-ci il tarixdə müraciət etmişdir, xx.xx.N22-ci il tarixdə iddia ərizəsi dəftərxana tərəfindən qeydə alınmışdır. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul N09cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyurvə məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Azərbaycan Respublikası Cavabdeh X3 xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmrinin iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Şərti olaraq qəbul etsək ki, mübahisəli əmrlə iddiaçı müəyyən edilmiş hərbi qulluqçuya yaraşmayan kobud intizam pozuntusuna yol verməmişdir, bu zaman həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmri dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması” tələbi barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmri dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmri dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması”” tələbi barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmri dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1477/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1477/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver