Məhkəmə qərarları › İş №2-1(120)-1479/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1479/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1479/2025 12.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçının nümayəndəsi X5, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdehnə qarşı “müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılmamasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran rayon Zövlə kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakının təmin edilməsi öhdəliyinin cavabdeh Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru X8 üzərində qoyulması barədə qərar, cavabdeh Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru X8 və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət agentliyi Cavabdeh qanunsuz hərəkətləri barədə xüsusi qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddianın dəqiqləşdirərək cavabdeh qismində qeyd olunan Lənkəran rayon Zövlə kənd tam orta məktəbin cavabdeh sırasında çıxarılaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını, üçüncü şəxs qismində qeyd olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh üçüncü şəxs sırasından çıxarılaraq cavabdeh qismində qeyd olunması, həmçinin iddia tələbinin dəyişdirilərək “İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılmamasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxs qismində qeyd olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh üçüncü şəxs sırasından çıxarılaraq cavabdeh qismində qeyd olunması, iş üzrə cavabdeh qismində qeyd olunan Lənkəran rayon Zövlə kənd tam orta məktəbi cavabdeh sırasında çıxarılaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması, iş üzrə iddia tələbi dəyişdirilərək “İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılmamasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Zövlə kəndində anadan olmuş, hazırda da ailə üzvləri ilə həmin kənddə yaşayır. X6 “İngilis dili” ixtisasını bitirmiş, 2006-cı ildən ixtisası üzrə Lənkəran rayon Zövlə kənd tam orta məktəbin ingilis dili müəllimi işləmiş, sonradan dərs yükünün az olması ilə əlaqədar ixtisası üzrə müəllim işləməyi ilə bərabər Uşaq Birliyinin rəhbəri vəzifəsi də ona həvalə olunmuşdur. Həmin dövrdə ixtisası üzrə 6 saat dərs yükü ilə işləmiş, xx.xx.2006-cı il tarixdə bağlanmış Əmək Müqaviləsində göstərilir ki, həmin vaxtdan ingilis dili müəllimi vəzifəsini icra edir. Həmin müqavilə müddətsiz bağlanmışdır və bu günə qədər də qüvvədədir. Bundan sonra Uşaq Birliyi rəhbəri vəzifəsinə təyin edilmiş, bu barədə aralarında əmək müqaviləsi bağlanmış və həmin müqavilədə müddətsiz bağlanmışdır. Həmin vaxtı işlədiyi dövrdə məktəbin direktoru başqa adamlar olmuş və onunla heç bir problem olmamışdır. Sonradan 2015-2016-cı dərs ilində məktəbə yeni direktor kimi X15 təyin edilmişdir. O, məktəbə direktor təyin olunandan sonra onun üçün problemlər yaratmağa başlamış və müəllimlərin dioqnostik qiymətləndirmə imtahanında iştirak etmək istəyirsənsə, öz ərizənlə Uşaq Birliyi rəhbəri vəzifəsindən imtina etməsini bildirmişdir. Nemət Cəfərov bunun səbəbi kimi onun müəllim və Uşaq Birliyi rəhbəri vəzifəsində eyni vaxtda işləməyinin qanunsuz olduğunu, ondan eyni vaxtda iki vəzifədə işləməyinin qanunsuz olması barədə rəsmi sənəd tələb etdikdə, heç bir sənəd təqdim etməmişdir. Həm “ingilis dili” müəllimi kimi və həm də eyni vaxtda Uşaq Birliyi rəhbəri vəzifəsini icra etməyinə baxmayaraq məktəbin direktoru Nemət Cəfərov onun adını müəllimlərin dioqnostik qiymətləndirmə imtahanında iştirak edənlərin siyahısına daxil etməmişdir. Həmin ili “ingilis dili” müəllimi kimi dərs saatları olmuş və “ingilis dili” müəllimi kimi qeyd olunan imtahanlarda iştirakı qanunda nəzərdə tutulmuşdur. Növbəti 2017-2018-ci dərs ilində isə məktəbin direktoru daha irəli gedərək heç bir əsas gətirmədən və rəsmi xəbərdarlıq etmədən “ingilis dili” müəllimi kimi işlədiyi halda və əmrdə də “ingilis dili” müəllimi kimi olduğuna baxmayaraq qanunsuz olaraq dərs yükü ayrılmamışdır. Məcburiyyət qarşısında qalaraq yuxarı təşkilatlara müraciət etmiş və bundan sonra məktəbin direktoru Nemət Cəfərov ona dərs yükü ayırmağa məcbur olmuşdur. Bundan sonra məktəbin direktoru tərəfindən “ingilis dili” müəllimi kimi dərs yükü ayrılsa da və uşaqlara “ingilis dili” müəllimi kimi dərs versə də, jurnallar tərəfindən yazılsa da, bunun müqabilində əmək haqqı yazılmamışdır. Onun verdiyi dərs saatlarının əmək haqqısını başqa müəllimlərə verilirdi. Məktəbin direktoru səbəb kimi dərs yüklərinin bölündüyündən hazırda dəyişikliyin edilməsinin mümkün olmadığını bildirilmişdir. Lənkəran şəhər Təhsil şöbəsində də ona eyni cavab verilmiş və yeni dərs ilində dərs yükünün veriləcəyi bildirilmişdir. Məktəb direktorunun ona qarşı qərəzli hərəkətlərinə biganə qala bilməyən atası X11 Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası ƏƏSMN yanında X14 xidmətinə məktəbin direktoru Nemət Cəfərovun qanunsuz əməlləri və ailə üzvlərinə qarşı şəxsi qərəzçiliklə davranması barədə rəsmi faktlarla müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyindən və Lənkəran şəhər Təhsil Şöbəsindən bu günə kimi rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X14 xidməti idarəsi isə heç bir araşdırma aparmadan cavab verilmişdir. Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli 59 nömrəli əmrinə əsasən eyni vaxtda həm ingilis dili müəllimi kimi, həm də Uşaq Birliyi rəhbəri kimi işləməyində heç bir qanunsuzluq yoxdur. Məktəbin direktoru Nemət Cəfərov isə bu qanunları qüvvədən düşmüş sayır və deyir ki, bu qanunlar artıq köhnəlmişdir və heç bir əsası yoxdur. Faktiki isə bu qanun 2016-cı ildə göndərilmişdir. Nemət Cəfərovun qanunsuz əməlləri bununla bitmir. 2015-2016-cı dərs ilində ixtisası üzrə “ingilis dili” müəllimi kimi və eyni zamanda Uşaq Birliyi rəhbəri vəzifəsində işləməyinə baxmayaraq Nemət Cəfərov müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi prossesindən kənarda saxlayır. Əvvəllər məktəbin direktoru Nemət Cəfərov şifahi olaraq Uşaq Birliyi rəhbəri vəzifəsində işləməyini əsas gətirirdi. Baxmayaraq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 994 nömrəli əmri ilə müəllimlərin dioqnostik qiymətləndirilməsinə göndərilməli idi. X19 Təhsil Nazirliyinin bu əmrini də yerinə yetiməkdən imtina edir. O, bu qanunu qanunsuz sayır. Lənkəran şəhər Təhsil Şöbəsi və direktor Nemət Cəfərov razılıq verdilər ki, 2020-2021ci il dərs ilində 6 saata qədər ixtisası üzrə dərs yükü ilə təmin edəcəklər, lakin aylar keçməsinə baxmayaraq yenə də dərs yükü ilə təmin etmədilər. Bununla əlaqədar onlara yenidən rəsmi təklif göndərmişdir ki, onunla razılığa gəlsinlər və bundan sonra Medasiya Şurasına müraciət etmiş, Medasiya Şurası tərəfindən mediator təyin edilmiş və hər ikisi ora dəvət edilmiş, aralarında danışıq aparılsa da, Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru X15 yenə də dərs yükü verməkdən imtina etmişdir. Sonradan bununla bağlı iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə ona “ingilis dili” müəllimi kimi 9 saat dərs yükü təyin edilmiş və məktəbin direktoru da məcbur olaraq “ingilis dili” müəllimi kimi 12 saat dərs yükü vermişdir. Bu yaxınlarda onlarla işləyən müəllimlər qanuna uyğun olaraq sertifıkasiyadan keçmək üçün imtahan verirmişdilər. Sertifıkasiyadan keçmək üçün imtahan verəcək müəllimlərin ilkin siyahısında onun adı da vardır. Bununla bağlı şəxsi portalına mesaj da gəlmişdir. Lakin buna baxmayaraq M.Qarayev adına Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru X15 ona bildirmişdir ki, bəs Lənkəran Təhsil şöbəsi İddiaçı müəllimlərin sertifıkasiyasında keçmək üçün imtahanlara buraxılmayacaq və bununla bağlı təhsil şöbəsinə müraciət olunmalıdır. Bununla bağlı Lənkəran şəhər Təhsil Şöbəsinə şifahi müraciət etmiş, lakin Fərhad müəllim ona şifahi heç nə deyə bilmədiklərini, yazılı formada rəsmi müraciət olunmasını bildirmişdir. Ona qarşı bu cür hallara əvvəllər də yol verilmişdir. Belə ki, onlar müəllimlərin dioqnostik qiymətləndirilməsinə də göndərməkdən imtina etmişdirlər. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh və üçüncü şəxs Lənkəran rayon Zövlə kənd tam orta məktəbinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan İddiaçı məxsus BB-ll 039322 saylı diplomun surətindən görünür ki, İddiaçı 27 iyun 2006-cı ildə X13 Kollecin İngiis dili” ixtisası üzrə tam kursu bitirmiş, ona ibtidai siniflərdə "ingiis dili müəllimliyi” ixtisası verilmişdir. İşdə olan İddiaçı məxsus ******* saylı əmək kitabçasının və əmrlərin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixli 1 nömrəli əmrə əsasən ixtisası üzrə xx.xx.2006cı ildən müəllim vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2007-cı il tarixli 8 nömrəli əmrə əsasən xx.xx.2007-ci ildən uşaq birliyi rəhbəri vəzifəsinə təyin edilmişdir. İşdə olan M.Qarayev adına Zövlə kənd tam orta məktəbinin xx.xx.2006-cı il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, Azimova X9 Dövlət Humanitar Kollecinin ibtidai siniflərdə ingilis dili müəllimi ixtisasını bitirmiş xx.xx.2006-cı ildən ixtisası üzrə müəllim təyin edilmişdir. İşdə olan M.Qarayev adına Zövlə kənd tam orta məktəbinin xx.xx.2007-ci il tarixli, 08 nömrəli əmrinin surətindən görünür ki, məktəbin ingilis dili müəllimi İddiaçı xx.xx.2007-ci il tarixdən UBR-i təyin edilmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-638/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı müəllim kimi işlədiyi Lənkəran rayon Zövlə kənd tam orta məktəbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 397 nömrəli qərarının tələblərinə müvafiq olaraq 9 saat dərs yükü ilə təmin edilmişdir. İşdə olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, xxxxxxx000304 ömrəli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X15 ilə İddiaçı arasında Zövlə kənd tam orta məktəbinin X16nın rəhbəri kimi xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqavilədə müddətsiz bağlanmışdır. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-35/2-A-193-1/2024 məktubundan görünür ki, 2023-2024-cü tədris ilində Dövlət ümumi təhsil müəssisələrində çalışma stajı 3 ildən başlayan, hazırda müddətsiz əsaslarla işləyən (ilk işə qəbul müddətli və ya müddətsiz müqavilə ilə ola bilər) riyaziyyat, xarici dil fənnini tədris edən müəllimlərin və 0,5 ştat vahidi ilə direktor müavinlərinin (yalnız tədris işləri üzrə direktor müavinləri) sertifikatlaşdırılması imtahanında iştirakı nəzərdə tutulmuşdur. Müəllim və ya 0,5 ştat vahidi ilə direktor müavin' olmayan digər vəzifəli şəxslər isə 2023-2024-cü tədris ilində keçiriləcək sertifikasiya imtahanına cəlb edilməyəcəklər. Onunla bağlanılmış əsas əmək müqaviləsi X2 üçün hazırda sertifikasiya imtahanında iştirakı nəzərdə tutulmamışdır. İşdə olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, xxxxxxx000306 ömrəli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X15 ilə İddiaçı arasında Zövlə kənd tam orta məktəbinin ingilis dili müəllimi kimi xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqavilədə müddətsiz bağlanmışdır. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-638/2022 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdehlər X15 və qeyr. qarşı əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair 2022-ci ildə məhkəmənin icraatında olmuş 2(049)-638/2022 nömrəli mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci ii tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minərək xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. Qətnamə tam şəkildə icra edilməklə icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icraata xitam verilərək icra sənədi məhkəməyə qaytarılmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Təhsil haqqında” Qanun: 1.0.6-1. Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru Maddə 36-2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlərin sertifikatlaşdırılması 36-2.1. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

17. “Ümumi təhsil haqqında” Qanun: Maddə 28. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması 28.1. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.3. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 28.4. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 28.5. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 155 saylı 30 aprel 2020- ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”: 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının qeyd edilən dövr ərzində ödənilməli olan həvəsləndirmə tədbiri kimi kompensasiya və əmək haqqına əlavələrin ödənilməsi tələbi ilə bağlı imtinası əsassız olmuşdur. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. İddiaçı 27 iyun 2006-cı ildə X13 Kollecin İngiis dili” ixtisası üzrə tam kursu bitirmiş, ona ibtidai siniflərdə "ingiis dili müəllimliyi” ixtisası verilmişdir. M.Qarayev adına Zövlə kənd tam orta məktəbinin xx.xx.2006-cı il tarixli, 01 nömrəli əmrinin surətindəndə görünür ki, Azimova X9 Dövlət Humanitar Kollecinin ibtidai siniflərdə ingilis dili müəllimi ixtisasını bitirmiş xx.xx.2006-cı ildən ixtisası üzrə müəllim təyin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-638/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı müəllim kimi işlədiyi Lənkəran rayon Zövlə kənd tam orta məktəbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 397 nömrəli qərarının tələblərinə müvafiq olaraq 9 saat dərs yükü ilə təmin edilmişdir. İddiaçının hüquqi marağı “ingilis” dili müəllimi kimi sertifikatlaşdırılması imtahanına buraxılması olmuş, inzibati orqan isə iddiaçının tələbindən İddiaçı ilə bağlanılmış əsas əmək müqaviləsi X3ması əsası ilə imtina etmişdir. Qeyd edilən istiqamətdə aparılan araşdırma nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin məhkəməyə ünvanladığı 3-17-5/2-88647/2024 saylı, xx.xx.2024-cü il tarixli sorğu cavabına əlavə edilən X1 Sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumat vərəqinə baxılan zaman İddiaçı ilə bağlı işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh xxxxxxx000306 bildiriş nömrəli müqavilənin qüvvədə olduğu, digər müqavilələrin isə qüvvədən düşdüyü müəyyən edilir. xxxxxxx000306 nömrəli müqaviləyə nəzər yetirilən zaman isə iş yerinin “əsas”, işçinin vəzifəsinin “ingilis dili müəllimi”, əmək müqaviləsinin başlanma tarixinin “xx.xx.2022-ci il”, müqavilənin növünün “müddətsiz”, hal-hazırda statusunun “qüvvədədir” olduğu müəyyən edilir. Məhkəmə qanunvericiliyin müddəaları və aparılan araşdırma nəticəsində qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh imtinasında göstərilən dəlillər imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. Yuxarıda qeyd olunanları, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Qeyd olunmalıdır ki, təhsil orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi təhsil orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati prosessual qanunvericiliyə əsasən şəxslərin tələblərindən edən etmiş inzibati orqan həmin imtinanın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçının tələbindən imtina etdiyi zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar