Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-151/2021 11.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Astara rayonu, Təngərüd kəndində yaşayan) və Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının nümayəndəsi X3 (Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının aparıcı mütəxəssisi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 mənzil 66 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı «sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Astara rayonu, Təngərüd kəndində doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək stajına dair sənədləri cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinə təqdim edərək, müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********6 saylı məktubunda iddiaçının əmək kitabçası əvəzinə arxiv arayışlarını təqdim etdiyini əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu “Şəfəq” sovxozunda işlədiyi xx.xx.1972-xx.xx.1974-cü illər üzrə; aprel 1981-yanvar 1997-ci illər üzrə 31 saylı SMD-də işlədiyi, yanvar 1977-iyul 1978-ci illər üzrə: Təngərüd kənd Aqrar İslahat Komissiyasında işlədiyi yanvar 1998-yanvar 2000-ci illər üzrə və Təngərüd bələdiyyəsində işlədiyi xx.xx.2000-noyabr 2003-cü illər üzrə müddətin iş stajına daxil edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 61/4, 61/5, 62/6, 61/7 saylı arxiv arayışlarında işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1955-ci il tarixdə Astara rayonu, Təngərüd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1972-ci ildən başlamışdır. Belə ki, Astara rayonu sabiq Təngərüd kənd “Şəfəq” sovxozunun xx.xx.1972-ci il tarixli 155 saylı əmri ilə sovxoza fəhlə qəbul edilmiş və sovxozun xx.xx.1974-cü il tarixli 217 saylı əmrilə Sovet ordusu sıralarına hərbi xidmətə çağırıldığından işdən azad edilmişdir. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1976-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsində qeydiyyatdadır. 1977-ci ilin yanvar ayında 31 saylı X1 fəhlə qəbul edilmiş və 1978-ci ilin iyun ayına kimi işləyib əmək haqqı almışdır. Sonra təhsilini davam etdirmək üçün Lənkəran Sovxoz texnikumun “Zootexnik” fakültəsinə qəbul olunub 1981-ci ildə həmin texnikumu bitirmişdir. Yenidən “Şəfəq” sovxozunda 1981-ci ilin yanvar ayında işə qəbul olunmuş və sovxozun xx.xx.1997-ci il tarixli 01 saylı əmri ilə sovxoz ləğv edildiyinə görə işdən azad olunmuşdur. 1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayına kimi olan müddətdə Təngərüd kənd Aqrar İslahat Komissiyasında işləyib əmək haqqı almış, bundan sonra Təngərüd bələdiyyəsində xx.xx.2000-ci il tarixdən 2003-cü ilin noyabr ayına kimi üzv işləmişdir. Beləliklə, Astara rayonu “Şəfəq” sovxozunda işlədiyi xx.xx.1972, xx.xx.1974-cü illər, 31 saylı X2 işlədiyi 1977-ci ilin yanvar-1978-ci ilin iyun ayına kimi olan müddət, yenə də “Şəfəq” sovxozunda işlədiyi aprel 1981-yanvar 1997-ci illər üzrə, Təngərüd kənd Aqrar İslahat Komissiyasında işlədiyi yanvar 1998-yanvar 2000-ci illər üzrə və Təngərüd bələdiyyəsində işlədiyi xx.xx.2000-noyabr 2003-cü illər üzrə müddət işlədiyi müəssisələrin kadro işləri üzrə mütəxəssisləri tərəfindən ona əmək kitabçası yazılmalı olduğu halda yazılmamışdır. İşlədiyi idarə və müəssisələrin fəaliyyəti dayandırılmış və ləğv edildiyindən göstərilən uyğunsuzluğu məhkəmədən kənar həll edə bilmir. Əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədləri Cavabdehnə təqdim etmişdir. İş stajını təsdiq edən əmək kitabçası olmadığı üçün xx.xx.2020-ci il tarixli, **********6 saylı məktubları ilə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 61/4 saylı, xx.xx.2020-ci il tarixli 61/7 saylı, xx.xx.2020-ci il tarixli 61/5 saylı və xx.xx.2020-ci il 62/6 saylı arxiv arayışı ilə təsdiq olunur ki, qeyd edilən müəssisələrdə işləmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçının iş stajı barədə arxiv arayışlarının olmasına baxmayaraq əmək stajını təsdiqləyən əmək kitabçası yoxdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1ci maddəsinə əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının sığorta stajı əmək kitabçasında qeyd edilmədiyindən iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Astara Rayon İHB-nin Təngərüd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışını, Astara rayon Dövlət Arxivinin arxiv arayışlarını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin arayışını, hərbi biletinin təsdiq olunmuş surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına Astara rayon Dövlət Arxivinin məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, 1981-ci ilin aprel ayından 1997-ci ilin yanvar ayının 02-dək Astara rayonu sabiq Təngərüd kənd «Şəfəq» sovxozunda işləməsi Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 66/2 nömrəli arxiv arayışı ilə, 1977-ci ilin yanvar ayından 1978-ci ilin iyul ayınadək Astara rayon 36 saylı X2 işləməsi Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 66/1 nömrəli arxiv arayışı ilə, 1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək Astara rayon sabiq Təngərüd kənd Aqrar İslahat Komissiyasında işləməsi Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 66/3 nömrəli arxiv arayışı ilə və 2000-2003-cü illərdə Astara rayon Təngərüd bələdiyyəsində işləməsi Astara rayon Dövlət Arxivinin 66/4 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Astara rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 66/1 nömrəli, 66/2 nömrəli, 66/3 nömrəli və 66/4 nömrəli arxiv arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının Astara rayonu sabiq Təngərüd kənd «Şəfəq» sovxozunda, Astara rayon 36 saylı X2, Astara rayon sabiq Təngərüd kənd Aqrar İslahat Komissiyasında və Astara rayon Təngərüd bələdiyyəsində işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı Astara rayon Dövlət Arxivinin arxiv arayışlarında qeyd olunan əmək stajı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, 1981-ci ilin aprel ayından 1997-ci ilin yanvar ayının 02dək Astara rayonu sabiq Təngərüd kənd «Şəfəq» sovxozunda, 1977-ci ilin yanvar ayından 1978-ci ilin iyul ayınadək Astara rayon 36 saylı X2, 1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək Astara rayon sabiq Təngərüd kənd Aqrar İslahat Komissiyasında və 2000-2003-cü illərdə Astara rayon Təngərüd bələdiyyəsində işləməsi barədə Astara rayon Dövlət Arxivinin arxiv arayışlarında göstərilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün dövlət rüsumu ödəmişdir. İddiaçı ödədiyi dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyi üçün məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, 1981-ci ilin aprel ayından 1997-ci ilin yanvar ayının 02-dək Astara rayonu sabiq Təngərüd kənd «Şəfəq» sovxozunda, 1977-ci ilin yanvar ayından 1978-ci ilin iyul ayınadək Astara rayon 36 saylı X2, 1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək Astara rayon sabiq Təngərüd kənd Aqrar İslahat Komissiyasında və 2000-2003-cü illərdə Astara rayon Təngərüd bələdiyyəsində işləməsi barədə Astara rayon Dövlət Arxivinin arxiv arayışlarında göstərilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov