Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1485/2020 04.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı (Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 8, mənzil N-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 (Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 1, ev 19-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, 1992-ci ildən N12-ci ilin mart ayınadək N il Azərbaycan Ordusunda qüsursuz xidmət etmişdir. 46 ildən artıq isə ümumi xidmət ili vardır. Polkovnik-leytenantdır, 1992-1994-cu illərdə Laçın, Qubadlı, Fizuli, Beyləqan rayonları uğrunda gedən ağır döyüşlərdə və sonrakı illərdə daim düşmənlə bilavasitə təmas vəziyyətində olan hərbi hissələrdə, son N ili isə Naxçıvan MR yerləşən hərbi hissələrdə qulluq etmişdir. N09-cu ildə 48 yaşı tamam olmasına baxmayaraq ehtiyac olduğu üçün N12-ci ildə 51 yaşında ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət müddətində müxtəlif medallarla və bir sıra fəxri fərmanlarla təltif edilmişdir. N11-ci ilin dekabr ayının 25-də komandanlığa “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən ehtiyata buraxılmağı haqqında raportla müraciət etmişdir. Bundan 5 gün sonra Azərbaycan Respublikasının Prezidentinin xx.xx.N11-ci il tarixli Fərmanı çıxdıqdan sonra N təqvim ili bitməsi ilə əlaqədar olaraq müraciətinin geri qaytarılmasını istəmişdir. Lakin səbəb göstərilmədən müraciətinə baxılmamış və ona aid olunan 3 aylıq məzuniyyət verilmədən və tibbi müayinədən keçirilmədən xx.xx.N12-ci il tarixdə ordu sıralarından tərxis edilmişdir. Ehtiyyata buraxıldığı vaxtı qanuni hüquqlarının pozulmasını, müharibə veteranı olmasını, orduda qüsursuz xidmətini, orduda tutduğu vəzifəsini və rütbəsini, ailə üzvlərini sayını 6 nəfər olduğunu nəzərə alıb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməlidir. Lakin N12-ci ildən hazırki vaxtadək qeydiyyatda olduğu Şirvan şəhərində Şirvan şəhər İcra Hakimiyyətində mənzil növbəsindədir. Uzun illər mənzil növbəsində olsa da, hazırki vaxtadək mənzillə təmin olunmamışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan müraciətinin təmin edilməsindən imtina edərək xx.xx.N19-cu il tarixli məktubda imtinanın əsası kimi göstərilmişdir ki, onun hərbi xidməti N ildən az olmuşdur. Həmin imtina əsassızdır.Çünki Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən həyat yoldaşı X1 ünvanlanmış xx.xx.N12-ci il tarixli, 3653/5 nömrəli məktubda onun adının mənzili olmayan hərbi qulluqçuların siyahısına daxil edildiyi qeyd olunmuşdur. Belə ki, onun N ildən artıq qüsursuz hərbi xidməti vardır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin istefada olan polkovnik-leytenant İddiaçı verdiyi xx xxxxxx N19-cu il tarixli, 22 nömrəli arayışından məlum olmuşdur ki, o, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx N12-ci il tarixədək Azərvaycan Ordusunda xidmət etmişdir. Xidmət illəri barədə İddiaçı verilən arayışa istinadən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N təqvim ilində az xidmət etdiyi üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli 569 nömrəli fərmanı ona şamil olunmur. Bu səbəbdən də İddiaçı adı mənzil təminatı ilə bağlı Azərvaycan Ordusunda N təqvil ili və daha çox xidmət etmiş hərbi qulluqçular siyahısına daxil edilməmişdir. Qeyd olunalara əsasən iddia tələbi əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.3-cü maddələri). X7 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N07-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 8, mənzil N-də yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx N19-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Məhkəmə Mənzil İstismar İdarəsinin “imtinasını” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “imtinasını” kimi qiymətləndirir. Bundan başqa, iş materiallarında olan xx xxxx NN-ci il tarixli ərizədən müəyyən olunur ki, iddiaçı eyni məzmunlu tələblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyasına müraciət etmiş, lakin yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı onun N təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.N11-ci il tarixli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AZE 09355724 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş və Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 8, mənzil N-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1983-cü il tarixli, ИВ0410N nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1978-1983-cü illərdə Azərbaycan Politexnik İnstitutunda yarımkericilər və dielektriklər ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.N19-cu il tarixli, 1195 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Ordusunda N ildən az (xx.xx.1992-ci il tarixdən xx.xx.N12-ci il tarixədək) xidməti olduğu üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli, 569 nömrəli Fərmanı İddiaçı şamil olunmur. İşdə olan xx.xx.1985-ci il tarixli, ВЦ 054449 nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı taktiki raket bölməsinin zabiti profili üzrə Azərbaycan Politexnik İnstitutunda hərbi hazırlıq keçmiş, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx N12-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət etmiş, hərbi rütbəsi-polkovnik-leytenantdır, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən xx xxxxxx N12-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, M/V 004282 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İşdə olan xx.xx.1990-cı il tarixli, V-ЖГ 405951 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X5 ilə xx.xx.1990-cı il tarixdə nikahlarını bağlamışlar və arvad Hüseynova soyadını götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən İddiaçı həyat yoldaşı X2 ünvanlanmış xx.xx.N12-ci il tarixli, 3653/5 nömrəli məktubun surətindən görünür ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən İddiaçı adı mənzili olmayan hərbi qulluqçuların siyahısına daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N19-cu il tarixli, 12/2960 nömrəli arayışından görünür ki, istefada olan polkovnik-leytenant İddiaçı xx xxxx 1992-ci il tarixdən xx xxxxxx N12-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə-19 il 06 ay 22 gün, ali təhsil dövrünün xidmət illərinə əlavə edilən müddəti-02 il 05 ay 02 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət-24 il 02 ay 16 gün, ümumi xidmət illəri isə 46 il 02 ay 10 gün təşkil edir. İşdə olan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyasına ünvanladığı xx.xx.NN-ci il tarixli müraciət ərizəsindən görünür ki, N təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.NN-ci il tarixli, 3092 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində N təqvim ilindən az xidmət etdiyi üçün Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli 569 nömrəli fərmanı İddiaçı şamil olunmur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənzil təminatının yaxşılaşdırılması sahəsində təşkilati tədbirlər barədə” xx.xx.N18-ci il tarixli, 63 nömrəli əmrinin surətindən görünür ki, “Dövlət vəsaiti hesabına mənzillərlə təmin edilməli olan hərbi qulluqçuların siyahılarının hazırlanması və təyin olunmuş qaydada təqdim olunmasının təmin edilməsi, habelə əvvəllər mənzillə təmin olunmuş hərbi qulluqçuların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”nin 3.0.29cu və 5.7.9-cu yarımbəndlərini rəhbər tutaraq Müdafiə Nazirliyində komissiya yaradılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və N yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 6N nömrəli qərarına əsasən :
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: -Zabit heyətinə daxili işlər , gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. -Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir.
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: -Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Məhkəmə müəyyən etdi ki, iddiaçı mənzillə təmin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan iddiaçının Azərbaycan Ordusunda N ildən az (xx.xx.1992-ci il tarixdən xx.xx.N12-ci il tarixədək) xidməti olduğu əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İşdə olan xx.xx.1985-ci il tarixli, ВЦ 054449 nömrəli hərbi biletin təsdiq edilmiş surətindən göründüyü kimi İddiaçı 1983-cü ildə taktiki raket bölməsinin zabiti profili üzrə Azərbaycan Politexnik İnstitutunda hərbi hazırlıq keçərək leytnant hərbi rütbəsini almışdır. Məhkəmə qeyd edir ki, hazırda ali təhsil müəssisələrində hərbi kafedralar fəaliyyət göstərmədiyindən, mövcud qanunvercilikdə ali təhsil müəssisələrindəki hərbi hazırlıq müddətinin hərbi xidmət müddətinə daxil edilməsi öz əksini tapmamışdır. Bununla yanaşı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsində qeyd olunmuşdur ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Məhkəmə hesab edir ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulduğu halda, iddiaçının taktiki raket bölməsinin zabiti profili üzrə Azərbaycan Politexnik İnstitutunda hərbi hazırlıq keçərək leytnant hərbi rütbəsi aldığı müddətin hərbi xidmət müddətinə daxil edilməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən İddiaçı həyat yoldaşı X1 ünvanlanmış xx.xx.N12-ci il tarixli, 3653/5 nömrəli məktubun surətindən görünür ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən İddiaçı adı mənzili olmayan hərbi qulluqçuların siyahısına daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.N19-cu il tarixli, 1195 nömrəli imtina məktubunun məzmunundan müəyyən edilir ki, iddiaçı N19-cu ildə Mənzil İstismar İdarəsi “yaşayış sahəsi təmin olunması” ilə bağlı müraciət etmişdir. Başqa sözlə, iddiaçı Mənzil İstismar İdarəsinin xx.xx.N12-ci il tarixli, 3653/5 nömrəli məktubuna əsasən siyahıya daxil edildiyini zənn edərək, N19-cu ildə cavabdehə müraciət edərək “yaşayış sahəsi ilə təmin olunması”nı xahiş edir. Cavadeh inzibati orqanın xx.xx.N12-ci il tarixli, 3653/5 nömrəli məktubu ilə xx.xx.N19-cu il tarixli, 1195 nömrəli imtina məktubu arasındakı ziddiyyətli halların araşdırılması məqsədi ilə məhkəmə tərəfindən cavabdeh orqana sorğu verilmişdir. Cavabdehin məhkəmə ünvaladığı xx.xx.N19-cu il tarixli, 4362 nömrəli məktubunda bildirmişdir ki, Mənzil İstismar İdarəsi tərəfindən İddiaçı həyat yoldaşı X1 ünvanlanmış xx.xx.N12-ci il tarixli, 3653/5 nömrəli məktub düzgün araşdırılmadan verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının adının N12-ci ildə mənzili olmayan hərbi qulluqçuların siyahısına daxil edildiyi halda, inzibati orqanın 7 il sonra həmin məsələ ilə bağlı imtinaedici məktub verməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun digər normaları ilə yanaşı, həm də“Etimad hüququnun qorunması prinsipi” ilə bağlı normanın (13-cü maddənin) tələbləri pozulmuşdur. Məhkəmə, inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında, eyni zamanda işin bütün faktiki hallarını (xüsusən iddiaçının ümumi xidmət illərinin isə 46 il 02 ay 10 gün təşkil etdiyini və müharibə veteranı olmasını) nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı taktiki raket bölməsinin zabiti profili üzrə Azərbaycan Politexnik İnstitutunda keçdiyi hərbi hazırlıq müddəti ( ali təhsil dövrünün xidmət illərinə əlavə edilən müddəti 02 il 05 ay 02 gün müəyyən edilmişdir) təqvimlə xidmət illərinə aid edilərək, onun adı mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin olunmalı, İddiaçı N təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı N təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N11-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Orxan İsmayılov