Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1495/2025 11.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixli H00193496CJD nömrəli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə İddiaçı XBT10 kodu F62.0-“fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə “əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1 bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixli H00193496CJD nömrəli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə İddiaçı XBT10 kodu F62.0-“fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə “əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1 bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadına əsasən Salyan rayonlararası Psixiatriya Xəstəxanası üçüncü şəxs qismində cəlb edilməsinə dair məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(120)-4364/2024 nömrəli qərardadı ləğv edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, xəstədir, 26 yaşı var, 09 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bürövlüyii uğurunda gedən döyüşlərdə xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədar N saylı hərbi hissədə müayinə olunmuş, hərbi hissədən Sərhəd Qoşunlarının BKH-ya təxliyyə olunmuş, orda yer olmadığı üçün Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına köçürülmüşdür. xx.xx.2020-ci il tarixdənxx.xx.2020-ci il tarixə qədər “Posttravmatik stress reaksiyası (barotravma nəticəsində)” diaqnozu ilə müalicə olunmuşdur. Psixi statusumda dissossiativ reaksiya müşahidə edildiyi üçün, xx.xx.2020-ci ildə Sərhəd Qoşunlarının Baş Kliniki Hospitalına göndərilmiş, xx.xx.2020-ci il tarixindən-xx.xx.2020-ci il tarixə qədər orada stasionar müalicə kursu keçmiş, xx.xx.2020-ci ildə Müdafiə Nazirliyinin MHP-də şəhadətləndirilərək “Xəstəliklər cədvəlinin” 17c maddəsinin İİ qrafasına əsasən “Sıradan kənar hərbi xidmətə yararlıdır” qərarı verilmiş, xx.xx.2021-ci ildə hərbi xidmətdən təxris olunaraq ehtiyata buraxılmışdır. xx.xx.2021-ci ildə Psixi Sağlamlıq Mərkəzində müayinə olunmuş və ona “Posttravmatik stress pozuntusu. F43.1. Postkommosion sindrom. F07.2” diaqnozu təyin edilmişdir. Bundan əlavə olaraq ona “Dissosativ pozuntu” və “Uzunmüddətli posttravmatik stress pozuntusu” diaqnozları təyin edilmişdir. 13 iyun 2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 7482 nömrəli qərarı ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qərarı verilib. Xəstəliklərimə görə miitəmadi müalicə kursu keçir ağır xəstədir. Özünü idarə edə bilmir, 2020-ci ildən Salyan rayonlararası Psixiatriya Xəstəxanasında və müxtəlif xəstəxanalarda qeydiyyatda və həmin tarixdən də xəstəlikləri ağırlaşmağa başlamışdır. Maddi vəziyyəti çox ağırdır, müalicə almağa maddi imkanı yoxdur. Tibb müəssisəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına H00193496CJD saylı göndəriş verilmişdir. Sözügedən göndərişə əsasən, ƏƏSMN-niıı tabeliyində DTSE və RA-nin həkimləri tərəfindən 30 may 2024-cü ildə ona imtina verilmişdir. İmtinaya əsas kimi “diaqnozun əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Fəlakət (Vətən müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosativ əlamətlər funksional tutmalar nitq qüsuru ilə. Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu, Postkommosion sindrom. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Sabirabad rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7482 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom vegetativ damar distonivası. Saq gözün sadə miooik astiqmatizmi Em və M 1.0D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiva ilə 1.0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli 8998 nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu. Postkommosion sindrom” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 11124/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu. Postkommosion sindrom.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 1033 nömrəli Tibbi rəyində diaqnoz Üzvi (müharibə zamanı Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, zəf görmədən şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, zahirən narahat, əhvalının dəyişkən olması, emosional labillik və astenik-qıcıqlı əlamətlər izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Uzadılmış posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarı xx.xx.2024-ci il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət etməklə (30 gün keçmədən) məhkəməyə müraciət edilmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 6572 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən 16.11,2020-ci il tarixdə X5 Hərbi Poliklinikasına müraciət etmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər (ehtiyatdan hərbi toplanışa çağırılmış) İddiaçı (***-***-**- **) xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən “Sağalma ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş dissosiativ reaksiya” ekspert diaqnozu ilə şəhadətləndirilmiş və “Xəstəliklər cədvəli”nin 17 ”c” maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X8inin xx.xx.2021-ci il tarixli, 8998 nömrəli məktubdan görünür ki, Sabirabad RMX xx.xx.2021-ci il tarixli göndərişinə əsasən xx.xx.1998-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Posttravmatik stress pozuntusu F43.1, Postkommosion sindrom F07.2. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 7482 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu.” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. “Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom vegetativ damar distonivası. Saq gözün sadə miooik astiqmatizmi Em və M 1.0D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiva ilə 1.0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla.” İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X8inin xx.xx.2021-ci il tarixli, 1033 nömrəli məktubdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (müharibə zamanı aldığı travma nəticəsində) dissosiativ pozuntu F06.5. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8inin xx.xx.2024-cü il tarixli, 4266 nömrəli həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3- 1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar, nitq qüsuru ilə F 62.0. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 6HVJOCA0002 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 Beyləqan rayon X7 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17- 4/2-24235/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilkin olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının N00060312XTN nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən H00193496CJD nömrəli göndəriş rəsmiləşdirilmişdir. İddiaçı növbəlilik əsasında əyani müayinəsinin həyata keçirilməsi məqsədilə təqdim olunan telefon nömrəsinə dəfələrlə zəng edilsə də, vətəndaşla əlaqə saxlamaq mümkün olmamışdır. Bundan irəli gələrək, şəxsin əlillik vəziyyəti xx.xx.2024-cü il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8inin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 15349 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olunmuşdur. Axırıncı dəfə xx.xx.2024-xx.xx.2024-cü il tarixdə “Fəlakət (2-ci Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar, nitq qüsuru ilə” diaqnozu ilə stasionar müalicədə olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8inin xx.xx.2025-ci il tarixli, 2590 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, İ Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar və anamnezində barotravma (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamnestik məlumatlara görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində barotravma alması, huşsuz vəziyyətdə N nömrəli hərbi hissəyə aparılaraq orada ilkin yardım göstərildikdən sonra SQ BKH-na təxliyyə olunması, tərxis edildikdən sonra psixi vəziyyətində yaranmış pozuntularla əlaqədar xx.xx.2023- cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək onda “Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Vegetativ damar distoniyası. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1.0D nəticəsində görmə itiliyinin 0.9. azalması, korreksiya ilə 1.0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə Və s. yararlılıq haqqında “Xəstəliklər cədvəli”nin 145, 17b Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilməsi, təxris edildikdən onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görərək çox narahat halda oyandığını, vəziyyəti ilə əlaqədar dəfələrlə AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicələrdə olması, Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, prof. Fuad İsmayılovun iştirakı ilə xx.xx.2024-cü il tarixdə hərbi həkim komissiyasından keçdiyi zaman onda 'Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar, nitq qüsuru ilə F 62.0” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, əsəbilik, daxili gərginlik, tez- tez baş ağırlarından əziyyət çəkdiyini, qıcıqlara dözümsüzlük, yuxusuzluq, yaddaşında zəiflik, beynində səslərin olması, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görməsinin hələdə davam etməsi, intihara cəhd etməsi, çox narahat və həyəcanlı halda oyanması, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsini bildirməsi, hazırki müayinə zamanı ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etdiyininə baxmayaraq əsəbilik, daxili gərginlik, tez-tez baş ağırlarından əziyyət çəkməsi, qıcıqlara dözümsüzlük, bəzi hallarda aqressivlik göstərməsi, yaddaşında zəiflik, tez-tez diksinərək yuxudan oyandığını, yuxuda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini gördüyünü, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olmasını söyləməsi, sorğu-sual gedişatında verilən suallara ləng və əsəbi tərzdə cavablar verməsi, əhval- ruhiyyənin aşkar enməsinin diqqəti cəlb etməsi, tez astenizə olunması və s.) sübut edir. Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar və anamnezində barotravma (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 7.7.1 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyindən irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 7.7.1.1 fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski - 35-60 faiz – 2 il müddətinə; 7.7.1.2 bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması - 65-80 faiz – 2 il müddətinə; XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli H00193496CJD nömrəli göndəriş əsasında əlillik vəziyyətinə baxılmış və “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri, ifadəli kəkələmə ilə” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8inin xx.xx.2024-cü il tarixli, 4266 nömrəli həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar, nitq qüsuru ilə F 62.0. Eləcə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 7482 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu.” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. “Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom vegetativ damar distonivası. Saq gözün sadə miooik astiqmatizmi Em və M 1.0D nəticəsində görmə itiliyinin 0,9-a qədər azalması, korreksiva ilə 1.0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Cavabdeh göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1495/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8inin xx.xx.2025-ci il tarixli, 2590 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən iddiaçının Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, funksional tutmalar və anamnezində barotravma (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş və hər dəfəsində ona eyni diaqnoz - Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalar, tez tez dekompensasiyalar, funksional tutmalar, özünə xəsarət hərəkətləri, kəkələmə ilə F 62.0 qoyulmuşdur. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. İddiçı orqanizmin funkisiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsini xahiş edir. Məhkəmə iddiaçının təqdim etdiyi xəstəlik sənədlərini, eləcə də araşdırma aparılması məqsədilə əldə etdiyi sübutları, rəyləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etmiş və yekun olaraq tərəfin tələbi ilə razılaşmışdır. Belə ki, tərəfdə fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” (F62.0) diaqnozu öz təsdiqini tamış, xəstəlik sənədlərinə görə isə xəstəlik və ağırlaşmamalar yalnız orqanizmin funkisiyalarının pozulmasının 35-60 faiz dərəcəsinə uyğunluğu müəyyən edilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8inin xx.xx.2025-ci il tarixli, 2590 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin iddiaçıda olan xəstəliklərin xüsusiyyətləri barədə motivləşdirici hissəsində qeyd edilən hallara nəzər yetirilən zaman İddiaçı olan xəstəliyin və xəstəlik barədə diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunduğu və qiymətləndirmənin orqanizmin funkisiyalarının pozulmasının 35- 60 faiz dərəcəsinə uyğunluğu müəyyən edilir. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi kimi qeyd edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022ci il tarixli, 7482 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətinə nəzər yetirilən zaman qeyd edilən xəstəliyin hərbi travma olduğu müəyyən edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş müayinələr ilə öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixli H00193496CJD nömrəli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə İddiaçı XBT10 kodu F62.0-“fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə “əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1 bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1495/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1495/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver