Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-149/2021 23.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı və X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “Masallı rayon X26 xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş 222A saylı mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçılar İddiaçı və X20 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “Masallı rayon X26 xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş 222A saylı mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаriхli, 2-1(120)-1417/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı və X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “Masallı rayon X26 xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş 222A saylı mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” barədə iddiası üzrə Fətullayeva Sevil Vəkil qızı, X21, X22, X28, X29 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, valideynlərinə məxsus Masallı rayonun Qızılavar kəndində yaşayış evləri və 20 sot həyətyanı torpaq sahəsi olmuşdur. Anadan olan vaxtdan bu vaxta kimi öz valideynlərinin evində və torpaq sahəsində yaşamışdır. Həmin torpaq sahəsi isə valideyininə kolxoz dövründən verilmişdir. İddiaçı 1982-ci ildə ailə qurduqdan sonra arvadı Sevil Fətullayevanı həmin evə gəlin gətirmiş, özü 1992-1998-ci illərdə işləmək üçün Rusiya Federasiyasına gedib gəlmişdir, bir müddət yaşadıqdan sonra arvadı Sevil Fətullayeva ilə ayrılmışdırlar. Aralarında bağlanmış nikah Masallı rayon məhkəməsinin qətnaməsi ilə pozulmuş, nikahın pozulması xx.xx.2006-cı ildə qeydiyyat idarəsində qeydə alınmışdır. Onların atası X14 xx.xx.1968-ci ildə, anaları X30 isə xx.xx.1994-cü ildə vəfat etmişdir. Onlar vəfat etdiyi vaxtdan həmin evdən və torpaq sahəsindən istifadə etmişdirlər. Hacıəli arvadından boşanandan sonra arvadı Sevil həmin evdən çıxıb getmişdir. Lakin 2006-cı ilin sentyabr ayında əsassız olaraq onların valideynlərindən qalmış 0.20 ha həyətyanı torpaq sahələri Hacıəlinin boşanmış arvadı Fətullayeva Sevil Vəkil qızının və onun uşaqları Sevin, Röyalə, Elman və Elnurun adına rəsmiləşdirilmiş, onların adına torpağın mülkiyyətə verilməsinə dair JN-222A saylı şəhadətnamə verilmişdir. Halbuki, analarının vəfatından sonra həmin evdən pnlar yaşamaqla torpaq sahəsindən istifadə etmişdirlər və valideynindən qalmış torpaq sahəsi onlara kolxoz vaxtından verilmişdir. Qeyd edilən şəhadətnamə Sevilin adına verilərəkən həmin torpaq sahəsinin qanuni sahibləri yazılmamış, bu torpaq sahəsinin Sevilin qanuni sahibliyində olmasını təsdiq edən heç bir sənəd mövcud olmamışdır. Halbu ki, torpaq islahatı aparılarkən həyətyanı torpaq sahələri və bağ altında torpaq sahələri vətəndaşlara onların qanuni istifadəsində olan torpaq sahələri ölçüsündə verilməli idi. Buda onu qeyd edir ki, həmin torpaq sahəsi vətəndaşlara hansı sənəd əsasında verilmişdirsə həmin sənəd əsasında verilmiş ölçüdəki torpaq vətəndaşın mülkiyyətinə verilməli idi. Hazırda onlar valideyinindən qalmış torpaq sahəsi üzərində sərəncam vermə hüquqlarını həyata keçirə bilmir. Təsərrüfatbaşına kitabda isə onların adının qeyd olunmasına baxmayaraq öz valideynlərindən qalmış torpaq sahəsi qanunsuz olaraq Sevil Fətullayevanın adına verilmişdir. Odur ki, torpağın mülkiyyət hüququna dair JN-222A saylı şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsi X10 izahatında iddia tələbi ilə razılaşmayaraq bildirdi ki, torpağın mülkiyyətə verilməsinə dair JN-222A saylı şəhadətnamənin ləğv edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin səlahiyyəti xaricindədir. Belə ki, hazırda mübahisələndirilən şəhadətnamə Masallı rayon X26 xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı və Masallı rayon X34 tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında düzgün tərtib edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı, X20, üçüncü şəxslər Fətullayeva Sevil Vəkil qızı, X21, X22, X28, X29 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçılar İddiaçı və X7 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçılar cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdirlər. Belə ki, iş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 259 nömrəli arayışdan görünür ki, Masallı rayonu Qızılavar kəndində qeydiyyatda olan İddiaçı İmanquli oğlunun mərhum atası X15 və mərhum anası X27 olmuşdur. X15 və X5 qalan varisləri; X12, X16, X17 və X13r. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 260 nömrəli arayışdan görünür ki, Masallı rayonu Qızılavar kəndində qeydiyyatda olan İddiaçı İmanquli oğlunun mərhum atası X15 və mərhum anası X27 olmuşdur. X15 və X5 qalan varisləri; X12, X16, X17 və X13r. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 053613 nömrəli çıxarışından görünür ki, İddiaçı İmanquli oğlunun və Mirzəyeva Sevil Vəkil qızının nikahları xx.xx.2006-cı il tarixdə pozulmuşdur. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 970 nömrəli arayışından və xx.xx.2020-ci il tarixli, AZ-İİ 087978 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 970/1 nömrəli arayışından və xx.xx.2020-ci il tarixli, AZ-İİ 087977 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1968-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-222A kod 80514029 nömrəli şəhadətnamədən görünür ki, Masallı rayon X26 xx xxxxxx 1998-ci il tarixli, 01 saylı qərarı ilə 0.20 hektar torpaq sahəsi Fətullayeva Sevil Vəkil qızının və onun ailə üzvləri X8, X9, X18 və X19 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin iddiaçıya göndərdiyi xx xxx 2020-ci il tarixli, **********46 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinə ünvanladığınız xx xxx 2020-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, torpağın mülkiyyətə verilməsinə dair JN-222A saylı şəhadətnamənin ləğv edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin səlahiyyəti xaricindədir. Həmçinin daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, Xidmətin 8 saylı Cəlilabad Ərazi idarəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təqdim edilmiş sənədlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Göstərilən səbəblərə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub, torpaq sahəsinin və fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasından imtina edilir. Belə ki, daşınmaz əmlak üzərində yaranmış mübahisəni Məhkəmə qaydasında müsbət həll etdikdən sonra, hüquqmüəyyənedici sənədlər təqdim edilməklə daşınmaz əmlakın dövlət qeydiyyatına alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 166 nömrəli məktubunda qeyd edilmişdir: “sizin iş № 2-1(120)-1417/2020 xx xxxxxxx 2020-ci il tarixli müraciətinizə tərəfimizdən baxıldı. Müraciətdə İddiaçı və X7 "Masallı rayon X26 xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş 222A saylı mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş vardır. Masallı rayon Qızılavar kənd inzibatı ərazi dairəsinin Dəlləkoba kəndində qeydiyyatdda olan Fətullayeva Sevil Vəkil qızına və ailə üzvləri olan X21,X22,X28, X23 o cümlədən iddiaçılar İddiaçı və X7 Masallı rayonunda aqrar islahat aparılan zaman (1998-ci ildə) Masallı rayonun Qızılavar (Dəlləkoba) kəndində yaşayıb- yaşamamalarma dair məlumat və sənədlərin təsdiq olunmuş sürətim göndərilməsini xahiş etmisiniz. Müraciətə tərəfimizdən qanuna müvafiq qaydada baxıldı və əldə etdiyimiz məlumata görə Fətullayeva Sevil Vəkil qızı, X21, X2 Elman Hacıəli oğlu, X1 1998-ci ildə qeydiyyatda olublar və yaşayıblar. İddiaçı mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəldiyi üçün 1998-cı ildə qeydiyyatda olmasına baxmayaraq yaşayıb-yaşamaması barədə məlumat yoxdur. X7 Qızılavar kəndində qeydiyyatda olmaqla yanaşı yaşayıb lakin bu vətəndaşlar ilə eyni ünvanda yaşamamışdır. İş materiallarında olan Masallı rayon X26 xx.xx.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş Masallı rayonunun Dəlləkoba kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə Fətullayeva Sevil Vəkil qızının, X8, X9, X18 və X19 adı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların hazırda mübahisələndirdiyi “torpağın mülkiyyətə verilməsinə dair” JN-222A kod 80514029 nömrəli şəhadətnamədə hüquq sahibləri kimi Fətullayeva Sevil Vəkil qızının və onun ailə üzvləri X8, X9, X18 və X19 adları qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən şəhadətnamə Masallı rayon X26 xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı və Masallı rayon X34 tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair” JN-222A kod 80514029 nömrəli şəhadətnamənin tərtib edilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi marağı mübahisələndirilən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində Fətullayeva Sevil Vəkil qızının və onun ailə üzvləri X8, X9, X18 və X19 adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlıdır. Başqa sözlə iddiaçılar şəhadətnamənin etibarsız hesab edilməsi ilə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsinə nail olmaq istəyirlər. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – X26 qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr tərtib edilmişdir. Hazırkı tələb üzrə üçüncü şəxslərin mülkiyyətinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmiş və JN 222A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Fətullayeva Sevil Vəkil qızının və onun ailə üzvləri X8, X9, X18 və X19 adının JN 222A saylı şəhadətnamədəki hüquq sahibləri sırasına daxil edilməsi rayon X26 qərarı ilə həll edilmiş məsələdir. Başqa sözlə Fətullayeva Sevil Vəkil qızının və onun ailə üzvləri X8, X9, X18 və X19 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsi və adlarının JN 222A saylı şəhadətnaməyə hüquq sahibləri kimi daxil edilməsi X26 qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar razılaşmadığı yerli X26 qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verə bilərdi. Lakin, iddiaçılar həmin qərardan şikayət verməmiş və həmin qərar icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçıların maraqlarına zidd qərar qəbul edən müvafiq X34 ləğv olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Lənkəran ərazi idarəsi X26 hüquqi varisi deyildir. Göründüyü kimi mübahisələndirilən şəhadətnamənin əsasını təşkil edən akt hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmiş və iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Məhkəmənin qənaətinə görə, iddia olunan şəhadətnamənin ləğv olunduğu halda belə, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Beləliklə də iddiaçıların Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsindən irəli gələn tələb hüququ yoxdur. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1392/20 nömrəli xx xxxxxxx 2020-ci il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı və X20 hazırkı tələblə (şəhadətnamənin etibarsızlığı ilə) bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin iddiaçıya göndərdiyi xx xxx 2020-ci il tarixli, **********46 nömrəli məktubunda qeyd edilmişdir: “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinə ünvanladığınız xx xxx 2020-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, torpağın mülkiyyətə verilməsinə dair JN-222A saylı şəhadətnamənin ləğv edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi idarəsinin səlahiyyəti xaricindədir...” Görünüdüyü kimi İddiaçı cavabdeh inzibati orqana ilkin müraciəti şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı deyil, ləğv edilməsi ilə bağlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və X7 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı və X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı “Masallı rayon X26 xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş 222A saylı mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-149/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-149/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver