Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1478/2020 06.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Yardımlı rayon X4 Nümayəndəliyinə, Yardımlı rayon Astanlı Bələdiyyəsinə, Yardımlı rayon Astanlı həkim Ambulatoriyasına, Yardımlı rayon Astanlı kənd Klubuna və Yardımlı rayon Astanlı Poçt Şöbəsinə qarşı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına tikilən və balansıda olan inzibati binanın boşaldılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Yardımlı rayon X4 Nümayəndəliyinə, Yardımlı rayon Astanlı Bələdiyyəsinə, Yardımlı rayon Astanlı həkim Ambulatoriyasına, Yardımlı rayon Astanlı kənd Klubuna və Yardımlı rayon Astanlı Poçt Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına tikilən və balansıda olan inzibati binanın boşaldılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında izahatında iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 4 nömrəli Qərarında 5.2-ci bəndin qeyd olunur ki, Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı Yardımlı rayon X4 Nümayəndəliyinin, Yardımlı rayon Astanlı Bələdiyyəsinin, Yardımlı rayon Astanlı həkim Ambulatoriyasının, Yardımlı rayon Astanlı kənd Klubunun və Yardımlı rayon Astanlı Poçt Şöbəsinin üzərinə “xxxx” MMC-nin vəsaiti hesabına tikilən və balansıda olan inzibati binanın boşaldılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ilə Yardımlı rayon X4 Nümayəndəliyi arasında xx.xx.2004-cü il tarixli, 1 nömrəli, Yardımlı rayon Astanlı Bələdiyyəsi arasında xx.xx.2004-cü il tarixli, 4 nömrəli, Yardımlı rayon Astanlı həkim Ambulatoriyası arasında xx.xx.2004-cü il tarixli, 5 nömrəli, Yardımlı rayon Astanlı kənd Klubu arasında xx.xx.2004-cü il tarixli, 3 nömrəli və Yardımlı rayon Astanlı Poçt Şöbəsi arasında xx.xx.2004-cü il tarixli, 2 nömrəli müqavilələr bağlanmışdır. Hazırkı mübahisə də həmin müqavilələr üzrə öhdəliklərin icrasından yaranmışdır. Məhkəmə qeyd edir ki, iddianın predmeti iddiaçıya məxsus inzibati binanın boşaldılması ilə bağlı olduğundan həmin tələbə inzibati icraat qaydasında deyil, mülki (kommersiya) mübahisəsi kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə uyğun aidiyyəti üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəməsinə) və yaxud mübahisənin xarakterindən asılı olaraq kommersiya məhkəməsində baxıla bilər. Beləliklə də məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Məhkəmə müəyyən etdi ki, mübahisənin predmeti publik hüquq münasibətlərindən deyil, xüsusi hüquqdan yarandığından və tərəflər hazırkı mübahisəsi üzrə bərabər hüquqlu tərəflər olduğundan hazırkı iddiaya inzibati icraat qaydasında baxılması mümkün hesab edilməməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçının nümayəndəsinə həm şifahi, həm də yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi yəni hazırkı mübahisənin həlli üçün aidiyyatı üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) və yaxud mübahisənin xarakterinə görə kommersiya məhkəməsinə müraciət etməli olması ilə bağlı hüquqlarını izah etmişdir. Buna baxmayaraq iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Yardımlı rayon X4 Nümayəndəliyinə, Yardımlı rayon Astanlı Bələdiyyəsinə, Yardımlı rayon Astanlı həkim Ambulatoriyasına, Yardımlı rayon Astanlı kənd Klubuna və Yardımlı rayon Astanlı Poçt Şöbəsinə qarşı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına tikilən və balansıda olan inzibati binanın boşaldılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1478/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1478/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver