Məhkəmə qərarları › İş №2-1(120)-1506/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1506/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1506/2022 04.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 04 noyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan əmək pensiyasının təyin edilməsi və müraciət edildiyi tarixdən 3 il əvvələ olan dövrün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Hal-hazırda da Sabirabad rayon sakini olmaqla yaşayır. O, 1979-cu il tarixdən hal-hazıra kimi işləməklə əmək kitabçasına əsasən 42 (qırx iki) il ümumi əmək stajı olmaqla, xx.xx.1987-ci il tarixdən "xxxx" ASC-nin “Əli Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASC və “X3”ndə yüksək gərginlikli “elektrik xətlərinin təmiri üzrə elektrik montyoru” vəzifələrində işləmiş və xx.xx.2015-ci il tarixdən isə "xxxx" ASC-nin “X3”nin 110/35/6 KV-luq Axtaçı yarımstansiyasında “elektrik xətlərinin təmiri üzrə növbətçi elektrik-montyoru” vəzifəsində işləyir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan, hesab edir ki, ona xx.xx.2018-ci il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. O, xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüququ yaranmış şəxslərin güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının Xİİİ bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsində işlədiyi peşələrin “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (2140000a—18455)”, “qazanxana qurğusunun, turbin və yanacaq ötürmə avadanlığının yerləşdiyi yerlərdə kabel tunelləri, qanovları işlərində daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları (2140000a—19859)” və “gərginlik altında olan 330 kV və ya yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) (2140000a—19834)” kodları göstərilmişdir. Həmin peşə və vəzifələrə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajını və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilərin 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. O, xx.xx.2021-ci il tarixli ərizə və ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, arxiv arayışını, hərbi biletin notarial təsdiq edilmiş sürətini və sığortaolunan ümumi iş stajı barədə məlumatı əlavə edərək ona xx.xx.2018-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh təşkilatdan xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə ona xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubla Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavənin (Əmək pensiyalarının təyin edilməsi üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun qaydada tərəfindən aşağdakı sənədlərin təqdim edilməsi zəruriliyini bildirmişdir. 1. Şəxsiyyət vəsiqəsinin sürəti; 2. Ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri; (əmək kitabçası, həqiqi hərbi xidmətdə olmağını təsdiq edən sənəd və s.); 3. Qanununun 9-cu maddəsinə əsasən şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; 4. Pensiya təyin edilməsi ilə bağlı ərizə; O, cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə qeyd etmişdir ki, 1-ci, 2-ci və 4-cü tələblərə dair sənədlərin notarial qaydada təsdiq edilmiş sürətlərini təqdim etmişdir. Lakin əlavənin 3-cü bəndindəki tələbə dair münasibət olaraq bildirmişdir ki, işlədiyi idarə və müəssisələrin bir qismi fəaliyyətlərini dayandırdıqlarından işlədiyi peşə üzrə güzəştli arayışların təqdim edilməsi onun iradəsindən asılı olmayaraq mümkün olmamışdır. Bu barədə hətta xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevə işlədiyi peşə üzrə güzəştli arayışın verilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin "xxxx" ASC tərəfindən müraciəti ona cavab verilməsi üçün “X9 Şəbəkəsi” MMC-yə göndərilmiş, lakin oradan ona xx.xx.2022-ci il tarixli, 119/01-1-M/1 saylı məktubla əsaslandırılmış cavab verilmişdir. Həmin məktubu xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Lakin işlədiyi "xxxx" ASCnin “Əli Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASC və “X3”ndə yüksək gərginliklərdə “elektrik xətlərinin təmiri üzrə elektrik montyoru” vəzifəsi üzrə xx.xx.1987-ci il tarixdən 2001-ci il tarixə kimi və xx.xx.2010-xx.xx.2014-cü il tarixə olan dövrlər üçün arxiv sənədləri “X9 Şəbəkəsi” MMC-də saxlanılmadığından, həmin dövrlər üzrə məlumat verə bilməmişlər. Bu səbəbdən də güzəştli iş stajının olduğu barədə arayışı ərizəsinə əlavə edə bilmir. Cavabdeh ona ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq xx.xx.2022-ci il tarixli, **********8 №-li məktubunda onun xx.xx.1987-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər ərzində “X12 Şəbəkəsi” və “X3” MMC-də işlədiyi “elektrik-montyoru” vəzifəsinin gərginlik altında olan 330 KV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çlingərləri (nominal gərginlik altında olan) vəzifəsinə uyğun gəlmədiyini bu səbəbdən də güzəştli iş stajının olmadığını bildirmişdir. Həmçinin, cavabdeh onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən pensiyanın təyin edilməsinin mümkünsüz olduğunu bildirməklə imtina vermişdir. Lakin hesab edir ki, cavabdehin məktubuna imtina kimi qiymət vermək olar və inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafiq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Belə ki, Azərbaycan Respublikası DSMF tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. Göründüyü kimi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2018-ci il tarixdən yaranmasına baxmayaraq, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynalxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zərərli olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərinin asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Cavabdehin imtinasına əsasən, onun ümumi əmək stajı barədə heç bir münasibət bildirilmədiyindən, hesab edir ki, o hallara dair hər hansı bir mübahisə yoxdur. Hesab edir ki, cavabdeh onun xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş stajının olmasını qəbul edir. Lakin cavabdehin onun güzəştli iş stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmasına əsasən pensiya təminatına imkan vermədiyini bildirməsi hesab edir ki, əsassızdır. Güzəştli iş stajı ilə bağlı cavabdehin məktubunda qeyd edilənlərə cavab olaraq bildirir ki, xx.xx.1987-ci il tarixdən hal-hazıra kimi "xxxx" ASC-nin “Əli Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASC-nin “X1 yarımstansiyasımda 35/110 Kv-lıq yüksək gərginliklərdə “elektrik xətlərinin təmiri üzrə elektrik montyoru” vəzifəsində işləmiş və hal-hazırda da "xxxx" ASC-nin “X9 Şəbəkəsi”ndə eyni vəzifədə işləyir. Əsas iş fəaliyyəti, yəni yarımstansiyalarda “elektrik xətlərinin təmiri üzrə elektrik-montyoru və növbətçi elektrik-montyoru” vəzifəsində 1992-ci il tarixdən olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının Xİİİ bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsində “gərginlik altında olan 330 kV və ya yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) (2140000a—19834)” kodu altında qeyd edilən vəzifələrdən “yüksək gərginlikli bölüşdürücü qurğular” sözü yarımstansiyalar deməkdir. Nominal gərginlik altında olan elektrik montyorları dedikdə isə elektrik xətlərinin təmiri üzrə bütün adda olan elektrik montyorları başa düşülməlidir. Bu halları yuxarıda qeyd etdiyi peşə və vəzifə təlimatına əsasən müəyyən etmək olar. O, 1992-2015-cü illərdə və 2015-ci ildən hal-hazıra kimi istər "xxxx" ASC-nin “Əli Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASCnin “X1 yarımstansiyası”nda 110/35 Kv-lıq yüksək gərginliklərdə, istər də "xxxx" ASC-nin “X9 Şəbəkəsi”ndə işlədiyi “elektrik xətlərinin təmiri üzrə elektrik montyoru və növbətçi elektrik montyoru” peşəsi zərərli və ağır sahə olduğuna görə ona əvvəllər "xxxx" ASC-nin “Əli Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASC-nin “X1 yarımstansiyası”nda 35/110 Kv-lıq yüksək gərginliklərdə işlədiyi vaxtlar 12 % əmək haqqına əlavə və məzuniyyət gününə əlavə olaraq 5 təqvim günü və əməyin ödəniş dərəcəsi olaraq 6 % əlavə edilirdi. Onun peşə və vəzifə təlimatına əsasən işinin xüsusiyyəti, gərginliyi 35, 110 kV, 2-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına xidmət etmək olmuşdur. Belə ki, gün ərzində elektrik montyoru olaraq gördüyü işlər: gərginlik, yük, temperatur və digər parametrlər üzrə müəyyən edilmiş rejimin təmin edilməsi, yarımstansiyanın paylayıcı qurğusunda operativ (əməli) rejim çevirmələrinin (dəyişdirmələrin) aparılması; YS-da qəza halını ləğv edən zaman operativ çevrilmələrin aparılması, YS avadanlığına baxış, xüsusi ehtiyacın idarəetmə lövhəsində və qurğusunda, kommutasiya aparatlarının intiqalında YSnın açıq və qapalı paylaşdırıcı qurğularının 2-ci kommutasiya dövrələrində olan nasazlıqları aradan qaldıran zaman kiçik həcmli və qısamüddətli işlərin görülməsi, lampa və qoruyucuları dəyişməklə işıqlandırma şəbəkələrində olan nasazlıqların aradan qaldırılmasından ibarət olmuşdur. Gün ərzində növbətçi elektrik montyoru olaraq gördüyü işlər: yarımstansiyalarda iş aparıldıqda iş yerinin hazırlanması; fəhlələrin işə buraxılması, onların işinə nəzarət və iş yerlərinin qəbul edilməsindən ibarət olmuşdur. Onunla birgə işləmiş şəxslərə vaxtı ilə işlədiyi müəssisədən güzəştli arayışlar verilmişdir. Həmçinin, onunla birgə işləmiş şəxslərin məhkəmə vasitəsi ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüquqları bərpa edilməklə pensiyaları təyin edilmişdir və həmin şəxslər halhazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alırlar. Ona isə 2001-ci il tarixə kimi və xx.xx.2010-xx.xx.2014-cü il tarixə olan dövr üçün arxiv sənədləri “X9 Şəbəkəsi” MMC-də və Milli Arxiv İdarəsinin Şirvan Filialında saxlanılmadığı üçün güzəştli arayışın verilməsi mümkünsüz olmuşdur. Necə olur ki, onunla birgə işləmiş şəxslər istər pensiya şöbələri və istərsə də məhkəmə qərarları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, o isə sosial təminat hüququndan məhz güzəştli arayışın olmamasına görə istifadə edə bilmir. Cavabdehin fərdi hesabımın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə dair münasibəti isə ondan ibarətdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsində cavabdehin qeyd etdiyi hallar öz əksini tapsa da, həmin Qanununun 9.8-ci bəndində güzəştli pensiyanın təyin edilməsi üçün yalnız yaşa və staja əsasən müəyyən edildiyi görünür. Qeyd edir ki, cavabdehin qənaitinə görə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli pensiyanın təyin edilməsindən imtinası düzgün deyildir. Belə ki, qeyd edilən həmin normaya görə hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Cavabdehin imtinasında istinad etdiyi tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD №-li Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, o həmin Qanunun 9.8-ci maddəsinə istinadən xx.xx.2006- cı il tarixə kimi qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Cavabdehin hər iki halla bağlı yanaşması əsassızdır və formal mülahizə xarakterli sözlərə istinad edilmiş, halbuki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən imtinada işin faktiki və hüquqi hallarını, bu halları təsdiq və ya rədd edən sübutları, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunları və digər normativ hüquqi aktları göstərilməli idi. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu qüvvədə olmuşdur. Belə ki, bu qərarın 23-cü, 25-ci bəndlərinə istinad olunan normalara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həmin pensiyanın təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi, həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə kimi qazanmış olsunlar. O isə xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi və 12 il 06 aydan çox xüsusi iş stajını qazanmışdır. Qeyd etdiyi hallar Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında öz əksin tapmışdır. Həmin qərarlarda cavabdehin şəxslərin pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli pensiyanın təyin edilməsindən imtinası ilə bağlı istinad etdiyi normaya aydınlıq gətirilmişdir (misal: Ali Məhkəmənin İK-nın xx.xx.2021-ci il tarixli, 2-1 (102)-1807/2021 saylı Qərarı). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər onun hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 57 yaşının tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, hesab edir ki, onun xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və bunun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə işlədiyinə, eləcə də xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi tətbiq edilməklə pensiya təyin edilməlidir. Eyni zamansda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. “Əmək pensiyaları haqqında” Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qeyd edir ki, onun ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin, imtina qərarı kifayət qədər əsaslandırılmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı iddiaya qarşı etirazını məhkəməyə təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı 25 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən, onun xx.xx.1987-xx.xx.2002-ci il tarixlərdə “X10” və “X7” MMC-də işlədiyi elektrik montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 element mövcud olmalıdır: İddiaçının 57 yaşının tamam olması; iddiaçının xx.xx.2018-ci il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; iddiaçının xx.xx.2018-ci il tarixədək azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, o, xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İddiaçı məxsus ******* İT nömrəli əmək kitabçasının surətindən məlum olur ki, o, xx.xx.1983-xx.xx.1983-cü il tarixlərdə “Əli- Bayramlı DİŞ"-in mühafizə bölməsində atıcı, xx.xx.1984-xx.xx.2002-ci iltarixlərdə "xxxx" ASC-də, xx.xx.2002-xx.xx.2006-cı il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2006-xx.xx.2010-cu il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2010-ci il tarixdən bugünədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) müvafiq olaraq gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən, onun xx.xx.1987- xx.xx.2002-ci il tarixlərdə “X10” və “X7” MMC-də elektrik montyoru vəzifəsində işlədiyi dövrlər müvafiq siyahı üzrə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsinə uyğun olmadığından onun güzəştli iş stajınız mövcud deyildir. Bundan əlavə İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48480,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 46761,89 manat təşkil edir. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi onun qanunvericiliklə tələb edilən 12 il 06 ay güzəştli iş stajının və fərdi hesabının sığorta hissəsində tələb edilən 48480 manat pensiya kapitalının mövcud olmaması səbəbindən mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sənədlərin, o cümlədən Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 30 №-li arayışının, ******* nömrəli hərbi biletin və ******* İT nömrəli əmək kitabçasının tədqiqi və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, 1979-1980-ci illərdə 1 il 02 ay 15 gün M.Müşviq adına kolxozda işləmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, yəni 2 il 01 ay 03 gün keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş; xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, yəni 05 ay 23 gün X13 İşlər Şöbəsinin mühafizə bölməsində atıcı, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, yəni 3 il 09 ay 09 gün X14 İdarəsində maşinist, xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, yəni 14 il 10 ay 21 gün "xxxx" ASC-də, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, yəni 3 il 05 ay "xxxx" MMC-də, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək, yəni 1 il 03 ay "xxxx" MMC-də, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, yəni 2 il 09 ay “Əli Bayramlı (Şirvan) X4 Şəbəkəsi” MMC-də, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək, yəni 4 il 01 ay 28 gün “İmişli X4 Şəbəkəsi” MMC-də və "xxxx" MMC-də elektrik montyoru və növbətçi elektrik montyoru vəzifələrində işləmiş, xx.xx.2014-cü il tarixdən halhazıradək "xxxx" MMC-də növbətçi elektrik montyoru vəzifəsində işləyir. Göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən, hərbi xidmət illəri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə 25 il 07 ay 21 gün iş stajı vardır. Cavabdeh təşkilat iddiaçıya ünvanladığı “Güzşətli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubunda və məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında iddiaçının xx.xx.2006-cı il tarixinə güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən ümumi sığorta stajına malik olmasını mübahisələndirməmişdir. Cavabdeh təşkilat iddiaçıya ünvanladığı “Güzşətli şərtlərlə pensiya təyinatından imtina haqqında” 18 mart 2022-ci il tarixli **********8 nömrəli məktubunda iddiaçıya “Güzşətli şərtlərlə pensiya təyinatından imtina”nın səbəbləri kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) müvafiq olaraq gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsinin nəzərdə tutulduğunu, İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən, onun xx.xx.1987-xx.xx.2002-ci il tarixlərdə “X10” və “X7” MMC-də işlədiyi elektrik montyoru vəzifəsinin müvafiq siyahı üzrə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsinə uyğun olmadığını və beləliklə, onun güzəştli iş stajınız mövcud olmadığını, həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini, belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48480,00 manat hesablandığını, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının isə 46761,89 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya “Güzşətli şərtlərlə pensiya təyinatından imtina” edilməsi üçün cavabdehin göstərdiyi səbəblər əsassızdır. Göründüyü kimi, cavabdeh təşkilat “Güzşətli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubunda və məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında iddiaçının ümumiyyətlə güzəştli iş stajınız mövcud olmaması qənaətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndinə (a) istinad etməklə gəlmişdir. Halbuki, iddiaçıya münasibətdə onun güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən iş stajına malik olub-olmamasını müəyyən etmək üçün Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na deyil, Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş, 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nın “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na istinad etməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş, 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nın “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” sahələrini əhatə edən Xİİİ bölməsində 2140000a—18455, 2140000a— 19834 və 2140000a—19859 kodları ilə “elektrik montyorları və bütün adlardan olan elektrik çilingərləri”nin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olduğu təsbit olunmuşdur. Beləliklə, cavabdehin mübahisələndirdiyi iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, yəni 14 il 10 ay 21 gün “X12şəbəkə” ASC-də işlədiyi “elektrik montyoru” vəzifəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olduğu həm qanunvericiliklə, həm də iş üzrə təqdim və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan güzəştli iş stajı vardır. Cavabdeh təşkilat iddiaçıya ünvanladığı imtina məktubunda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini, belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48480,00 manat hesablandığını, lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının isə 46761,89 manat təşkil etdiyini göstərmişdir. Bu dəlillə əlaqədar olaraq məhkəmə bildirir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə görə iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün o, qeyd edilən yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək ən azı 25 il ümumi iş stajı olmalı və bu müddətin ən azı 12 il 6 ayını 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, yəni göstərilən tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. Qeyd olunduğu kimi, iddiaçıya məxsus hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar, eləcə də arxiv arayışı nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajının mövcud olması məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Cavabdehin mübahisələndirdiyi digər məsələ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, iddiaçıya münasibətdə xx.xx.2006cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilir. Həmin Qanunda isə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləği nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” barədə dəlilini də əsassız hesab edir. Beləliklə, iddiaçı hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi və 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia “hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, iddiaçı həmçinin, “müraciət edildiyi tarixdən 3 il əvvələ olan dövrün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürmüşdür. Məhkəmə iddiaçının bu tələbini əsassız hesab edir. Belə ki, iddia ərizəsindən və cavabdehin “Güzşətli şərtlərlə pensiya təyinatından imtina haqqında” 18 mart 2022-ci il tarixli **********8 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı ona güzşətli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh təşkilata ərizə ilə xx.xx.2022-ci il tarixində müraciət etmiş, həmin ərizə xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata daxil olmuş və 18 mart 2022-ci il tarixli məktubla pensiya təyinatından imtina edilmişdir. Göründüyü kimi, iddiaçının ona güzşətli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvələ olan tarix xx.xx.2019-cu ilə təsadüf edir və bu müddət onun tələbinin birinci hissəsinə, yəni “hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinin tərkib hissəsinə daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia “müraciət edildiyi tarixdən 3 il əvvələ olan dövrün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qsimən təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar