Məhkəmə qərarları › İş №2-1(120)-1478/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1478/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1478/2023 15.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Cavabdeh icra məmuru Elşən Əsədovun iştirakı ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı icra məmuru Elşən Əsədovun qanuna zidd hərəkətləri və Cavabdeh rəhbərliyi tərəfindən iddiaçıya qarşı qərəzli münasibətlərinin öyrənilməklə Ədliyyə Nazirliyi İcra Baş İdarəsi rəhbərliyinin üzərinə müvafiq öhdəliyin qoyulması barədə iddia tələbinə Masallı şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə hazırlıq icraatının iclаsında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdehnə və üçüncü şəxs Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı icra məmuru Elşən Əsədovun qanuna zidd hərəkətləri və Cavabdeh rəhbərliyi tərəfindən iddiaçıya qarşı qərəzli münasibətlərinin öyrənilməklə Ədliyyə Nazirliyi İcra Baş İdarəsi rəhbərliyinin üzərinə müvafiq öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ona qarşı prosessual haqsızlıqlara və qanunsuz prosessual tələbkarlıqlara yol verilməklə, əslində qanunsuz və əsassız icra hərəkətləri nəticəsi olaraq, bu gün şəxsiyyətinə qarşı ciddi hörmətsizliklər nümayiş etdirilib, qanunsuz icra hərəkətləri ilə də onun qanunsuz həbsinə nail olunmaqla, hətta, icra məmuru Elşən Əsədovun onu ciddi qanun pozuntuları iiə hansısa məlum hadisələrdə sifarişli formada “təkzib” verməyə məcbur edən hərəkətləri bu gün əsaslı olaraq bu cür iddia ərizəsi ilə müraciət etməyə məcbur etdi. Belə ki, onun barəsində sifarişli yoğrulan iddia tələbkarlığında ona qarşı 100000 (bir yüz min) mənəvi ziyan tələbinin sifarişli yaradılmaqla, məhkəmə kürsüsündə gündəmə çıxarılması və 01 dekabr 2021-ci il tarixli Cəlilabad rayon məhkəməsinin bu məlum qətnaməsinin rəsmi bəyan edilməsi nəticəsi olaraq, bu məbəğ mənəvi ziyan pulunun 600 manat qət edilməklə, sifarişli və məqsədli icraya yönəldilməsi bu gün birmənalı şəkildə Cavabdeh rəhbərliyini,o cümlədən icra məmuru Elşən Əsədovu ona qarşı sifarişli çevirməklə, əslində zorakılıqlar üzrə də icra hərəkətlərinin həyata keçrilməsi təmin etdirilərək, bu gün şəxsiyyətinə qarşı ciddi məmur özbaşınalıqlarını gündəm edib, vəzifədən sui-isatifadə edilərək, təşkili və sifarişli formada əsassız və qanunsuz cəza tədbirlərinin görülməsi ilə yanaşı, həm də, bu gün Elşən Əsədovun tələbkarlığında bu gün ondan sifarişli formada "təkzib“ verməsini prosessual tələbkarlığı gündəmə gətirdiyi kimi onun qanunsuz icra tələbkarlığı da gündəm etmişdir. Bu mənada Cavabdeh xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının etibarsız hesab edilməklə, dayandırllması barədə Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərardadından verdiyi şikayət üzrə Şirvan Apelyasiya Məhkəməsində 13 sentyabr 2022-ci il tarixdə işə baxılaraq apelyasiya şikayətinin təmin edilmədən,sözügedən məhkəmə aktının qüvvədə saxlanması bu gün Cavabdeh rəhbərliyini və icra məmuru Elşən Əsədovun onun üzərinə prosessual ciddi qanun pozuntuları ilə ’“SƏLİB” yürüşünü bəlli edib, haqqımda prosessual haqsızlıqlar etdiyini bəyan etmişdir. Vəzifədən sui-istifadə edib, 600 manat pulu məndən alması barədə, hətta, xx.xx.2022-ci ildə imza edərək, ondan aldığı 330 manat barədə imzaladığı qəbzin tələbkarlığmda pulun tələbkar şəxsə ödənilməsi barədə hansısa sənədi və qəbzi ondan tələb etmiş olsa belə, ümumilikdə ödəmiş olduğu 600 manat pulun tələbkara çatdırılması və verilməsinə dair ona möhürlə təsdiq olunmuş sənədin verilməsindən imtina edərək, haqlı tələbkarlığımı qəsdli rədd edib, ona qarşı ədalətsiz hərəkətlərini prosessual davam etdirməklə; "təkzib” verməsə ona heç bir sənəd verməyəcək” deyərək, bu cür sifarişli yoğrulan qanunsuz hərəkətlərini etməkdən çəkinmədiyi kimi,əlbəttə, məhkəməyə əsassız və qanunsuz müraciətlər etməklə, onu qanunsuz həbs etdirməkdən və barəsində qannsuz da olsa cinayət işi başlanılmasından çəkinmədiklərini prosessual olaraq ona bəyan edib, tələbkarlıq nümayiş etdirmələri birmənalı şəkildə Cavabdeh rəhbərliyi ilə birlikdə məmur özbaşınalıqları tələbkarlığında onu prosessual ciddi çətinliklərlə üz-üzə qoyaraq, onların iradəsinə tabe olmağa məcbur edilməsi və insan və vətəndaş hüquq və azadlıqlarının ciddi və əhəmiyyətli pozulması məqsədinə göstərilən xidmət kimi dərk olunmalı və barələrində ciddi cəza tədbirlərinin görülməsini vacib etdiyindən, buna əməl edilməsini də tələb etmişdir. Ona görə Cavabdeh icra məmuru Elşən Əsədovun vəzifədən sui-istifadə edib, qanunsuz hərəkətlərə yol verməklə, onu “təkzib” verməyə məcbur edib, ödədiyim pulu ünvanına çatdırmaqdan imtina etməsi, sifarişli mahiyyət kəsb edərək, ona qarşı yönəldiyindən,onun qanunsuz bu hərəkətlərinə aydınlıq gətirib, müvaiiq sənədi ona qəsdən verməməsi səbəblərini araşdırmaqla, hadisələrə prosessual aydınlıq gətirməklə, barəsində cinayət qanunvericiliyinin tələbkarlığında ciddi cəza tədbirlərinin görülməsini təmin edəcək müvafiq məhkəmə aktını çıxarılmasını, Cavabdeh rəhbərliyinin,İsmayıl Abazəliyevin icra məmurları üzərində zəif və olmayan nəzarətinə qarşı ciddi mübarizə tədbirlərinin görülməsi üçün Azərbaycan Respublıikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi rəhbərliyinin üzərinə müvafiq məcburedici vəzifənin /öhdəliyin/ qoyulmasını təmin edəcək məhkəmə aktını qəbul elməklə, gələcək xoşagəlməz bu cür hadisələrin qarşısının alınmasına ciddi önəm verilməsini xahiş etmişdir. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. Cavabdeh icra məmuru Elşən Əsədov məhkəmə iclasında iddia ərizəsini qəbul etməyərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini aldıqdan sonra, icra sənədi icra şöbəsinə daxil olmuş, müvafiq icra tədbirləri aparılmış, İddiaçı tərəfindən mənəvi zərərə görə 600 manat məbləğində pul məbləği ödənilmiş və icra işinə xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərara əsasən, mənəvi zərərin və dövlət rüsumuna aid hissədə xitam verilmişdir. İcra sənədinin “İddiaçı müraciətlərində iddiaçının barəsində yaydığı məlumatlar iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan xarakterli məlumatların hesab edilməsi və həmin məlumatların yayıldığı formada təkzib edilməsi vəzifəsinin cavabdeh İddiaçı üzərinə qoyulması” hissəsində icra edilməmişdir, onun tərəfindən “təkzib” verməyə məcbur edilməmişdir, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra sənədinə əsasən təkzib edilməsi vəzifəsi İddiaçı üzərinə qoyulmuş öhdəlikdir. Ona görə iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə icra məmurunun izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi mümkün sayılmamılıdır. Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, iddiaçı Əsgərov Sayıl oğlunun cavabdeh İddiaçı qarşı yalan məlumatların yayılması, şərəf və ləyaqətin təhqir edilməsi və həmin məlumatların yayılmasına görə mənəvi zərərin ödənilməsi barədə mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2204/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2 (073)-2204/2021 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı Həzrətqıılu oğlunun müraciətlərində iddiaçının barəsində yaydığı məlumatların iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan xarakterli məlumatlar hesab edilməsi və həmin məlumatların yayıldığı formada təkzib edilməsi vəzifəsinin cavabdeh İddiaçı üzərinə qoyulması, cavabdeh İddiaçı mənəvi zərərə görə 600 manat pul və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X5 verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan Cavabdeh xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Cəlilabad rayon məhkəməsi tərəfindən qəbul edilmiş 2- (073)-2204/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar üzrə icra işinə mənəvi zərərin və dövlət rüsumuna aid hissəsinə xitam verilmişdir. İşdə olan X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, borclu İddiaçı mənəvi zərərə görə 600 manat və 30 manat dövlət rüsumunu ona ödəmişdir. Lakin onun haqqında yaydığı məlumatların yalan olması barədə təkzib verməmişdi. Təkzib verilməsi barədə icra hərəkətlərinin gücləndirilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 155720/30-10 saylı məktubuna əsasən, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-141 /2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Cəlilabad şəhəri, Qurtuluş küçısi 33 ünvanında yerləşən qeyri-yaşayış binasının (“Orxan” şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 14 saylı Notariat kontorunda bağlanılmış 20 iyun 2019-cu il tarixli müavilə (reyestr 4Ə-500) və həmin müqavilədən irəli gələn hüquqi nəticələr, o cünlədən daşınmaz əmlakın X3 adına qeydə alınması və onun adına verilmiş xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış etibarsız hesab edilməlidir.ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası (“Orxan” şadlıq sarayı) İddiaçı qaytarılmalıdır. İddia ərizəsinin və apelyasiya şikayətinin verilməsinə görə X4 və X2 müştərək qaydada 25 manat tutulub İddiaçı ödənilməlidir. Qiymətləndirmə hesabatının alınmasına görə iddiaçı tərəfindən ödənilmiş vəsaitə görə X4 və X2 müştərk qaydada 1000 manat tutulub İddiaçı ödənilməlidir. Şirvan Apelyasiya Məhkəməsinin qərarı icra olunmasından ötrü xx.xx.2021 -ci il tarixdə Cavabdeh icraatına daxil olmuş, həmin tarixdə icrata başlama qərarı qəbul olunaraq tərəflərə və məhkəməyə məlumat verilmişdir. İcra sənədinin çıxarışın etibarsız hesab edilməsi hissəsində icra olunması üçün DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə xx.xx.2021-cin il tarixdə rəsmi göndərilmişdir. Qeyri yaşayış binasının İddiaçı qaytarılması üçün tərəfimizdən xx.xx.2021ci il tarixə icra təyin olunmuşdur. X1 Cavabdehnə daxil olmuş ərizəsində icra hərəkətlərinin təxirə salınması xahiş olunmuşdur. Həmçinin borclu tərəfin təqdim etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının xx.xx.2021-ci il tarixli, 3/Ə-14685/2 saylı məktubda qeyd olunan məhkəmə qərarından verilmiş əlavə kassasiya şikayəti Ali Məhkəmənin Plenumunun icraatında olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatından qeyd olunan şikayətin kassasiya qaydasında icrata daxil olması barədə qərardadın verilməsi üçün xx.xx.2021-ci il tarixli, 155720/30-10 saylı məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının xx.xx.2021-ci il tarixli, 3/Ə-14919 saylı məkyubunda qeyd olunan məhkəmə qərarından verilmiş əlavə kassasiya şikayəti Ali Məhkəmənin Plenumunun icraatında olduğu bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2021 -ci il tarixdə icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilərək, tərəflərə və məhkəməyə göndərilmişdir. xx.xx.2021 -ci il tarixdə icra sənədi üzrə icraatın dayandırılması barədə qərardan tələbkar Şirvan inzibati Məhkəməsinə “icra hərəkətlərinin dayandırılmasının qanunsuz hesab edilməsi, icra vərəqəsi üzrə icra işinin həyata keçirə biləcək qərarın qəbul edilməsi və xüsusi qərardadın çıxarılması” tələbi ilə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1524/2021 saylı qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı“icra hərəkətlərinin dayandırılmasının qanunsuz hesab edilməsi, icra vərəqəsi üzrə icra işinin həyata keçirə biləcək qərarın qəbul edilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 13(102)- 126/2021 saylı qərardadına əsasən cavabdeh X3 əlavə kassasiya şikayəti əsassız olduğu üçün Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamalıdır. Odur ki, xx.xx.2021-ci il tarixdə icraatın yenilənməsi barədə qərar qəbul edilərək tərəflərə və məhkəməyə məlumat verilmişdir. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası (“Orxan” şadlıq sarayı) İddiaçı qaytarılmışdır. Bu barədə akt tərtib edilərək tərəfimizdən imzalanmışdır. Tələbkarın akta edilmiş əlavəsində məhkəmə qərarında göstərilən qeyri yaşayış sahəsinin icra məmurlarl, polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə ona əşyaları siyahıya alınaraq təhvil verildiyini, icra sənədinin icrası ilə bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. AR ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi idarəsinin xx.xx.2021-ci ıl tarixli, **********85 saylı məktubunda Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-141/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış etibarsız hesab edilməsi hissəsində qanunamüvafiq qaydada icra olunduğu bildirilmişdir. Tələbkarın xx.xx.2021 -ci il tarixli ərizəsində tələbkar olduğu icra sənədi üzrə tələbləri tam icra olunduğuna görə icra işinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə icra sənədinin icraatına xitam verilməsi barədə qərar qəbul edilərək bu barədə tərəflərə və məhkəməyə məlumat verilmişdir. Cəlilabad rayon Məhkəməsinin 2(073)-2204/2021 saylı, 01,12.2021-ci il tarixli qərarına əsasən cavabdeh İddiaçı müraciətlərində iddiaçının barəsində yaydığı məlumatlar iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən yalan və böhtan xarakterli məlumatlar hesab edilsin və həmin məlumatların yayıldığı formada təkzib edilməsi vəzifəsi cavabdeh İddiaçı üzərinə qoyulmalıdır. Cavabdeh İddiaçı mənəvi zərərə görə 600 manat pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X5 verilməlidir. Cəlilabad rayon Məhkəməsinin qərarı icra olunmasından ötrü xx.xx.2022-ci il tarixdə Cavabdeh icraatına daxil olmuş, həmin tarixdə icrata başlama qərarı qəbul olunaraq tərəflərə və məhkəməyə məlumat verilmişdir. Borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri aşkar olunmamışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində borclu Cavabdehnə dəvət edilmiş izahatı alınmış, öhdəliyinin icra olunması tələb olunmuşdur. İcra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün borclu barəsində protokol tərtib edilərək xx.xx.2022-ci il tarixdə baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(073)-413/2022 saylı qərardadı ilə inzibati icraata xitam verilmişdir. Tələbkarın Cavabdehnə daxil olmuş 29.11,2022-ci il tarixli ərizəsində borclunun məhkəmə qərarını qismən icra etdiyini 600 manatı ödədiyi bildirilmişdir. Odur ki, Cəlilabad rayon Məhkəməsinin 2(073)-2204/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinin maddi ziyanın və dövlət rüsumunun ödənilməsi hissəsində 29.11,2022-ci il tarixdə xitam qərarı qəbul edilərək tərəflərə və məhkəməyə məlumat verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2495/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı ödəniş günü müvafiq məzənnyəyə uyğun olaraq Azərbaycan manatı ilə ******* Rus rublu alınıb X6 verilməlidir. Şirvan Apelyasiya Məhkəməsinin qərarı icra olunmasından ötrü xx.xx.2022-ci il tarixdə Cavabdeh icraatına daxil olmuş, həmin tarixdə icrata başlama qərarı qəbul olunaraq tərəflərə və məhkəməyə məlumat verilmişdir. Borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixdə bir neçə icra sənədinin ümumi icraatda birlədirilməsi barədə qərar qəbul edilərək tərəflərə və məhkəməyə məlumat verilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə Cavabdehnə dəvət edilmiş izahat verməsi tələb olunmuşdur. Borclu izahat verməkdən imtina etdiyi üçün akt tərtib edilərək tərəfimizdən imzalanmışdır. İcra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün borclu barəsində protokol tərtib edilərək xx.xx.2022-ci il tarixdə baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad rayon Məhkəməsinin 3(073)-558/2022 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətində həbs edilmişdir. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon Məhkəməsinə təqdimat verilmişdir. Cəlilabad rayon Məhkəməsinin 8(073)-269/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun cinayət məsuliyyətinə cəlb olunması üçün xx.xx.2022-ci il tarixdə təqdimat və təqdimata əlavə edilmiş sənədlər AR ƏN İstintaq idarəsinə göndərilmişdir. Borcluya qarşı heç bir qeyri etik hərəkətə yol verilməmişdir. İcra işi nəzarətdədir, borcun ödənilməsi üçün icra tədbirləri davam etdirilir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyət və bu zaman qəbul edilən qərarlar (edilən hərəkət və ya hərəkətsizlik) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamıdır. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qərarının icra olunmasına dair icra sənədi kimi qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı və onun əsasında verilmiş icra vərəqəsi çıxış edir. «İcra haqqında» Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb oıur. “İcra haqqında” Azərbaycan Respublikası qanununa əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respub ikası qanununun 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbavcan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Hazırkı iş üzrə iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin və cavabdeh tərəfindən məhkəməyə göndərilən sənədlərin məzmunundan məlum olur ki, iddia ərizəsi üzrə mübahisə Cəlilabad rayon Məhkəməsi tərəfindən verilmiş yuxarıda qeyd edilən icra vərəqəsinin icrası ilə bağlı olmuşdur. Yəni, iddiaçı həmin icra sənədi üzrə icra məmurunun hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fıziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə görə icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək və s. vəzifələrini yerinə yetirir. «İcra haqqında» Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırıİmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunu məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafıq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Azərbaycan Respublikası Qanunu deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Tesnifatı»nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyen etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu tesdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair» 10 oktyabr 2017-ci il tarixli qərarında da göstərilmişdir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Həmin qərarda Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: «...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, «İcra haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir.» Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzlbati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi Cəlilabad rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı yaranmışdır. Ona görə də, iddiaçı icra sənədlərinin icrası ilə bağlı icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca inzibati iddia qaldırmışdır. Məhkəmə onu da qeyd edir ki, icra sənədlərinin icrası ilə bağlı icra sənədlərini vermiş və icraya nəzarət edən məhkəməyə yalnız şikayətlər deyil, yuxarıda qeyd edilən məsələlərlə bağlı ərizə və vəsatətlər də verilə bilər. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarında göstərmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır (§55, əlavə olaraq, «Burdov Rusiyaya qarşı iş», §35). Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı məktub ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edilərsə, qəbul olunmayan elan edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdehnə və üçüncü şəxs Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı icra məmuru Elşən Əsədovun qanuna zidd hərəkətləri və Cavabdeh rəhbərliyi tərəfindən iddiaçıya qarşı qərəzli münasibətlərinin öyrənilməklə Ədliyyə Nazirliyi İcra Baş İdarəsi rəhbərliyinin üzərinə müvafiq öhdəliyin qoyulması tələbinə dair tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar