Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-150/2025 25.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı "50 ha torpaq sahəsinin İddiaçı geri alınması barədə xx.xx.2017-ci il tarixli, 87 nömrəli sərəncamın və həmin torpaq sahəsinin başqa şəxsə verilməsi barədə sərəncamın ləğv edilməsi" tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı "50 ha torpaq sahəsinin İddiaçı geri alınması barədə xx.xx.2017-ci il tarixli, 87 nömrəli sərəncamın və həmin torpaq sahəsinin başqa şəxsə verilməsi barədə sərəncamın ləğv edilməsi" tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibаti Məhkəməsinin 28 noyabr 2023-cü il tаriхli, 2-1(120)-1188/2023 nömrəli qərardadı ilə X2 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə cavabdeh İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi-vəkili məhkəmə iclasında izahatında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X5 məhkəmə iclasında izahatında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq 50 ha torpaq sahəsinin İddiaçı geri alınması barədə xx.xx.2017-ci il tarixli, 87 nömrəli sərəncamın və həmin torpaq sahəsinin başqa şəxsə verilməsi barədə sərəncamın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 X10 Agentliyinin 02 iyul 2021-ci il tarixli, **********34 nömrəli geri alınmış torpaq sahəsinin qaytarılması barədə məktubundan görünür ki, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq razılıq alınmadan və yerquruluşu planı hazırlanmadan torpaq sahəsi başqa şəxsə icarəyə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.3.4 və 4.16.3-cü bəndləri ilə dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətləri həyata keçirdiyindən, qeyd olunan sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin təyinatı üzrə daha səmərəli istifadə olunmasının təmin edilməsinin məqsədəmüvafiqliyi barədə İmişli Rayon İcra Hakimiyyətinə məktub göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin icarəyə ayrılması ilə əlaqədar müraciət daxil olduğu təqdirdə məsələyə qanunvericiliyə uyğun baxılıb münasibət bildiriləcəkdir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının 1/1222 nömrəli, 12 avqust 2021-ci il tarixli məktubunun surətindən görünür ki, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrindən səmərəli istifadə edilməsinin təmin edilməsi sahəsində çoxsaylı normativ hüquqi aktlar qəbul edilməsinə baxmayaraq 2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olmuş Vilyam Hacıyevin rayona rəhbərlik etdiyi dövrdə İmişli rayonunda bu sahədə ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, istər dövlət ehtiyat fondu, istərsə də, qış otlaq fondu torpaqlarından istifadə ilə bağlı normativ hüquqi aktların tələbləri pozulmuş, icarə müqavilələrinin şərtlərinə əməl edilməmiş, bəzi yerlərdə torpaq sahələri isifadəsiz saxlanılmış, vergilər və icarə haqqları vaxtında ödənilməmiş, icarəsində torpaq sahəsi olan fiziki və hüquqi şəxslər torpaq sahələrindən özləri istifadə etmədikləri halda onu qanunsuz olaraq başqalarına icarəyə vermiş, dövlət mülkiyyətində olan torpaq sahəsini alqı-satqı obyektinə çevirmişlər, bəzi hallarda isə, xüsusən qum-çınqıl çıxarılması ilə məşğul olan torpaq icarəçiləri onlara icarəyə verilmiş torpaq sahələrinin sərhədlərini pozaraq qonşu torpaqları zəbt etməklə ondan qanunsuz olaraq istifadə etmişlər. Belə hallar bələdiyyə torpaqlarından istifadə sahəsində də mövcuddur. Bu kimi halların aşkar edilərək qarşısını almaq məqsədi ilə rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrindən istifadə vəziyyəti yoxlamaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə komissiya yaradılmışdır. Məktubda qeyd edilənlərlə əlaqədar bildirilir ki, 2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olmuş Vilyam Hacıyev barəsində müvafiq qurumlar tərəfindən aparılan istintaq işləri yekunlaşmış və çıxarılan Məhkəmə qərarından asılı olaraq qeyd edilən məsələ qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilecəkdir. Nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İddiaçı İmişli rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəsinin surətindən görünür ki, rayon icra hakimiyyətinin 16 mart 2004-cü il tarixli, 85 nömrəli Sərəncamı ilə ona verilmiş torpaq sahəsinin 50 ha hissəsini istifadə etmədiyi üçün həmin torpaq sahəsinin geri alınmasını xahiş etmişdir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının 87 nömrəli, 09 iyun 2017-ci il tarixli Sərəncamının surətindən görünür ki, İmişli rayonunun Buludlu kənd sakini İddiaçı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona Cavabdeh başçısının 16 mart 2004-cü il tarixli, 85 saylı Sərəncamı ilə dövlət qış otlaq fondundan otlaq kimi verilmiş 102,0 ha torpaq sahəsinin 50,0 hektarından istifadə etmədiyi üçün həmin torpaq sahəsindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. 1. İmişli rayonunun Buludlu kənd sakini İddiaçı müraciətinin nəzərə alınması və onun icarəsində olan 102,0 ha qış otlaq sahəsinin 50,0 hektarından istifadə hüququna xitam verilməsi; 2. İddiaçı qoyunlarını saxlamaq üçün icarəyə verilmiş 102,0 ha torpaq sahəsinin 52 hektarının onun icarəsində saxlanılması və torpaq sahəsinin cizgi-xəritə sənədlərində dəyişiklik edilməsi; 3. İddiaçı 102,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə torpaq icarə müqaviləsinin ləğv edilməsi və 52,0 ha torpaq sahəsinin onun icarəsində saxlanılması ilə bağlı yeni müqavilə bağlanılması; 4. Sərəncamın surətin məlumat üçün 8 saylı Ərazi Vergilər idarəsinə, Rayon Statistika idarəsinə və Buludlu kənd sakini İddiaçı göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 16 may 2023-cü il tarixli, **********068800 nömrəli məktubunun surətindən görünür ki, İmişli rayon İcra Hakimiyyəti Başçısının 16 mart 2004-cü tarixli, 85 saylı Sərəncamı ilə fiziki şəxs İddiaçı (VÖEN **********) İstifadəsinə verilmiş 102 ha torpaq sahəsinə görə icarə haqqı məbləği üzrə ödənişlər 2009-cu il tarixdən 2023-cü il tarixədək olan dövr üzrə İddiaçı tərəfindən aparılmışdır. İddiaçı tərəfindən dövlət sosial sığorta haqları üzrə ödənişlər barədə məlumatlar müəyyən edilmir. Bilidirilir ki, İddiaçı istifadəsinə verilmiş dövlət fond torpağı üzrə icarə haqqı ilə əlaqədar hesablamalar, təqdim edilimiş sənədlərə əsasən aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 13 iyun 2023-cü il tarixli, **********6430000 nömrəli məktubunun surətindən görünür ki, İddiaçının uçot-baza məlumatlarına əsasən, hal-hazıra dövlət büdcəsinə vergilər üzrə, habelə dövlət torpaq sahələrinin icarəsi üzrə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə ödənilməmiş borc məbləğləri müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2- 5561/2023 nömrəli məktubunun surətindən görünür ki, İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 87 №-li sərəncamı ilə 50,0 ha torpaq sahəsinin icarə hüquqlarının qeydiyyata alınması barədə məlumat aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin 30 oktyabr 2023-cü il tarixli, 3-21-3-45/2- 7006/2023 nömrəli məktubunun surətindən görünür ki, JN-5100, KOD 90700001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna" dair şəhadətnaməyə aid məlumatların elektron məlumat bazasında olub olmaması və həmin şəhadətnamə ilə İddiaçı neçə hektar torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması barədə 17 oktyabr 2023-cü il tarixli, 352 nömrəli müraciətinə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, JN-5100, KOD 90700001 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna" dair şəhadətnaməyə aid məlumatlar Ərazi İdarəsinin elektron məlumat bazasında mövcuddur. Bundan əlavə bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən İmişli rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli, 85 nömrəli sərəncamı və xx.xx.2004-cü il tarixli, 27 nömrəli icarə müqaviləsi əsasında JN-5100, KOD 90700001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna" dair şəhadətnamə ilə İddiaçı istifadəsinə 10 il müddətinə 102.0 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2- 6807/2023 nömrəli məktubunun surətindən görünür ki, sözügedən müraciətdə qeyd edilən İmişli rayon İcra Hakimiyyətinin 09 iyul 2017- ci il tarixli, 87 nömrəli sərəncamı ilə İddiaçı 102,0 ha qış otlaq sahəsinin 50,0 ha hektarının istifadə hüququna xitam verdikdən sonra sözügedən torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqlarının qeydiyyyata alınması barədə məlumat aşkarlanmadığından hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmək mümkün olmadı. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyətinin 5-53-4/2-1938/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakmiyyətinə qarşı iddia tələbinə dair inzibati işin icraatı ilə əlaqədar bildirilir ki, İmişli Rayon İcra Hakmiyyətinin qeyd edilən sərəncamı İddiaçı hansı qaydada verilməsi barədə yazılı məlumat yoxdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1188/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4579 nömrəli, 28 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 88 nomrəli sərəncamı ilə X3 68 saylı qış otlaq sahəsindən ayrılmış 50.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilkin torpaqayırma və texniki sənədlərinə əsasən, müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 88 nömrəli sərəncamı ilə X3 68 saylı qış otlaq sahəsindən ayrılmış 50.0 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsidir. Qərardadın üçüncü sualı üzrə: İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 88 nömrəli sərəncamı ilə X4 68 saylı qış otlaq sahəsindən ayrılmış 50.0 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Qərardadın dördüncü sualı üzrə: İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 88 nömrəli sərəncamı ilə X3 68 saylı qış otlaq sahəsindən ayrılmış 50.0 ha torpaq sahəsi faktiki olaraq X6 tərəfındən istifadə olunur. Qərardadın beşinci sualı üzrə: İmişli rayon İcra Hakimiyyətinin 09 06 2017-ci il tarixli, 88 nömrəli sərəncamı ilə X3 68 saylı qış otlaq sahəsindən ayrılmış 50.0 ha torpaq sahəsinin koordinatları digər şəxslərin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Qərardadın altıncı sualı üzrə: İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 88 nömrəli sərəncamı ilə X3 68 saylı qış otlaq sahəsindən ayrılmış 50.0 ha torpaq sahəsinin koordinatları İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 87 nömrəli sərəncamı ilə İddiaçı 67 saylı qış otlaq sahəsindən 39.0 ha və 68 saylı qış otlaq sahəsindən isə 13.0 ha (cəmi: 52.0 ha torpaq sahəsinin koordinatları ilə üst-ütə düşmür.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə müddətin bərpasına dair ərizə təqdim edərək, 2017-ci ildə İmişli RİH-nin sabiq başçısı Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən suiistifadə edərək, guya ölkə Başçısının tapşırığı ilə pambıq plantasiyalarının salınması üçün rayon ərazisində sakinlərə verilmiş torpaqların bir hisəsinin geri alınması tapşırığının verildiyini bildirmiş, bu səbəbdən icarəsində olan 102 ha torpaq sahəsinin 50 ha hissəsindən imtina etməsi barədə ərizə yazmağa məcbur edilmişdir. İddiaçı qeyd edilən ərizəni yazmağa məcbur edildikdən sonra, həmin torpaq sahəsində pambıq əkilmədiyini görüb, aydınlıq gətirilməsi üçün icra hakimiyyətində qəbulda olmuş, lakin ona hər hansı bir məlumat verilməmişdir. Bundan sonra İddiaçı qanunsuz olaraq əlindən alınmış torpaq sahəsinin özünə qaytarılması üçün Azərbaycan Respublikasının ƏMDK yanında X1 X10 Agentliyinə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli **********34 mömrəli məktubla cavab verilərək bildirilmişdir ki, “İmişli Rayon İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq torpaq sahəsi başqa şəxsə icarəyə verilmiş və bu barədə lazımi tədbirlərin görülməsi üçün İmişli Rayon İcra Hakimiyyətinə məlumat verilmişdir. İmişli RİHB-nın Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə ünvanlanmış, xx.xx.2021-ci il tarixli, 1/1222 №-li məktubunda yuxarıda göstərilən qanunsuzluqlar bir daha təsdiq olunaraq, 2012-2020-ci illər ərzində İmişli Rayon İcra Hakimiyyətinin Başçısı olmuş Vilyam Hacıyevin barəsində çıxarılan məhkəmə qərarından asılı olaraq qeyd edilən məsələnin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll ediləcəyi bildirilmişdir. Çoxsaylı müraciətlərdən sonra iddiçıya məlum olur ki, ona ayrılmış, hazırda mübahisələndirilən torpaq sahəsi qanunsuz olaraq başqa şəxsə verilmişdir. Məhkəmənin nəzərinə xüsusilə çatdırmağı vacib hesab edirik ki, iddiaçı torpaq sahəsinin başqa şəxsə verilib-verilməməsi barədə məlumatın verilməsi üçün şifahi və yazılı formada cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh hər-hansı bir məlumatı verməkdən imtina etmişdir. Torpaq sahəsinin başqa şəxsə verilməsi barədə məlumatı məhkəmənin sorğusu əsasında cavabdeh müvafiq sənədləri məhkəməyə təqdim etdikdən sonra iddiaçı rəsmi olaraq əldə etmişdir. Belə ki, cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi 31 mart 2023-cü il tarixli, məktubundan məlum olur ki, İmişli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 87№-li Sərəncamı ilə ilə hazırda mübahisələndirilən torpaq sahəsi qanunsuz olaraq başqa şəxsə verilmişdir. Bu səbəbdən iddiaçı hazırki iş üzrə cavabdehə qarşı məhkəmədə iddianı vaxtında qaldıra bilməmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə ərizə ilə İmişli rayon İcra Hakimiyyətinə müraciət edərək 16 mart 2004-cü il tarixli, 85 nömrəli Sərəncamı ilə ona verilmiş torpaq sahəsinin 50 ha hissəsini istifadə etmədiyi üçün həmin torpaq sahəsinin geri alınmasını xahiş etdən zaman həmin ərizənin nəticələrindən məlumatlı olmuş, bundan sonra İmişli Rayon İcra Hakimiyyəti Başçısının 87 nömrəli, 09 iyun 2017-ci il tarixli Sərəncamının surətindən görünür ki, 1. İmişli rayonunun Buludlu kənd sakini İddiaçı müraciətinin nəzərə alınması və onun icarəsində olan 102,0 ha qış otlaq sahəsinin 50,0 hektarından istifadə hüququna xitam verilməsi; 2. İddiaçı qoyunlarını saxlamaq üçün icarəyə verilmiş 102,0 ha torpaq sahəsinin 52 hektarının onun icarəsində saxlanılması və torpaq sahəsinin cizgi-xəritə sənədlərində dəyişiklik edilməsi; 3. İddiaçı 102,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə torpaq icarə müqaviləsinin ləğv edilməsi və 52,0 ha torpaq sahəsinin onun icarəsində saxlanılması ilə bağlı yeni müqavilə bağlanılması; 4. Sərəncamın surətin məlumat üçün 8 saylı Ərazi Vergilər idarəsinə, Rayon Statistika idarəsinə və Buludlu kənd sakini İddiaçı göndərilməsi qərara alınmışdır. Həmin Sərcamla iddiaçının istifadəində 52 ha torpaq sahəsi saxlanılmış və o, hazır ki, vaxta qədər 52 ha torpaq sahəsindən istifadə edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi İmişli rayon İcra Hakimiyyətinin 50 ha torpaq sahəsinin İddiaçı geri alınması barədə xx.xx.2017-ci il tarixli, 87 nömrəli sərəncamından məlumatı olmuş və prosessual müddətin axımı həmin sərəncamın elan olunduğu və onun hərbi qeydiyyata alındığı vaxtdan xx.xx.2017-ci il tarixdən başlamışdır. İddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə poçta təqdim edilməklə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 5 (beş) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq xaric olması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) iddiaçı bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində heç bir etirazı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1(102)-1712/20 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı "50 ha torpaq sahəsinin İddiaçı geri alınması barədə xx.xx.2017-ci il tarixli, 87 nömrəli sərəncamın və həmin torpaq sahəsinin başqa şəxsə verilməsi barədə sərəncamın ləğv edilməsi" tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı "50 ha torpaq sahəsinin İddiaçı geri alınması barədə xx.xx.2017-ci il tarixli, 87 nömrəli sərəncamın və həmin torpaq sahəsinin başqa şəxsə verilməsi barədə sərəncamın ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-150/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-150/2025
25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver