Məhkəmə qərarları › İş №2-1(120)-1503/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1503/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1503/2025 07.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində “xx.xx.1992” doğum tarixinin “xx.xx.1991” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixi isə “xx.xx.1991” kimi göstərilmişdir. Həmçinin, ona məxsus olan digər sənədlərdə Azərbaycan Respublikasının AZE C02688409 nömrəli Xarici pasportunda, Almanya Respublikasının Y04ZCR4GV nömrəli oturma iznində və digər sənədlərində doğum tarixi “xx.xx.1991” kimi göstərilmişdir. Lakin, Cavabdeh tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində doğum tarixi isə “xx.xx.1991” əvəzinə “xx.xx.1992“ kimi göstərilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı Cavabdeh tərəfindən müracətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-165/8-10-1xx-xx/2024 nömrəli imtinasında sənədlərdə ziddiyyət olduğunu bildirərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir. Cavabdeh orqanın imtinası ilə bağlı bildirir ki, ona məxsus olan bütün sənədlərdə doğum tarixi “xx.xx.1991“ kimi göstərilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydinin digər sənədlərlə ziddiyyət təşkil etməsi vətəndaşın günahı ola bilməz və bu səbəblə dövlət orqanı tərəfindən vətəndaşın hüquqlarını pozması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd etdiyi və iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsi üçün yetərli əsaslar mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilərək “xx.xx.1992” doğum tarixinin “xx.xx.1991” kimi yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edəsiniz. Şifahi məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddia ərizəsinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış idiaçı İddiaçı məhkəmə iclasına gəlməmişdir. İdiaçı İddiaçı nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-165/8-10-1xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1992-ci il tarixdən xx.xx.1991-ci il tarixə dəyişdirilməsi ilə əlaqədar Cavabdehnə təqdim etdiyiniz ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin ərizəsinə əsasən qeydiyyat şöbəsi tərəfindən aparıla bilər. Siz doğum haqqında akt qeydində doğum tarixinin xx xxxxxx 1991-ci il yazılması ilə əlaqədar müraciət etsəniz də bununla bağlı qeydiyyat şöbəsinə heç bir subut təqdim edə bilmirsiniz. Belə olan halda Sizin tələbiniz qeydiyyat şöbəsi tərəfindən yerinə yetririlə bilməz və doğum haqqında akt qeydində düzəliş olunmasından imtina olunmalıdır. Cavabdeh doğum haqqında akt qeydində doğum tarixinin dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyinizi məsləhət bilir. İş materiallarında olan AZE 08501344 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE 17146527 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan V-JQ 260614 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuş, sonuncu Məmmədova soyadını qəbul etmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli, 61 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan C02688409 nömrəli pasportun surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-86/- 20237/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1991-ci ildə Kürdəmir şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə «ASAN-3» xidməti tərəfindən verildiyi üçün Kürdəmir RPŞdə həmin vəsiqənin verilməsinə əsas olan hər hansı bir sənəd, eləcə də fərdi uçot kartoçkası mövcud deyildir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X8 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. X8 14-cü bəndinə görə itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmənin qənaətinə görə iddiaçının hüquqi marağı təvəllüdünün xx.xx.1992-ci il qeyd edilməsinin düzgün olmaması, onun təvəllüdünün xx.xx.1991-ci il qeyd edilməsini tələb etməklə bağlı olduğuna görə, ilk növbədə onun doğum tarixinin vətəndaşlıq vəziyyəti aktları qeydində xx.xx.1992-ci il necə yazılması müəyyən olunmalıdır. İşdə olan sübutlar əsasında müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində səhv yazılmış təvəllüdü xx.xx.1992-ci ildən xx.xx.1991-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edirlər. Məhkəmənin qənaətinə görə İddiaçı doğum akt qeydindəki doğum tarixinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübutu nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiklərindən, Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bundan başqa uzun illər ərzində iddiaçı doğum akt qeydinə etimad göstərək ondan istifadə etmiş və bu barədə məlumatlı olmuşdur. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində “xx.xx.1992” doğum tarixinin “xx.xx.1991” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 32-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 68-69-cu, 73-cü, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində “xx.xx.1992” doğum tarixinin “xx.xx.1991” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar