Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1508/2020 29.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «X2, X8, X3, X4 və X5 iddiaçıya məxsus ünvan 1 mənzil 45 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ünvan 1 45 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X2, X8, X3, X4 və X5mənzilin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin ünvan 1 45 nömrəli mənzilinpasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(086)-1508/2020 saylı qərardadı ilə X2, X8, X3, X4 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı, cavabdeh nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X6, X13, X9, X10 və X11 məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, Seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətini, yaşayış yerindən arayışı, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətini vəcavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların və məhkəmənin sorğusu əsasında əldə edilmiş sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X12 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş RX ******* nömrəli çıxarışdan və xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 4, 45 saylı mənzili alqı-satqı yolu ilə aldıqdan sonra RX ******* nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2020-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər X6, X13, X9, X10 və X11 iddiaçıya məxsus ünvan 4, 45 saylı mənzilin pasport qeydiyyatındadırlar. İşdə olan Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri Xdimətinin 13 saylı X19 20 oktyabr **********70 nömrəli məktubundan görünür ki, üçüncü şəxslər X2, X8, X3, X4 və X5 ünvan 4, 45 saylı mənzilə dair istifadə hüquqları barədə məlumatlar aşkar edilməmişdir. İşdə olan Şirvan rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 08/13-181 nömrəli məktubundan görünür ki, X2, X8, X3, X4 və X5 ilə iddiaçı ilə qohumluq əlaqələrinin olubolmaması barədə məlumat müəyyən edilməmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 305-25910-1220 nömrəli məktubdan görünür ki, üçüncü şəxslər X6, X13, X9, X10 və X1 şəhəri, S.Ə.Zeynalov küçəsi, ev 10, mənzil 45 ünvanında qeydiyyatdadırlar. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli X22 X7 xx.xx.2020-ci il tarixli, 534 nömrəli məktubundan görünür ki, X6, X13, X9, X10 və X11 hal-hazırda ünvan 4, 45 saylı mənzildə qeydiyyatda olmalarına baxmayaraq qeyd olunan ünvanda yaşamırlar. İşdə olan xx.xx.2016-ci il tarixli, 4Ə-555 reyestrlə təsdiq olunmuş alqı-satqı müqaviləsi və müqaviləyə əlavə olunmuş sənədlərdən görünür ki, üçüncü şəxslər ünvan 4, 45 saylı mənzilin qeydiyyatından çıxmalarına razıdırlar. Göründüyü kimi üçüncü şəxslər ünvan 4, mənzil 45 ünvanındanpasport qeydiyyatında olmasına baxmayaraq, həmin evdə yaşamırlar və həmin ev üzərində istifadə hüquqları qeydiyyata alınmamışdır. Belə olduğu halda üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onların qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 4, mənzil 45 ünvanındanpasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X2, X8, X3, X4 və X5İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən 45 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1508/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1508/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver