Məhkəmə qərarları › İş №2-1(120)-1503/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1503/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1503/2024 19.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyasına qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin N9 dekabr 2024-cü il tarixli, 2-N(N20)-N503/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyasın əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.N994-ci il Biləsuvar rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətə Beyləqan rayon Xaçınstroy kəndində yerləşən N saylı hərbi hissədə başlamışdır. Fizuli və Xocavənd rayonları istiqamətində Haramı düzü deyilən ərazidə aparılan döyüş əməliyyatlarında N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Bu faktlar hərbi bileti hərbi hissədə itdiyi və yeni hərbi bilet aldığı üçün 7-ci səhifəsində N8-ci qrafada qeyd edilməmişdir, lakin Müdafiə Nazirliyi arxiv arayışında qeyd olunub ki, N994-cü ilin fevral ayında döyüş əməliyyatında sol bazu sümüyündən güllə yarası almışdır. İlkin yardım Beyləqan rayonunda Sovxoz xəstəxanasında göstərildikdən sonra Bakı şəhər Semaşka Xəstəxanasına müalicəyə göndərilmiş, orada müalicə olunduqdan sonra 45 (qırx beş) gün məzunuyyət verilib və daimi yaşayış yeri olan Biləsuvar rayonuna gəlmişdir. Məzuniyyətdən sonra hərbi hissəsinə qayıtmışdır. Hərbi hissə onu Hərbi Həkim komissiyasına göndərmiş, orada yarası tam sağalmadığı üçün yenidən N45-saylı poliklinikada müalicəsini davam etdirmişdir. Bir neçə gündən sonra yəni xx.xx.N994-cü il tarixdə yenidən məzuniyyətə göndərilmiş və 30 (otuz) gün məzuniyyət verilmişdir. xx.xx.N994-cü il tarixdə məzuniyyəti bitmişdir. Sonra onu dəniz qüvvələri hospitalına müalicəyə göndərmişdirlər. xx.xx.N994-cü il tarixədək orada müalicə olunmuşdur. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası ona xx.xx.202N-ci il tarixli, 284 saylı qərarı ilə ”Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı vermişdir. Müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi üçün Müdafiə Nazirliyi aparatının nəzdində veteran adları və müvafiq vəsiqələrin verilmıəsi üzrə komissiyaya tələb olunan vəsiqələri təqdim etmişdir. Ərizədə göstərilən Milli orduda xidmət illəri və arxiv arayışında göstərilən xidməti haqda məlumatlar hansı sənədlərdən götürülüb bilmir, amma kortəbii yazıldığı səbəbindən barəsində müsbət qərar qəbul edilməmişdir. Arxiv arayışları tarix səhifləri və arxivə hərbi hissələr tərəfindən sənədlərin təqdim edilməməsi onun barəsində müsbət qərar qəbul edilməsinə mane olur. Dəqiq araşdırma aparmadan qərar qəbul etməklə onların müraciətə mövqeyləri qanunvericiliyin tələblərinə ziddir. xx.xx.N994xx.xx.N994-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuş, fevral N994-xx.xx.N994-cü illərdə yaralanaraq müxtəlif xəstəxanalar və Hərbi Hospitallarda müalicədə olunmuşdur. Heç bir fərariliyi və ya başqa hərbi cinayətləri olmadan onun barəsində çıxarılan qərar əsassızdır. Qeyd olunanlara əsasən İnzibati Prosessual Məcəlləsinin 73.N-ci maddəasini rəhbər tutaraq, məhkəmədən müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinə baxılır. Komissiyanın məktubunda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən hərbi hissəni tərk etdiyindən, ona “Müharibə veteram” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən və AR İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini təmin etməyəsiniz. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Biləsuvar rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N972-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-6276 nömrəli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin NN,08.2022-ci il tarixli 4/2-5N36 nömrəli arayışına əsasən xidmət zaman hrəbi hissəni özbaşına tərketmə faktı olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022ci il tarixli, 4/2-5N36 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı “Seyfəli” təlim mərkəzindən gəlmiş, sıravi İddiaçı Hacı oğlu N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, 24 №-li əmrilə (əsas: §-N,səh-49,sıra-N4, əmrdə atasının adı Hacı yazılmışdır) xx.xx.N994cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 8N №-li əmrilə (əsas: səh 34, § 9) sıravi İddiaçı fərarilərin siyahısından çıxarılaraq xx.xx.N994-cü il tarixdən 6 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Biləsuvar RHK-nın çağırışçısı, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N994cü il tarixli, N74 №-li əmrilə (əsas: §-4,sıra-97) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Bildiririk ki, N nömrəli hərbi hissə komandirinin fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması və N №-li hərbi hissə komandirinin iyun-noyabr N994-cü il tarixli əmrlərində müalicə alması barədə məlumat aşkar olunmamışdır. Bakı şəhəri Səhiyyə Nazirliyinin N saylı Şəhər Kliniki Xəstəxanasının və N45 saylı poliklinikanının sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Qeyd edirik ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən xx.xx.20N8-ci il tarixdə 9/2-N7392 №-li, xx.xx.20N9-cu il tarixdə 9/2-N48N №-li, xx.xx.20N9-cu il tarixli, 9/2-5284 №-li və xx.xx.20N9-cu il tarixli 9/2-N5002 №-li məktublarla İddiaçı ünvanına cavab göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.202N-ci il tarixli, 233 nömrəli qərarından görünür ki, Biləsuvar RHK tərəfindən N994-cü ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunda barəsində cinayət işi və təqsirləndirici materialın olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N994-cü ildə N nömrəli hərbi hissənin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travmanın nəticəsi diaqnoz “Sol bazu sümüyünün yuxarı N/3-nin konsolidə olunmuş odlu silah sınığı (Azərbaycan Respublikası Səfərbrlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 43 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli, 80 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N994-cü il tarixli, 697 nömrəli arayışı, MN MHHK-nın Həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 595 nömrəli məktubunda qeyd edilir: N8N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, 24 №-li əmrində (əsas: §N, səh.-49,sıra-N4; qeyd: əmrdə atasının adı “Hacı” yazılmışdır) “Seyfəli” təlim mərkəzindən gəlmiş, sıravi İddiaçı Hacı oğlunun xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 8N №-li əmrilə (əsas: səh.34, §9) sıravi İddiaçı fərarilərin siyahısından çıxarılaraq, xx.xx.N994-cü il tarixdən 6 MATun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Biləsuvar RHK-nın çağırışçısı, sıravi İddiaçı N8N Nq-İİ hərbi hissə komandirinin N iyul N994-cü il tarixli N74 №-li əmrilə (əsas: §4, sıra-97) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilmişdir. Qeyd edirik ki, N8N №-li hərbi hissə komandirinin fevral-mart, may-iyun, avqustnoyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N8N №-li hərbi hissənin N994-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-N2/2-464/2024 nömrəli məktubundan və ona əlavə olunmuş qeydiyyat kartasından görünür ki, Biləsuvar rayonu, Nərimankənd kənd sakini, istefada olan əsgər N972-ci il təvəllüdlü İddiaçı xx.xx.20N9-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli 9/2-N5002 Arxiv arayışı və Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli N7/4828 nömrəli məktubu əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, N447 nömrəli məktubunda qeyd edilir: N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 24 №-li əmrində (əsas: §-N, səh-49, sıra-N4, əmrdə atasının adı “Hacı” yazılmışdır) “Seyfəli” təlim mərkəzindən gəlmiş, sıravi İddiaçı Hacı oğlunun xx.xx.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınması və 6-cı motoatıcı tabora təyin olunması barədə məlumat vardır. N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 8N №-li əmrilə (əsas: §-9, səh-34, əmrdə vəzifəsi yazılmamışdır) sıravi İddiaçı fərarilərin siyahısından çıxarılaraq, xx.xx.N994-cü il tarixdən 6 MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Biləsuvar RHK-nın çağırışçısı, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N74 №-li əmrilə (əsas: §-4, sıra-97) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Qeyd edirik ki, N8N №-li hərbi hissə komandirinin fevral-mart, may-iyun, avqust-dekabr N994 cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2255 nömrəli məktubunda qeyd edilir: N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 24 №-li əmrində (əsas: §-N, səh-49, sıra-N4, əmrdə atasının adı “Hacı” yazılmışdır) “Seyfəli” təlim mərkəzindən gəlmiş, sıravi İddiaçı Hacı oğlunun xx.xx.N994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınması və 6-cı motoatıcı tabora təyin olunması barədə məlumat vardır. Qeyd edirik ki, N8N №-li hərbi hissə komandirinin fevral-mart, may-iyun, avqust-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı xx.xx.N994-ci il taixdə Biləsuvar rayon Hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş, Füzuli və Xocavənd rayonları istiqamətində Haramı düzü deyilən ərazidə aparılan döyüş əməliyyatlarında N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, N994-cü ilin fevral ayında döyüş əməliyyatında sol bazu sümüyündən güllə yarası almış və Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.202N-ci il tarixli, 284 saylı qərarı ilə ”Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilərək qərara alınmışdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində iddiaçının hərbi hissəni tərk etdiyinə, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməməsi əsas göstərilmiş, İddiaçı hərbi hissəni özbaşına tərk etməsi, məhkum edilməsi, amnistiya aktına əsasən xitam verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində, Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğunda heç bir məlumat əldə edilməmişdir. Məhkəmə tərəfindən dəfələrlə cavabdeh inzibati orqana etirazında istinad etdiyi iddiaçının döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyi barədə halları təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması təklif olunsada cavabdeh inzibati orqan etirazında istindan etdiyi hallara dair sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılan zaman İddiaçı barəsində Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.202N-ci il tarixli, 284 saylı qərarı ilə ”Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmiş qərarı nəzərə alınmamış, yalnız formal əsaslarla onun xidmət dövründə travma almasının müəyyən olunmadığı qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən icraat aparılarkən iddiaçının müraciəti tam araşdırılmamış, onun ərizəsinin təmin olunmasından formal əsaslarla imtina edilmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilə bilməz (iddiaçı istisna olmaqla). Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar