Məhkəmə qərarları › İş №2-1(120)-1489/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1489/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1489/2022 04.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı “Azər Zeynallı” X5 nümayəndəsi X7, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı “Azər Zeynallı” X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «Reyestrdən çıxarışın qismən ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 04 iyul 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı “Azər Zeynallı” X5 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarışın qismən, “Azər Zeynallı” X5 istifadəsində olan 25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi və X1 Beyləqan rayonu, Əlinəzərli kəndində yerləşən “Azər Zeynallı” X5 istifadəsində olan 25 hektar torpaq sahəsindən çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X12 məhkəməyə ərizələr təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarışın qismən, “Azər Zeynallı” X5 istifadəsində olan 25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” kimi qəbul olunmasını, cavabdeh X1 isə hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilməsi, X1 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh X1 hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştirakına xitam verilməsi, X1 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 29 oktyabr 1996-cı il tarixli, 67 saylı və 27 dekabr 1996-cı il tarixli, 87 saylı sərəncamları ilə uzunmüddətli istifadə üçün «Azər Zeynallı» X10na ayrı-ayrılıqda 25 hektar - cəmi 50 hektar torpaq sahəsi ayrılmışdır. Sonradan bilmişlər ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 saylı sərəncamı ilə onlara verilmiş 25 hektar torpaq sahəsinə dair sərəncam ləğv edilmiş və torpaq sahəsi Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamı ilə X2 icarəsinə verilmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti başçısı onların yenidən icarəyə götürmək barədə müraciətlərinin olmamasını əsas götürmüşdür. Halbuki, həmin torpaq sahəsi icarədə yox, uzun müddətli istifadə olunan torpaq sahəsi olmuşdur və həmin torpaq sahəsinin istifadə müddəti göstərilməmişdir. Bundan başqa cavabdehin 27 mart 2012-ci il tarixli, 31 saylı sərəncamına xitam verilməsi ilə bağlı onlara məlumat verilməmişdir. Həm də sərəncama 2012-ci il tarixdə xitam verilsə də onlar həmin torpaq sahəsindən 2018-ci ilin mart ayının 5dək istifadə etmişlər və onların verilən sərəncamdan məlumatları olmamışdır. Ona görə xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 67 saylı sərəncamı ilə istifadəsinə ayrılmış 25 hektar torpaq sahəsindən istifadəsinə xitam verilməsi barədə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 saylı sərəncamının ləğv edilməsinə qərar qəbul edilməsini xahiş etmişlər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)- 1529/2019 saylı iş üzrə 4 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 saylı sərəncamının qismən yeni sərəncamla iddiaçıya heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə qış otlaq sahəsindən iddiaçının istifadə (icarə) hüququna xitam verilməsi hissəsində ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsini qərara alınmışdır. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 26 yanvar 2022-ci il tarixli, 06 saylı sərəncamı ilə 27 mart 2012-ci il tarixli, 31 saylı sərəncamı qismən, yəni Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 29 oklyabr 1996-cı il tarixli, 67 nömrəli sərəncamı ilə «Azər Zeynallı» X10na heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə 7 saylı qış otlaq sahəsindən «Azər Zeynallı» X5 istifadə (icarə) hüququna xitam verilməsi hissəsi ləğv edilmişdir. Bununla belə cavabdehə həmin sərəncam əsasında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarış ləğv edilməmiş qalır və cavabdeh torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Onların mülkiyyət hüquqları isə qanuni sənədlərlə təsdiq olunur. Çıxarışın verilməsinə əsas olmuş sərəncam ləğv edildiyinə görə çıxarış da ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülkiyyət hüququnun ləğvi mövcud qanunvericiliyin tələblərinə əsasən hüquq sahibinin ərizəsi və ya müvafiq məhkəmə qərarı əsasında aparılır. Qeyd olunanlara əsasən bildirirlər ki, iddiaçı “Azər Zeynallı” X5 müraciətində göstərilən məsələyə hər hansısa köməklik etmək 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyətində deyildir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs X4 iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsinin mətnindən göründüyü kimi, tələbin birinci hissəsi çıxarışın ləğv edilməsi, ikinci hissəsi şəxsin torpaq sahəsindən çıxarılması ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Şəxsin torpaq sahəsindən çıxarılması isə, tamamilə mülki məhkəmə icraatına aid tələbdir. Beləliklə, iddia tələbi bütünlüklə mülki məhkəmə icraatına aid olduğundan, iddia mümkünsüz sayılmalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X12 və cavabdehin nümayəndəsi X11 gəlmiş, üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləni 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 2.2). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (maddə 2.3). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanınln 3-cü bəndi (xx.xx.2015-ci il tarixli Fərmanla qüvvvədən düşmüşdür) təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 8.1-ci bəndinə əsasən Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. Həmin Əsasnamənin 9-cu bəndinə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə edilmiş sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya dayandırılması üçün əsas olmadığı halda, təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, qanunla müəyyən edilmiş hallarda və qaydada hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə daxildir. İşin hazırkı məhkəmə araşdırılması ilə məlum olur ki, “Azər Zeynallı” kəndli (fermer) təsərrüfatına A.Mustafayev adına kolxozun Dövlət fondu qış otlaq sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədi ilə uzunmüddətli istifadə üçün Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 67 saylı və xx.xx.1996-cı il tarixli, 87 saylı Sərəncamları ilə ayrı-ayrılıqda 25 hektar (cəmi 50 hektar) torpaq sahəsi ayrılmışdır. Daha sonra Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 34 saylı sərəncamı ilə iddiaçıya xx.xx.1996-cı il tarixli, 87 saylı Sərəncamla ayrılmış 25 hektar torpaq sahəsinin X5 öz müraciətinə əsasən, onun istifadəsindən geri alınması qərara alınmışdır. Bundan başqa, xx.xx.2003-cü il tarixli, 24 saylı Sərəncama əsasən, “Azər Zeynallı” kəndli (fermer) təsərrüfatının icarəsinə 15 ilədək heyvandarlığı inkişaf etdirmək məqsədilə 7 h saylı Dövlət fondu qış otlaq sahəsindən 10 (on) hektar və xx.xx.2018-ci il tarixli, 190 saylı Sərəncama əsasən, heyvandarlığın inkişafı üçün icarəsinə 7h saylı Dövlət fondu qış otlağından 10 (on) hektar torpaq sahəsi ayırlaraq 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi qərara alınmışdır. Daha sonra həmin torpaq sahəsi Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 133 saylı sərəncamı ilə Beyləqan rayonu Şəfəq kənd sakini X1 icarəsinə verilmişdir. Bundan sonra hazırkı iddiaçı “Azər Zeynallı” X10 cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı “Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 saylı sərancamının ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2019-cü il tarixli, 2-1-(086)-1529/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 31 saylı Sərəncamı qismən, yəni Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 67 saylı Sərəncamı ilə “Azər Zeynallı” kəndli (fermer) təsərrüfatına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə qış otlaq sahəsindən “Azər Zeynallı” kəndli (fermer) təsərrüfatının istifadə (icarə) hüququna xitam verilməsi hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2-1-(086)-1529/2019 saylı nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 06 saylı Sərəncamına əsasən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 saylı Sərəncamı qismən, yəni Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 67 saylı Sərəncamı ilə “Azər Zeynallı” kəndli (fermer) təsərrüfatına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə 7 h qış otlaq sahəsindən “Azər Zeynallı” X5 istifadə (icarə) hüququna xitam verilməsi hissəsində ləğv edilmiş, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 31 iyul 2018-ci il tarixli, 133 saylı Sərəncamında qismən dəyişiklik edilərək “Azər Zeynallı” kəndli (fermer) təsərrüfatının istifadəsində olan 25 hektar torpaq sahəsi X1 icarəsində olan 37 hektar torpaq sahəsinin hüdudları daxilində olduğu üçün həmin Sərancamın 1-ci və 2-ci bəndində “37 hektar” sözünün ləğv edilməsi və “12 hektar” sözü kimi qeyd edilmişdir. Məhkəmə mübahisəyə qiymət verərkən qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri sayır: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qənaəti belədir ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 saylı sərancamı məhkəmə qərarı ilə ləğv edildiyindən, eləcə də Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 06 saylı Sərəncamına əsasən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2012-ci il tarixli, 31 saylı Sərəncamı qismən, yəni Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 67 saylı Sərəncamı ilə “Azər Zeynallı” kəndli (fermer) təsərrüfatına heyvandarlığın inkişaf etdirilməsi məqsədilə ayrılmış 25 hektar torpaq sahəsi üzərində istifadə (icarə) müddəti başa çatdığına görə 7 h qış otlaq sahəsindən “Azər Zeynallı” X5 istifadə (icarə) hüququna xitam verilməsi hissəsində ləğv edildiyindən və Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 31 iyul 2018-ci il tarixli, 133 saylı Sərəncamında qismən dəyişiklik edilərək, “Azər Zeynallı” kəndli (fermer) təsərrüfatının istifadəsində olan 25 hektar torpaq sahəsi X1 icarəsində olan 37 hektar torpaq sahəsinin hüdudları daxilində olduğu üçün həmin Sərancamın 1-ci və 2-ci bəndində “37 hektar” sözü ləğv edildiyindən və “12 hektar” sözü kimi qeyd edildiyindən, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 31 iyul 2018-ci il tarixli, 133 saylı Sərəncamı əsasında X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarış da qismən, yəni “Azər Zeynallı” X5 istifadəsində olan 25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, ********** nömrəli Çıxarış qismən, yəni “Azər Zeynallı” X5 istifadəsində olan 25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci. 62-ci, 68 – 69-cu, 75ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarış qismən, yəni “Azər Zeynallı” X5 istifadəsində olan 25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar