Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1509/2024 20.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyasına qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1509/2024 nömrəli, 29 may 2024-cü il tarixli qərardadı ilə “cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyasın əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan gizir İddiaçı xx.xx.1961-ci il tarixdə Qazı Məmməd şəhəridə (Hacıqabul rayonun) anadan olmuşdur. 1976-ci il tarixdə 8ci sinifi bitirdikdən sonra Əli Bayramlı şəhəri (Şirvan şəhəri) 28 nömrəli peşə məktəbini bitirmişdir. 1977-ci il tarixdən 1980-ci il tarixədək Əli Bayramlı şəhərinin istilik elektrik stansiyasında elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.1980-ci il tarixdə Əlibayramlı şəhəri Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini əsgər kimi X5 yerləşən N nömrəli hərbi hissədə başlamış, N ay xidmət etdikdən sonra Almaniyada yerləşən 341 nömrəli gizirlər məktəbinə qəbul olmuşdur. xx.xx.1982-ci il tarixdə gizirlər məktəbini bitirib Almaniyada yerləşən N nömrəli hərbi hissədə anbar rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1986-ci il tarixdən 21.01,1988-ci il tarixədək Kalinqirad şəhəri Baqration rayonunda yerləşən N nömrəli hərbi hissədə anbar rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Hacıqabul rayonunda yerləşən N nömrəli hərbi hissədə anbar rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixədək X7 qəsəbisində yerləşən N nömrəli hərbi hissəsində anbar rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cu il tarixədək N nömrəli hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət etmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək N nömrəli hərbi hissədə bölüyün baş çavuş vəzifəsində xidmət etmişdir. xx.xx.2001-ci il tarixdə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-ci maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdığı üçün) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. xx.xx.1993-cu il tarixdən xx.xx.1993-cu il tarixədək döyüş bölgəsində yerləşən Cəbrayıl rayonu Göyərçinveysəlli kəndində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdam rayonun Zəngişalı kəndinə yerləşən N nömrəli hərbi hissəyə döyüş tapşırığını yerinə etirmək üçün ezam olunmuşdur. xx.xx.1994-cü il tarixli əmri ilə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Ağdam rayonun Zəngişalı kəndinə yerləşən N nömrəli hərbi hissəyə döyüş tapşırıqını yerinə yetirmək üçün ezam olunmuşdur. Bununla bağlı o cavabdeh orqana müraciət etmiş, Lakin cavabdeh orqan ona imtina vermişdir. O, bir vətəndaş kimi düşünür ki, cavabdeh orqan tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Çünki Qarabağ uğrunda gedən döyüşlərdə o, fəal iştirak etmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, icraatınızda, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinə baxılır. Komissiyanın imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmədiyindən və ezamiyyəti döyüş tapşırığı ilə bağlı olmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Yuxarıda qeyd edilənlərə əsasən və AR İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X6 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Hacıqabul rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 1236 saylı arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən N №-li hərbi hissədə xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Ağdam rayon bölgəsində xidmət etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 4/2-1682 nömrəli arxiv arayışında göstərilmişdir ki, Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 0533 əmrinə əsasən, gizir İddiaçı rabitə taborunun telefon bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrilə (əsas: §-3, səh-69) xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq öz xidməti vəzifəsinin icrasına buraxılmışdır.N №-li hərbi hissə komandirinin 06.10 1993-cü il tarixli 253 №-li əmrində (əsas: §-9, səh-15, əmrdə adı və atasının adı tam yazılmamışdır, ezamiyyətə göndərildiyi yer qeyd olunmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «М.А.Назаров»ип 30 (otuz) gün müddətinə, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək ezamiyyətə göndərilərək xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 34 №-li əmrində (əsas: §-3, səh-4, sıra- 3, əmrdə atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) rabitə əlaqəsini təmin etmək üçün gizir «Назаров M.A» oğlunun 30 (otuz) gün müddətinə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Bərdə şəhərinə ezamiyyətə göndərilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 90 №-li əmrində (əsas: §- 21, səh-109, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 91 №-li əmrində (əsas: §-2, səh-110, sıra-2, əmrdə adı, atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) rabitə əlaqəsinin təmin etmək üçün gizir «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərinə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi ezamiyyətə göndərilməsi qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il 124 №-li əmrində (əsas: §-2, səh-22, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, 1-ci bölüyün starşınası, gizir İddiaçı N №-li hərbi hissədə naqil xətti bölüyünün starşınası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 201 №-li əmrilə (əsas: §-6, səh-46) işini və vəzifəsini təhvil vermiş hesab edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunmuş, gizir İddiaçı Əsgər oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 114 №-İi əmrilə (əsas: §-1, səh- 71, əmrdə atasının adı “Əsgər” yazılmışdır) xx.xx.1994-cü il tarixdən il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına buraxılmışdır.“Hərbi xidmət haqqında” əsasnamənin 156-cı maddəsininin “A” bəndinə (xidmət müddəti başa çatdığı üçün) uyğun olaraq, HHMQ və HHQ Komandaninin xx.xx.2001-ci il tarixli 016/gm saylı əmrinə əsasən, 2-ci radio-rele bölüyünün baş çavuşu, gizir X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğundan N №-İi hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 50 №-li əmrilə (əsas: §-1, səh-2, sıra-3, əmrdə adı "Mehdi", atasının adı “Əsgər” yazılmışdır) xx.xx.2001-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Hacıqabul RHK-na göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4/3-5271 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1682 nömrəli arayışına əsasən xidmət keçdiyiniz dövrdə N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və ezamiyyətləriniz döyüş tapşırığını yerinə yetirməklə bağlı olması qeyd edilmədiyinə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 594 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli müvafiq əmrinə əsasən, “rabitə taborunun telefon bölüyünün starşinası” vəzifəsinə təyin olunduğu üçün gizir İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrilə (əsas: §3, səh.-69) xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, öz xidməti vəzifəsinin icrasına buraxılmışdır. 502-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 253 №-li əmrində (əsas: §9, səh.-15; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, ezamiyyətə göndərildiyi yer qeyd olunmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «M.A.Ha3apoB»-un 30 (otuz) gün müddətinə, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək ezamiyyətə göndərilərək, xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. 502-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 272 №-li əmrində (əsas: §2; qeyd: əmrdə hərbi rütbəsi “sıravi” yazılmış, atasının adı və vəzifəsi yazılmamışdır) xx.xx.1993-cü il tarixdə fərarilikdən qayıtmış, Kosmik rabitə bölüyünün sıravisi İddiaçı xx.xx.1993-cü il tarixdə qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 34 №-li əmrində (əsas: §3, səh.-4, sıra-3; qeyd: əmrdə atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) rabitə əlaqəsini təmin etmək üçün gizir «Назаров Мехти А.» oğlunun 30 (otuz) gün müddətinə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994cü il tarixədək Bərdə şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 61 №-li əmrində (əsas: §6, səh.-54, sıra-2; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) gizir İddiaçı xx.xx.1994-cü il tarixdə döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən gəlmiş hesab edilərək, xidməti vəzifəsinə başlaması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 90 №-li əmrində (əsas: §21, səh.-109; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «М.А.Назаров»ип xx.xx.1994-cü il tarixdə Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 91 №-li əmrində (əsas: §2, səh.-110, sıra-2; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) rabitə əlaqəsinin təmin etmək üçün gizir «М.А.Назаров»-ип Ağdam, Bərdə şəhərlərinə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 11,05.1994-cü il tarixli 124 №-li əmrində (əsas: §2, səh.-22; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «М.А.Назаров»-ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 161 №-li əmrində (əsas: §10, səh.-14; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «М.А.Назаров»-ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 184 №-li əmrində (əsas: §8, səh.-87; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) rabitə əlaqəsini təmin etmək üçün gizir «М.А.Назаров»-ип Ağdam rayonuna xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 188 №-li əmrində (əsas: §4, səh.-4; qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «М.А.Назаров»-ип xx.xx.1994-cü il tarixdən Ağdam rayonundan ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən, N №-li hərbi hissədə “naqil xətti bölüyünün starşinası“ vəzifəsinə təyin olunduğu üçün 1-ci bölüyün starşinası, gizir İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 201 №-li əmrilə (əsas: §6, səh.-46) xx.xx.1994-cü il tarixdən işini və vəzifəsini təhvil vermiş hesab edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən, naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunmuş, gizir İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 114 №-li əmrilə (əsas: §1, səh.-71) xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, vəzifəsinin icrasına buraxılmışdır.“Hərbi xidmət keçmə haqqında’’ Əsasnamənin 156-cı maddəsininin “A” bəndinə uyğun olaraq (xidmət müddəti başa çatdığı üçün), HHMQ və HHQ Komandanının xx.xx.2001-ci il tarixli müvafiq əmrinə əsasən, 2-ci radio-rele bölüyünün baş çavuşu, gizir X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 50 №-li əmrilə (əsas: §1, səh.-2, sıra-3; qeyd: əmrdə adı “Mehdi”, atasının adı “Əsgər” yazılmışdır) xx.xx.2001-ci il tarixdən şəxsi heyətin siyahısından silinməklə N №-li hərbi hissənin bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Hacıqabul RHK-na göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-43-24/2-501/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 1961-ci il təvəllüdlü istefada olan gizir İddiaçı HHMQ və HHQ komandanının xx.xx.2001-ci il tarixli, 016/gm №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığı üçün) müvafiq olaraq, xx.xx.2001-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2004-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində hərbi qeydiyyata götürülmüşdür. İş materiallarında olan İddiaçı məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən (səhifə 5) görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.1994-cü illərdə N nömrəli hərbi hissədə, xx.xx.1994-xx.xx.2001-ci illərdə N nömrəli hərbi hissədə xidmət etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1433 nömrəli məktubunda qeyd edilir: Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 0533 əmrinə əsasən, gizir İddiaçı rabitə taborunun telefon bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrilə (əsas: §-3, səh-69) xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq öz xidməti vəzifəsinin icrasına buraxılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 253 №-li əmrində (əsas: §-9, səh-15, əmrdə adı və atasının adı tam yazılmamışdır, ezamiyyətə göndərildiyi yer qeyd olunmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «М.А.Назаров»ип 30 (otuz) gün müddətinə, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək ezamiyyətə göndərilərək xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 34 №-li əmrində (əsas: §-3, səh-4, sıra-3, əmrdə atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) rabitə əlaqəsini təmin etmək üçün gizir «Назаров M.A» oğlunun 30 (otuz) gün müddətinə, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Bərdə şəhərinə ezamiyyətə göndərilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 90 №-li əmrində (əsas: §-21, səh-109, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 91 №-li əmrində (əsas: §-2, səh-110, sıra-2, əmrdə adı, atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) rabitə əlaqəsinin təmin etmək üçün gizir «M.A.Ha3apoB»un Ağdam, Bərdə şəhərlərinə xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi ezamiyyətə göndərilməsi qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il 124 №-li əmrində (əsas: §-2, səh-22, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır) gizir «M.A.Ha3apoB»un Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, 1-ci bölüyün starşinası, gizir İddiaçı N №-li hərbi hissədə naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-İi hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 201 №-li əmrilə (əsas: §-6, səh-46) işini və vəzifəsini təhvil vermiş hesab edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunmuş, gizir İddiaçı Əsgər oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 114 №-li əmrilə (əsas: §-1, səh-71, əmrdə atasının adı “Əsgər” yazılmışdır) xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına buraxılmışdır.“Hərbi xidmət haqqında” əsasnamənin 156-cı maddəsininin “A” bəndinə (xidmət müddəti başa çatdığı üçün) uyğun olaraq, HHMQ və HHQ Komandaninin xx.xx.2001-ci il tarixli 016/gm saylı əmrinə əsasən, 2-ci radio-rele bölüyünün baş çavuşu, gizir X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 50 №-li əmrilə (əsas: §- 1, səh-2, sıra-3, əmrdə adı “Mehdi”, atasının adı “Əsgər” yazılmışdır) xx.xx.2001-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Hacıqabul RHK-na göndərilmişdir. Bildiririk ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı barəsində ünvanınıza göndərilmiş xx.xx.2024-cü il tarixli 594 №-li Arxiv Arayışında N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 272 №-li əmri - İddiaçı (atasının adı yazılmamışdır) xx.xx.1993-cü il tarixdə fəralilikdən qayıtması barədə məlumat qeyd olunmamışdır. N №-li hərbi hissə komandiri tərəfindən xx.xx.1993-cü il tarixli 272 №-li əmr verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2233 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən ünvanınıza göndərilmiş xx.xx.2024-cü il tarixli 594 №-li Arxiv Arayışında qeyd edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 272 №-li nizami hissə üzrə əmrindən Arxiv Çıxarışı ünvanınıza göndərilir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 272 №-li əmrində İddiaçı hərbi rütbəsi “sıravi” yazılmış, atasının adı və vəzifəsi göstərilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli 0533 əmrinə əsasən, gizir İddiaçı rabitə taborunun telefon bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrilə (əsas: §-3, səh-69) xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq öz xidməti vəzifəsinin icrasına buraxılmışdır. xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək Bərdə şəhərinə ezamiyyətə göndərilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 90 №-li əmrində Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 91 №-li əmrində rabitə əlaqəsinin təmin etmək üçün Ağdam, Bərdə şəhərlərinə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi ezamiyyətə göndərilməsi qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il 124 №-li əmrində Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, 1-ci bölüyün starşinası, gizir İddiaçı N №-li hərbi hissədə naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 201 №-li əmrilə (əsas: §-6, səh-46) işini və vəzifəsini təhvil vermiş hesab edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunmuş, gizir İddiaçı Əsgər oğlu N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 114 №-li əmrilə xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına buraxılmışdır. “Hərbi xidmət haqqında” əsasnamənin 156-cı maddəsininin “A” bəndinə (xidmət müddəti başa çatdığı üçün) uyğun olaraq, HHMQ və HHQ Komandirinin xx.xx.2001-ci il tarixli 016/gm saylı əmrinə əsasən, 2-ci radio-rele bölüyünün baş çavuşu, gizir X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 50 №-li əmrilə xx.xx.2001-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Hacıqabul RHK-na göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Ağdam rayonu ərazisində döyüşlər həyata keçirilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində, nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə məlumatlar aşkarlanmaması qeyd olunsa da, iddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3-43-24/2-501/2024 nömrəli məktubundan, N nömrəli hərbi hissənin xx.xx.1994-cü il tarixli, 1236 saylı arayışından, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 4/2-1682 nömrəli arxiv arayışından və digər sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, iddiaçının ezam olunmasının səbəbləri ayadınlaşdırılmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilə bilməz. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1509/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1509/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver