Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1478/2021 15.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsinin hakimi İsmayılov Orxan Nadir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi və torpaq sahəsinin naturada müəyyən edilmiş həqiqi döngə nöqtələrinin koordinatlarına uyğun torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi və torpaq sahəsinin naturada müəyyən edilmiş həqiqi döngə nöqtələrinin koordinatlarına uyğun torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi və torpaq sahəsinin naturada müəyyən edilmiş həqiqi döngə nöqtələrinin koordinatlarına uyğun torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Ancaq iddia ərizəsinə “İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən mərhum atası X1 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə müraciətinin icrasından imtinaya dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin 21.04.2021-ci il tarixli, **********11 nömrəli məktubunu əlavə edilmişdir. Hazırki tələblə (İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi və torpaq sahəsinin naturada müəyyən edilmiş həqiqi döngə nöqtələrinin koordinatlarına uyğun torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi) bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsi, inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi ilə bağlı sənədlər (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi ilə məhkəmədə iddia qaldırmamışdan öncə cavabdeh inzibati orqana ünvanladığı müraciət (ərizə) eynilik təşkil etmir. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı eyni tələblə Şirvan İnzibati Məhkəməsinə müraciəti olub və həmin iddia Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 05.07.2021-ci il tarixli, 2-1(120)-1090/2021 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Həmin inzibati işə baxılarkən də müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh inzibati orqana torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi və torpaq sahəsinin naturada müəyyən edilmiş həqiqi döngə nöqtələrinin koordinatlarına uyğun torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi üçün deyil, iddiaçı İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən mərhum atası X1 məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi və torpaq sahəsinin naturada müəyyən edilmiş həqiqi döngə nöqtələrinin koordinatlarına uyğun torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsindən imtina edilməmişdir. Bu baxımdan da iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya zəruri sənədlərin məhkəmə təqdim olunması ilə bağlı 09 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1478/2021 məktub göndərilmiş, ancaq hüquqi yardım məktubunu 25.08.2021-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul etməsinə baxmayaraq, iddiaçı müvafiq sənədləri (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) məhkəməyə təqdim etməmişdir. İddiaçıya izah edilir ki, hazırki tələblə (İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsi və torpaq sahəsinin naturada müəyyən edilmiş həqiqi döngə nöqtələrinin koordinatlarına uyğun torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi) məhkəmədə baxılmasına maraqlıdırsa, bu zaman həmin tələb ilə bağlı ilk öncə cavabdeh inzibati orqana-Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə müraciət etməlidir. Cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1478/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1478/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver