Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1496/2024 16.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “tələf olmuş iki baş iribuynuzlu heyvanların (inəklərin) yenisi ilə əvəz edilməsi” barədə iddianın mümkünlü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “tələf olmuş iki baş iribuynuzlu heyvanların (inəklərin) yenisi ilə əvəz edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, o, 22 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 “Özünəməşğulluğa kömək göstərilməsi” proqramı əsasında aralarında bağlanılmış 2022/ÖM/11359 nömrəli müqaviləyə uyğun olaraq 3 baş iribuynuzlu heyvanla (inəklə) təmin olunmuşdur. Heyvanları təhvil aldıqdan bir neçə gün sonra onların hər üçünün xəstələndiyi tərəflərindən müəyyən olunmuşdur. Öz şəxsi vəsaiti hesabına heyvanların müalicə olunması üçün bütün imkanlardan istifadə etmişdir. Lakin etdiyi bütün cəhdlərə baxmayaraq heyvanlardan biri (12439 birka nömrəli-sarı rəngli) xx.xx.2022-ci il tarixində tələf olub. Bununla bağlı baytar Elvin Hüseyinzadə heyvanın ölümünün əsas səbəbini müəyyən etmək üçün lazımı tədbirləri həyata keçirmiş və nəticə ilə bağlı xx.xx.2022 tarixli, 007 nömrəli “yarma protokolunu” tərtib edilmişdir. Baytarın rəyindən və ərizəyə əlavə olunmuş heyvanın şəkillərindən də açıq-aşikar aydın görünür ki, bu xəstəliklər sonradan yox, daha öncədən heyvanda müvcud olmuşdur. Bu da heyvanın ona təhvil verilərkən xəstə olduğunu sübut edir. Çünki heyvanlar təhvil verilərkən onlar onun ancaq xarici görkəmini müşahidə edə bilirlər. Daxilində hər hansı bir xəstəliyini müəyyən etmək tərəflərindən imkansızdır. xx.xx.2022-ci il tarixində baytar Elvin Hüseyinzadə digər xəstə 2 inəyi müayinə edərkən bu inəklərdən birinin (12494 birka nömrəli-qara rəngli) vəziyyətinin çox ağır olduğunu təsbit etdi. Bununla bağlı xx.xx.2022-ci il tarixində akt tərtib edərək heyvanda müxtəlif xroniki və daxili xəstəliklərin olduğunu qeyd etmişdir. (Lakin Akt tərtib edilərkən tərtib tarixi texniki səhf olaraq 14 oktyabr 2022-ci il deyil,14 sentyabr 2022 ci il kimi göstərilmişdir). xx.xx.2022-ci ildə edilən müalicələrə baxmayaraq bu heyvan da tələf olmuşdur. Bununla bağlı baytar Elvin Hüseyinzadə heyvana təkrar baxış keçirərək xx.xx.2022-ci il tarixində 008 nömrəli “yarma protokolunu” tərtib etmiş və heyvanın ölüm səbəblərini göstərmişdir. 3-cü heyvan uzun müddətli müalicədən sonra sağalmışdır. Lakin, bir il vaxt keçməsinə baxmayaraq qoca olması və əvvəllər keçirdiyi xəstəliklərə görə bala verməmişdir. Bu heyvanın da qısır olduğu müəyyən edilmişdir. Qarşı tərəflə bağladığı müqavilənin 3.3.6-ci bəndində göstərilmiştir ki, özünüməşğulluğa cəlb olunmuş şəxs “təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar oldunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və.s) əmlakı təhvil aldıqdan ən geci 30 gün ərzində təqdim edilməlidir”. O, da müqavilənin göstərilən bəndinə uyğun olaraq hər iki heyvanın ölməsi ilə bağlı 2 ədəd yarma protokolunu, 1 ədəd aktı və hər heyvanın 3 ədəd yarılma foto şəkillərini heyvanların yenisi ilə əvəz edilməsi haqqında yazdığı ərizə ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filalına və X3 Kürdəmir rayon filialına şəxsən təqdim etmişdir. Bundan başqa yuxarıda göstərilmiş sənəd və ərizəni email vasitəsi ilə yuxarıda adları göstərilmiş qrumlara göndərmişdir. Uzun müddətli şikayətlərinə baxmayaraq müvafiq qrumlar onun şikayətinə baxmamışlar. Şikayəti haqqında rəsmi cavablarını isə onun ciddi israrından sonra ancaq bu ilin sentyabr ayının əvvəllərində şəxsən özünə poçtla deyil, əlbəəl vermişlər. Verdikləri qərardan aydın olmuşdur ki, cavabdeh tərəf aşağıdakı bəhanələrlə onun tələf olmuş heyvanların yenisi ilə əvəz edilməsi haqqındaki müraciətinə rədd cavabı vermişlər. Rədd qərarına səbəb kimi "14 sentyabr 2022-ci il tarixdə tərtib olunmuş aktın tarixi ilə hadisənin baş verdiyi tarixlər arasında ziddiyət olduğu üçün, 13 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş aktda isə şəkillərdə uyğunsuzluq aşkarlandığı üçün əmlakların yenisi ilə əvəz olunmasının mümkün olmaması” göstərilmişdir. Qarşı tərəfin vermiş olduğu rədd cavabı heç bir əsasa və ya sübuta dayanmır. Sadəcə üzərinə götürdüyü öhdəlikdən yayınmaq üçün əsassız bəhanə hesab etmək olar. Belə ki, 13 oktyabr 2022-ci ildə tərtib olunmuş sənəd akt deyil, yarma protokoludur. Ona verilmiş rədd cavabında isə ölüm səbəbləri ilə şəkillər arasında hansı uyğunsuzluğun olduğu göstərilməmişdir. Şəkillərdən də aydın göründüyü kimi heyvanların qulaqlarında olan birkalar ona verilmiş heyvanlardır.14 sentyabr 2022-ci il tarixdə tətib olunmuş aktın tarixi ilə hadisənin baş vermə tarixləri arasındakı ziddiyyətin olmasını iddia etmək öhdəliyin icrasından boyun qaçırmaq üçün növbəti bəhanə hesab etmək olar. Bildirir ki, akt tərtib edilərkən tərtib tarixi texniki səhf olaraq 14 oktyabr 2022-ci il deyil,14 sentyabr 2022-ci il kimi göstərilmişdir. Çünki bu aktın 14 sentyabr 2022-ci ildə tərtib edilməsi məntiqi baxımdan və texniki olaraq mümkün deyil. Ona heyvanlar müvafiq qurum tərəfindən müqavilə və aktla 22 sentyabr 2022-ci ildə verilmişdir. Tərtib etdikləri aktda isə heyvanın birka kodu olan 12494 yazılmışdır. Heyvan ona verilmədən onun birka kodunu onlar haradan bilə bilərdilər. Yəni 22 sentyabr tarixində verilmiş inəyin birka kodunu və ya rəngini 14 sentyabrda o necə bilə bilərdi. Bütün bunlar aktın 14 sentyabr 2022-ci ildə deyil, 14 oktyabr 2022-ci ildə tərtib edildiyini şübhəsiz sübut edir. Bundan başqa tarixinə şübhə ilə yanaşılan bu aktda nəzərdə tutulan heyvan xx.xx.2022-ci il tarixində tələf olub. Bu barədə də baytar Elvin Hüseyinzadə tərəfindən tərtib olunan yarma protokolu və şəkillər qarşı tərəfə təqdim olunub. Bu protokolda isə hər hansı bir səhf yoxdur. Qarşı tərəfin ona verdiyi rədd cavabında isə bu protokolun varlığı bilərəkdən gizlədilir və bu protokol haqqında heç bir məlumat verilmir. Bütün bunlar qarşı tərəfin məsələyə bilərəkdən qərəzli yanaşdığını və aralarında bağlanılmış müqavilənin müddalarından irəli gələn öhdəlikləri icra etməmək üçün müxtəlif bəhanələrdən istifadə etmək istədiyindən xəbər verir. Göründüyü kimi “özünüməşğulluq proqramı” çərçivəsində ona verilmiş hər 3 inək yarasız olmuşdur. Bunun əsas səbəbi heyvanların faktiki olaraq xəstə və yarasız şəkildə ona təqdim etmələri olmuşdur. Proqramda iştirak etməkdə əsas niyyəti maddi imkanlarını yaxşılaşdırmaq olsa da bu heyvanların müalicəsi səbəbindən 300 manat maddi zərərə məruz qalmışdır. Sağ qalmış bir inəyi bir illik bəslənməsinə 600 manatdan çox pul xərclədiyi halda heyvan qısır olması səbəbindən bala verməmiş və ona heç bir fayda verməmişdir. Bundan başqa bu proqramda iştirak etməklə X3 sistemindəki işsiz statusunu da itirmişdir. Bunun nəticəsində universitetdə ödənişli əsaslarla oxuyan övladı təhsil kreditindən istifadə etmək hüququnu da itirmişdir. Odur ki, onun tələf olmuş 2 baş iribuynuzlu heyvanlrının (inəklərin) yenisi ilə əvəz etməsi haqqında barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Qanunun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasına yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1 -ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. İddiaçı və cavabdeh arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 sentyabr 2022-ci il tarixli 11359 nömrəli müqaviləyə əsasən iddiaçıya həmin müqavilədə nəzərdə tutulan “maldarlıq təsərrüfatı” zərfi üzrə həmin zərfə daxil olan aktivlər verilmişdir. Belə ki, istinad edilən aktivlərin təhvil verilməsi ilə əlaqədar iddiaçı və cavabdeh tərəfindən tərtib edilən 22 sentyabr 2022-ci il tarixli təhvil-təslim “Akfına əsasən, cavabdeh tərəfindən iddiaçıya 3 baş inək, 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) verilmişdir. Vurğulanmalıdır ki, aktivlərin verilməsi faktını sadəcə yuxarıda qeyd edilən Akt yox, həm də foto və video çəkiliş də sübut etməkdədir. Qeyd edilən Aktda iddiaçı tərəfindən yuxarıda qeyd edilən aktivlər kəmiyyət və keyfiyyət baxımından qəbul edilərək öz imzası ilə onun sahibliyi və istifadəsinə təqdim edilmişdir. Həmçinin, iddiaçı video çəkiliş zamanı aktivlərdən narazılığının olmadığını bildirmişdir. Bundan əlavə, iş üzrə təqdim edilmiş iddia ərizəsi mülki qaydada baxılmalı olduğu üçün hazırki iş üzrə iddia mümkün sayılmamalıdır. Bunu aşağıdakılarla əsaslandırırıq: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinin olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Umumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Tərəflər arasındakı münasibətlərdə cavabdeh inzibati orqan qismində çıxış edərək publik hüquqdan çıxış etməmişdir. Belə ki, burada tərəflərarası yaranmış münasibətlər və onlardan doğan hüquqların mənbəyi məhz müvafiq müqavilədir. Yuxarıda qeyd edilən Qərarın 5.2-ci bəndinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Burada da tərəflərarası münasibətlərin sadə təhlili onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya aktivlərin verilməsi ilə bağlı münasibətlər bir növ əvəzsiz istifadə müqaviləsinin hüquqi təbiətinə uyğun gəlməkdədir. Eyni mahiyyətli işlərlə bağlı yaranmış məhkəmə təcrübəsi də məhz hazırki iş üzrə mübahisənin mülki qaydada baxılması istiqamətində formalaşmışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunanlara əsasən İddiaçı “tələf olmuş iki baş iribuynuzlu heyvanların (inəklərin) yenisi ilə əvəz edilməsi” öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması tələbinə dair iddiasının mümkün hesab edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə mülki icraat qaydasında baxılmalı olduğunu bildirərək iddianın mümkünsüz hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının adından filialın müdiri X7 arasında Özünəməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, 2022/ÖM/11359 nömrəli müqavilə bağlanmışdır.Həmin müqavilənin 2.1.-ci bəndində qeyd edilmişdir ki, bu Müqavilənin predmetini “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - Əmlak) Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, özünəməşğulluğa cəlb edilmiş İddiaçı 3 yaşa qədər 3 baş inək, qarışıq yem (paketlənmiş 400 kq), yem (ot və yonca qarışıq) 65 ədəd verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktı ilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı bağlanmış müqavilə şərtlərinə əsasən tələf olmuş iki baş iribuynuzlu heyvanların (inəklərin) yenisi ilə əvəz edilməsini xahiş edir. Lakin nəzərə alınmalıdır ki, İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının adından filialın müdiri X7 arasında Özünəməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, 2022/ÖM/11359 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən İddiaçı 3 yaşa qədər 3 baş inək, qarışıq yem (paketlənmiş 400 kq), yem (ot və yonca qarışıq) 65 ədəd verilmişdir.İddiaçı həmin müqavilədən əmələ gələn hüququnun bərpasını və cavabdehin də müqavilə öhdəliklərinin icrasını tələb edir. Belə olan iddia tələbi müqavilənin mübahisələndirilməsi ilə şərtləndirilir, hansı ki, bu qəbildən olan mübahisə publik xarakterli olmadığından, ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddia ərizəsi tərəflər arasında müqavilədən doğan öhdəlikdir, yuxarıda qeyd edilənlərə əsasən inzibati xarakterli deyil və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1 - 1.4-cü bəndləri) Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında müəyyən olunur ki: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçıya məhkəmə prosesində qeyd edilənlərə əsasən ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etməli olduğu izah olunmuşdur. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, iddia ərizəsində qeyd edilən tələbin müqavilədən doğan öhdəlik olduğunu nəzərə alaraq aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı “tələf olmuş iki baş iribuynuzlu heyvanların (inəklərin) yenisi ilə əvəz edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova