Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-151/2024 24.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 may 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hüquqi şəxs yaratmadan ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün vergi öhdəliklərini vaxtında və lazımi qaydada icra edir. Fəaliyyətinin əsas istiqaməti taxıl və toxumların topdan satışından ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********144763 nömrəli qərarına əsasən Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsini müvəqqəti icra edən, böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X3 tərəfındən onun sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2018-dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edilməklə, növbəti Səyyar vergi yoxlamasını aparmış və nəticəsini 19 noyabr 2021-ci il tarixli, **********145948 nömrəli aktla rəsmiləşdirmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş **********145948 nömrəli akta əsasən güya o, yoxlamanın əhətə ediyi dövrdə gəlir vergisi üzrə 516206,37 manat, əlavə dəyər vergisi (ƏDV) üzrə isə ümumilikdə 842152,27 manat vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırmışdır. Hesablanmış vergi borcları üzrə 813127,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********153607 nömrəli qərar qəbul edilmiş, lakin həmin qərar ünvanına göndərilməmiş, ona təqdim edilməmiş, yalnız rəsmi müraciəti əsasında xx.xx.2022-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Qeyd edir ki, Səyyar vergi yoxlaması qeyri-obyektiv və qərəzli aparılaraq həqiqətə uyğun olmayan akt tərtib edilmişdir. Belə ki, yoxlama ilə əhatə olunan dövrdə və ondan əvvəl o, vergi qanunvericiliyinə uyğun olaraq bütün vergiləri vaxtında dövlət büdcəsinə ödədiyindən onun dövlət büdcəsinə aktda göstərilən məbləğdə vergi borcunun olması mümkün deyildir. Əslində gəlir vergisi üzrə borcun yaranması idxal olunan malların dəyərinin yoxlayıcı tərəfındən orta bazar satış qiymətindən daha yüksək hesablanması ilə bağlı olmuşdur. Bu isə özü-özlüyündə gəlir vergisi üzrə borcun yaranmasına gətirib çıxartmışdır. Əlavə dəyər vergisi üzrə vergi borcunun yaranması isə yoxlayıcı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin nəzərə alınmaması səbəbindən yaranmışdır. Əgər yoxlayıcı tərəfindən qeyd edilən normanın tələbləri nəzərə alınsaydı, ƏDV üzrə vergi borcu yarana bilməzdi. Göründüyü kimi, gəlir vergisi və ƏDV üzrə vergi borcunun yaranması yoxlayıcı tərəfındən səyyar vergi yoxlamasınm qeyri-obyektiv və qərəzli aparılması, habelə Vergi qanunvericiliyinin tələblərini nəzərə almaması ilə bağlı olmuş və nəticədə onun vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməyi haqqında xx.xx.2022-ci il tarixdə **********153607 nömrəli əsassız və qanunsuz qərar qəbul edilmişdir. Odur ki, həmin qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqında” xx.xx.2021-ci il tarixli **********144763 nömrəli qərarı əsasında, vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla yoxlama keçirilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2021ci il tarixdə başa çatdırılmış, nəticəsi xx.xx.2021-ci il tarixli, **********145948 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması fərdi sahibkar İddiaçı iştirakı və onun yoxlamaya təqdim etdiyi ilkin mühasibat sənədləri, nəzarət kassa aparatından alınmış dövri fiskal hesabatları və vergilərin hesablanılması üçün lazım olan digər sənədlər əsasında aparılmışdır. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********960500 nömrəli bildiriş, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********144763 nömrəli qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli KY211560319 nömrəli çıxarış, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********144776 nömrəli tələbnamə xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən imzalanaraq bir nüsxələri qəbul edilmişdir. Tələbnamədə qeyd olunan müddət ərzində heç bir sənəd təqdim edilmədiyindən, bu hal xx.xx.2021-ci il tarixdə aktla rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli, **********145965 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi tərəfindən imzalanaraq götürülmüşdür. Yoxlama dövrünün əvvəlinə mal qalığı barədə məlumatlar, NKA-dan aylar üzrə alınmış fiskal hesabatlar, NKA tətbiq edilməklə aylar üzrə satılmış malların siyahısı və aylar üzrə malların hərəkətinə dair cədvəllərin götürülməsi xx.xx.2021-ci il tarixdə tərtib edilmiş protokolla rəsmiləşdirilmiş və təqdim edilməyən sənədlərlə bağlı akt tərtib edilmişdir. Həmçinin xx.xx.2018-ci il tarixə vergi ödəyicisinin sahibliyində qalıq qalmış və yoxlama dövrü ərzində idxal edilmiş və alınmış malların satışı vergi ödəyicisi tərəfindən EQF və NKA tətbiq edilməklə həyata keçirilmişdir. NKA tətbiq edilməklə pərakəndə qaydada satılan mallara tətbiq olunan qiymətlərin aşağı olması, o cümlədən EQF tətbiq edilməklə satılan malların qiymətindən aşağı olması səbəbindən pərakəndə satılan malların bazar qiymətlərinin müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Malların bazar qiymətlərinin Vergi Məcəlləsinin 14-cü maddəsinin digər müddəalarına uyğun müəyyənləşdirilməsi mümkün olmadığı üçün Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən malların satış qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə yoxlamaya ekspert dəvət edilimişdir. Vergi ödəyicisi xx.xx.2021-ci il tarixli, **********147793 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarla xx.xx.2021-ci il tarixdə tanış edilmiş, ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə xx.xx.2021-ci il tarixdə protokol tərtib edilmiş və vergi ödəyicisi protokolu imza etməklə bir nüsxəsini qəbul etmişdir. Yoxlama zamanı ekspert rəyindən istifadə edilmiş, ekspertin təqdim etdyi qiymətlər (bazar qiymətləri), vergi ödəyicisinin pərakəndə satdığı mallara tətbiq etdiyi qiymətlər ilə müqayisə edilmiş və Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə uyğun olaraq yaranmış 30 % fərq ekspert tərəfindən nəzərə alınmaqla müəyyən edilən qiymətlər (bazar qiymətləri) tətbiq edilməklə hesablama aparılmışdır. Həmçinin yoxlama zamanı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ-nın şimal-qərb hissəsi ünvanında yerləşən obyektinə (təsərüfat subyektinə) baxış keçirilmiş, baxışın nəticəsi xx.xx.2021-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Baxış zamanı obyektdə hər hansı bir mal qalığı müəyyən edilməmişdir. ÖMV üzrə-vergi ödəyicisi tərəfindən 2018-ci il ərzində idxal olunan taxıl məhsullarının daşınması ilə bağlı beynəlxalq daşımaya görə MARİNE SHİPPİNG AND FORWARDİNG LTD-yə ödənilmiş 1851920,0 manat məbləğdən ödəmə mənbəyində vergi tutulmadığı üçün yoxlama zamanı 6% dərəcə ilə ümümilikdə 111115,68 manat, o cümlədən 2018-ci ilin 1-ci rübü üzrə 29622,83 manat, 2-ci rübü üzrə 39994,69 manat, 3-cü rübü üzrə 21016,12 manat, 4-cü rübü üzrə 20482,04 manat ÖMV məbləği hesablanmışdır. ƏDV üzrə - vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövr ərzində taxıl məhsullarının- buğda, arpa, qarğıdalı, soya şrotu, soya paxlası, günəbaxan yağı, texniki çiyid məhsullarının idxalı, alışı və satışı ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən NKA tətbiq edilməklə pərakəndə qaydada satılan mallara tətbiq olunan qiymətlərin həmin mallara EQF tətbiq edilməklə tətbiq edilən qiymətindən aşağı olması səbəbindən pərakəndə satılan malların bazar qiymətləri ekspert tərəfindən müəyyənləşdirilmiş, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla 30% fərq yaranan mallara ekspert tərəfindən müəyyən edilən qiymətlər (bazar qiymətləri) tətbiq edilməklə hesablamalar aparılmışdır. 2018-ci il ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə ƏDV-yə cəlb edilən əməliyyatların həcmi 23871340,67 manat, ƏDV azad olunan əməliyyatların həcmi 5108228,14 manat, ƏDV məbləği 4296841,33 manat, əvəzləşən ƏDV məbləği 3231228,93 manat, büdcəyə hesablanan ƏDV məbləği 1065612,39 manat olmuşdur. Yoxlama ilə, EQF tətbiq edilməklə satılmış malların dəyərinin Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəyyən edildiyi, NKA tətbiq edilməklə pərakəndə satılmış malların dəyərinin nağd qaydada ödənildiyi nəzərə alınmaqla 2018-ci il ərzində ƏDV-yə cəlb edilən əməliyyatların həcminin 23578807,71 manat, ƏDV-dən azad olunan əməliyyatların həcminin 10173436,19 manat, ƏDV məbləği 4244185,39 manat, əvəzləşən ƏDV məbləği 2391982,99 manat, büdcəyə hesablanan ƏDV məbləğinin 1852202,41 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2018-ci il ərzində ƏDV-dən azad olunan dövriyyənin 5065208,5 manat gizlədilməsi səbəbindən Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələbləri (Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məğləği qəbul olunur.) nəzərə alınmaqla 839245,94 manat ƏDV məbləğinin artıq əvəzləşdirildiyi, ƏDV-yə cəlb edilən dövriyyənin 292532,96 manat artıq göstərilməsi səbəbindən ƏDV-nin 52655,93 manat artıq hesablandığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin yanvar ayı üçün ƏDV-si üzrə təqdim edilən bəyannaməsində ƏDV-dən azad olunan əməliyyatların həcmi 4492172,07 manat göstərilmişdir. Lakin yoxlama ilə qeyd olunan dövrdə vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan, ƏDV-dən azad olunan və digər əməliyyatların aparılmadığı müəyyən edilmişdir. Həmçinin yoxlama zamanı vergi ödəyicisinin aldığı, idxal etdiyi və satdığı mallar müqayisə edilmiş, qalıq qalmış malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olması müəyyən edilməmişdir. Yoxlama zamanı əskik gələn, yəni satışı sənədlərlə təsdiq olunmayan həmin malların satışı Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə uyğun olaraq səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövründə, yəni 2020-ci ilin dekabr ayında bazar qiymətləri ilə nəzərə alınmışdır. Nəticədə 2020-ci ilin dekabr ayında ƏDV-yə cəlb edilən dövriyyənin 308679,16 manat, ƏDV-dən azad olunan dövriyyənin 1639623,2 manat olmaqla, büdcədən yayındırılmış ƏDV məbləğinin 55562,25 manat olması müəyyən edilmişdir. Yoxlama ilə ƏDV-nin ümumilikdə 842152,28 manat azaldılması müəyyən edilmişdir. Gəlir vergisi üzrə - Vergi ödəyicisi tərəfindən təqdim olunan 2018-ci il üçün gəlir vergisi bəyannaməsində ümumi gəlir 28979568,81 manat, ümumi gəlirdən çıxılan xərclər 28773725,99 manat (o cümlədən 5030,75 manat əmək haqqı, 1131,92 manat DSMF ayırmaları, 28631894,26 manat malın dəyəri, 21125,18 manat bank xidməti üzrə xərclər, 114543,88 manat sair xərclər), vergiyə cəlb olunan gəlir 205842,82 manat, gəlir vergisi 41168,56 manat göstərilmişdir. Yoxlama ilə 2018-ci il ərzində vergi ödəyicisinin ümumi gəlirinin 33660983,68 manat, ümumi gəlirdən çıxılan xərclərin 31362704,24 manat (o cümlədən 5030,75 manat əmək haqqı, 1131,92 manat DSMF xərci, 29177527,23 manat malın dəyəri, 9311,56 manat icarə haqqı, 16868,5 manat bank xidməti üzrə xərclər, 2044376,72 manat nəqliyyat xərcləri, (o cümlədən 192448,46 manat rezidentlər üzrə, 1851928,26 manat qeyri rezidentlər üzrə) 108458,01 manat digər xərclər)), vergiyə cəlb olunan gəlirin 2298279,44 manat, gəlir vergisinin 459655,89 manat olması müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunan 2019-cu il üçün gəlir vergisi bəyannaməsində ümumi gəlir 4492172,07 manat, ümumi gəlirdən çıxılan xərclər 4456122,07 manat (o cümlədən malın dəyəri 4456122,07 manat), vergiyə cəlb olunan gəliri 36050 manat, gəlir vergisi 7210 manat göstərilmişdir. Yoxlama ilə 2019-cu il ərzində vergi ödəyicisinin gəlirlərinin və xərclərinin olmadığı müəyyən olunmuşdur. 2020-ci il üçün vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Vergi ödəyicisinin aldığı, idxal etdiyi və satdığı malların müqayisəsi zamanı sənədlərlə təsdiq olunmayan malların satışı Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə əsasən yoxlama dövrünün sonuna, yəni 2020-ci ilin dekabr ayında nəzərə alınmaqla hesablama aparılmış, aparılmış hesablamalarla 2020-ci il ərzində vergi ödəyicisinin ümumi gəlirinin 1948302,36 manat, ümumi gəlirdən çıxılan xərclərin 1423657,14 manat (o cümlədən malın dəyəri 1423657,14 manat), vergiyə cəlb olunan gəlirin 524645,22 manat, gəlir vergisinin 104929,04 manat olması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən hesablanmış gəlir vergisi məbləğləri nəzərə alınmaqla yoxlama ilə gəlir vergisinin ümumilikdə 516206,37 manat azaldıldığı, o cümlədən 2018-ci ildə 418487,33 (459655,89 - 41168,56) manat azaldıldığı, 2019-cu ildə 7210 (0 - 7210) manat artıq hesablandığı, 2020-ci ildə 104929,04 (104929,04 - 0) manat azaldıldığı müəyyən edilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 1625935,44 manat azaldıldığı, 156461,11 manat artıq hesablandığı müəyyən olunmuşdur. O cümlədən: 523416,37 manat gəlir vergisinin azaldılması, 7210,0 manat artıq hesablanması; o cümlədən: 991403,38 manat ƏDV-nin azaldılması, 149251,11 manat artıq hesablanması; o cümlədən: 111115,68 manat ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğin, vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1625935,44 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 812967,72 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda onu da qeyd edirlər ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərar sifarişli poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin qeydiyyat yeri üzrə yaşayış ünvanına göndərilmişdir. Göndərilən sənəd köçüb qeydi edilməklə geri qaytarılmışdır. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixli, **********835300 nömrəli məktubla müraciət edərək ünvan məlumatlarında dəyişikliklərin olmasına baxmayaraq vergi orqanına məlumat vermədiyini bildirmişdir. Qeyd olunan səbəbdən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərar xx.xx.2022-ci il tarixli, **********468500 nömrəli məktubla yenidən vergi ödəyicisinə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəfiləsidir. Həmin Məcəllənin 21-ci madəsinə görə vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları təşkil edir. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək (maddə 23.1.5) vergi orqanlarının hüquqlarıdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********145965 nömrəli qərarının, 22 fevral 2021-ci il tarixli, KY211560319 nömrəli çıxarışın, xx.xx.2021-ci il tarixli, **********960500 nömrəli bildirişin, xx.xx.2021-ci il tarixli, **********144776 nömrəli “Tələbnamə”nin və xx.xx.2021-ci il tarixli aktın surətlərindən görünür ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən fərdi sahibkar İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə “vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması” məqsədi ilə növbəti səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış, yoxlama müddəti 30 gün müəyyən olunmuş, bu barədə məlumat “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil edilmiş, vergi ödəyicisinə “növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bildiriş verilmiş və yoxlanılan dövrə aid xx.xx.2021-ci il tarixli, **********144776 nömrəli “Tələbnamə”də qeyd olunan sənədlərin 15 iş günü müddətində təqdim olunması iddiaçıdan tələb olunmuş, sənədlər fərdi sahibkar İddiaçı tərəfindən təqdim olunmadığından bu barədə müvafiq akt tərtib olunmuşdur. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********144763 nömrəli qərarının, xx.xx.2021-ci il tarixli protokol və aktın surətlərinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə yoxlama üçün zəruri olan bütün sənədlərin (kassa mədaxil-məxaric sənədləri, NKA-nın fiskal hesabatları, qaimə və vergi hesab-fakturaları, baş kitab, dövriyyə cədvəlləri, jurnal-orderlər, DSMF-na təqdim edilmiş hesabatlar, malların alış və satış sənədləri, yük gömrük bəyannamələri, əmək haqqının ödəniş cədvəlləri, elektron və kağız daşıyıcıda tərtib edilmiş bütün mühasibat sənədləri, gəlir, xərc sənədləri və s.) təqdim olunması iddiaçıdan tələb olunmuş, sənədlərin bir hissəsi yoxlamaya təqdim edilmiş, bu barədə müvafiq protokol və akt tərtib olunmuşdur. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146269 nömrəli, xx.xx.2021-ci il tarixli, **********147469 nömrəli, xx.xx.2021-ci il tarixli, **********147790 və **********147793 nömrəli, xx.xx.2021-ci il tarixli, **********147809 nömrəli və xx.xx.2021-ci il tarixli, **********15047 nömrəli qərarlarının surətlərindən görünür ki, fərdi sahibkar İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkarlıq fəaliyyəti dövrü üzrə təyin olunmuş növbəti səyyar vergi yoxlamasının müddəti müxtəlif vaxtlarda artırılmış, dayandırılmış, həmin dövr üzrə ekspertiza təyin olunmuş, ekspert rəyi alındıqdan sonra səyyar vergi yoxlaması bərpa edilmiş, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********145948 nömrəli “səyyar vergi yoxlaması aktı”nın surətindən görünür ki, fərdi sahibkar İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkarlıq fəaliyyəti dövrü üzrə aparılmış növbəti səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2018-ci ildə əlavə dəyər vergisinin 935841,13 manat azaldılması, 149251,11 manat artıq hesablanması, 2020-ci ildə 55562,25 manat azaldılması, 2018-ci ildə gəlir vergisinin 418487,33 manat azaldılması, 2019-cu ildə 7210,00 artıq hesablanması, 2020-ci ildə 104929,04 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 2018-ci ildə 111115,68 manat azaldılması, ümumilikdə vergilərin 1625935,44 manat azaldılması, 156461,11 manat artıq hesablanması, əlavə hesablamanın 1476684,33 manat təşkil etməsi müəyyən olunmuş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinə 813127,74 manat, o cümlədən 2019-cu və 2020-ci illərdə vergi hesabatlarının və arayışların vaxtında verilməməsinə görə 160 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. İş materiallarında olan «Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli mübahisələndirilən qərarının surətindən görünür ki, fərdi sahibkar İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkarlıq fəaliyyəti dövrü üzrə aparılmış növbəti səyyar vergi yoxlaması ilə büdcəyə çatası vergilərin ümumilikdə 1625935,44 manat azaldılması, 156461,11 manat artiq hesablanması, əlavə hesablamanın 1476684,33 manat təşkil etməsi, maliyyə sanksiyasının 813127,74 manat, o cümlədən vergi hesabatlarının və arayışların vaxtında verilməməsinə görə 160 manat məbləğində tətbiq edilməli olduğu təsdiq olunmuş və vergi ödəyicisinin qeyd olunan məbləğlərdə vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********227000 nömrəli “Tələbnamə”nin surətindən görünür ki, «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarına əsasən büdcəyə çatası cəmi 2282602,07 manat vəsaitin 5 gün müddətində ödənilməsi fərdi sahibkar İddiaçı tələb olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının xx.xx.2021-ci il tarixli, **********153607 nömrəli qərarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.2). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılarlaı ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında “Müvafiq yoxlama dövrünə uyğun “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə İddiaçı ödəməli olduğu ƏDV və gəlir vergisini məbləğləri ayrı-ayrılıqda nə qədərdir? Həmin dövriyyə üzrə İddiaçı vergi borcu nə qədərdir?” məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında verilmiş 15 dekabr 2022-ci il tarixli, 9/6636 saylı rəydə ekspert “ekspertizaya təqim edilmiş iş materiallarında olan vergi ödəyicisinin yoxlama dövrü üzrə əməliyyatlarını əks etdirən elektron daşıyıcıda olan məlumatlara (o cümlədən malların hərəkət cədvəlləri, E-qaimə fakturalar, yük gömrük bəyannamələri, NKA qəbzləri, mal qalığı barədə məlumatlar, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannamə məlumatları və digər sənədlər) əsasən fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə dövlət büdcəsinə hesablanmalı olan ƏDV-nin və gəlir vergisinin cəmi məbləği 421.829,38 manat məbləğində müəyyən edilir, o cümlədən: əlavə dəyər vergisi üzrə-393.774,40 manat; gəlir vergisi üzrə-28.054,98 manat olduğunu” vurğulamışlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında – “Müvafiq yoxlama dövrünə uyğun “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə İddiaçı ödəməli olduğu ƏDV, ÖMV və gəlir vergisinin məbləğləri ayrı-ayrılıqda nə qədərdir? Həmin dövriyyə üzrə İddiaçı vergi borcu nə qədərdir? - Yoxlanılan dövr üzrə malların həmin illər üzrə satışının bazar qiyməti nə qədərdir?- Yoxlanılan dövr üzrə malların həmin illər üzrə satışının bazar qiyməti həmin illər üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsindən 30 faizdən aşağı və ya yuxarı (fərqlənmək) aşırmı? - Yoxlanılan dövr üzrə bazar qiyməti tətbiq edilməklə iddiaçı tərəfindən konkret olaraq hansı növ vergilərin, hansı məbləğdə azaldılması (Səbəbləri və əsasları göstərilməklə) müəyyən olunur?” məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 22 may 2023-cü il tarixli, 9/2003-9/2089 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Birinci sual üzrə: - Rəyin tədqiqat hissəsində göstərldiyi kimi, ekspertizaya təqdim edilmiş iş materiallarında olan vergi ödəyicisinin yoxlama dövrü üzrə əməliyyatlarını əks etdirən elektron daşıyıcıda olan məlumatlara (o cümlədərı mallarırı hərəkət cədvəlləri, E-qaimə fakturalar, yük gömrük bəyannamələri, NKA qəbzləri, mal qalığı barədə məlumatlar, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannmə məlumatları və digər sənədlər) əsasən fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə dövlət bübcəsinə hesablanmalı olan olan 393.774,40 manat məbləğində ƏDV-nin, 28.054,98 manat məbləğində gəlir vergisinin və 111.115,68 manat məbləğində ÖMV olmaqla ümumilikdə 532.945,06 manat məbləğində vergilərin ödənilməməsi müəyyən edilir. İkinci-üçüncü və dördüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərldiyi kimi, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, anoloji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərardadda və iş materiallarında qeyd edilən malların xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək təxminən orta bazar satış qiyməti rəyin cədvəl məlumatlarında öz əksini tapmışdır. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan yük gömrük bəyannamələrinə əsasən fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə idxal edilmiş buğda, arpa, qarğıdalı, soya şrotu, günəbaxan yağı, soya paxlası, texniki çiyid məhsullarının alış (invoys) qiymətləri, olkə üzrə təşəkkül tapan qiymətlərlə müqayisə edilərkən malın maya dəyəri ilə müəyyən edilən satış qiymətləri arasında əsaslı fərqin olduğu müəyyən edilir. Belə olan halda qeyd edilənləri nəzərə alaraq, ekspert qarşısında qoyulmuş sual üzrə yoxlanılan dövrdə bazar qiyməti tətbiq edilməklə iddiaçı tərəfindən konkret olaraq hansı növ vergilərin, hansı məbləğdə azaldılması fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə idxal edilmiş məhsulların alış (maya dəyəri) qiymətləri ilə müəyyən edilən orta bazar qiymətləri arasında olan əsaslı fərqlər uyğunlaşdırıldıqdan sonra fiziki şəxs tərəfindən konkret olaraq hansı növ vergilərin, hansı məbləğdə azaldılması müəyyən edilə bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında - Yoxlanılan dövr üzrə malların alış və satış qiymətləri arasında nə qədər ticarət əlavəsi tətbiq edilə bilər? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 17 oktyabr 2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sual üzrə, yəni malların alış və satış qiymətləri arasında nə qədər ticarət əlavəsi tətbiq edilməli olduğu haqqında Mərkəzdə məlumat olmadığından qeyd edilən məlumat Dövlət Statistika Komitəsi və Dövlət Vergi Xidmətindən əldə edilə bilər. Yalnız bu məlumatlar əldə edildikdən sonra ekspertiza tədqiqatı aparılaraq müvafiq rəy verilə bilər. Göstərilənlərə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar təkrarən icrasız geri qaytarılmışdır. Cavabdeh inzibati orqanın mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarının əsasını təşkil edən xx.xx.2021-ci il tarixli **********145948 nömrəli “səyyar vergi yoxlaması aktı”ndan, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 9/6636 saylı və 22 may 2023-cü il tarixli, 9/2003-9/2089 nömrəli ekspert rəylərindən göründüyü kimi fərdi sahibkar İddiaçı tərəfindən əlavə dəyər vergisinin azaldılmasının səbəbləri onunla izah edilmişdir ki, xx.xx.2018-ci il tarixə vergi ödəyiclsinin sahibliyində qalıq qalmış və yoxlama dövrü ərzində idxal edilmiş və alınmış malların satışı vergi ödəyicisi tərəfindən EQF və NKA tətbiq edilməklə həyata keçirilmişdir. NKA tətbiq edilməklə pərakəndə qaydada satılan mallara tətbiq olunan qiymətlərin aşağı olması, o cümlədən EQF tətbiq edilməklə satılan malların qiymətindən aşağı olması səbəbindən pərakəndə satılan malların bazar qiymətlərinin müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Malların bazar qiymətlərinin Vergi Məcəlləsinin 14-cü maddəsinin digər müddəalarına uyğun müəyyənləşdirilməsi mümkün olmadığı üçün Vergi Məcəlləsinin 14.6.3.3 maddəsinə əsasən malların satış qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə yoxlamaya ekspert dəvət edilmişdir. Yoxlama zamanı ekspert rəyindən istifadə edilmiş, ekspertin təqdim etdyi qiymətlərlə (bazar qiymətləri) vergi ödəyicisinin pərakəndə satdığı mallara tətbiq etdiyi qiymətlər müqayisə edilmiş, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla 30% fərq yaranan mallara ekspert tərəfindən müəyyən edilən qiymətlər (bazar qiymətləri) tətbiq edilməklə hesablama aparılmışdır. Eyni zamanda mal qalığının olmaması səbəbindən həmin malların satış kimi qəbul edilərək yoxlama dövrünün sonuna hesablanması Vergi Məcəlləsinin 67.15-ci maddəsində öz əksini tapmışdır. Lakin iş materiallarında faktiki mal qalığının olmadığını əks etdirən mühasibat sənədləri mövcud deyildir. Yoxlama aktından da göründüyü kimi, vergi orqanı tərəfindən az hesablanmış vergi məbləği mal qalığının olmaması əsas götürülərək yoxlama dövrünün sonuna, yəni 2020-ci ilin dekabr ayına hesablanmışdır. Halbuki, iş materiallarına əsasən vergi ödəyicisinin 2019-2020-ci illər üzrə gəlirlərinin və xərclərinin olmadığı müəyyən edilmişdir. Habelə, SVY aktında yoxlama ilə ƏDV məqsədləri üçün vergitutma obyekti müəyyən edilərkən hesablama forması (qaydası) göstərilməmiş, bununla bağlı hər hansı cədvəl (idxal edilən və satılan malların müqayisəsini əks etdirən cədvəllər) məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda vergi orqanı tərəfindən dəvət edilmiş ekspert rəyinə əsasən NKA tətbiq edilməklə pərakəndə qaydada satılan mallara tətbiq olunan qiymətlərin aşağı olması, o cümlədən EQF tətbiq edilməklə satılan malların qiymətindən aşağı olması səbəbindən pərakəndə satılan malların bazar qiymətlərinin müəyyənləşdirilərkən bununla bağlı hər hansı cədvəl (çeşidlərə tədbiq olunmuş eyni çeşidlər üzrə qiymətlərlə bağlı) tərtib edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq ekspertiza tədqiqatı ilə vergi ödəyicisinin yoxlama dövrü üzrə əməliyyatlarını əks etdirən elektron daşıyıcıda olan məlumatlara (o cümlədən malların hərəkət cədvəlləri, E-qaimə fakturalar, yük gömrük bəyannamələri, NKA qəbzləri, mal qalığı barədə məlumatlar, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannamə məlumatları və digər sənədlər) əsasən ƏDV üzrə cəlb olunan dövriyyəsi nəzərə alınmaqla SVY-nın əhatə etdiyi dövr üzrə dövlət büdcəsinə hesablanmalı olan əlavə dəyər vergisi 393774,40 manat məbləğində müəyyən edilmişdir. Həmçinin ekspertiza tədqiqatı ilə təqdim olunmuş iş materialları və əlavə edilmiş sənədlər nəzərə alınmaqla SVY-nın əhatə etdiyi dövr üzrə fərdi sahibkar İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2018-ci il üzrə dövlət büdcəsinə hesablanmalı olan gəlir vergisi 28054,98 manat məbləğində müəyyən olunmuş və qeyd olunduğu kimi, vergi ödəyicisinin 2019-2020-ci illər üzrə gəlirlərinin və xərclərinin olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 9/6636 saylı və 22 may 2023-cü il tarixli, 9/2003-9/2089 nömrəli ekspert rəyləri ilə razılaşmamış və bu barədə etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə etirazın dəlillərini araşdıraraq hesab edir ki, etiraz əsassızdır və Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 9/6636 saylı və 22 may 2023-cü il tarixli, 9/2003-9/2089 nömrəli ekspert rəyləri Azərbaycan Respublikası Vergi Məcəlləsinə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarı əlverişsiz inzibati akt olmaqla qismən qanunazidd sayılmalıdır. Həmçinin, məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt (xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərar) iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödənilməsi öhdəliyini yaradır. Halbuki, Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8.). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9.). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11.). Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fərdi sahibkar İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkarlıq fəaliyyəti dövrü üzrə aparılmış növbəti səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi «Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarı iddiaçının “əlavə dəyər vergisi üzrə 393.774,40 manat, gəlir vergisi üzrə 28.054,98 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 111.115,68 manat olmaqla 532945,06 manat və bu məbləğə tətbiq edilmiş maliyyə sanksiyası üzrə 266472,53 manat”, habelə “vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə iddiaçıya tətbiq olunmuş maliyyə sanksiyası üzrə 160,0 manat, ümumilikdə isə 799577,59 məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (maddə 67.3). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fərdi sahibkar İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkarlıq fəaliyyəti dövrü üzrə aparılmış növbəti səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi «Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarı iddiaçının “əlavə dəyər vergisi üzrə 393.774,40 manat, gəlir vergisi üzrə 28.054,98 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 111.115,68 manat olmaqla 532945,06 manat və bu məbləğə tətbiq edilmiş maliyyə sanksiyası üzrə 266472,53 manat”, habelə “vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə iddiaçıya tətbiq olunmuş maliyyə sanksiyası üzrə 160,0 manat, ümumilikdə isə 799577,59 məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməli, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 200 (iki yüz) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1, 4.1, 14, 23.1, 58.7. 62, 68-69, 75, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fərdi sahibkar İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkarlıq fəaliyyəti dövrü üzrə aparılmış növbəti səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi «Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarı iddiaçının “əlavə dəyər vergisi üzrə 393.774,40 manat, gəlir vergisi üzrə 28.054,98 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 111.115,68 manat olmaqla cəmi 532945,06 manat və bu məbləğə tətbiq edilmiş maliyyə sanksiyası üzrə 266472,53 manat”, habelə “vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə iddiaçıya tətbiq olunmuş maliyyə sanksiyası üzrə 160,0 manat, ümumilikdə isə 799577,59 məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 200,0 (iki yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-151/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-151/2024
24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver