Məhkəmə qərarları › İş №2-1(120)-1508/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1508/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1508/2024 13.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “kameral vergi yoxlamasının nəticələri barədə **********758400 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” tələbinə dair işə 13 dekabr 2024-cü il tarixdə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “kameral vergi yoxlamasının nəticələri barədə **********758400 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, aidiyyəti üzrə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona VÖEN: ********** verilmişdir. İddiaçı kənd təsərrüfatı məhsullarının idxalı və ixracı fəaliyyət növü üzrə pərakəndə satışla məşğul olur və heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçının sahibkarlıq fəaliyyəti dövründə heç bir vergi ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2022-ci ilin noyabr ayı üzrə X1 üzrə kameral vergi yoxlamasının nəticələri barədə № **********758400 saylı, 22 avqust 2023- cü il tarixli, vergilərin, sosialsiğorta və işsizlik siğortası haqqlarının hesablanması barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən bütün qərarlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada iddiaçıya çatdırılmamışdır. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı barəsində qəbul edilmiş 2022-ci ilin noyabr ayı üzrə X1 üzrə kameral vergi yoxlamasının nəticələri barədə № **********758400 saylı, 22 avqust 2023-cü il tarixli Qərar qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2022-ci ilin noyabr ayı üzrə X1 üzrə kameral vergi yoxlamasının nəticələri barədə № **********758400 saylı, 22 avqust 2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas – “Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır. Qeyd olunanları nəzərə alaraq bəyannamədə göstərdiyiniz dövriyyəni nəzərə alaraq əlavə 97 694.17 manat (544 906.0-2160.61)*18% ƏDV-nin hesablanması nəzərdə tutulur”. Cavabdeh inzibati orqan tərəfindən artıq hesablanmış X1 üzrə bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış zamanı ƏDV ticarət əlavəsinə hesablanan verginin məbləği hesab olunmuşdur. (153.3. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir). 2022-ci təqvim ilinin ayları üzrə təqdim edilən X1 bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütunlarının cəmində 2160.61 manat məbləğ həmin dövr ərzində əldə edilmiş ticarət əlavələrinin cəmidir. Həmçinin Vergi Məcəlləsinin 96-cı maddəsinə əsasən dövr ərzində əldə edilmiş bütün gəlir vergitutma obyekti olduğundan gəlir vergisi bəyannaməsinin 1200-ci Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində 434283.31 manat qeyd edilmişdir. 544906.0 manat (statistik dəyəri ilə) məbləğində idxal əməliyyatı dekabr 2022-ci ildə baş vermişdir. Daxil olma üzrə satış həmin ayda həyata keçirilmiş və bəyannamənin lazimi bəndlərində qeyd edilərək təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən X1 noyabr 2022-ci il üçün hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş Dövlət Vergi Xidmətindən təqdim edilmiş arayışdan da görünür ki, iddiaçının sahibkarlıq fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Sonradan isə iddiaçının sahibkarlıq fəaliyyəti xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək heç bir idxal əməliyyatı aparılmamışdır. Dekabr ayında aparılmış idxala əsasən ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə cavabdeh inzibati orqan tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində təsdiq edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan qanunsuz və əsassız iddiaçının sahibkarlıq fəaliyyəti göstərmədiyi, idxal əməliyyatları aparılmadığı noyabr 2022-ci ilə (ƏDV üzrə) əlavə vergi məbləği hesablamışdır. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gələn qaimələrdən və Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan idxal əməliyatları barədə məlumatdan görünür ki, iddiaçı tərəfindən 2022-ci ilin noyabr ayında hər hansı bir əməliyyatı olmamışdır. Bütün bu xüsusatlar da bir daha onu təsdiq edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş, mübahisələndirilən inzibati akt qanunsuz və əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunuun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Cavabdeh tərəfindən qəbul edilmiş, mübahisələndirilən inzibati akt əsaslandırılmamışdır. 2022-ci il X1 bəyannaməsi üzrə cavabdeh inzibati orqan tərəfindən keçirilən kameral vergi yoxlamasının aparılması ümumiyyətlə qanuna uyğun olmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuz və əssasız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, iddiaçıya qanunsuz olaraq əlavə vergi məbləği hesablamışdır. Mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud onu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi, qanunverici yuxarıda qeyd olunan normalarla vətəndaşı qanuna zidd yaranmış vergi öhdəliklərinin tələb edilməsindən qorayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi ilə təminat altına almışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Hazırki iş üzrə mübahisələndirilən cavabdeh inzibati orqan tərəfin qəbul edilmiş qərarın qəbul edilməsinin qanunsuz olduğunu, cavabdeh inzibati orqanın əlavə vergi məbləğinin əsassız hesabladığını, xərc sənədlərinin qəbul edilməməsinin qanunsuz olduğunu qanunvericiliyin aşağıdakı normaları ilə əsaslandıracaqdır. Baxmayaraq ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdan kənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı ədə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Həmin Məcəllənin 50.1.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti zamanı bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsidir ki, bununda hazırki iddia tələbinə heç bir aidiyyəti yoxdur. Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. İş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı tərəfindən müvafiq alış aktları cavabdeh vergi orqanına təqdim edilsə də, cavabdeh vergi orqanı həmin alış aktlarını qanunsuz və əsassız olaraq, qəsdən, qərəzli şəkildə xərc sənədi kimi nəzərə almamışdır. Cavabdeh inzibati orqan tərəfindən hazırki iş üzrə təqdim edilmiş alış aktlarının xərc sənədi kimi tanınmaması qanunsuz və əsassızdır. Belə ki, təqdim edilmiş alış aktları qanunvericiliyin tələblərinə əsasən tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Hörmətli məhkəmə, hesab edirəm ki, Vergi orqanı tərəfindən iddiaçıya vergi öhdəliyi müəyyən edən qərar tərtib edilərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-cimaddəsində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilməmişdir ki, bu da özü-özlüyündə həmin qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-cimaddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən müəyyən olunmuş işin hallarının araşdırılması prinsipinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçının vergidən yayınma halını təsdiq edən hər hansı sübut bilməmiş və bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması keçirərək, qərar qəbul etmişdir. Cavabdeh inzibati orqan tərəfindən həmin alış aktları qərəzli olaraq, qanunvericiliyin tələblərinə zidd olaraq, xərc kimi tanınmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən kameral yoxlama barədə qərar qəbul edərkən, gəlirdən çıxılan xərclərin, alış aktlarının xərc sənədi kimi tanımadığına dair xüsusatları öz qərarında əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunuun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (VM-nin 73-cü maddəsinə əsasən görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir.) 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-cimaddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara bundan əlavə, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq analoji qaydada vergi hesablamalı olduğu halda şərti rentabellik qaydasında vergi borcu hesablamışdır ki, bu da qanunun tələblərinə ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanununun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl ərizəni imzalayan şəxs haqqında məlumat: olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbuledilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 2022-ci ilin noyabr ayı üzrə X1nə dair kameral vergi yoxlamasının nəticələri barədə № **********758400 saylı, 22 avqust 2023-cü il tarixli vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə izahat verərək, iddia tələbini müdafiə etmədiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********758400 saylı qərardan görünür ki, İddiaçı 2022-ci il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 97.694,17 manat hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********736200 nömrəli xidməti məktubunda qeyd edilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi hansı tarixdə qeydiyyata alınması, hansı tarixdən fəalliyyətini dayandırması və fəaliyyət istiqaməti haqqında məlumatın verilməsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətinə əlavə icraçı qismində 6 saylı Ərazi Vergilər Baş idarəsində baxılmışdır. Bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ********** saylı VÖEN-ilə uçota alınmışdır. O, ixtisaslaşdırılmış geniş çeşiddə olan malların topdan satışı (əsas), “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” (əlavə) və “Sair məhsulların pərakəndə satışı (əlavə) fəaliyyət növləri üzrə qeydiyyatdadır. Vergi orqanına təqdim etdiyi ərizələrinə əsasən fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********368800 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) (bundan sonra iddiaçı) cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 2022-ci ilin noyabr ayı üzrə X1nə dair kameral vergi yoxlamasının nəticələri barədə **********758400 saylı, 22 avqust 2023-cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır. İddia ərizəsində əks olunan iddia tələbinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik: Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, mübahisələndirilən bütün qərarlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada iddiaçıya çatdırılmamışdır. Bildirirəm ki, 544906.0 manat (statistik dəyəri ilə) məbləğində idxal əməliyyatı dekabr 2022-ci ildə baş vermişdir. Daxil olma üzrə satış həmin ayda həyata keçirilmiş və bəyannamənin lazımi bəndlərində qeyd edilərək təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən X1 noyabr 2022-ci il üçün hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş Dövlət Vergi Xidmətindən təqdim edilmiş arayışdan da görünür ki, iddiaçının sahibkarlıq fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Sonradan isə iddiaçının sahibkarlıq fəaliyyəti xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək heç bir idxal əməliyyatı aparılmamışdır. Dekabr ayında aparılmış idxala əsasən ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə cavabdeh inzibati orqan tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində təsdiq edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan qanunsuz və əsassız iddiaçının sahibkarlıq fəaliyyəti göstərmədiyi, idxal əməliyyatları aparılmadığı noyabr 2022-ci ilə (ƏDV üzrə) əlavə vergi məbləği hesablamışdır. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gələn qaimələrdən və Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan idxal əməliyatları barədə məlumatdan görünür ki, iddiaçı tərəfindən 2022-ci ilin noyabr ayında hər hansı bir əməliyyatı olmamışdır. Bütün bu xüsusatlarda bir daha onu təsdiq edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş, mübahisələndirilən inzibati akt qanunsuz və əsassızdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunuun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Cavabdeh tərəfindən qəbul edilmiş, mübahisələndirilən inzibati akt əsaslandırılmamışdır. İddiaçı (VÖEN: **********) 2022-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. Vergi ödəyicisinin 2022-ci il hesabat dövrü ərzində 17 342.18 manat dəyərində e-qaimə, invoys dəyəri ilə 530 205.82 manat, statistik dəyəri ilə 544 906.0 dəyərində mallar əldə etdiyi və dövrün sonuna mal qalığının olmadığı müəyyən olunmuşdur. Hesabat dövrü ərzində həyata keçirdiyi əməliyyatlar (sahibkarlıq fəaliyyəti ilə bağlı) araşdırılan zaman gəlirlərinin tam təsdiq olunmadığı müəyyən olunmuşdur. Vergi məcəlləsininin 174.4 maddəsinə əsasən 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaiməfaktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı itə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaiməfaktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassaaparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır. Qeyd olunanları nəzərə alaraq bəyannamədə göstərilən dövriyyəni nəzərə alaraq əlavə 97 694.17 manat (544 906.0 - 2 160.61)*18% ƏDV-nin hesablanmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********328000 nömrəli və **********344600 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən cari bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə (vergi orqanında olan bəyannamə və idxal məlumatlarından istifadə edilməklə) 97 694.17 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2023-cü il tarixli **********758400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan qərar iddiaçıya xx.xx.2023-cü il saat 16:48:57-də göndərilmiş və xx.xx.2023-cü ildə saat 09:43:40-da isə oxunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 139.1-ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2- ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.139.3-cü maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər. 139.4-cü maddəsinə əsasən vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və 16.1.12-ci maddəsinə əsasən bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifələridir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Etirazı əsaslandıran dəlilləri nəzərə alaraq hesab edirik ki, iddiaçının iddia tələbləri tamamilə əsassızdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə yuxarıda qeyd edilən sübutları, işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan etirazda göstərilən dəlillərə uyğun “vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********758400 nömrəli qərarın qəbul edilməsində və vergi borcunun hesablanmasında haqlı olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı tərəfindən müvafiq alış aktları cavabdeh vergi orqanına təqdim edilsə də, cavabdeh vergi orqanı həmin alış aktlarını qanunsuz və əsassız olaraq, xərc sənədi kimi nəzərə almamışdır. Cavabdeh inzibati orqan tərəfindən hazırki iş üzrə təqdim edilmiş alış aktlarının xərc sənədi kimi tanınmaması qanunsuz və əsassızdır. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi qanunvericliyin tələbinə görə cavabdehin üzərindədir. Lakin cavabdeh inzibati orqan iddiaçının vergidən yayınma halını təsdiq edən hər hansı sübut yetirə bilməmiş və bunun nəticəsi olaraq qanunsuz və əsassız olaraq kameral vergi yoxlaması keçirərək, qərar qəbul etmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********736200 nömrəli xidməti məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə, ********** saylı VÖEN-ilə uçota alınmışdır. O. ixtisaslaşdırılmış geniş çeşiddə olan malların topdan satışı (əsas), “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” (əlavə) və “Sair məhsulların pərakəndə satışı (əlavə) fəaliyyət növləri üzrə qeydiyyatdadır. Vergi orqanına təqdim etdiyi ərizələrinə əsasən fəaliyyətini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2022-ci ilin noyabr ayı üzrə X1 üzrə kameral vergi yoxlamasının nəticələri barədə № **********758400 saylı, 22 avqust 2023-cü il tarixli, vergilərin, sosialsiğorta və işsizlik siğortası haqqlarının hesablanması barədə qərar qəbul etmiş, lakin məhkəmə sorğuna cavab olaraq bildirmişdir ki, cavabdehin fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmış vəziyyətdə olmuşdur. İddiaçının fəaiyyəti xx.xx.2022-ci ilədək dayandırılmış olduğu halda onun barəsində 2022-ci ilin noyabr ayı üzrə X1 üzrə kameral vergi yoxlamasının nəticələri barədə qərarın qəbul edilməsi qanunvericiliyə ziddir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən kameral yoxlama barədə qərar qəbul edərkən, gəlirdən çıxılan xərclərin, alış aktlarının xərc sənədi kimi tanımadığına dair xüsusatları öz qərarında əsaslandırmamışdır. Məhkəmə hazırkı işlə hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından mötəbər sübut kimi qiymətləndirir. Ən azından bunun əksini təsdiq edəcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Bundan əlavə iş materiallarında iddiaçı tərəfindən fəaliyyətinnin nəticəsi, xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda iddiaçının fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmış vəziyyətdə olduğuna qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan iddiaçı hüsablama aparılan dövr üzrə fəliyyət göstərməsini əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********758400 nömrəli qərarı yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qərar (inizbati akt) ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş **********758400 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “kameral vergi yoxlamasının nəticələri barədə **********758400 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar