Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-15/2025 27.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X20, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1-nin, İddiaçı2 və İddiaçı3 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamın iddiaçılara aid olan hissədə və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamına əsasən "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin İbrahim KM-yə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 hissəsi, İddiaçı3 ayrılan 160.0 ha sahəsinin 127.22 ha hissəsi və İddiaçı2 ayrılan 205.0 ha olan torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissədə ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları İddiaçılar İddiaçı1-nın, İddiaçı2 və İddiaçı3 cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamın və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamın və bu sərəncam əsasında İmişli rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 40 saylı torpaq icarəsi haqqında müqavilənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı3, İddiaçı2 və İddiaçı1-nın vəkili Vəkil məhkəməyə iddianın dəyişdirilməsinə dаir ərizə təqdim edərək, iddiа ərizəsində dəqiqləşmə аpаrıldığını, iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “İmişli rayon İcra Hakmiyyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı Sərəncamın iddiaçılara aid olan hissədə və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamına əsasən "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin İbrahim KM-yə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 hissəsi, İddiaçı3 ayrılan 160.0 ha sahəsinin 127.22 ha hissəsi və İddiaçı2 ayrılan 205.0 ha olan torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissədə ləğv edilməsi” baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1-nin, İddiaçı2 və İddiaçı3 ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC onlara qarşı “Torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin öz hesablarına əvvəlki vəziyyətinə bərpa edilmə, torpaq sahəsi üzərində qanunsuz hərəkətlərə son qoyulma və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət etmişdir. Yalnız bu iddia ərizəsindən sonra cavabdeh İmişli RİH tərəfindən onlara ayrılmış torpaq sahələrinə dair sərəncamların ləğv edilməsi və həmin torpaq sahələrinin "xxxx" MMC-nin istifadəsinə verilməsi onlara məlum olmuşdur. Ona görə də hal-hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Onlar mübahisə predmeti olan torpaq sahələrini qanuni sənədlər əsasında əldə etmişlər və uzun müddətdir ki, həmin torpaq sahələrindən istifadə edirlər, ona görə də hər hansı bir torpaq sahəsinin zəbt edilməsindən və ya qanunsuz istifadəsindən söz gedə bilməz. Belə ki, İddiaçı1 kiçik müəssisəsinin istifadəsində olan 387 ha torpaq sahəsi İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 89 saylı sərəncamı əsasında verilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair “İbrahim" KM-nə JN-0442, kod 90700001 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə də verilmişdir. Həmçinin İddiaçı2 Əliqulu oğlunun istifadəsində olan 205 ha torpaq sahəsinə dair İmişli RİHB tərəfindən xx.xx.2006-cı il tarixli 179 saylı sərəncam da verilmiş, eyni zamanda bu sərəncam əsasında Torpaqların icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 43 saylı müqavilə də bağlanmışdır. Həmçinin İddiaçı3 istifadəsində olan 160 ha torpaq sahəsinə dair İmişli RİHBnın xx.xx.2000-ci il tarixli 206 saylı sərəncamı və xx.xx.2003-cü il tarixli, 93 saylı İcarə müqaviləsi də vardır. İddiaçı3 istifadəsində olan torpaq sahəsinə dair JN 3941, kod 90700001 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə də verilmişdir. Yəni, sərəncamlardan və icarə müqavilələrindən açıq-aydın görünür ki, hər bir şəxsin istifadəsində olan torpaq sahələrinə dair müvafiq hüquqmüəyyənedici sənədləri də vardır. Onlar İmişli RİHB-nın xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının və xx.xx.2017-ci il tarixli 214 saylı sərəncamının və xx.xx.2017-ci il tarixli 40 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişlər, lakin müraciətlərindən bir aydan çox vaxt keçməsinə baxmayaraq heç bir münasibət bildirilməmiş və onlara cavab verilməmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq bu torpaq sahələrində pambıq əkilmiş, lakin məhsuldarlıq həddindən artıq aşağı olduğu üçün heç həmin pambığın əkilməsinə sərf olunmuş xərcləri belə ödəyə bilməmişdir. Bu faktın özü də bir daha sübut edir ki, heyvanların otarıİması üçün nəzərdə tutulmuş bu örüş sahələrində pambığın əkilməsi yolverilməzdir və bu özlüyündə torpağın münbit qatının məhv olmasına və heyvandarlığın inkişafı üçün nəzərdə tutulmuş münbit torpaq sahələrinin dövriyyədən çıxarılmasına və bununla da dövlətə milyonlarla zərər vurulmasına gətirib çıxarır. Qanunvericilik normalarından həm İmişli RİHB-nın xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının, həm də xx.xx.2017-ci il tarixli 214 saylı sərəncamlarının və bu sərəncamlar əsasında bağlanılmış xx.xx.2017-ci il tarixli 40 saylı icarə müqaviləsinin qanunazidd və əsassız olduğu açıq-aydın görünür. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 89 saylı sərəncamının surətindən görünür ki, İddiaçı1 kiçik müəssisəsinin müraciəti nəzərə alınaraq qoyunlarını saxlamaq üçün ona 93, 94, 95 nömrəli qış otlaq sahəsindən otlaq məqsədilə istifadə üçün cəmi 387 hektar torpaq sahəsi verilmşdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 206 saylı sərəncamının surətindən görünür ki, Aranlı kənd sakini İddiaçı2 Əliqulu oğlunun müraciəti nəzərə alınmış və 97 saylı qış otlaq sahəsindən otlaq kimi istifadə üçün 160 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, 93 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ilə X21 arasında xx.xx.2000-ci il tarixli, 206 nömrəli sərəncamı əsasında 160 ha heyvandarlığın inkişafı üçün 15 il müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli, 179 saylı sərəncamının surətindən görünür ki, Aranlı kənd sakini İddiaçı2 Əliqulu oğlunun müraciəti nəzərə alınmış və 93 saylı qış otlaq sahəsindən 33 ha, 95 saylı qış otlaq sahəsindən 145 ha, 97 saylı qış otlaq sahəsindən 27 ha, cəmi 205 ha torpaq sahəsi otlaq kimi onun müvəqqəti istifadəsinə verilmşdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 K/M-nin, İddiaçı2, X2, X10 torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, İddiaçı1 K/M-nə 387,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 29 aprel 2000-ci il tarixii, 89 saylı sərəncamı, İddiaçı2 205,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon icra Hakimiyyəti oaşçısının 29 iyul 2006-cı il tarixli, 179 saylı sərəncamı və 29 iyul 2006-cı il tarixli, 43 saylı icarə müqaviləsi, X3 68,0 ha otlaq sahəsinin çarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 23 avqust 2016-cı il tarixli, 146 sayiı sərəncamı və 23 avqust 2016-cı il tarixli, 19 saylı icarə müqaviləsi, X15 50,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə imişli rayon İcra Hakimiyyəti başçısının 17 mart 2009-cu il tarixli, 47 saylı sərəncamı və 17 mart 2009-cu il tarixli, 2 saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-nin rəhbərliyinin müraciəti nəzərə alınmış və Cəmiyyətə kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi məqsədi ilə rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h, 97 saylı dövlət qış otlaq sahələrindən 2600,0 ha torpaq sahəsi ayrılıb icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2017-cı il tarixli, 40 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh başçısı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci ıl tarixli, 214 nömrəli sərəncamı əsasında 2600 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün 45 il müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan JN-0442, KOD 90700001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, “X38 İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 89 saylı sərəncamı ilə 93, 94, 95 nömrəli qış otlaq sahələrindən heyvandarlığın inkişafı üçün müvvəqəti 387 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-3941, KOD 90700001 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X11 İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 206 saylı sərəncamı və xx.xx.2003-cü il tarixli, 93 saylı icarə müqaviləsi ilə İmişli rayonu 97 nömrəli qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün müvvəqqəti 5 il müddətinə 160.0 hektar torpaq sahəsi heyvandarlığın inkişafı üçün verilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)- 1287/2021 nömrəli qərardadı ilə iddiaçı İmişli rayon İcra Hakimiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 2600,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 152 saylı sərəncamının və xx.xx.2017-ci il tarixli, 25 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan İmişli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)- 1483/2021 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilməsi, İddiaçı1 Kiçik Müəssisəsi, İddiaçı2 Əliqulu oğlu, X6, X24, X32, X46, X21, X47, X39, X12, X28, X33, X29, X40, X52 və X14 rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2017-ci il tarixli, 214 nömrəli Sərəncamı və İmişli rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" MMC arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, 40 saylı torpaq icarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə verilmiş 2600,0 ha torpaq sahəsindən çıxarılması, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh X2 "xxxx" MMC-yə qarşı “cavadehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi və torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması tələbi barədə” qarşılıqlı iddiası təmin edilməməsi, ilkin iddia üzrə cavabdehlər İddiaçı1 Kiçik Müəssisəsi, İddiaçı2 Əliqulu oğlu və X8 ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı “İmişli rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2017-ci il tarixli, 214 nömrəli Sərəncamının və İmişli rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" MMC arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, 40 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiası təmin edilməməsi qət etmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin başçısının Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İmişli rayon Aranlı kənd sakinləri İddiaçı3, X43, İddiaçı2 Əliqulu oğlu həqiqətən də onların Aranlı İnzibati Ərazisində yerləşən qış otlaq sahələrində 40 (qırx) ildən artıqdır ki, xirda buynuzu davarları saxlamaq üçün qış yataqları mövcud olub və hal hazira kimi də İslahat dövründən bəri (1997-ci ildən) özlərinə məxsus xirda buynuzu davarları saxlayırlar. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-376/2022 nömrəli qərardadı ilə ilk iddia üzrə cavabdehlər İddiaçı1 kiçik müəssisəsinin, İddiaçı2 Əliqulu oğlunun və X8 apellyasiya şikayəti qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(036)-1483/2021 nömrəli qətnaməsi qismən, yəni ilk iddia üzrə cavabdehlər İddiaçı1 kiçik müəssisəsi, İddiaçı2 Əliqulu oğlu və X8 ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı İmişli Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2017-ci il tarixli, 214 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara almışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-376/2022 nömrəli qərardadı ilə ilk iddia üzrə cavabdehlər X40, X52 və X48, həmçinin cavabdehlər İddiaçı1 kiçik müəssisəsi, İddiaçı2 Əliqulu oğlu və X21, həmçinin cavabdeh X4, həmçinin cavabdeh X24, həmçinin cavabdeh X30 və həmçinin cavabdeh X28 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(036)-1483/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 kiçik müəssisəsinin, İddiaçı2 Əliqulu oğlunun, X1, X13, X22, X34, X8, X35, X25, X7, X16, X23, X17, X26, X41 və X36 İmişli Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2017-ci il tarixli, 214 nömrəli sərəncamı və İmişli Rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" MMC arasında bağlanmış 27 dekabr 2017ci il tarixli, 40 nömrəli torpaq icarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə verilmiş 2600 hektar torpaq sahəsindən çıxarılmaları, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə cavabdeh X1 "xxxx" MMC-yə qarşı cavadehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi və torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması barədə qarşılıqlı iddiasının təmin edilməməsi, ilk iddia üzrə cavabdehlər İddiaçı1 kiçik müəssisəsi, İddiaçı2 Əliqulu oğlu və X8 ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı İmişli Rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" MMC arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, 40 nömrəli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara almışdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(121)-1026/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 Kiçik Müəssisəsinə və qeyrilərinə qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin öz hesablarına əvvəlki vəziyyətinə bərpa edilməsi, torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barəsində ilkin iddia ərizəsi; X2 "xxxx" MMC-yə qarşı torpaq sahəsində çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi və torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması barəsində qarşılıqlı iddia ərizəsi; İddiaçı1 Kiçik Müəssisəsinin və qeyrilərinin "xxxx" MMC-yə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi barəsində qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanması qərara alınmışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin başçısının Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-53-122/2 nömrəli arayışının surətindən görünür ki, Aranlı kənd sakini İddiaçı2 və X37 məxsus iri və xırda buynuzlu davarların Aranlı kənd inzibati ərazisində yerləşən qış otlaq sahəsində birlikdə, hər birinə 650 (altı yüz əlli) başdan yuxarı xırda buynuzlu davarlar və 200(iki yüz) başa yaxın iri buynuzlu mal-qara olmaqla adı çıkilən ərazidə saxlayırlar. İş materiallarında olan İmişli rayon Aranlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 54 nömrəli arayışının surətindən görünür ki, Aranlı kənd sakini İddiaçı3 həqiqətən Aranlı kənd inzibati ərazisində, dövlət qış otlaq sahəsinə aid olan hissəsindən 160 ha örüş sahəsi iri və xırda buynuzlu davarların saxlamaq üçün icarəyə verilib və hal-hazırda özünə məxsus malqara və davarların adı çəkilən ərazidə saxlayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Xidmətləri Mərkəzi İmişli rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 22-1-2-27/2-126/2024 nömrəli arayışından görünür ki, Aranlı kənd sakini İddiaçı3 ondan ötrü ki, onun heyvandarlıq təsərrüfatında olan 92 (doxsan iki) baş iri buynuzlu, 85 (səksən beş) baş xırda buynuzlu , 3 (üç) baş at və 4 (dörd) baş iti 2024-cü il ərzində “Epizootik tədbirlər” planında nəzərdə tutulmuş iti və xroniki infeksiyon xəstəliklərə qarşı (o cümlədən qara yara, dabağ, nodulyar dermatit, leptospiroz, bruselyoz, çiçək, quduzluq və.s) profilaktik peyvənd edilmişdir. Hal- hazırda təsərrüfat sağlamdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Xidmətləri Mərkəzi İmişli rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 22-1-2-27/2-145/2024 nömrəli arayışından görünür ki, Aranlı kəndində yerləşən İddiaçı1 kiçik müəssisəsinə ondan ötrü ki, müəssisəyə məxsus olan 39 (otuz doqquz) baş iri buynuzlu, 649 (altı yüz qırx doqquz) baş xırda buynuzlu , 2 (iki) baş at və 5 (beş ) baş iti 2024-cü il ilin “Epizootik tədbirlər” planına uyğun olaraq iti və xroniki infeksiyon xəstəliklərə qarşı (o cümlədən qara yara, dabağ, nodulyar dermatit, leptospiroz, bruselyoz, çiçək, quduzluq və.s) profilaktik peyvənd edilmişdir. Hal- hazırda təsərrüfat sağlamdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7355 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 89 saylı sərəncamı ilə İddiaçı1-yə ayrılmış 387.0 ha torpaq sahəsinin, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı3 ayrılmış 160.0 ha torpaq sahəsinin, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 179 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış 205.0 ha torpaq sahəsinin və İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.9 ha olan hissəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin sərəncamının qəbul olunduğu vaxt Dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkinçiliyin inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsi olmuşdur. Hazırda isə İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 89 saylı sərəncamı ilə İddiaçı1-yə ayrılmış 387.0 ha torpaq sahəsinə, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı3 ayrılmış 160.0 ha torpaq sahəsinə və İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2066-ci il tarixli, 179 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış 205.0 ha torpaq sahəsinə aid verilmiş sərəncamların, icarə müqavilələrinin müddəti başa çatdığına görə həmin torpaqların kateqoriyasını, hüquqi statusunu və torpaq növünü müəyyən etmək mümkün deyildir. Hazırda İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkinçiliyin inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 89 saylı sərəncamı ilə İddiaçı1-yə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 ha hissəsi, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı3 ayrılmış 160.0 ha torpaq sahəsinin 127.22 ha hissəsi və İmişli rayon İcra Hakimiyyəti Başçısının 29.007.2006-cı il tarixli, 179 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış 205.0 ha torpaq sahəsi isə bütövlüklə İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.9 ha hissəsinin koordinatlarının hüdudları daxilində yerləşir. Qərardadın dördüncü sualı üzrə: İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000ci il tarixli, 89 saylı sərəncamı ilə İddiaçı1-yə ayrılmış 387.0 ha torpaq sahəsi, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı3 ayrılmış 160.0 ha torpaq sahəsi və İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 179 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış 205.0 ha torpaq sahəsi faktiki olaraq qeyd olunan şəxslər tərəfindən təyinatı üzrə istifadə olunur. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.9 ha hissəsinin 1394.53 ha olan ərazisi faktiki olaraq "xxxx" MMC-nin istifadəsindədir və 185.0 ha isə təyinatı üzrə əkin sahəsi kimi istifadə edilir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin başçısının Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı1-nin, İddiaçı2 Əliqulu oğlunun və X8 öhdəsində olan qış otlaq sahələrinin heç bir xəbərdarlıq olmadan, İmişli RİH tərəfindən xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin adına sənədləşdirilməsi və həmin tarixdən iki il keçdikdən sonra "xxxx" MMC həmin sənədi üzə çıxarmış, yerdən çıxma tələbini fermerlərə bildirsədə, heyvandarlıqla məşğul olan fermerlər qış yataqlarından çıxmamışdır. "xxxx" MMC ərazidə iki ilə yaxın əkin aparmaq üçün müəyyən torpaq işləri görmüş və ərazinin xeyli hissəsinin bitki örtüyünü məhv etdikdən sonra, əkinlərdən xeyli ziyan çəkərək həmin tarixdən, yəni 2021-ci ilin iyun ayından ərazini boşaldaraq getmişdir. Adları yuxarıda qeyd olunan fermerlər və digər adları qeyd olunmayanlar, ümumilikdə 17 (on yeddi) qoyunçuluqla məşğul olan fermerlər "xxxx" MMC-yə sənədləşdirilən 2600 (iki min altı yüz) ha örüş sahəsindən çıxmamışlar, əksinə uzun müddətdir ki, Aranlı kolxozundan miras qalmış qış yataqlarında özlərinə məxsus xırda və iri buynuzlu davarlarını saxlayırlar. 2021-ci ilin iyun ayından "xxxx" MMC-nin ərazidə heç bir fəaliyyəti qeydə alınmamış və fəaliyyəti tamamilə məhduddur. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-53/2-662/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1-nin, İddiaçı2 və İddiaçı3 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli, 112 saylı və 27 dekabr 2017-ci il tarixli, 214 saylı Sərəncamlarının ləğv edilməsi” tələbinə dair inzibati işin icraatı ilə əlaqədar bildiririk ki, İddiaçı1-nə, İddiaçı2 və İddiaçı3 icarəyə verilmiş otlaq sahələri hazırda özlərinin istifadəsindədir. Əlavə olaraq bildiririk ki, İddiaçı1 və İddiaçı3 torpaq vergisini 2024-cü il tarixi daxil olmaqla ödəmiş, İddiaçı2 isə 2020-ci il daxil olmaqla torpaq vergisini ödəmiş, qalan illəri isə torpaq istifadə hüququna xitam verildiyi üçün ödəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21- 2-14/2-12934/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon icra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 25 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə (VÖEN **********) müvəqqəti istifadə üçün Dövlət ehtiyat fondu torpaq sahələrindən 2600.00 ha torpaq sahəsinin verilməsinə baxmayaraq, Şirvan inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-487/2022 nömrəli Qərardadına əsasən, qeyd olunan torpaq sahəsi məhkəmə predmeti olaraq mübahisəli olduğu üçün "xxxx" MMC-yə (VÖEN **********) Dövlət torpaq sahələrinin icarəsi üzrə hesablama aparılmamış və ödəniş olunmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3- 21-2-14/2-Ş-xx-xx/2025 nömrəli məktubundan görünür ki, İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 25 nömrəli sərəncamına əsasən Cəmiyyətə müvəqqəti istifadə üçün Dövlət ehtiyat fondu torpaq sahələrindən 2600.00 ha torpaq sahəsinin verilməsinə baxmayaraq, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)- 487/2022 nömrəli Qərardadına əsasən, qeyd olunan torpaq sahəsi məhkəmə predmeti olaraq mübahisəli olduğu üçün Cəmiyyətə Dövlət torpaq sahələrinin icarəsi üzrə hesablama aparılmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Cəmiyyətin cari tarixə (xx.xx.2025-ci il tarixə) Dövlət torpaq sahələrinin icarəsi üzrə ödənilməmiş borc məbləği müəyyən edilmir. Məlumat üçün bildiririk ki, aparılmış araşdırma zamanı Cəmiyyətin vergi hesablanması ehtimal olunan 1 sayda təqdim edilməmiş bəyannaməsi, dövlət büdcəsinə vergilər üzrə 1821,96 manat ödənilməmiş borc məbləği olduğu və “Əmək müqviləsi bildirişi” sistemində aktiv əmək müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. 5 (beş) gün ərzində müvafiq qaydada kənarlaşmaların aradan qaldırılması və borc məbləğinin də dərhal ödənilməsi tələb olunmuşdur. İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçılar cavabdehin sərəncamı ilə onların subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Mübahisəli sərəncamlar xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixdə qəbul olunmuşdur. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəf İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamları üzrə mübahisə barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə müraciət etmiş və xx.xx.2021-ci il tarixində məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncamını) xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür).Mübahisəli inzibati aktlardan digər məhkəmə gedişatları zamanı məlumatlı olduqları müəyyən edilir. Qeyd edilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-15/2025 saylı, xx.xx.2025-ci il tarixli qəardadı ilə iddiaçılar İddiaçı1-nin, İddiaçı2 və İddiaçı3 ərizələri təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmənin qənaətinə görə mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 112 saylı və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamlar qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 89 saylı sərəncamı ilə İddiaçı1 kiçik müəssisəsinə qoyunlarını saxlamaq üçün ona 93, 94, 95 nömrəli qış otlaq sahəsindən otlaq məqsədilə istifadə üçün cəmi 387 hektar torpaq sahəsi, İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 206 saylı sərəncamı ilə Aranlı kənd sakini İddiaçı2 Əliqulu oğluna 97 saylı qış otlaq sahəsindən otlaq kimi istifadə üçün 160 ha torpaq sahəsi və İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli, 179 saylı sərəncamı ilə Aranlı kənd sakini İddiaçı2 Əliqulu oğluna 93 saylı qış otlaq sahəsindən 33 ha, 95 saylı qış otlaq sahəsindən 145 ha, 97 saylı qış otlaq sahəsindən 27 ha, cəmi 205 ha torpaq sahəsi otlaq kimi onun müvəqqəti istifadəsinə verilmş və tərəflər arasında icarə müqaviəsi bağlanmışdır. Mübahisəli sərəncamın məzmunundan görünür ki, həmin sərəncamın qəbul edilməsinə əsas İddiaçı1 K/M-nin, İddiaçı2, X2, X10 torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, İddiaçı1 K/Mnə 387,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 29 aprel 2000-ci il tarixii, 89 saylı sərəncamı, İddiaçı2 205,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon icra Hakimiyyəti oaşçısının 29 iyul 2006-cı il tarixli, 179 saylı sərəncamı və 29 iyul 2006-cı il tarixli, 43 saylı icarə müqaviləsi, X3 68,0 ha otlaq sahəsinin çarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 23 avqust 2016-cı il tarixli, 146 sayiı sərəncamı və 23 avqust 2016-cı il tarixli, 19 saylı icarə müqaviləsi, X15 50,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə imişli rayon İcra Hakimiyyəti başçısının 17 mart 2009-cu il tarixli, 47 saylı sərəncamı və 17 mart 2009-cu il tarixli, 2 saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. Hazırda iddiaçılar İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamın iddiaçılara aid olan hissədə və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamına əsasən "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin İbrahim KM-yə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 hissəsi, İddiaçı3 ayrılan 160.0 ha sahəsinin 127.22 ha hissəsi və İddiaçı2 ayrılan 205.0 ha olan torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissədə ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qəbul olunmuş inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa mübahisəli xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamın məzmunundan görünür ki, İddiaçı1 K/M-nin, İddiaçı2, X2, X10 torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, İddiaçı1 K/M-nə 387,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 29 aprel 2000-ci il tarixii, 89 saylı sərəncamı, İddiaçı2 205,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon icra Hakimiyyəti oaşçısının 29 iyul 2006-cı il tarixli, 179 saylı sərəncamı və 29 iyul 2006-cı il tarixli, 43 saylı icarə müqaviləsi, X3 68,0 ha otlaq sahəsinin çarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 23 avqust 2016-cı il tarixli, 146 sayiı sərəncamı və 23 avqust 2016-cı il tarixli, 19 saylı icarə müqaviləsi, X15 50,0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə imişli rayon İcra Hakimiyyəti başçısının 17 mart 2009-cu il tarixli, 47 saylı sərəncamı və 17 mart 2009-cu il tarixli, 2 saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. Bundan başqa mübahisəli sərəncamın qəbul edilməsinin əsaslarında biri olan İddiaçı1 K/M, İddiaçı2, X5 X27 tərəfindən dövlət və ictimai maraqlara ziyan vurulması faktı ilə bağlı, araşdırma aparılmış, lakin həmin faktları təsdiq edən təkzib olunmaz (mötəbər) sübutlar müəyyən olunmamışdır. Hansı ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 61.1 maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəllənin 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bundan başqa məhkəmə qənaətinə görə ümumiyyətlə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməsi (torpaq sahəsini təyinatı üzrə istifadə edib- etməməsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən sərəncamla bağlanmış icarə müqaviləsinə, o cümlədən iddiaçının torpaqdan istifadə hüququna xitam vermək səlahiyyəti olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazirki işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinin mübahisələndirilən inzibati aktda istinad olunan digər normaları (torpaq sahəsindən təyinatı üzrə istifadə etməmə və s.) üzrə də iddiaçının torpaq sahəsi üzərində olan hüququna xitam verilməsi barədə qərar qəbul etmək səlahiyyətinin bilavasitə cavabdehdə olması, həmin Məcəlləsinin 73 və 75-ci maddələrindən, eləcə də ’’Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanından görünmür. Eyni zamanda, tərəflər arasında bağlanmış icarə müqavilələrinin 2.14-cü bəndinə görə tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf “...müvafiq orqanlar və va məhkəmə qaydasında iddia qaldırır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7355 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və rəyə əsasən müəyyən edilir ki: - İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin sərəncamının qəbul olunduğu vaxt Dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkinçiliyin inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsi olmuşdur. Hazırda isə İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 89 saylı sərəncamı ilə İddiaçı1-yə ayrılmış 387.0 ha torpaq sahəsinə, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı3 ayrılmış 160.0 ha torpaq sahəsinə və İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2066-ci il tarixli, 179 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış 205.0 ha torpaq sahəsinə aid verilmiş sərəncamların, icarə müqavilələrinin müddəti başa çatdığına görə həmin torpaqların kateqoriyasını, hüquqi statusunu və torpaq növünü müəyyən etmək mümkün deyildir. Hazırda İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkinçiliyin inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsidir. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 89 saylı sərəncamı ilə İddiaçı1-yə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 ha hissəsi, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı3 ayrılmış 160.0 ha torpaq sahəsinin 127.22 ha hissəsi və İmişli rayon İcra Hakimiyyəti Başçısının 29.007.2006-cı il tarixli, 179 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış 205.0 ha torpaq sahəsi isə bütövlüklə İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.9 ha hissəsinin koordinatlarının hüdudları daxilində yerləşir. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 89 saylı sərəncamı ilə İddiaçı1-yə ayrılmış 387.0 ha torpaq sahəsi, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 206 saylı sərəncamı ilə İddiaçı3 ayrılmış 160.0 ha torpaq sahəsi və İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 179 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış 205.0 ha torpaq sahəsi faktiki olaraq qeyd olunan şəxslər tərəfindən təyinatı üzrə istifadə olunur. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.9 ha hissəsinin 1394.53 ha olan ərazisi faktiki olaraq "xxxx" MMC-nin istifadəsindədir və 185.0 ha isə təyinatı üzrə əkin sahəsi kimi istifadə edilir. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/196 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə icraatında ekspert rəyində məlumatların həqiqi olmamasına dair heç bir dəlil və sübut təqdim olunmamış, rəydə qeyd edilən hallar şübhə doğurmamışdır. Həmçinin iş materiallarına əlavə edilən sənədlərə əsasən aşağıdakı hallar müəyyən edilir: - İmişli rayon İcra Hakimiyyətinin başçısının Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İmişli rayon Aranlı kənd sakinləri İddiaçı3, X43, İddiaçı2 Əliqulu oğlu həqiqətən də onların Aranlı İnzibati Ərazisində yerləşən qış otlaq sahələrində 40 (qırx) ildən artıqdır ki, xirda buynuzu davarları saxlamaq üçün qış yataqları mövcud olub və hal hazira kimi də İslahat dövründən bəri (1997ci ildən) özlərinə məxsus xirda buynuzu davarları saxlayırlar. - İmişli rayon İcra Hakimiyyətinin başçısının Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı1-nin, İddiaçı2 Əliqulu oğlunun və X8 öhdəsində olan qış otlaq sahələrinin heç bir xəbərdarlıq olmadan, İmişli RİH tərəfindən xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin adına sənədləşdirilməsi və həmin tarixdən iki il keçdikdən sonra "xxxx" MMC həmin sənədi üzə çıxarmış, yerdən çıxma tələbini fermerlərə bildirsədə, heyvandarlıqla məşğul olan fermerlər qış yataqlarından çıxmamışdır. "xxxx" MMC ərazidə iki ilə yaxın əkin aparmaq üçün müəyyən torpaq işləri görmüş və ərazinin xeyli hissəsinin bitki örtüyünü məhv etdikdən sonra, əkinlərdən xeyli ziyan çəkərək həmin tarixdən, yəni 2021-ci ilin iyun ayından ərazini boşaldaraq getmişdir. Adları yuxarıda qeyd olunan fermerlər və digər adları qeyd olunmayanlar, ümumilikdə 17 (on yeddi) qoyunçuluqla məşğul olan fermerlər "xxxx" MMC-yə sənədləşdirilən 2600 (iki min altı yüz) ha örüş sahəsindən çıxmamışlar, əksinə uzun müddətdir ki, Aranlı kolxozundan miras qalmış qış yataqlarında özlərinə məxsus xırda və iri buynuzlu davarlarını saxlayırlar. 2021-ci ilin iyun ayından "xxxx" MMC-nin ərazidə heç bir fəaliyyəti qeydə alınmamış və fəaliyyəti tamamilə məhduddur. - İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5- 53/2-662/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1-nin, İddiaçı2 və İddiaçı3 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli, 112 saylı və 27 dekabr 2017-ci il tarixli, 214 saylı Sərəncamlarının ləğv edilməsi” tələbinə dair inzibati işin icraatı ilə əlaqədar bildiririk ki, İddiaçı1-nə, İddiaçı2 və İddiaçı3 icarəyə verilmiş otlaq sahələri hazırda özlərinin istifadəsindədir. Əlavə olaraq bildiririk ki, İddiaçı1 və İddiaçı3 torpaq vergisini 2024-cü il tarixi daxil olmaqla ödəmiş, İddiaçı2 isə 2020-ci il daxil olmaqla torpaq vergisini ödəmiş, qalan illəri isə torpaq istifadə hüququna xitam verildiyi üçün ödəməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-2-14/2-12934/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon icra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 25 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə (VÖEN **********) müvəqqəti istifadə üçün Dövlət ehtiyat fondu torpaq sahələrindən 2600.00 ha torpaq sahəsinin verilməsinə baxmayaraq, Şirvan inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-487/2022 nömrəli Qərardadına əsasən, qeyd olunan torpaq sahəsi məhkəmə predmeti olaraq mübahisəli olduğu üçün "xxxx" MMC-yə (VÖEN **********) Dövlət torpaq sahələrinin icarəsi üzrə hesablama aparılmamış və ödəniş olunmadığı müəyyən olunur. - İmişli rayon İcra Hakimiyyətinin başçısının Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-53-122/2 nömrəli arayışının surətindən görünür ki, Aranlı kənd sakini İddiaçı2 və X37 məxsus iri və xırda buynuzlu davarların Aranlı kənd inzibati ərazisində yerləşən qış otlaq sahəsində birlikdə, hər birinə 650 (altı yüz əlli) başdan yuxarı xırda buynuzlu davarlar və 200(iki yüz) başa yaxın iri buynuzlu mal-qara olmaqla adı çıkilən ərazidə saxlayırlar. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Xidmətləri Mərkəzi İmişli rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-22-1-2-27/2- 126/2024 nömrəli arayışından görünür ki, Aranlı kənd sakini İddiaçı3 ondan ötrü ki, onun heyvandarlıq təsərrüfatında olan 92 (doxsan iki) baş iri buynuzlu, 85 (səksən beş) baş xırda buynuzlu , 3 (üç) baş at və 4 (dörd) baş iti 2024-cü il ərzində “Epizootik tədbirlər” planında nəzərdə tutulmuş iti və xroniki infeksiyon xəstəliklərə qarşı (o cümlədən qara yara, dabağ, nodulyar dermatit, leptospiroz, bruselyoz, çiçək, quduzluq və.s) profilaktik peyvənd edilmişdir. Hal- hazırda təsərrüfat sağlamdır. - İmişli rayon Aranlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 54 nömrəli arayışının surətindən görünür ki, Aranlı kənd sakini İddiaçı3 həqiqətən Aranlı kənd inzibati ərazisində, dövlət qış otlaq sahəsinə aid olan hissəsindən 160 ha örüş sahəsi iri və xırda buynuzlu davarların saxlamaq üçün icarəyə verilib və hal-hazırda özünə məxsus mal-qara və davarların adı çəkilən ərazidə saxlayırlar. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Xidmətləri Mərkəzi İmişli rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-22-1-2-27/2- 145/2024 nömrəli arayışından görünür ki, Aranlı kəndində yerləşən İddiaçı1 kiçik müəssisəsinə ondan ötrü ki, müəssisəyə məxsus olan 39 (otuz doqquz) baş iri buynuzlu, 649 (altı yüz qırx doqquz) baş xırda buynuzlu , 2 (iki) baş at və 5 (beş ) baş iti 2024-cü il ilin “Epizootik tədbirlər” planına uyğun olaraq iti və xroniki infeksiyon xəstəliklərə qarşı (o cümlədən qara yara, dabağ, nodulyar dermatit, leptospiroz, bruselyoz, çiçək, quduzluq və.s) profilaktik peyvənd edilmişdir. Hal- hazırda təsərrüfat sağlamdır. Qeyd edilənlərə əsasən mübahisəli torpaq sahələrinin hal-hazırda da İbrahim KM, İddiaçı3 və İddiaçı2 tərəfindən istifadə edildiyi, digər şəxslər tərəfindən maneələrin olmadığı və hal-hazırda məhkəmədə digər mübahisələrin olmadığı müəyyən edilir. Şəxslər tərəfindən torpaq sahəsindən istifadə qarşılığı olaraq inzibati orqana müvafiq icarə haqları ödənilmişdir ki, cavabdeh həmin icarə haqlarını qəbul etmiş və istifadə qaydaları ilə razılaşmışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqan iddiaçıların hərəkətləri ilə razılaşaraq öz iradə ifadəsini nümayiş etdirmişdir. Buna qarşılıq olaraq "xxxx" MMC tərəfindən ərazidə heç bir fəaliyyəti qeydə alınmadığı sübuta yetirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçının torpaq üzərində olan müvafiq hüququna xitam verilməsi üçün işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bır halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə qənaətinə görə iddiaçı qanunla ona ayrılmış torpaq sahəsinə deyil, kənar torpaq sahəsinə hər hansı zərər vurarsa və sübuta yetirilərsə, bu hala görə həmin torpaq sahəsi ondan geri alınmamalı, buna subyektiv hüququ olan şəxs tərəfindən kənarda aparılmış hasilata görə vurulmuş zərərin ödənilməsi ilə bağlı zəruri tədbirlər görülməlidir. Məhkəmə mövqeyinə görə əlverişli inzibati aktın inzibati orqan tərəfindən ləğv edilməsi xüsusi hallarda mümkündür ki, həmin hallar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 68.2-ci maddəsində yer almışdır. Həmin Qanunun həmin maddəsinin tələbinə görə qanuni əlverişli inzibati akt yalnız inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda ləğv edilə bilər (maddə 68.2.3-cü). Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı iş üzrə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, sərəncamın qəbul edilməsini şərtləndirən sübutlar məhkəməyə təqdim edilməmiş, nəticədə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamın iddiaçılara aid olan hissədə və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamına əsasən "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin İbrahim KM-yə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 hissəsi, İddiaçı3 ayrılan 160.0 ha sahəsinin 127.22 ha hissəsi və İddiaçı2 ayrılan 205.0 ha olan torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissəsi ləğv edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə İddiaçının vəkili və nümayəndəsi Vəkil Ağaşirin oğlunun iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçılardan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 112 saylı sərəncamın iddiaçılara aid olan hissədə və xx.xx.2017-ci il tarixli, 214 saylı sərəncamına əsasən "xxxx" MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin İbrahim KM-yə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 hissəsi, İddiaçı3 ayrılan 160.0 ha sahəsinin 127.22 ha hissəsi və İddiaçı2 ayrılan 205.0 ha olan torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissəsi ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılar İbrahim KM-dən, İddiaçı3 və İddiaçı2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X19, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-15/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-15/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver