Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1487/2022 14.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün vəsiqəsinin təkrar verilməsi, övladı X10 məcburi köçkün statusunun verilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Cəbrayıl rayonu olduğunu, Cəbrayıl rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-5416/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin yetkinlik yaşına çatmayan 26 mart 2005-ci il təvəllüdlü oğlu X11 məcburi köçkün statusu və vəsiqəsinin verilməsindən etdiyi 12 noyabr 2021-ci il tarixli, 01/6244 saylı imtinası əsassız hesab edilərək, ünvan 4 ünvanında qeydiyyatda olan 26 mart 2005-ci il təvəllüdü X11 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əsədov X3 rayonunda anadan olmuşdur. 1993-cü il 25 avqust tarixinə kimi ünvan 4-də ailə üzvüləri ilə birlikdə yaşamışdır. Cəbrayıl rayonu işğal olan zamanı məcburi köçkün düşərək Bakı şəhərinə gələrək, ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq Xətai rayonu, Vun-Tau küçəsi, bina 15, otaq 701-də tələbə yataqxanasında məskunlaşmışlar. 26 yanvar 2007-ci il tarixdə Cəbrayıl rayonu VVADQ kitabında №35 nikahları qeydə alınaraq X5 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 26 mart 2005-ci il təvəllüdü X12 və 06 noyabr 2006-cı ildə X16 doğulmuşdur. Cəbrayıl Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(072)- 286/2021 nömrəli qətnaməsi ilə X5 ilə nikahları pozulmuşdur. Həyat yoldaşı Cəbrayıl rayonunun Kürdlər kəndində 01 noyabr 1975-ci ildə anadan olmuş və məcburi köçkündür. Onunla nikahlarına xitam verildikdən (xx.xx.2021-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamə AZ-1 № 384110) sonra Cəbrayıl Rayon Məhkəməsinin 01 iyun 2021-ci tarixli, 2(072)-286/2021 nömrəli qətnaməsi ilə 26 mart 2005-ci il təvəllüdü X12 və 06 noyabr 2006-cı ildə X16 onun himayəsinə verilmişdir. Məcburi köçkün kimi 2003-cü ildə AA № 072083 seriyalı məcburi köçkün vəsiqəsi ilə təmin edilmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 12 avqust 2020-ci il tarixli, M/V № 088014 vəsiqə verilmişdir. “Qarabağ Qazilər” Birliyinin üzvüdür və 0752 nömrəli vəsiqə verilmişdir. 23 may 2016-cı il tarixli, № 101536 nömrəli vəsiqə ilə 2-ci qrup əlildir. 350 manat Prezident təqaüdü, 480 manat 2-ci qrup əlil kimi sosial müavinət alır. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının müavininin 30 avqust 2021-ci il tarixli, 836 nömrəli arayışından görünür ki, İddiaçı 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür, hal-hazırda Bakı şəhəri, Xətai rayonunda müvəqqəti məskunlaşmışdır, müvəqqəti məcburi köçkün kimi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2-də yataqxanada yaşayaraq vahid aylıq müavinət alır. Məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin növbəti qeydiyyatının aparılması və oğlu 2005-ci il təvəllüdlü X8 16 yaşı tamam olması ilə əlaqədar olaraq məcburi köçkün vəsiqəsinin verilməsi üçün Komitəyə müraciət etmiş, lakin komitə tərəfindən 01/6244 nömrəli 12 noyabr 2021-ci il tarixli məktubla cavab verilərək, “Azərbaycan Respublikasında məcburi köçkünlərə statusun və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsinin nəzərdə tutulduğu bildirilərək, imtina edilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Cavabdehtərəfindən verilmiş 01/6244 nömrəli 12 noyabr 2021ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, anası X5 Bakı qeydiyyatındadır və atasının fərari olması və barəsində amnistiya tətbiq edilməmişdir. İddiya ərizəsinə əlavə edilmiş Füzuli Hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli, 17/1737 nömrəli məktuba cavabından görünür ki, 16 iyun 2006-cı il tarixli, 308 nömrəli məktubda İddiaçı Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2114/2020 saylı iş üzrə qəbul etdiyi 2020-ci il tarixli qərarında İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil etmişdir. 26 mart 2005-ci il təvəllüdü X13 məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan 26 mart 2005-ci il təvəllüdü X12 publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfındən təmsil olunmalıdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərlə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Keçmiş həyat yoldaşı X5 ondan ayrıldıqdan, yəni 27 sentyabr 2021-ci ildən sonra ünvan 5 ünvanında qeydiyyata düşmüşdür. Oğlu 26 mart 2005-ci il təvəllüdlü X8 26 mart 2021-ci ildə 16 yaşı tamam olmnuşdur. Həmin vaxtda hər iki valideyn ünvan 4-də qeydiyyatda olmuşlar. Hesab edir ki, cavabdehin məcburi köçkün statusunun verilməsindən imtina etməsi qanunsuzdur. Azərbaycan Respublikasında Qaçqınların və Məcburi Köçkünlərin komitəsi onun təqdim etdiyi sənədlərə qiymət verməyərək öz mülahizəsinə uyğun qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin əsasnaməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il tarixində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydalar”ına uyğun olaraq həyəta keçirilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydalar”a uyğun olaraq, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. Məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəni almaq niyətində olan şəxs bu qaydaların 2.4-cü bəndində göstərilən sənədləri komitənin yerli nümayəndələri, komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə komitəyə təqdim etməlidir. Məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərə baxan aidiyyəti şöbəyə ünvanlanır. Şəxsə məcburi köçkün statusu verilməsi və ya bundan imtina edilməsi haqqında qərar ərizənin komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2 maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanlar tərəfındən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanm ödənilməsi də tələb edilə bilər. Cavabdehin imtinası əsassızdır və onun qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: - Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Cavabdehhəyata keçirir. İstinad edilmiş normaların ümumiləşdirilmiş mənası onunla bağlıdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafıq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin ) hüquqi statusu kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsinini nəzərdə tutmuşdur. O cümlədən həmin qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaşqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi almış uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir. İşin hallarına görə, X9 atası 1993-cü ildən məcburi köçkün statusuna malikdir. Məcburi köçkün kimi müvəqqət məskunlaşmış və müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “X10 məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 01/6244 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə daxil olmuş oğlunuza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AZE № 17529219 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Cəbrayıl rayonu, Xələfli kəndində anadan olmuş, hazırda Cəbrayıl şəhəri, C.Əhmədov küçəsi, ev 35 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZE № 08742496 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1975-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, xx.xx.1975-ci il taruxdə Cəbrayıl rayonu, Kürdlər kəndində anadan olmuş X5 27 sentyabr 2021-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cəbrayıl Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 836 saylı arayışından görünür ki, İddiaçı 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, halhazırda Xətai rayonunda müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(072)-286/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh X2 qarşı “nikahın pozulması və uşaqların himayədə saxlanılması” tələbinə dair iddiası təmin edilərək, X6 ilə X5 arasında 26 yanvar 2007-ci il tarixdə Cəbrayıl rayon VVADQ şöbəsində bağlanmış 35 nömrəli nikah pozulmuş, nikahın pozulmasından sonra xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2006-cı il təvəllüdlü X16 iddiaçı X1 himayəsində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İ № 384110 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 və X5 arasında olan nikah Cəbrayıl Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(072)-286/2021 saylı qətnaməsinə əsasən pozulmuş, Nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barıədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin 08 ayının 20 günündə 42 nömrə ilə qeyd edilmişdir. Kişiyə “Əsədov” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi rayonu sektorunun xx.xx.2021-ci il tarixli, 1004 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Cəbrayıl rayonundan məcburi köçkündür. Nəsimi rayonu, Xətai prospekti 2 ünvanında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi rayonu sektorunun xx.xx.2021-ci il tarixli, 1005 saylı arayışından görünür ki, X13 həqiqətən Cəbrayıl rayonundan məcburi köçkündür. Nəsimi rayonu, Xətai prospekti 2 ünvanında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-T № 160920 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X5 yazılmışdır. İş materiallarında olan AA2905204 nömrəli vəsiqənin surətindən görünür ki, X13 Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi almışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, xx.xx.2005-ci il tarixində anadan olmuş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış X9 16 yaşının tamam olduğu xx.xx.2021-ci tarixdən etibarən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə ilə təmin olunmaq hüququ yaranmış, həmin vaxt birgə nikahda olan məcburi köçkün statusuna malik valideynləri İddiaçı və X4in qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon - Cəbrayıl şəhəri, C.Əhmədov küçəsi, ev 35 ünvanı olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 01/6244 nömrəli məktubdan görünür ki, cavabdeh təşkilat tərəfindən X10 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina olunmuş və imtinanın maddi hüquqi əsası kimi «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinə istinad edilmişdir. Lakin həmin “Qaydalar»ın 4.1.6-cı bəndinin tərkib hissəsini təşkil edən üç haldan ((atanın “məcburi köçkün” statusuna malik olması, hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması və uşağın Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini alması) hansının ödənilmədiyini qeyd etməmişdir. Halbuki, iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, cavabdeh təşkilatın imtinasının əsası kimi istinad etdiyi «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın 4.1.6-cı bəndinin hər üç tələbi (atası “məcburi köçkün” statusuna malik olan, hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaq) X10 münasibətdə tam şəkildə ödənilmişdir «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). «Qaçqınların və məcbiri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Cavabdehhaqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla «məcburi köçkün» statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın - 1.1-ci bəndinə görə “Azərbaycan Respublikasının Cavabdehhaqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Cavabdehqəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin X10 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2005-ci ildə doğulmuş övladı X10 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ, İV və V bəndlərinə əsasən “dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 26 mart 2005-ci il təvəllüdü X10 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1487/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1487/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver