Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1493/2025 20.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “mərhum 17 noyabr 1967-ci il təvəllüdlü X6 adına verilmiş doğum haqqında akt qeydinin ad qrafasında “Vüqar” qeydinin dəyişdirilərək “Şaiq” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 noyabr 1967-ci il təvəllüdlü X10 ilə İmişli rayon VVAQ şöbəsində nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından iki övladları anadan olmuşdur. Həyat yoldaşı X10 10 may 2024-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Bu barədə xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum əri X6 adına olan əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar doğum haqqında şəhadətnaməyə zərurət yarandığından, lakin doğum haqqında şəhadətnamə aşkar edilmədiyindən Şaiq Rüstəmovun doğulduğu İmişli rayonunda yerləşən Regional Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Müraciəti əsasında məlum olmuşdur ki, həyat yoldaşı 17 noyabr 1967-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydində adı Vüqar kimi qeyd edilmişdir. Qeyd edilən halın araşdırılması və 17 noyabr 1967-ci il təvəllüdlü X6 adının Vüqar deyil, Şaiq kimi qeyd edilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, doğum haqqında akt qeydi iki nüsxədən ibarət tərtib olunur. Akt qeydinin bir nüsxəsi qeydiyyat şöbəsinin arxivində, digəri isə Vətəndaşlıq vəziyyəti aktlarının dövlət reyestri xidmətində saxlanılır. Hər iki nüsxədəki məlumatlar eyni olmalıdır. Akt qeydinin birinci nüsxəsinə düzəliş edilərkən, digər nüxsəsində də eyni dəyişikliyin edilməsi üçün reyestr xidmətinə bildiriş göndərilməlidir. Akt qeydinin qeydiyyat şöbəsində saxlanılan nüsxəsində uşağın adı pozularaq “Şaiq” yazılmışdır. Akt qeydinin VVA reyestr xidmətində saxlanılan nüsxəsində isə akt qeydində heç bir pozuntu yoxdur və uşağın adı Vüqardır. Düzəliş edilərkən də akt qeydində olan məlumatlar pozulmamalı, sadəcə üzərindən xətt çəkilərək,yeni məlumatlar yazılmalı və düzəlişin əsası göstərilməlidir. Beləliklə, doğum akt qeydinin hər iki nüsxəsində fərqli məlumatların olduğunu, fərqliliyin səbəbi akt qeydinə düzəliş deyil, məlumatın qeyd-şərtsiz pozulması nəticəsində yarandığı üçün akt qeydində uşaq qrafasında adının “Vüqar”-dan “Şaiq”-ə düzəliş edilməsi barədə ərizəçinin xahişi təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qayadalarını müəyyən edən müddəalar”a müvafiq olaraq ərizəçinin xahişi əsassızdır və təmin edilməməlidir. Mərhum, X5 Cavabdeh tərəfindən bundan imtina xx.xx.1967-ci il tarixdə tərtib edilmiş 498 N-li doğumu haqqında akt qeydində uşağın adının “Vüqar”-dan “Şaiq”-ə dəyişiklik edilməsindən imtina edilməlidir. Bu barədə xx.xx.2024-cü il tarixli rəy verilmişdir. Rəy xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Qeyd edilən hal başqa yolla bərpa edilə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsaən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan; AC 060059 nömrəli, xx.xx.2016-cı il tarixli Sürücülük vəsiqəsindən görünür ki, X10 DİN BDYPİ QİŞ/ 1 ASAN xidməti mərkəzindən sürücülük vəsiqəsi almışdır. AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X10 Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsini almışdır. Azərbaycan Politexnik Universitetinin AB-İ № 031687 nömrəli, xx.xx.1995-ci il tarixli diplomundan görünür ki, X10 Azərbaycan Politexnik Universitetində təhsil almışdır. Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şəhadətnaməsindən görünür ki, X1 Sosial Sığorta Şəhadətnaməsi ilə şəhadətləndirilmişdir. İmişli rayonu VVA-nın qeydində dəyişiklik edilməsi haqqında 07 avqust 2024-cü il tarixli rəydən müəyyən olunur ki, xx.xx.1967-ci il tarixdə tərtib olunmuş 488 nömrəli doğum haqqında akt qeydində uşaq adının “Vüqar”-dan “Şaiq”-ə dəyişiklik edilməsindən imtina edilmişdir. xx.xx.1995-ci il tarixli, ГЛ № 089686 nömrəli hərbi biletin surətindən görünür ki, X2 Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. ИТ-İ № ******* nömrəli, xx.xx.1987-ci il tarixli tarixli əmək kitabçasından görünür ki, X10 əmək fəaliyyəti ilə məşğul olmuşdur. AZ-İİ № 429675 nömrəli, xx.xx.2024-cü il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir (ölmüşdür). Vİİ-ЖГ № 276755 nömrəli, xx.xx.1997-ci il tarixli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X7 arasında xx.xx.1997-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır. Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri iki nüsxədən ibarət tərtib olunur. Aktın bir nüsxəsi qeydiyyat şöbəsinin, digəri nüsxəsi isə WA arxivində saxlanılır. Akt qeydinə hər hansı düzəliş edilərsə, bu barədə VVA arxivinə qeydin digər nüsxəsinə eyni düzəliş etmək üçün bildiriş göndərilir. Rüstəmov Vüqarın doğumu haqqında akt qeydinin qeydiyyat şöbəsinin arxivində saxlanılan nüsxəsində uşağın adı qeyd-şərtsiz pozularaq, Şaiq yazılmasına baxmayaraq, VVA arxivində saxlanılan nüsxədə heç bir düzəliş edilməmişdir. İzah edilir ki, akt qeydinə istənilən düzəlişin əsası haqqında məlumat akt qeydində öz əksini tapmalıdır.Əks halda düzəliş qanuna müvafiq hesab edilmir. Akt qeydinə düzəliş ya qeydiyyat şöbəsinin rəyinə,uşaq 18 yaşına çatanadək soyadı və ya adı dəyişilərsə müvafiq icra hakimiyyətinin sərəncamına, məhkəmə qətnaməsinə, ya da tərtib olunmuş digər akt qeydlərinə (məsələn, soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi, atalığın müəyyən edilməsi haqqında akt qeydi) əsasən edilir. V.Rüstəmovun nə doğumu haqqında akt qeydi üzərində, nə də şöbənin arxivində belə bir məlumat yoxdur. xx.xx.1967-ci il tarixli, 498 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X9 xx.xx.1967-ci ildə İmişli rayonunda anadan olmuş, ata qrafasında X8, ana qrafasında X11 qeyd edilmişdir. xx.xx.1999-cu il tarixli, 63 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X12 xx.xx.1998-ci ildə İmişli rayonunda anadan olmuş, ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd edilmişdir. xx.xx.1997-ci il tarixli, 55 nömrəli Nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X10 ilə Quliyeva İddiaçı arasında nikah akt qeydi qeydə alınmışdır. xx.xx.2002-ci il tarixli 708 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X13 xx.xx.2002-ci ildə İmişli rayonunda anadan olmuş, ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayonunda anadan olmuş, xx.xx.1967-ci il təvəllüdlü istefada olan leytenant X10 1985- 1987-ci il tarixlərdə keçmiş Sovet Ordusunda sıra əsgər kimi müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvaviq əmrinə əsasən xx.xx.1994-cü il tarixdə leytenant hərbi rütbəsi verilmişdir. Ədliyyə Nazirliyi Vətəndaşlıq X4 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şaiq (Vüqar) Rüstəmovun doğumu (hər iki nüsxəsinin surəti), Gülnarə Quliyeva (Rüstəmova) ilə nikahı, övladları Murad Rüstəmlinin və Sevil Rüstəmlinin, qardaşları xx.xx.1963-cü il təvəllüdlü Elxan Rüstəmovun, xx.xx.1959-cu il təvəllüdlü Elxan Rüstəmovun, Fayiq Rüstəmovun, Maham Rüstəmovun, Səliqə Rüstəmovanın doğumu haqqında akt qeydinin, habelə İddiaçı İmişli regional “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsinə etdiyi müraciətin, şəxsiyyət vəsiqəsinin və qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişiklik etməsindən imtina olunması barədə rəyin kserosurəti sizə təqdim edilir. Qeyd edirik ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Şaiq Rüstəmovun valideynlərinin doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. Məlumat veririk ki, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrində 1948-ci ildən saxlanılır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Belə ki, Şaiq Rüstəmovun valideynlərinin doğulduğu il 1948-ci ildən əvvələ təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət olunması tövsiyə edilir. Əlavə olaraq bildiririk ki, Cavabdehndə rəsmiləşdirilmiş 498 nömrəli xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivindəki nüsxəsində uşaq haqqında məlumat qrafasında şəxsin adı “Vüqar”, sözügedən şöbədə saxlanılan nüsxədə isə pozuntu olunaraq “Şaiq” kimi göstərilmişdir. Həmin akt qeydinin üzərində dəyişikliyin aparımasına əsas olmuş hala dair məlumat olmasa da, “düzəlişə inanılsın” sözünün qeyd edildiyi müəyyən edilmişdir. Tətbiq olunan hüquq normaları: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi mərhum yoldaşı barədə tərtib olunmuş doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilibverilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdakı qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Mülki Məcəllənin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir.
190. adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın: 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi onun adının dəyişdirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə cavabdehin qaldırılan məsələnin həllindən imtina olunması mövqeyi ilə razılaşmır. Çünki, iddiaçının istəyi mərhum 17 noyabr 1967-ci il təvəllüdlü X6 adına verilmiş doğum haqqında akt qeydinin ad qrafasında “Vüqar” qeydinin dəyişdirilərək “Şaiq” qeyd edilməsidir. xx.xx.1967-ci il tarixli, 498 nömrəli doğum haqqında akt qeydindən də göründüyü kimi iddiaçı X6 adı silinərək “Şaiq” kimi qeyd edilmişdir. Müəyyən olunur ki, həmin sözügedən akt qeydinin qeydiyyat şöbəsində saxlanılan nüsxəsində dəyişiklik edilmişdir. Həmin akt qeydinin üzərində dəyişikliyin aparılmasına əsas olmuş hala dair məlumat olmasa da, “düzəlişə inanılsın” sözünün qeyd edildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin dəyişikliyin aparılmasına əsas olmuş sənədlərin saxlanılmaması vətəndaşın təqsirindən yaranan hal kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan şəxsə məxsus bütün sənədlərdə adı X3 qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddiaçı mərhum ərinin (xx.xx.1967ci il təvəllüdlü) adının xx.xx.1967-ci il tarixli, 498 nömrəli Doğum haqqında akt qeydində “Vüqar”dan “Şaiq”ə dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli və “mərhum 17 noyabr 1967-ci il təvəllüdlü X10 barəsində tərtib edilmiş xx.xx.1967-ci il tarixli, 498 nömrəli Doğum haqqında akt qeydinin ad qrafasında “Vüqar”-dan “Şaiq”-ə dəyişiklik edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci , 69-cu , 75ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 17 noyabr 1967-ci il təvəllüdlü X6 barəsində tərtib edilmiş xx.xx.1967-ci il tarixli, 498 nömrəli Doğum haqqında akt qeydinin ad qrafasında “Vüqar”-dan “Şaiq”-ə dəyişiklik edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Pərvanə Qurbanova