Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1495/2024 19.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli iş № 2-1(120)-1057/2020 saylı məhkəmə qərarının tam şəkildə yerinə yetirilməməsi cavabdeh onun hərbi təlimdə olduğu (h/h 861) müddəti və xidmətini ətraflı araşdırmadan ona veteran vəsiqəsinin verilməsinə dəfələrlə imtina etmişdir. İmtinanın səbəbi Nəriman Nərimanov adına Tibb Universitetinin arxivində saxlanılan ona aid sənədlərin Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə daxil olmaması göstərilmişdir. Buna baxmayaraq özü xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1992-ci 234 saylı əmrinin surətini, Tibb Universitetinin xx.xx.1992ci il tarixli 456/T saylı əmrini, hərbi biletdə xx.xx.1992-xx.xx.1992-ci il tarixədək Gədəbəy rayonu istiqamətlərində döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyatın olmasını, Tibb Universitetinin Müdafiə Nazirliyinin xx.xx.1992-ci il 234 saylı əmrinə əsasən hərbi toplanışa çağırılanların ümumi siyahısını içərilərində olmaqla əldə etmiş və MN-yi yanında fəaliyyət göstərən komissiyaya yenidən təqdim etməyimə baxmayaraq yenə də ona imtina olunmuşdur. X6 Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə qərarında MN-yi qarşısında müharibə veteranın adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulmaması göstərilmişdir. N.Nərimanov adına Tibb Universitetində təhsil alarkən iyul-avqust 1992-ci ildə Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən hərbi toplanışa cəlb olunmuş və 861 saylı h/h-in tərkibində Gədəbəy istiqamətində Başkənd-Mormor uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Veteran adının və vəsiqəsini almaq üçün dəfələrlə Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən müvafiq komissiyaya müraciət etmiş və hər dəfə ona imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, komissiyanın məktubunda qeyd olunmuşdur ki, iyulavqust 1992-ci ildə N () nömrəli hərbi hissənin tərkibində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığından, ona “Müharibə veteram” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Onu da bildirmək istəyirəm ki, “Müharibə veteram” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatdadır. İşdə olan xx.xx.1985-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, Babayev X2 rayonu istiqamətində xx.xx.1992-xx.xx.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin xx.xx.2019-cu il tarixli, 562 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan RespublikasıMüdafıə Nazirliyinin xx.xx.1992-cı ıl tarixli 234 saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kursda xx.xx.1992-ci il dən xx.xx.1992 ci ilədək müharibə bölgəsində Gədəbəy rayonunda hərbi təlim keçmişdir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1057/2020 nömrəli qərarının surətindən görünür ki, iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(106)-178/2021 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-1057/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)- 921/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(106)-178/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 434 nömrəli arayışının surətindən görünür ki, 1967-ci il təvəllüdlü vətəndaş İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1987-ci il tarixdə keçmiş SSRİ Müdafiə Nazirinin xx.xx.1987-ci il tarixli 261 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Gədəbəy rayonu istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-8026 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilmə üzrə komissiya”nın xx.xx.2019-cu il, xx.xx.2021-ci il və təkrar xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin qərarına və təqdim olunmuş digər sənədlərə əsasən döyüş əməliyyatları aparıldığı dövrdə iyul-avqust 1992-ci ildə N () nömrəli hərbi hissənin tərkibində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına, Füzuli rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsində “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsinə dair heç bir öhdəliklər qoyulmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43- 44/2-1351/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü istefada olan leytenant İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə əsasən, hərbi xidmət keçməsi, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N () nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Gədəbəy rayonu istiqamətində döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə, hərbi qeydiyyatı, hərbi xidmətdən tərxis olması barədə, hərbi xidmət zamanı yaralanması barədə, həmçinin iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətinin araşdırılması barədə məlumatların və sənədlərin, iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə və digər zəruri məlumat və sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin Şirvan İnzibati Məhkəməsinə təqdim olunmasına dair müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1985- ci il tarixdə Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon Hərbi Komissarlığı) tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş və keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 21,10.1987-ci il tarixdə keçmiş SSRİ-nin Müdafiə Nazirinin xx.xx.1987-ci il tarixli 261 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi təlim toplanışında iştirak etmişdir. İddiaçı müraciətinə əsasən “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsinə dair Xidmətin Masallı rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına xx.xx.2019-cu il tarixdə 1754 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasından Xidmətin Masallı rayon şöbəsinə daxil olmuş xx.xx.2019-cu il tarixli 1/B-17326 nömrəli məktubda (təsdiq olunmuş surəti əlavə olunur) Z.X4 22.11,2019-cu il tarixli 9/2-18417 nömrəli arayışına əsasən döyüşlərdə iştirak etməyi və arxiv arayışında N () nömrəli hərbi hissədə toplanış keçməyi barədə məlumat olmadığına görə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyil qeyd edilmişdir. İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Masallı rayon şöbəsində məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 25-2/2-M-10854/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş 31,07.2024-cü il tarixli 3-25- 4/2-4804/2024 nömrəli məktubunuza cavab olaraq bildirirəm ki, vətəndaş X3 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış, 592 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı verilmiş və M/V-085424 nömrəli vəsiqə ayrılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər müharibə veteranı adının verilməsi üçün əsas hesab edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.6-cı maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə, işdə materiallarında olan iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi bileti mötəbər sübut hesab edir və həmin hərbi biletdə (təsdiq edilmiş) İddiaçı Gədəbəy rayonu istiqamətində xx.xx.1992-xx.xx.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin xx.xx.2019-cu il tarixli, 562 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Müdafıə Nazirliyinin xx.xx.1992-cı ıl tarixli 234 saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kursda xx.xx.1992-ci il dən xx.xx.1992 ci ilədək müharibə bölgəsində Gədəbəy rayonunda hərbi təlim keçmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 434 nömrəli arayışının surətindən görünür ki, 1967-ci il təvəllüdlü vətəndaş İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1987-ci il tarixdə keçmiş SSRİ Müdafiə Nazirinin xx.xx.1987-ci il tarixli 261 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Gədəbəy rayonu istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-8026 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilmə üzrə komissiya”nın xx.xx.2019-cu il, xx.xx.2021-ci il və təkrar xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin qərarına və təqdim olunmuş digər sənədlərə əsasən döyüş əməliyyatları aparıldığı dövrdə iyul-avqust 1992-ci ildə N () nömrəli hərbi hissənin tərkibində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına, Füzuli rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsində “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsinə dair heç bir öhdəliklər qoyulmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh imtina və etiraz ərizələrində döyüş əməliyyatları aparıldığı dövrdə iyulavqust 1992-ci ildə N () nömrəli hərbi hissənin tərkibində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına, Füzuli rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsində “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə dair heç bir öhdəliklər qoyulmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir. Eləcə də, tam araşdırılmanın aparılması məqsədilə sorğu cavabına əsasən iddiaçı ilə tələbə olan X3 Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2-1(81)-652/2019 saylı qərarına əsasən inzibati orqan tərəfindən “Müharibə veteranı” adının və vəsiqənin verildiyini müəyyən etmişdir. Qeyd edilən qərara və sənədlərə baxış keçirilən zaman mahiyyət etibarı ilə iddianın əsaslarının hər iki şəxs üzrə eynilik təşkil etdiyi müəyyən edilir. Məhkəmə qeyd edir ki, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). Göründüyü kimi iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşdüyündən, ezamiyyət əmrlərinin olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan (hərbi biletində müvafiq qeydiyyat aparılmışdır və müvafiq əmrlər vardır) о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1495/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1495/2024
19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver