Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-15/2022 31.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, İddiaçı cavabdeh Kürdəmir rayonu Kürdəmir bələdiyyəsinə qarşı “xx.xx.2008-ci il tarixli, 68 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Kürdəmir rayonu Kürdəmir bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 68 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2-1(120)-397/2020 saylı qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(120)-580/2021 saylı qərardadı ilə X8, X16, X12, X5, X9, X10 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, Kürdəmir Bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli, 64 saylı qərarı ilə Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində iddiaçıya obyekt tikintisi üçün 459 kv/m torpaq sahəsi satılmış, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2008-ci il tarixli, 118 saylı sərəncamı ilə Kürdəmir şəhəri S.Şıxəliyev küçəsində sahibkar obyekti tikintisi üçün icazə verilmişdir. Həmin torpaq sahəsi 16 may 2008-ci il tarixdə X18 kitabında 193 nömrə ilə uçota alınmış və bu barədə ona A №041136. "Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Son günlər Kürdəmir Bələdiyyəsi tərəfindən verilmiş qeyrirəsmi məlumata görə Bələdiyyənin 24 iyun 2008-ci il tarixli, 68 saylı qərarı 459 kvadrat metr torpaq sahəsinin satılması barədə Kürdəmir Bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli 64 saylı qərarı ləğv edilmişdir. X4 10 aprel 2008-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı Bələdiyyə tərəfindən ona rəsmi qaydada heç bir məlumat verilməmişdir, iddiaya görə, Bələdiyyənin 24 iyun 2008-ci il tarixli, 68 saylı qərarı tamamilə qanuna ziddir və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz edərək bildirmişdir ki, iddiaçının rəsmi müraciəti əsasında ona, Kürdəmir Bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli, 64 saylı qərarı ilə 459 kvadrat metr torpaq sahəsi satılmış, Kürdəmir rayon icra Hakimiyyətinin başçısı tərəfindən tikintiyə icazə verilmişdir. X4 10 aprel 2008-ci il tarixli, 64 saylı qərarı qanunvericiliyə uyğun olmadığına görə. Bələdiyyə tərəfindən öz qərarı ləğv edilmiş, bu barədə 30 iyun 2008-ci il tarixdə 46 nömrəli məktubla İddiaçı məlumat verilmişdir Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahatında bildirmişdir ki, iddiaçı bələdiyyəyə 2008-ci ilin yanvar ayında müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun xüsusi mülkiyyətinə torpaq sahəsinin satılmasını xahiş etmişdir. Vətəndaşın müraciətinə baxılaraq ona 10 aprel 2008-ci il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə onun xüsusi mülkiyyətinə Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsində 459 kv/m ölçüdə torpaq sahəsi satılmışdır. Həmin qərar 28 oktyabr 2008-ci il tarixli, 709-İİİQD nömrəli qanuna zidd olduğuna görə Kürdəmir Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 68 saylı qərarı ilə ləğv edilmiş və bu barədə 30 iyun 2008-ci il tarixdə iddiaçıya məlumat verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 iddia ilə bağlı bildirmişdir ki, İddiaçı ilə qohumluq əlaqələri yoxdur, 2009-cu ildən ona məxsus obyekti icarəyə götürüb və bugünü qədər işlədib. Hazırki vaxta qədər həmin qeyri yaşayış sahəsi barəsində mübahisə olduğunu bilməyib və bu günə kimi qeyri yaşayış sahəsindən çıxması ilə bağlı onu narahat edən olmayıb. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia ilə bağlı bildirmişdir ki, 2009-cu ildən rəsmi müqavil bağlayaraq İddiaçı məxsus qeyri yaşayış sahəsində ət dükanı işlədir, hər ay 250 manat icarə haqqı ödəyir. Vidadidən başqa həmin ərazinin sahibi kimi ikinci şəxs tanımır. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 iddia ilə bağlı bildirmişdir ki, mübahisəli obyektin sahibi kimi İddiaçı tanıyır. Ona məxsus ərazidə market işlədir və rəsmi icarə müqavilsə əsasında hər ay 250 manat icarə haqqı ödəyir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarında olan Kürdəmir rayonu Kürdəmir bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli 64 saylı iclas protokoluna əsasən bələdiyyə tərəfindən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Kürdəmir rayon şöbələrinin müdirlərindən, Kürdəmir bələdiyyəsi sədirinin tikinti-abadlıq işləri üzrə müavinindən, Aran Regional DYNİ-nin böyük inspektorundan, Kürdəmir rayon GEM-nin baş həkimindən və Kürdəmir rayon Telekommunikasiya Qovşağının və Kürdəmir rayon Elektrik Şəbəkəsinin rəislərindən ibarət mütəxəssis komissiyasının 09 aprel 2008-ci il tarixli aktı nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə İddiaçı Kürdəmir rayon S.Şıxalıyev küçəsində 459 kv/m torpaq sahəsi onun xüsusi mülkiyyətinə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 17 aprel 2008-ci il tarixli, 175 saylı rəyinə əsasən İddiaçı satılan 459 kv/m torpaq sahəsi Kürdəmir bələdiyyəsinin mülkiyyəti, alqı-satqı predmeti və kənd təsrrüfatına yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A nömrəli 041136 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Kürdəmir şəhəri S.Şıxaliyev küçəsində yerləşən sahibkarlıq məqsədilə İddiaçı ayrılan 459 kv/m torpaq sahəsi 16 may 2008-ci il tarixdə X18 kitabında 193 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilən 15 may 2018-ci il tarixli, 152 saylı arxiv arayışına əsasən İddiaçı Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2008-ci il tarixli, 118 nömrəli sərəncamına əsasən iddiaçıya şəhərin S.Şıxalıyev küçəsində sahibkar obyekti tikintisi üçün icazə verilmişdir və sərəncamın surəti arayışa əlavə edilmişdir. İş materiallarında olan Kürdəmir Bələdiyyəsinin 24 iyun 2008-ci il tarixli, 68 saylı iclas protokoluna əsasən Azərbaycan Respublikasınının 28 oktyabr 2007-ci il tarixli 709- İİİQD Qanunun tələbləri əsas gətirilərək İddiaçı satılan torpaq sahəsi ilə bağlı əmir bələdiyyəsinin 10 aprel 2008-ci il tarixli 64 saylı iclas qərarı ləğv edilmişdir. İş materiallarında olan AN-İ ******* saylı, 02 mart 2017-ci il tarixli “Daşınmaz əmlakın alqı satqı müqaviləsi”nə əsasən 0,0641 ha torpaq sahəsi Kürdəmir Bələdiyyəsi tərəfindən X1 və xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2020-ci il tarixli, 09/3-35 saylı və xx.xx.2022-ci il tarixli, 09/3-139 saylı məktublarına əsasən qeyd edilən xx.xx.2008-ci il tarixli, 64 saylı və xx.xx.2008-ci il tarixli, 68 saylı qərarlar və iclas protokolları Bələdiyyələrlə iş mərkəzinə təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 01 nömrəli, xx.xx.2017-ci il tarixli 01 nömrəli, xx.xx.2018-ci il tarixli 01 nömrəli, xx.xx.2018-ci il tarixli 01 nömrəli, xx.xx.2018-ci il tarixli 01 nömrəli, xx.xx.2019-cu il tarixli 01 nömrəli, xx.xx.2021-ci il tarixli 01, 02, 03, 04, 05, 06, 07 nömrəli icarə müqavilələrinə əsasən Kürdəmir şəhəri S.Şıxaliyev küçəsində yerləşən obyekt İddiaçı tərəfindən müxtəlif vətəndaşlara icarəyə verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyul 2021-ci il tarixli, 100 nömrəli məktubuna əsasən Kürdəmir şəhəri S.Şıxaliyev küçəsində sahibkarlıq məqsədilə tikilən obyektin kimə məxsus olması barədə məlumatın olmadığı və şəhər sakinləri arasında bələdiyyə bazarı kimi tanındığı müəyyən edilmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin 05 avqust 2021-ci il tarixli, 92 nömrəli məktubuna əsasən İddiaçı barəsində Kürdəmir Bələdiyyəsinin 24 iyun 2008-ci il tarixli, 68 saylı qərarının arxivə təhvil verilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli telefonoqrama əsasən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən təqdim edilən vəsatətə əsasən cavabdeh Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsinə tam araşdırma aparılması məqsədilə 2008-ci il üzrə “bələdiyyə qərarlarının qeydiyyat jurnalının” əslinin təqdim edilməsi məqsədilə 01 avqust 2022-ci il tarixli sorğu məktubu ünvanlandığı, lakin cavabdeh tərəfindən sorğu məktubunun cavablandırılmadığı, aydınlıq gətirilməsi məqsədilə cavabdehin nümayəndəsi X11 ilə mobil telefon vasitəsilə əlaqə saxlanıldığı və bələdiyyənin nümayəndəsinin (sədri) belə jurnalın mövcud olmadığını bildirdiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxil olmaqla, hazırki iddianın məhkəmə də qalırılması üçün qanunvericilikdə prosessual müddət müəyyən edilmişdir. İddia verilməsi müddətinin ötürülməsi səbəbindən iddianın mümkünlüyünə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, “İnzibati icaraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İnzibat Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan sənədlərdən görünür ki, məhkəmə qaydasında mübahisələndirilən inzibati aktlar barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya rəsmi məlumat verilməmişdir. Halbuki, bu qərarlar barədə iddiaçıya rəsmi məlumat vermək mübahisələndirilən aktları (qərarları) qəbul etmiş inzibati orqanın borcu idi. (Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatda olan bu işlə bağlı 10 noyabr 2020-ci il tarixli 2-1(106)-547/2020 saylı qərardadına əsasən Kollegiyanın mövqeyi də bu istiqamətdə olmuşdur) İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə mahiyyəti üzrə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar torpaq bazarının obyekti ola bilər: - bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 56.1 Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Əlavə olaraq qeyd olunur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasında, bələdiyyə və fiziki şəxs arasında bu cür mübahisəli hallar yarandığı zaman bildirişinin fiziki şəxsə təqdim olunması mütləq qaydada yoxlanılır ki, bu hal mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə hesab edir ki, Kürdəmir rayon bələdiyyəsi tərəfindən İddiaçı xx.xx.2008-ci il tarixli, 64 saylı qərarı ilə verilən torpaq sahəsinin ləğv edilməsi qanunsuz olmuşdur. Belə ki, Kürdəmir rayon bələdiyyəsi iddiaçıya hüquq tanıyan öz qərarının ləğv edilməsi barədə 24 iyun 2008-ci il tarixli, 68 saylı yeni qərar qəbul etmişdir. Halbuki bələdiyyənin sözügedən qərarı onun özü tərəfindən deyil, məhkəmə tərəfindən ləğv edilə bilərdi. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən qərarının ləğv edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də mübahisələndirilən qərar həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bələdiyyənin özü tərəfindən deyil, qanunsuz qəbul olunduğu müəyyən edildiyi halda məhkəmə qaydasında ləğv oluna bilərdi. Eyni zamanda bələdiyyə tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi ilkin olaraq torpaq sahəsinin ayrıldığı şəxsin inzibati aktın məzmununa etimad hüququnun pozulması ilə nəticələnmişdir. Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə qanuniliyi mübahisələndirilən Kürdəmir rayonu Kürdəmir bələdiyyəsinin xx.xx.2008ci il tarixli, 68 saylı qərarında İddiaçı sahibkarlıq məqsədilə satılan 459 kv/m torpaq sahəsinin Azərbaycan Respublikasının 28 oktyabr 2007-ci il tarixli, 709-İİİQD Qanunun tələbərinə zidd olduğunu bildirərək, ona satılması üçün əsas olan xx.xx.2008-ci il tarixli, 64 saylı qərarın həmin tarixdən sonra qəbul edildiyini bildirərək ləğv etmişdir. Cavabdehə bildirilir ki, sözügedən Azərbaycan Respublikasının 709-İİİQD Qanunu 28 oktyabr 2007-ci il tarixdə deyil, xx.xx.2008-ci il tarixli, 64 saylı qərardan sonra yəni 28 oktyabr 2008-ci il tarixdə dərc edilmiş və dərc edildiyi gündən qüvvəyə minmişdir.Qeyd eilən hal Kürdəmir bələdiyyəsi tərəfindən qəbul edilmiş 24 iyun 2008-ci il tarixli 68 saylı qərarın qanuniliyini, əsaslılığını və qeyd edilən tarixdə qəbul edilməsini şübhə altına alır. Məhkəmə, belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin, məhkəmə praktikasının tələbləri və yuxarıda qeyd edilənlər əsasında iddiaçı barəsində qəbul edilmiş qərar əsassız sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 68 saylı qərarı ləğv olunmalıdır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Kürdəmir rayonu Kürdəmir Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2008-ci il tarixli, 68 saylı qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Hilal Nəcəfov