Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1480/2020 01.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına qarşı «hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxx 1955-ci il tarixdə İmişli rayonu, Bəcrəvan kəndində doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək stajına dair sənədləri cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına təqdim edərək, müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********9 saylı məktubunda iddiaçının arxiv arayışında 1971-1973, 1975-1976, 1981-1990, 1994-1995-ci illərdə işləyib aldığı əmək haqlarının göstərilməsinə baxmayaraq, yerinə yetirilmiş minimum adam günü normalarının qeyd edilmədiyini və iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1996-xx.xx.2003-cü illərdə «Adəm» kiçik müəssisəsində işləməsini təsdiq edən əmr kitablarının və əmək haqqı cədvəllərinin müəyyən edilməsinin mümkün olmadığını qeyd edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya almaq hüququ verən yaş həddindən başlayaraq pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiа ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2 il hərbi xidmətdə olmuş, hərbi xidmətdən əvvəl və sonra müxtəlif təşkilatlarda əmək fəaliyyətində olmuşdur. O, pensiya almaq hüququ verən yaş həddinə çatmışdır. Sənədlərini hazırlayıb «ASAN» Xidmət İmişli Regional Mərkəzinə müraciət etmiş, onun müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına göndərilmiş, həmin orqan ona xx.xx.2020-ci il tarixli məktubla cavab vermişdir. Verilmiş olan cavabda ona pensiya təyin olunmaqdan imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İmtina belə əsaslandırılmışdır ki, vətəndaşın xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olduğu dövr, əmək kitabçasında qeyd olunan xx.xx.1977-xx.xx.1979-cu illərdə X4 İdarəsində, xx.xx.1980-xx.xx.1981-ci illərdə PMK-23-də, xx.xx.1981-xx.xx.1996-cı illərdə «Nizami» adına kolxozda, xx.xx.1996-xx.xx.2003-cü illərdə «Adəm» kiçik müəssisəsində və İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 75 saylı arayışında 1970-1973, 1975-1976, 1981-1990, 1994-1995-ci illərdə işləyib aldığı əmək haqları göstərilsə də, sosial sığorta haqqı hesablanması üçün əsas olan yerinə yetirilmiş minimum adam günü normaları qeyd edilməmişdir.1970, 1991-1993, 1996-cı illərin son hesablaşma kitabları İmişli rayon Dövlət Arxivində saxlanılmır. Cavadehin imtinası əsaslı deyil. Adam günü normalarının rəsmi sənədlərdə əksini tapmaması və ya sənədlərin arxivə təhvil verilməməsi vətəndaşın təqsiri deyil. Belə ki, onun adına tərtib olunmuş əmək kitabçasında onun əmək fəaliyyətində olduğu dövr əksini tapır. Əmək kitabçasında göstərilməyən illər isə arxiv arayışında göstərilir. Cavabdehin ona pensiya təyinatından imtina etməsi, həmçinin qanunvericilik normalarına da ziddiyyət təşkil edir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, İmişli rayon Dövlət Arxivinin arayışının və əmək kitabçasının təsdiq olunmuş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmiş etmişdir. Həmçinin iş materiallarına İmişli rayon Dövlət Arxivinin, Dövlət Vergi Xidməti 8 saylı X5 və İmişli Rayon Statistika İdarəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxxx 2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. İddiaçının 1971-1973, 1975-1976, 1981-1990 və 1994-1995-ci illərdə kolxozda işləyib əmək haqqı alması İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 75 saylı arayışında öz əksini tapmışdır. İddiaçının xx.xx.1977-xx.xx.1979-cu illərdə X1, xx.xx.1980-xx.xx.1981-ci illərdə Cənub Muğan zonasında X3 İdarəsinin 23 saylı TŞ səyyar mexanikləşdirilmiş dəstəsində, xx.xx.1981-xx.xx.1996-cı illərdə İmişli rayonu «Nizami» adına kolxozda və xx.xx.1996xx.xx.2003-cü illərdə «Adəm» kiçik müəssisəsində işləməsi ona məxsus xx xxxxxx 1977-ci il tarixli əmək kitabçasında qeyd edilmişdir. Həmçinin İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 75 saylı arayışından görünür ki, iddiaçının 1971-1973, 1975-1976, 1981- 1987 və 1994-1995-ci illərdə faktiki adam günü qeyd edilməmiş, 1988-ci ildə faktiki adam günü 291 gün, 1989-cu ildə faktiki adam günü 295 gün və 1990-cı ildə faktiki adam günü 282 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1971-1973, 1975-1976, 1981-1990, 1994-1995ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 75 nömrəli arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, İmişli rayonu «Nizami» adına kolxozda kişilər üçün minimum adam günü 260 gün olmuşdur. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1988- 1990-cı illərə münasibətdə yerinə yetirilməsi müəyyən edildiyindən həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır. Həmçinin İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 75 nömrəli arayışında iddiaçının 1971-1973, 1975-1976, 1981-1987 və 1994-1995-ci illərə dair əmək haqqısı qeyd edilsə də, yerinə yetirilmiş adam günlərinə dair heç bir qeyd aparılmamışdır. Həmçinin iş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli 111 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Dövlət Arxivində saxlanılan «Nizami» adına kolxozun son hesablaşma kitablarında 1988, 1989 və 1990-cı illərdən başqa heç bir kolxozçunun yerinə yetirilmiş adam günü normaları kitablarda qeyd olunmamışdır. İddiaçının həmin illərdə minimum əmək iştirakı normasından az işlədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmin illərə münasibətdə iddiaçının faktiki işlədiyi adam günlərinin qeyd edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Başqa sözlə, müvafiq sənədlərdə (hesablaşma kitablarında) adam günü normasının yerinə yetirilməsi barədə qeydiyyatın aparılması iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, həmin illər də iddiaçıya tam əmək stajı kimi hesablanmalıdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının 1971-1973 və 1975-1976-cı illərdə İmişli rayonu «Nizami» adına kolxozda işləməsinin onun əmək kitabçasında öz əksini tapmamasına da münasibət bildirərək, qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə iddiaçının xx.xx.1996-xx.xx.2003-cü illərdə «Adəm» kiçik müəssisəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərlə bağlı bildirir ki, 8 saylı X5 xx xxxxxxx 2020-ci il tarixli **********562120 saylı məktubunda qeyd edilmişdir ki, «Adəm» kiçik müəssisəsi adlı hüquqi şəxs idarə tərəfindən dövlət qeydiyyatına və vergi uçotuna alınmayıb. İmişli Rayon Statistika İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 142 saylı məktubunda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Statistik vahidlərin Dövlət Reyestrində «Adəm» kiçik müəssisəsinə dair məlumat yoxdur. Belə olan halda məhkəmə iddiaçının xx.xx.1996-xx.xx.2003-cü illərdə «Adəm» kiçik müəssisəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydləri mötəbər hesab etmir. Beləliklə, 1973-1975-ci illərdə hərbi xidmətdə olduğu xidmət, 1971-1973, 1975-1976, 1981-1996-cı illərdə kolxozda işləməsi barədə İmişli rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli 75 saylı arayışında və xx xxxxxx 1977-ci il tarixli əmək kitabçasında qeyd edilən iş illəri, eləcə də xx xxxxxx 1977-ci il tarixli əmək kitabçasında qeyd edilən xx.xx.1977xx.xx.1979-cu illərdə X1, xx.xx.1980-xx.xx.1981-ci illərdə Cənub Muğan zonasında X3 İdarəsinin 23 saylı TŞ səyyar mexanikləşdirilmiş dəstəsində iş illəri nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov