Məhkəmə qərarları › İş №2-1(120)-148/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-148/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-148/2021 06.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 (hüquqşünas, “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «JN-505A, Kod 80504059 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən mərhum X12 və X4 məxsus 0,08 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxslərə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydiyyatı alınması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən verilmiş «JN-505A, Kod 80504059 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7 mülkiyyətinə verilmiş Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı nümayəndəsi və vəkili X5 17.11.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə JN-505A, Kod 80504059 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən mərhum X12 və X4 məxsus 0,08 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxslərə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli qərardadı ilə X5 tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş, mübahisəyə JN-505A, Kod 80504059 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən mərhum X12 və X4 məxsus 0,08 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxslərə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-1(120)-148/2021 saylı qərardadı ilə X13 və X8 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı nümayəndəsi və vəkili X5 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı AR ƏN Masallı Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə məktubla müraciət edərək vərəsəlik işini rəsmiləşdirməkdən ötrü mərhum X9 məxsus əmlak barəsində dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi müraciətə cavab olaraq göndərdiyi 05.08.2020-ci il tarixli **********9 saylı məktubunda kadastr zamanı JN-505A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə müayinə olunan faktiki torpaq sahəsinin eynilik təşkil etmədiyini, faktiki torpaq sahəsinin şəhadətnamədə göstərilən torpaq sahəsindən cənubda yerləşdiyini, sözügedən torpaq sahəsində başqa mülkiyyətçi tərəfindən fərdi yaşayış evi inşa edildiyini qeyd etmiş və «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» AR Qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin şəhadətnamədə göstərilən torpaq sahəsi ilə müayinə olunan faktiki torpaq sahəsinin eynilik təşkil etmədiyi barədə qeydləri tamamilə əsassız və qanunsuzdur. İddiaçının atası X7 1975-ci ilə kimi 0,27 ha həyətyanı torpaq sahəsi olmuş, 1976-cı ilin yanvar ayından isə onun həyətyanı torpağı 0,20 ha-a endirilmişdir. Bundan sonra X7 0,20 ha torpaq sahəsi, «Sovet Azərbaycanı» sovxozunun 30.04.1980-ci il tarixli 77/2 saylı əmri ilə 0,06 ha torpaq sahəsi azaldılaraq 0,14 hektara endirilmiş, daha sonra isə 0,14 ha torpaq sahəsi həmin sovxozun 01.04.1983-cü il tarixli, 55/10 saylı əmri ilə 0,06 ha azaldılaraq həyətyanı torpaq sahəsi 0,08 hektara endirilmişdir. İddiaçının atası ailəsi ilə birlikdə həmin torpaqda məskunlaşmış və onun tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı da ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Atasına ayrılmış torpaq sahəsi onların ata-baba yurdları olmuş, sevincli və kədərli günləri həmin torpaqda, həmin evdə keçmişdir. İddiaçının atası və anası vəfat etdikdən sonra həmin ev çox əvvəllər inşa edildiyindən və orada yaşamaq mümkün olmadığından iddiaçı tərəfindən 2020-ci ilin may ayında sökülmüş və boş qalmış torpaq sahəsində abadlıq işləri aparılmış və torpaq sahəsi çəpərlənmişdir. Bundan sonra DƏDRX-nin müvafiq əməkdaşları şəhadətnamədə qeyd olunan torpaq sahəsinə vizual baxış keçirmiş və orada torpaq sahəsində ölçmə işləri aparmışlar. İdarənin əməkdaşları şəhadətnamədə göstərilən torpaq sahəsinin həmin ərazidə olduğunun və orada abadlıq işlərinin aparılmasının şahidi olmuşlar. Məskunlaşdıqları torpaq sahəsinə dair AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən 2004-cü il tarixli JN-505A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə iddiaçının atası M.A.Abuşova Masallı rayonu, Köhnə Alvadı kəndində 0,08 ha torpaq sahəsi verildiyi, torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü hissəsində atasına ayrılmış torpaq sahəsi ştrixlənmiş xətlərlə və 505A, 505AJ nömrələri ilə qeyd edilmiş və həmin torpaq sahəsi ilə sərhəd qonşu torpaqlar ayrı-ayrı nömrələrlə işarələnmişdir (505AJ-X12). Yuxarıda qeyd olunanlardan göründüyü kimi idarənin əməkdaşlarının müayinə etdiyi və ailə üzvləri ilə birlikdə yaşadıqları evin yerləşdiyi torpaq sahəsi AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən verilmiş 2004-cü il tarixli JN-505A Kod 80504059 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eynilik təşkil edir. Torpaq sahəsi və evə aid fotoşəkillərin əlavə olunduğu CD hazırkı iddia ərizəsinə əlavə edilmişdir. JN-505A (Kod ********) saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv edilməmişdir. Qeyd edilənlərə əsasən, JN-505A, Kod 80504059 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən mərhum X12 və X4 məxsus 0,08 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxslərə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və üçüncü şəxs X10 və X6 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 05 avqust 2020-ci il tarixli məktubda göstərilmişdir ki, kadastr ekspertizası zamanı məlum olmuşdur ki, JN-505A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə müayinə olunan faktiki torpaq sahəsi eynilik təşkil etmir. Faktiki torpaq sahəsi şədadətnamədə göstərilən torpaq sahəsinin cənubunda yerləşir və sözugedən torpaq sahəsində başqa mülkiyyətçi tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlara görə «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsinə imtina edilmiş və sənədlərin əsli qaytarılmışdır. İş materialında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-505A Kod 80504059 saylı şəhadətnamədən görünür ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 30 oktyabr 2001-ci il tarixli 28 saylı qərarı ilə 0,08 hektar torpaq sahəsi Masallı rayon Köhnə Alvadı kənd sakini X12 və X3 mülkiyyətinə verilmişdir. İş materialında olan “xxxx” MMC-nin 13 yanvar 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-505A, Kod 80504059 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X12 və X4 həyətyanı sahə kimi Masallı rayonu, Köhnə Alvadı kəndində ayrılmış 0,08 ha torpaq sahəsi tam mülkiyyətdir, təyinatı üzrə istifadə edilir və hal-hazırda istifadəsinə qanunla müəyyən olunmuş qaydada heç bir yüklülük və məhdudiyyət tətbiq edilməmişdir. Qeyd edilən torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir və digər mülkiyyətçilərə məxsus olan qonşu torpaq sahələri ilə üst-üstə düşmür. JN-505A, Kod 80504059 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ayrılmış 0,08 ha torpaq sahəsində 1950-ci ildə tikilmiş fərdi yaşayış evi yararsız olduğu üçün 27 may 2020-ci ildə iddiaçı tərəfindən sökülmüşdür. Halhazırda heç bir tikili mövcud deyil. Qeyd edilən torpaq sahəsi üzərində mərhum X7 və X3 hüquqları JN-505A, Kod 80504059 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydiyyata alınmışdır. Hal-hazırda mərhum X12 və X4 məxsus JN-505A (0,08 ha) torpaq sahəsi, X10 məxsus JN-509A (0,18 ha) saylı torpaq sahəsi və X6 məxsus JN-506A (0,06 ha) saylı torpaq sahələrindən heç birinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmamışdır. İddia edilən torpaq sahəsi, JN-505A, Kod 80504059 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun, Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası bölməsinin 8.0.4. maddəsində – bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulur. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2021-ci il tarixli 10/4114 №-li ekspert rəyindən görünür ki, JN-505A, Kod 80504059 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X12 və X4 həyətyanı sahə kimi Masallı rayonu, Köhnə Alvadı kəndində ayrılmış 0,08 ha torpaq sahəsi tam mülkiyyətdir, təyinatı üzrə istifadə edilir və hal-hazırda istifadəsinə qanunla müəyyən olunmuş qaydada heç bir yüklülük və məhdudiyyət tətbiq edilməmişdir. Qeyd edilən torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir və digər mülkiyyətçilərə məxsus olan qonşu torpaq sahələri ilə üst-üstə düşmür. JN-505A, Kod 80504059 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ayrılmış 0,08 ha torpaq sahəsində 1950-ci ildə tikilmiş fərdi yaşayış evi yararsız olduğu üçün 27 may 2020-ci ildə iddiaçı tərəfindən sökülmüşdür. Hal-hazırda heç bir tikili mövcud deyil. Qeyd edilən torpaq sahəsi üzərində mərhum X7 və X3 hüquqları JN-505A, Kod 80504059 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydiyyata alınmışdır. Halhazırda mərhum X12 və X4 məxsus JN-505A (0,08 ha) torpaq sahəsi, X10 məxsus JN- 509A (0,18 ha) saylı torpaq sahəsi və X6 məxsus JN-506A (0,06 ha) saylı torpaq sahələrindən heç birinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmamışdır. İddia edilən torpaq sahəsi, JN-505A, Kod 80504059 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Qeyd olunur ki, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının valideynləri vəfat etmişlər. Masallı rayon Aqrar İslahat Komissiyasının 30 oktyabr 2001-ci il tarixli, 28 nömrəli qərarı ilə mərhum X12 və X4 həyətyanı sahə kimi Masallı rayonu, Köhnə Alvadı kəndində 0,08 ha torpaq sahəsi verilmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqandan sözügedən torpaq sahəsinə dair hüququn ölmüş şəxslərə - X12 və X4 məxsus olması barədə arayış verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. Cavabdehin qeyd olunan torpaq sahəsinə dair hüququn ölmüş şəxslərə - X12 və X4 məxsus olması barədə onun vərəsəsi İddiaçı arayış verməkdən imtina etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmuşdur. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair hüququn ölmüş şəxslər - X12 və X4 məxsus olması barədə arayış (çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 108.1-108.2-ci maddəsinə görə, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. İddiaçının nümayəndəsi və vəkili ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğin iddiaçıya aid edilməsini xahiş etdiyi üçün məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulmalıdır. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair hüququn vəfat etmiş şəxslər - X12 və X4 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar