Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-150/2023 08.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X5 Mərkəzi Filialının nümayəndəsi X3 iştirаkı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial Ödənişlərin X1rşı “65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair işə 08 may 2023-cü il tarixdə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı 08 aprel 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-150/2023 nömrəli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının əsl cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X5 Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmıdır. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 08 aprel 1956cı il tarixdə doğulmuşdur və 08 aprel 2021-ci ildə 65 yaşı tamam olmuşdur. Buna görə də iddiaçıya tələbinə uyğun yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən təyin edilməlidir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (xx.xx.1973-xx.xx.1996-cı illər) fasilələrlə ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan əmək kitabçasının və onun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.1996-cı il tarixdə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 145/1 nömrəli və xx.xx.2022-ci il tarixli, 19/1 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan SSR-nin 50 illiyi adına sovxozun əmr və əmək kitablarına əsasən 1973-cü ilin iyun ayının 08-də 740 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1974-cü ilin oktyabr ayının 30-da 1377 saylı əmrlə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. 1976-cı ilin dekabr ayının 21-də 1673 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1979-cu ilin avqust ayının 24-də 1134 saylı əmrlə işdən azad edilmişdir. 1977-1979-cu illərdə əmək haqqı cədvəli göstərilmiş, Astara sabiq Sovxoztexnika müəssisəsinin 1979-1986-cı illərin əmr kitabları rayon arxivinə təhvil verilmədiyinə görə İddiaçı arxiv arayışı tərtib etmək mümkün olmamışdır. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 145/2 nömrəli və xx.xx.2022-ci il tarixli, 19/2 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsinin əmr və əmək haqqı kitablarına əsasən xx.xx.1986-cı il tarixli, 217 saylı əmrlə müəssisəyə sürücü qəbul edilmiş, 1996-cı il oktyabr ayının 03-də 140 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində 1986-1993-cü illərə dair əmək haqqı cədvəli göstərilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 469 nömrəli arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********970400 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan fiziki şəxs İddiaçı (VÖEN: **********) məcburi dövlət sosial sığorta haqları üzrə cəmi 739,02 manat ödəniş etmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 19 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan SSR-nin 50 illiyi adma sovxuzunda və Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində iş stajını və ona səbəb olan sənədlər sizə göndərilir. Qeyd: 1987, 1988, 1990,1991,1992,1993,1994,1995,1996-cı illərin əməkhaqqı cədvəlində qeyd olunmamış ayları ştrixlərlə əvəz olunmuşdur. Həmin aylarda əmək haqqı alıb-almaması barədə qeydlər aparılmayıb. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi xx.xx.2023cü il tarixli, 42 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1987, 1988, 1990, 1991, 1992, 1993, 1994, 1995, 1996-cı illərdə Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində işlədiyi dövrlərdə əmək haqqı almamasının səbəblərini həmçinin sözügedən müəssisədə işləyən digər işçilərin həmin dövrlərdə əmək haqqı alıbalmamaları, almışlarsada bunun səbəbləri barədə sənəd və məlumatların Şirvan İnzibati Məhkəməsinə göndərilməsi bildirilmişdir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində işlədiyi dövrlərin (1990, 1991, 1993) əmək haqqı cədvəlinin sürətləri təsdiqlənərək sizə göndərilsədə, Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində 1987, 1988, 1992, 1994, 1995, 1996-cı illərin əmək haqqı kitablarında İddiaçı adı öz əksini tapmamışdır. Sözügedən müəssisədə işləyən digər işçilərin həmin dövrlərdə əmək haqqı alıb-almamaları, almışlarsada bunun səbəbləri barədə sənəd və məlumatları Astara rayon Dövlət Arxivində saxlanılmır. Xahiş edirik nəzərə alasınız. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 7 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli 2-1(120)-1776/2021 saylı məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı 08.04 2021-ci il tarixdə yaşa görə əmək pensiya hüququ yaranmış, xx.xx.2021-ci il tarixdə DSMF-nin 7 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçı əmək kitabçasındakı əmrlərə əsasən 01 01 2006-cı il tarixədək 21 il 1 ay 22 gün sığorta stajı, xx.xx.2021-ci il tarixdən sonra fərdi hesabında 1 il 10 ay müddətə 587.02 manat pensiya kapitalı qeydə alınmışdır (pensiya kapitalı xx.xx.2018-ci il tarixdən sonra olduğu üçün avtomat təyinat mümkün deyildir). Cəmi staj 22 il 11 ay 22 gün təşkil edir və əmək pensiyası təyin edilməsi üçün kifayət etmir. İddiaçı xx.xx.1973-cü il tarixdə sovxoza işə qəbul qəbul olunmuş (əmək kitabçasında xx.xx.1973-cü il qeyd olunmuşdur), xx.xx.1974-cü il tarixdə işdən azad edilmişdir. İddiaçı xx.xx.1976-cı ildə sovxoza işə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdə işdən azad edilmişdir. Əmək kitabçasında qeyd olunmuş 05.09 1979-cu il tarixdə sovxoza işə qəbul olunması, xx.xx.1986-cı il tarixdə digər işə keçməsi və işdən azad edilməsinin əmr və əmək haqqlarının yoxlaması mümkün olmamışdır (Dövlət arxivinin Astara rayon filialının məktubuna əsasən kitablar saxlanılmamışdır). İddiaçı xx.xx.1986-cı il tarixdə avtonəqliyyat müəssisəsinə sürücü təyin olunmuş. 03 10.1996-cı il tarixdə işdən azad edilmişdir. Mübahisəli sığorta stajı aşağıdakı illərdir. xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixdək əmrdə olduğuna baxmayaraq əmək haqqları olmadığı üçün, xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sovxozda əmrdə olmasına baxmayaraq 1976-cı ildə 9 gün, 1977-ci ildə 4 ay, 1978-ci ildə 1 ay əmək haqqları olmayan müddət, xx.xx.1979-cu il tarixdə sovxoza işə qəbul olunması və xx.xx.1986-cı il tarixdə digər işə keçməsi və işdən azad edilməsinin əmr və əmək haqqlarının yoxlaması mümkün olmadığı üçün, xx.xx.1986cı il tarixdən 03.10 1996-cı il tarixədək əmrdə olduğu illərdə 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1990-cı ildə 2 ay, 1991-ci ildə 11 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 9 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə 12 ay 1996-cı ildə 9 ay əmək haqqları olmayan müddət. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********3 nömrəli etirazında qeyd edilmişdir: Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı (FİN 0V7Q0YL) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-1776/2021 nömrəli inzibati iş vardır. Hesab edirik ki, icraatınızda olan 2-1(120)-1776/2021 nömrəli iş üzrə verilmiş iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Fondun Sabunçu rayon şöbəsinə müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (FİN 0V7Q0YL) hazırki qanunvericiliyin tələblərinə əsasən yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2. -ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında iddiaçıya məxsus olan əmək kitabçasının surətinə əsasən İddiaçı sığorta stajı: xx.xx.1973xx.xx.1974-cu illərdə 1 il, 4 ay, 21 gün, xx.xx.1976-xx.xx.1979-cu illərdə 2 il, 8 ay, 3 gün, xx.xx.1979-xx.xx.1986-cı illərdə 6 il 11 ay 16 gün, xx.xx.1986-xx.xx.1996-cı illərdə 10 il 1 ay 12 gün, cəmi 21 il, 1 ay 22 gündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7 bəndinə uyğun olaraq qeyd olunan fəaliyyətin yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Belə ki, Astara rayon Dövlət Arxivinin müdiri X2 iştirakı ilə xx.xx.2021-ci il tarixdə arxivdə yerində yoxlama keçirilmiş və akt tərtib olunmuşdur. Akta əsasən iddiaçının xx.xx.1973-xx.xx.1974-cü illər üzrə əmək haqqı cədvəlləri aşkar olunmadığından; xx.xx.1976-xx.xx.1979-cu illər üzrə 1976-cı ildə 9 gün, 1977-ci ildə 4 ay, 1978-ci ildə 1 ay əmək almadığından; xx.xx.1979-xx.xx.1986-cı illər üzrə əmr kitabları rayon arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmadığından; xx.xx.1986-xx.xx.1996-cı illər üzrə 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1990-cı ildə 2 ay, 1991-ci ildə 11 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 9 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 9 ay əmək haqqı almadığından qeyd olunan dövrlər (15 il 12 gün) tərəfimizdən mübahisələndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 469 nömrəli SHXÇDX Astara rayon şöbəsinin arayışına əsasən iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrünü təsdiq edən sənəd (hərbi bilet, arayış) pensiya təyinatı üçün müraciət zamanı cavabdeh orqana təqdim edilmədiyindən həmin illər (02 il 25 gün) sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı 2019-2021-ci il tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddət (1 il 10 ay sistemdən çıxarış əlavə olunur) sosial sığorta stajına mübahisəsiz olaraq qəbul edilmişdir. Belə ki, iddiaçının ümumilikdə mübahisəsiz sığorta stajı 08 il 03 ay təşkil edir. (xx.xx.1976xx.xx.1979-cu illər əmək haqqı aldığı 27 ay + xx.xx.1986-xx.xx.1996-cı illər əmək haqqı aldığı 50 ay + 01 il 11 ay sosial sığorta haqqı ödənilən dövr). Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajı üçün kifayət etmir. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)-1776/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1973-xx.xx.1996-cı ilə kimi fasilələrlə olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə kimi işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1973-xx.xx.1996-cı ilə kimi fasilələrlə işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi, həmçinin məcburi sosial sığorta haqlarının ödənilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1973-xx.xx.1996-cı ilə kimi fasilələrlə işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X5 Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X5 Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-150/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-150/2023
08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver